Məhkəmə qərarları › İş №2(102)-1863/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1863/2019

01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1863/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1-nə və Bakı şəhəri 09 saylı Notariat kontoruna qarşı (X2 və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli 2(103)-12344/18 saylı, qətnaməsindən iddiaçı X4 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1-yə və Bakı şəhəri 9 saylı Notariat kontoruna qarşı (X2 və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov, İkram Şirinov, Elşən Kazım ov) 29 noyabr 2018-ci il tarixli 2(103)-12344/2018 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X4 və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İddiaçı X4 notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, X3 notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı, eyni zamanda mülki iş üzrə iddiaçı X1 iddiadan imtina etməsinə etiraz etmədiyi ni bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 və vəkili Vəkil iddiadan imtina barədə ərizəni müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. A zərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçı X1 iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X1iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli 2(103)12344/2018 nömrəli qətnaməsi l əğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 iddiasından imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12344/18 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh1-yə və Bakı şəhəri 09 saylı Notariat kontoruna qarşı (X2 və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar