Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1856/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim),Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X6 və vəkiliVəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (ha kim K.Əmirxanova) xx.xx.2017-ci il tarixli, 2(005)-****/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “xxxx” MMC-də sürücü işlədikləri müddət ərzində onlara ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən hesablanaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) xx.xx.2018-ci il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-****/2017 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul olunması, i ddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, V.İbayev, Ə.Rüstəmov) xx.xx.2018-ci il tarixli, 2(102)-****/18 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə ləğv edilib işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-****/2017 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh “xxxx” MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların “xxxx” MMC-də sürücü işlədikləri müddətdən-dekabr 2012-ci il tarixdən başlayaraq may 2017-ci il tarixədək olan dövrü əhatə edən 4 il 5 ay müddəti üçün hər birlərinə ayrılıqda çatası 29150 manat məbləğində əmək haqqının cavabdeh təşkilatdan alınıb onlara ödənilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxx” MMC-də sürücü işlədiyi müddətdən-fevral 2013-cü il tarixdən başlayaraq may 2017-ci il tarixədək olan dövrü əhatə edən 4 il 4 ay müddəti üçün ona çatacaq 28600 manat məbləğində əmək haqqının cavabdeh təşkilatdan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması, “xxxx” MMC ilə İddiaçı1 arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin elektron informasiya sistemində qeydə alınmasına, xx.xx.2017-ci ildə xitam verilməsi barədə sübutlara əsaslanmışdır. Həmin hallar iddiaçının 2012-ci ilin dekabr ayından cavabdeh təşkilatda sürücü işləməsini, onların aylıq maaşlarının 550 manat olmasını sübut etmir. İddiaçıların tələb etdikləri 2012-ci ilin dekabr ayından cavabdeh təşkilatda sürücü işləməsi, hansı məbləğdə əmək haqqı alması faktı müəyyən edilməmişdir. Cavabdehin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Nəsimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı iddiaçıların 2012-ci ilin dekabrından cavabdeh təşkilatda sürücü işləməsi, onların aylıq maaşlarının 550 manat olması barədə deyildir. İddiaçılar işin mübahisələndirilən halları barədə heç bir sübut təqdim etməmiş, həmin faktların mövcud luğu barədə heç bir sübuta əsaslanmamışlar. Bundan əlavə, əmək müqaviləsində əmək haqqı barədə qeyd yoxdur. İşə baxan məhkəmələr cavabdeh tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişlər. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X10 və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-in 67-c i maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidməti 2 saylı region üzrə X5 xx xxxx 2017-ci il tarixli məktubundan görünür ki, «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla əlaqədar «xxxx» MMC barəsindən Azərbaycan Respublikası XM-nin 192.1-ci maddəsi ilə xx.xx.2016-cı il tarixli protokol tərtib edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən XM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 min manat miqdarında cərimə olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi zazirliyi yanında X9 Xidməti 2 saylı region üzrə X9 tərəfindən əmək müqaviləsinin bağlanmamasına görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin görülməsinə cəlb olunmasına görə protokol tərtib olunmuşdur. İşdə olan xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, «xxxx» MMC ilə İddiaçı1 arasında xx xxxxxx 2007-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydə alınmışdır. İşdə olan xx xxxxx 2017-ci il tarixli xxxxxxx0004X1 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci naddəsinin «Ç» bəndinə əsasən xitam verilmişdir. İşdə olan cavabdehin xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli 11/47 saylı, xx.xx.2017-ci il tarixli «intizam tənbehinin verilməsi haqqında» əmrlərindən görünür ki, «xxxx» MMC-nin nəzarətçiləri X1, X2, X11 «xxxx» MMC-nin sürücüsü İddiaçı1 əmək funksiyalarının yerinə yetrilməsi şərtlərini pozması barədə «xxxx» MMC-nin direktoruna ünvanladığı müvafiq xidməti məlumatları müvafiq qaydada araşdırılmışdır. Araşdırmanın nəti cəsi olaraq sürücü İddiaçı1 əmək funksiyasını düzgün şəkildə yerinə yetirməməsi müəyyən edildiyi üçün barəsindən intizam məsuliyyət tədbirinin görülməsi zərurəti yaranmışdır. Həmin əmrlə iddiaçının əmək funksiyasını düzgün yerinə yetirə bilmədiyi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq, 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət, 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun diqqətinə çatdırılmışdır ki, ona həvalə edilmiş vəzifənin icrasına diqqəti birbaşa artırsın və işində dönüş yaratsın. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, göstərilən sənədlərin məcmusu tərəflər arasında əmək müna sibətlərinin faktiki mövcudluğuna dəlalət edir. Kasasiya instansiyası məhkəməsi də hazırki iş üzrə iddianın rədd olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən, qeyd edilən halların mövcudluğunu göstərmişdir. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən faktiki işə cəlb olunması qanunvericiliyin tələblərinə zidd olmaqla, qanunsuz olmuşdur. Bu səbəbdən də cavabdeh iddiaçıya faktiki cəlb edilmiş iş dövrü üzrə əmək haqqı ödəmək vəzifəsini daşıyır. Eyni zamanda, işdə olan digər İddiaçı2 adına olan İT-İ ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətin dən görünür o xx xxxx 2012-ci il tarixli **** saylı əmrlə «xxxx» MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx xxxx 2017-ci il tarixdə isə **** saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir cavabdeh bu halı mübahisələndirmir). Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 9-cu maddəsinin «d» bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edil miş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə təmin etməkdə haqlı olmuşdur. Cavabdeh hə min şəxslərə işlədikləri müddətdə əmək haqqı ödəmək vəzifəsini daşıyır. Lakin cavabdeh bu müddət ərzində həmin iddiaçılara əmək haqqı ödənilməsi iə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, cavabdeh yoxlanılan hissələrdə etirazlarının əsası kimi kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, lakin dəlilləri ilə əlaqədar məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında olan sübutlar əsasında apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş və qeyd edilən qənaətə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1856/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1856/2020
02.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver