Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2841/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərhad oğlunun, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)- 4454/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC-nin, Cavabdeh4 ASC-nin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsini, ümumi yaşayış evinin "xxxx" Hərrac Mərkəzi MMC ilə Cavabdeh4 ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli, 36/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə dair İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evinə dair bağlanmış 20.10.2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəpəz Rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddiası təmin edilmiş, cavabdeh X1 25000 manat məbləğində əsas, 57648,79 manat faiz borcu olmaqla, cəmi 82648,79 manat, habelə 31 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evi iddiaçı Cavabdeh4 ASC-nin xeyrinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-77/16 saylı mülki iş üzrə 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Hüseynzadə) iddia müddəti keçdiyinə görə iddia tələbini təmin etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1394/2018 saylı, 13.04.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh4 ASC ilə X5 arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. X2 Cavabdeh4 ASC olan 33005 manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden “Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC” tərəfindən Cavabdeh4 ASC-yə 33150 manata təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Cavabdeh “Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin icra işi ilə əlaqədar Cavabdeh1 tərəfindən iddiaçıya poçt vasitəsi ilə evə ya şəxsən heç bir bildiriş təqdim olunmamış, evinin hərracda satılması barədə nə sifariş və nə də, heç bir xəbərdarlıq edilməmişdir. Halbuki qanun tələbinə əsasən ipoteka predmeti olan əmlak açıq hərracda satılan zaman icra məmuru tərəfindən bildiriş vətəndaşa rəsmi qaydada təqdim olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)- 4454/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)-4454/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin icra işi ilə əlaqədar Cavabdeh1 tərəfindən iddiaçıya poçt vasitəsi ilə evə ya şəxsən heç bir bildiriş təqdim olunmamış, evinin hərracda satılması barədə nə sifariş və nə də, heç bir xəbərdarlıq edilməmişdir. Halbuki qanun tələbinə əsasən ipoteka predmeti olan əmlak açıq hərracda satılan zaman hərrac təşkilatı tərəfindən bildiriş vətəndaşa rəsmi qaydada təqdim olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərhad oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələr məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)- 4454/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(104)-1394/2018 saylı icra vərəqəsindən müəyyən olunur ki, Cavabdeh4 ASC ilə X5 arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsina əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi, X2 "xxxx" ASC olan 33005 manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İş materiallarından 244517/18 saylı icra işi üzrə 12.12.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(104)- 1394/2018 saylı icra sənədinə əsasən borclular X5 və İddiaçı təklif olunmuşdur ki, 10 gün müddətində icranı könüllü icra etsinlər. İcra sənədi könüllü icra edilmədikdə, məcburi icra hərəkətlərinin yerinə yetirilməsi qeyd olunmuşdur. İş materiallarından 244517/18 saylı icra işi üzrə 12.12.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(104)- 1394/2018 saylı icra sənədinə əsasən borclular X5 və İddiaçı təklif olunmuşdur ki, 10 gün müddətində icranı könüllü icra etsinlər. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 17 may 2019cu il tarixli 01/1753 saylı, 31 may 2019-cu il tarixli 01/1900 saylı, 21 iyun 2019-cu il tarixli 01/2165 saylı bildirişlərdən müəyyən olunur ki, sözügedən mənzilə dair 17 iyun 2019, 08 iyul 2019-cu il tarixlərə təyin edilmiş, hərracın keçiriləcəyi yer və vaxt barəsində tərəflərə məlumat verilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC tərəfindən tərəflərə göndərilmiş 12 iyul 2019-cu il tarixli, 01/2431 saylı ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 0,03559 ha torpaq sahəsində yerləşən 60 saylı fərdi yaşayış evin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 33150 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Eyni zamanda, Hərrac Mərkəzi ilə Cavabdeh4 ASC arasında ipoteka predmetinin 33150 manat məbləğində satılmasına dair aralarında Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 01.08.2019-cu il tarixli, 36/01 saylı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 0,03559 ha torpaq sahəsində yerləşən 60 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, qəzetdə elanlar verilmişdir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuş, qanunsuz hərəkətlərə yol verilməsi halları olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-cu il tarixli, 2(005)-4454/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2841/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2841/2022
13.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver