Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1857/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2090/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Quba rayonu Vladimirovka kəndində 0,06 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə İddiaçı, X1, X3, X4 və X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində tikilmiş 1,5 mərtəbəli, bir balkonlu, üç otaqlı fərdi yaşayış evi İddiaçı sahibliyindədir. Cavabdeh iddiaçının oğlu X5 ilə 15 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuş, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur. Cavabdeh faktiki olaraq iddiaçının sahibliyində olan evdə yaşamasa da, nikaha daxil olarkən gətirdiyi cehiz əşyaları orada yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçıya verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən cavabdehə məxsus cehiz əmlaklarının: yataq otağı üçün nəzərdə tutulmuş 1 ədəd taxtın, 1 ədəd şifonerin, 1 ədəd servantın, 1 ədəd trümonun, 1 ədəd sandığın, 3 ədəd xalçanın, 1 ədəd uşaq çarpayısının, 1 ədəd beşiyin, 3 ədəd yorğanın, döşəklərin, yorğanların, yastıqların, uşaq döşəyinin, uşaq yorğanının, pastellərin, dəsmalların, pərdələrin, prostinaların, taxt döşəyinin, divanüstünün; mətbəxdə olan 1 ədəd elektrik çaynikinin, 1 ədəd xörək servisinin, qrafinlərin, qaşıqların, boşqabların, badyaların, stəkanların, çaynikin, güzgünün, lampaların, podnosların, süzəklərin, meyvə qablarının, su qablarının, 6 ədəd oturacaql arının, nahar oturacağın, süfrələrin; həmçinin uşaq oyuncaqlarının, uşaq paltarlarının, ayaqqabıların, çıl-çırağın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 və Cavabdeh 15 noyabr 2008ci il tarixdə rəsmi qaydada ailə qurmuş, cavabdeh iddiaçının evinə gəlin köçmüşdür. İlk zamanlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh uşaqları ilə çıxıb getmiş, iddiaçının evində yaşamır. Lakin cavabdehə məxsus, gəlin köçərkən gətirdiyi cehiz əşyaları iddiaçıya məxsus evdədir. İddiaçı, evindən istifadə edə bilmir, ev darısqaldır, cehizlər ona mane olur. Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(027)-2021/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təmin edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus iddiada qeyd olunan cehiz əmlakların çıxarılması qət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinə “qanuni gözləntiyə” malik hesab olunan iddiaçı qeyd olunan evin sahibi hesab olunur və iddiaçı cavabdehdən cehiz əşyalarının evdən çıxarılması tələbində haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(027)-2021/2020 n ömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2090/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi, hakimlər G.F.Tağızadədən və T.Q.Məmmədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(027)-2021/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus cehiz əmlaklarının çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan əmlakların çıxarılması tələb olunan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və tikilinin inşa olunması barədə müvafiq icra hakimiyyəti orqanının icazəsi də mövcud deyildir. Lakin onun yerləşdiyi torpaq sahəsi iddiaçının və 4 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına, Mülki Məcəllənin 157.8, 157.4 və 164.1-ci maddələrinə, habelə “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, İddiaçı mübahisəli əmlakların çıxarılması tələb edilən evə “qanuni gözləntiyə” malik hüququ vardır və iddiası əsaslıdır olduğunu göstərir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan protokoldan, habelə qətnamədən görünür ki, birinci instansiya məhkəməsinin 25 dekabr 2019-cu il tarixli iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirak etmiş, iddianı qəbul etdiyini bildirmişdir. Qüvvədə olan qanunvericiliyə görə iş üzrə tərəflərin nümayəndəliyini onların adlarından verilmiş etibarnamə, vəkilliyini isə Vəkillər Kollegiyasının verdiyi order təsdiq edir. Lakin iş materiallarında Vəkil adına nə order, nə də Cavabdeh tərəfindən səlahiyyət verilmiş etibarnamə yoxdur. İşdən görünür ki, keçirilmiş məhkəmə iclaslarında cavabdehin iştirakı üm umiyyətlə təmin edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası bu halı, prosessual normaların kobud pozuntusu kimi qəbul edərək hesab etmişdir ki, MPM-in 387.2.2-ci maddəsinin tələbinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2090/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən tam və obyektiv araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul etməyini xahiş etmişdir. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, iddiaçı iddia verərkən cavabdehə məxsus cehiz əşyalarının tam siyahısını qeyd etmiş və məhkəmə yalnız həmin siyahıya hüquqi qiymət vermiş, işin hallarını araşdırmayaraq, qalan cehiz əşyalarının ona qaytarılmasını qət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərə flərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya ba şqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyət çi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və b aşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 2 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, kassator iddiaçının hazırki iddianı verməyə subyektiv hüquqa malik olmasını və ya əksinə cavabdehin yerləşdiyi yaşayış sahəsinə onun da hər hansı hüquqlarının olmasını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi yeganə məsələ iddiaçının yaşayış sahəsindən çıxarılmasını tələb olunan əmlakın siyahısıdır. Cavabdeh iddiaçının sahibliyində olan yaşayış sahəsində ona məxsus olan başqa əşyalarının da olmasını bildirməklə, həmin əşyaların ona qaytarılması xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməs i Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbləri üzrə qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmədiyindən və hər hansı əşyanın ona qaytarılmasını tələb etmədiyindən apellyasiya məhkəməsi mövcud tələbdən kənara çıxıb, iddiaçının siyahıda qeyd etdiyi əşyalardan əlavə başqa əmlakın cavabdehə verilməsini qət etməsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnəcəkdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edi lmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, hazırki qətnamənin mövcudluğu cavabdehin mülkiyyətində olan başqa əmlakının ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-2090/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1857/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1857/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver