Məhkəmə qərarları › İş №2(102)-1878/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1878/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1878/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, cavabdeh x1nin və vəkili Məmmədli Gündüz Zakir oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (A.M.Süleymanova, iş 2(001)-4142/2018) İddiaçı cavabdeh x1-nə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddias ının təmin edilməsi, cavabdeh x1ndən 12508 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov, iş 2(103)-9977/18) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-4142/2018 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 və vəkili Məmmədli Gündüz Zakir oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhk əmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh x1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlavə olaraq 12508 manat sığorta ödənişinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh x1 və vəkili Məmmədli Gündüz Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman əsassız olaraq “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış” a istinad olunmuş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alı nması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda prokurorunun köməkçisi vəzifəsində işləyən iddiaçı 19 dekabr 2013-cü il tarixdə saat 09-dan 20 dekabr 2013-cü il saat 09-dək Nəsimi rayon prokurorluğunun inzibati binasında növbədə olarkən xidməti vəzifəsinin icrası zamanı pilləkənlərdən yıxılıb “sol hər iki topuğunun yerdəyişmiş sınığı” xəsarəti almışdır. İddiaçının aldığı həmin xəsarət iddiaçının xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan xəsarət kimi qiymətləndirilmişdir. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomi ya Birliyinin 12 aprel 2014-cü il tarixli, 312 saylı məhkəmə tibbi müayinə aktına əsasən İddiaçı dəymiş xəsarət qamış sümüyünün aşağı üçdə birində iç və bayır topuğun az yerdəyişmiş fraqmentlərlə sınıqları və aşıq-baldır oynağının yarımçıxığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Törənmə müddəti 20.12.2013-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Baş vermiş sığorta hadisəsi ilə bağlı 04.06.2014-cü il tarixdə iddiaçıya cavabdeh sığorta şirkəti tərəfindən 10938 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının dekabr 2008-ci ildən noyabr 2013-cü ilədək əmək haqqı 2416 manat, 2009-cu il üçün 20825,61 manat, 2010-cu il üçün 25198,88 manat, 2011-ci il üçün 23496,73 manat, 2012-ci il üçün 23421,28 manat, 2013-cü ıl üçün 21878,74 manat olmaqla, cəmi 117237,24 manat olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “Məhkəmə və hüquq - mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5, 21.1, 20.8, 20.9, 21.4, 2.3-cü maddələrinə, Əmək Məcəlləsinin 154.1, 157.3-cü maddələrinə istinad etməklə əmək haqqının tərkibinə yalnız aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər nəzərə alınmalıdır nəticəsinə gəlməkdə haqlı olmuşdur. Xəsarətin dərəcəsi ilə bağlı qeyd edilmişdir ki, xəsarətin dərəcəsinin müəyyən olunması sığorta şirkətinin və ya hər hansı hüquqi şəxsin deyil, ekspe rtin səlahiyyətinə aiddir və hazırkı mülki iş üzrə iddiaçının aldığı xəsarət az ağır xəsarət kimi qiymətləndirilmişdir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, “Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası Qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” Əsasnaməyə istinad edərək qeyd edilmişdir ki, iddiaçının aldığı xəsarət yüngül xəsarətin əlamətlərinə uyğun deyildir və az ağır xəsarət kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun olaraq sığort a ödənişinin məbləğinin hesablanması üçün əsas ola bilməz və ekspert aktına əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 5 illik əmək haqqının məbləği 117237,24 manat olduğu, həmin məbləğin 20%-in 23446 manat təşkil etməsi və sığorta şirkəti tərəfindən 10938 manat məbləğində pulun ödənilməsi nəzərə alınaraq, qalan məbləğ - 12508 manat pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə əlaqədar qeyd edilmişdir ki, tərəflər arasındakı münasibətlər sığorta hüquq münasibətləri olduğundan hazırkı işə Mülki Məcəllənin 384.0.3-cü maddəsi və Mülki Məcəllə nin 373.2-ci maddəsinə uyğun olaraq müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı sığorta müqaviləsi üzrə tərəf deyil, faydalanan şəxs olduğundan hazırkı işə həmin Məcəllənin 373.1-ci maddəsinə uyğun olaraq 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Sığorta hadisəsinin baş verdiyi tarixi və iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixi nəzərə aldıqda müəyyən olunur ki, iddiaçı 10 illik ümumi iddia müddətini ötürməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən iş üzrə səhv nəticəyə gəlməyə əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya sı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 oktyabr 2018-ci il tarixli, 2(103)-9977/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar