Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1879/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi və s. ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1754/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 ASC ilə İddiaçı1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilədə İddiaçı1 illik istifadə dərəcəsi 27 faiz olmaqla 12 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil və X1 məxsus ünvan 2, 3 saylı evin 5 saylı mənzili ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla ipoteka qoyanlar arasında 14 dekabr 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bağlanmış 14 may 2011-ci Əlavə Sazişlə əlaqədar kredit xəttinin məbləği 150.000 ABŞ doll arına kimi artırılmış və kreditin təminatı kimi əvvəlki iki ipoteka ilə yanaşı İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 56 saylı evin 62 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 kreditin qaytarılmasını lazımınca təmin etmədiyi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı1 bankın xeyrinə cəmi 193.860,42 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra borclu tərəfindən banka 154.837,86 ABŞ dolları məbləğində ödəniş edilmiş, bununla əlaqədar icra sənədi bank tərəfindən 27 avqust 2012-ci il tarixdə geri götürülməklə qalıq borcun (39.022,57 ABŞ dolları) hissə-hissə ödənilməsi üçün borcluya möhlət verilmişdir. 16 may 2013-cü il tarixdə qətnamənin icrası təzələnərək ipoteka predmeti olan əmlaklar hərraca çıxarılmışdır. Bakı şəhəri, M.Maqomayev küçəsindəki mənzil 110.000 manata, Ceyranbatan qəsəbəsindəki mənzil 32.000 manata, Bakı şəhəri, M.Cəlal küçəsindəki mənzil 50.000 manata hərraca çıxarılmış və qiymətləri 15 faiz və 25 faiz aşağı salındıqdan sonra müvafiq olaraq 70.125 manat, 20.400 manat və 31.875 manata Cavabdeh1 ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında İddiaçı1 cavabdehlər - ləğv prosesində olan Cavabdeh1 ASCyə, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka qoyulmuş üç mənzilin cəmi 39.022,57 ABŞ dolları məbləğində kredit borcunun müq abilində ümumilikdə 122.400 manata bankın mülkiyyətinə verilməsini, əmlakların ipoteka qoyanlara məlumat verilmədən hərraca çıxarılmasını, mənzillərin onların real dəyərindən aşkar aşağı qiymətlə hərraca çıxarılmaqla və eləcə də qiymətinin iki dəfə aşağı salınmaqla banka verilməsini, hərracın qanun pozuntusu ilə onların iştirakı olmadan keçirilməsini əsas göstərməklə Bakı şəhəri, Maqomayev küçəsindəki mənzilə dair Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin hərracın yekunları barədə 03 sentyabr 2015-ci il tarixli Protokolunun və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin, X1 məxsus Ceyranbatan qəsəbəsindəki mənzilə dair "xxxx" MMC-nin 14 may 2014-cü il tarixli “Hərracın yekunları barədə” protokolun və İddiaçı2 məxsus M.Cəlal küçəsindəki mənzilə d air 14 may 2014-cü il tarixli “Hərracın Yekunları barədə” protokolun, həmin əmlakların göstərilən protokollara və müqavilələrə əsasən banka satılmasına dair hərracın nəticələrinin və həmin əmlakların bankın mülkiyyətinə verilməsi ilə bağlı aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi və həmin mənzillərin yenidən qiymətləndirilməklə onlardan borc məbləğini ödəyən əmlakın hərraca çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2020 nömrəli, 14 oktyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1754/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.Ə.İbayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(005)-60/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin və ünvan 2, 3 saylı evin 5 saylı mənzilinin açıq hərracdan satılmasına dair yekun protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair tələbkar Cavabdeh1 ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatının lə ğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək hazırkı iddianı qaldırarkən iddiaçı tələbinin əsasını əqdlərin etibarsızlığı ilə bağlı halların təşkil etməsini, iddiaçının həmin niyyətini həyata keçirmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddəti ötürməklə məhkəməyə müraciət etməsini, iddiaçının özünə məxsus olmayan əmlaklara dair iddia qaldırmasını, iddiaçının banka 16 avqust 2013-cü il tarixli icra sənədi üzrə banka 70.395,60 manat məbləğində borc unun qalmasını, məhkəmə kollegiyasının işin həmin hallarını nəzərə almadan, onlara müvafiq qiymət vermədən nəticəyə gəlməsini və s. əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Bakı şəhəri Səbail rayonu və Ceyranbatan qəsəbəsindəki mənzillərin açıq hərracdan satılmasına dair yekun protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən k assasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 311.1 Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Maddə 315.2 Əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 528 Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 48.1.2 Əsas öhdəliyə xitam verildikdə ipot ekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin qismən - iddianın təmin olunmuş hissəsinin ləğv edilməsinə yönəldiyindən, koll egiya qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinə görə İddiaçı2 məxsus ünvan 3 ünvanında yer ləşən 62 saylı mənzil kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edildiyindən, onun hərracdan satılmasının qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilməsi təsdiq edilmədiyindən ona məxsus mənzilə dair hissədə iddianın rədd edilməsi əsaslı olmuşdur. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 məxsus mənzilin bank tərəfindən əldə edilməsi ilə qanunun tələbinə müvafiq olaraq əsas öhdəliyə kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verildiyindən, digər iki mənzilin ipoteka ilə yüklülüyünə də qanunun tələbinə görə xitam verilmiş olur. Belə olduqda isə həmin mənzillərin hərraca çıxarılması və tələbi bundan əvvəl artıqlaması ilə ödənilmiş tələbkara təklif edilməsi üçün qanuni əsaslar olmamışdır. Həmin mənzillə rin bank tərəfindən əldə edilməsi qanunsuz və əhəmiyyətsiz əqd üzrə baş vermişdir. Nəticədə isə ipoteka predmeti olan əmlakların mülkiyyətçiləri mülkiyyətlərindən qanuni əsas olmadan məhrum edilmişlər. Müəyyən olunmuşdur ki, İddiaçı2 və Ceyhun Köçərlinskiyə məxsus mənzillərin satışı məqsədi ilə təşkil edilmiş 14 may 2014-cü il tarixli hərracın keçirildiyi tarixə borclunun banka 39.022,58 ABŞ dolları məbləğində, yəni rəsmi məzənnəyə uyğun olaraq 30.437,10 manat məbləğində borcu qalmış, İddiaçı2 məxsus mənzil isə həmin hərracda 31.875 manata banka verilmişdir. Bu isə təsdiq edir ki, iddiaçının borcu həmin mənzilin banka verilməsi ilə artıqlaması ilə ödənilmişdir. Göstərilənlərlə əlaqədar ipoteka predmeti olan digər iki mənzilin hərracdan kredit borcu hesabına banka təklif olunması qanunsuz olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1754/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1879/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1879/2022
06.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver