Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1878/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “depozitə qoyulmuş əmanətlərin və həmin əmanətlərə hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin qismən, “iddiaçı tərəfindən ******************** saylı xx.xx.2013-cü il tarixli hesablaşma hesabına köçürülmüş 678 manat pulun cavabdehdən tutulması barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 678 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitindən 72.50 manat pulun İddiaçı qızından və 72.50 manat pulun “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “depozitə qoyulmuş əmanətlərin və həmin əmanətlərə hesablanmış faizlərin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən depozitə qoyduğu 5000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən depozitə qoyduğu 1000 ABŞ dolları məbləğində əmanətlərə görə 2016-cı ildə ona qaytarılmış 6000 manat istisna olmaqla, 6000 ABŞ dolları pulun ödəmə tarixinə Azərbaycan manatının məzənnəsi ilə fərqinin, xx.xx.2009-cu il tarixli, 1379 saylı, xx.xx.2011-ci il tarixli, 1983 saylı, xx.xx.2012-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilələlərə görə ödənilməmiş faizlərin və xx.xx.2013-cü il tarixli ******************** saylı hesablaşma hesabına köçürtdüyü 678 manat pulun, habelə həmin pula hesablanmış faizlərin, xx.xx.2008-ci il tarixli, SD850843 saylı müddətli əmanət (depozit) hesabı haqqında qəbzə əsasən qoyulmuş 1000 ABŞ dolları məbləğində əmanətin və həmin əmanətə görə illik 10 faiz olmaqla 26 ay müddətinə faizlərin, qızıl karta köçürtdüyü 500 manat pulun qaytarılmamış 234 manat hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya ins tansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış əmanət (depozit) hesabı haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı 24 ay müddətinə illik 1,1 faiz olmaqla 1000 ABŞ dolları məbləğində əmanəti, əmanət (depozit) hesabı haqqında xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 24 ay müddətinə illik 13,4 faiz olmaqla 5000 ABŞ dolları məbləğində əmanəti, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən 24 ay müddətinə illik 14,2 faiz olmaqla 2590 manat məbləğində əman əti, əmanət (depozit) hesabı haqqında xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə illik 11,8 faiz olmaqla 500 manat məbləğində əmanəti, əmanət (depozit) hesabı haqqında xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə illik 10,6 faiz olmaqla 2500 manat məbləğində əmanəti depozitə qoymuşdur. Apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində qeyd olunduğu kimi təqdim edilmiş iş materiallarında tərəflər arasında bağlanmış xx.xx.2009-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2014-cü il tarixlərdə əmanət hesabı müqaviləsi mövcuddur. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli əman ət hesabı müqaviləsi mövcud deyildir. xx.xx.2009-cu il tarixli əmanət müqaviləsi üzrə tərəflər arasında xx.xx.2009-cu il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən xx.xx.2009-cu il tarixdə 2590.00 manat pul məbləğində pul əmanət hesabına qoyulmuşdur. İddiaçıya aid hesabdan çıxarış məlumatlarına əsasən 2590.0 manat pul hesaba ödənilmişdir və xx.xx.2015-ci il tarixdə həmin əsas məbləğ məxaric edilmişdir. 1983 saylı xx.xx.2011-ci il tarixli əmanət müqaviləsi üzrə tərəflər arasında 1983 saylı xx.xx.2011-ci il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən 500.00 manat məbləğində pul əmanət hesabına qoyulmuşdur. İddiaçıya aid hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2 011-ci il tarixdə 500.00 manat pul hesaba ödənilmişdir və xx.xx.2015-ci il tarixdə həmin əsas məbləğ məxaric edilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən 2500,00 manat məbləğində pul əmanət hesabına qoyulur. İddiaçı aid hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2012-ci il tarixdə 2.500,00 manat pul hesaba ödənilmişdir və xx.xx.2016-cı il tarixdə həmin əsas məbləğ məxaric edilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin bəndlərinə əsasən 1.000,00 ABŞ dolları məbləğində pul əmanət hesabına qoyulur. İddiaçı aid hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2014-cü il t arixdə digər əmanətlərdən toplanmış faizin 1.000,00 ABŞ dolları hesaba ödənilmişdir və xx.xx.2015-ci il tarixdə həmin əsas məbləğ məxaric edilmişdir. Bundan başqa ekspert rəyində qeyd edilir ki, təqdim olunmuş iş materiallarında məxaric orderləri və cari hesabdan çıxarışlar öz əksini tapmışdır. Həmin məxaric orderlərində və cari hesabların çıxarışlarında məxaric olunmuş faiz məbləğlərinin hansı müqavilələr üzrə alınmasını müəyyən etmək mümkün deyildir. Belə ki, kassa məxaric orderlərində faizlərin hansı müqavilə üzrə verilməsi göstərilməmiş, cari hesabdan çıxarışlarda isə ekspertiza qarşısında qoyulan sualda göstərilən müqavilələrdə öz əksini tapmış məbləğlərlə yanaşı digər əmanətə qoyulan məbləğlərdə öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, cari hesabda faiz məbləğlərinin hansı müqav iləyə aid olması qeyd olunmamış və əməliyyatlar eyni hesabda aparılmışdır. Bu səbəbdəndə ekspertiza qarşısında qoyulan sualda qeyd edilən əmanət müqavilələri üzrə hansı məbləğdə əmanət faizinin məxaric edilməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyinin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında ******************** saylı hesabdan çıxarış öz əksini tapmışdır ki, həmin cari hesabdan çıxarışda xx.xx.2013-cü il tarixdə 678.00 manat məbləğində əmanətə pul qoyulması öz əksini tapmışdır. Həmin cari hesabdan çıxarışdan göründüyü kimi, əmanətə qoyulmuş pul məbləği məxaric edilməmişdir. Cari hesabdan çıxarışda 678.00 manatın təyinatı əmanətə qoyulmuş pul vəsaiti kimi göstərilsə də, iş materiallarında həmin məbləğ üzrə əmanət müqaviləsi öz əksini tapmamışdır. Yəni, həmin məblə ğin hansı şərtlə (faiz və.s) əmanətə qoyulmasını müəyyən etmək mümkün olmamışdır. ******************** saylı cari hesaba qoyulmuş 678.00 manat pul vəsaiti İddiaçı qaytarılmayan məbləğ kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Həmin Məcəllənin 950.1-ci maddəsinin tələbinə görə ban klar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. Həmin Məcəllənin 950.3-cü maddəsinin tələbinə görəbank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Hazırki işdə iddiaçının iddia tələblərindən yalnız “******************** saylı hesaba köçürdüyü pulun ona qayt arılması” ilə bağlı olan tələbi ekspert rəyinə əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda da göstərildiyi kimi, sözügedən cari hesabdan çıxarışda xx.xx.2013-cü il tarixdə 678.00 manat məbləğində əmanətə pul qoyulması öz əksini tapsa da, həmin pul məbləği məxaric edilməmişdir. Belə olan halda yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən 678.00 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının müvafiq hesaba köçürdüyü 678 manat pula hesablanmış faizlərin qaytarılması ilə bağlı tələbinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu barədə tərəflər arasında əmanət müqaviləsinin olmaması səbəbindən həmin pulun hansı şərtlə (faiz və.s) banka qoyulmasını müəyyən etmək mümkün olmadığından həmin tələbin təmin olunması qeyri-mümkündür. İddiaçı tərəfindən digər depozitə qoyduğu pulların, habelə həmin pullara hesablanmış faizlərin, qızıl karta köçürtdüyü pulun qaytarılmamış hissəsinin tələb olunmasına gəldikdə isə iddiaçı nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində qeyd olunan tələblərinin əsaslılığını sübuta yetirə bilməmiş, əksinə, apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə onun tərəfindən əmanət müqavilələri üzrə qoyulmuş pulların ayrı-ayrı vaxtlarda bankdan məxaric olunduğu və buna görə də həmin tələblərinin əsassız olduğu öz təsdiqini tapmışdır. Bununla da iddiaçı qeyd olunan tələbləri ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi həmin iddia tələblərinin rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin ka sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1878/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1878/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver