Məhkəmə qərarları › İş №2(102)-3843/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3843/2022

03.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3843/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ("xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3843/2022 (Açar sözlər: hərrac protokolunun ləğv edilməsi tələbi) Bakı şəhəri, 03 oktyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1275/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı 10 mart 2015-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X2, X6 və X11 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması, habelə tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o s atıldıqda, İddiaçı, X12 və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, X4 və X9 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X6 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir.

3. Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X11 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 03/124 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarix li icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X11 göndərilmişdir.

4. Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X11 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 122 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X11 göndərilmişdir.

5. Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X11 göndərilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən, xx.xx.2018- ci il tarixdə X14 tərəfindən qəbul edilmiş və bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. 6. 29 dekabr 2017-ci il tarixli 224 (3974) tirajlı “Kaspi” qəzetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir.

7. Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X11 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/124-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X 6 və X11 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 87000 (səksən yeddi min) manat, 15 % endirimli satış qiyməti 73950 (yetmiş üç min doqquz yüz əlli) manat müəyyən olunmuşdur.

8. Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X11 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X11 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 85000 (səksən beş min) manat, 15 % endirimli satı ş qiyməti 72250 (yetmiş iki min iki yüz əlli) manat müəyyən olunmuşdur.

9. Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X11 göndərilmiş, hər ikisi xx.xx.2018-ci il tarixdə bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. 10.08 fevral 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qəzetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. 11. 09 mart 2018-ci il tarixdə keçirilən hərrac zamanı əmlakların qiyməti 15% endirimlə həyata keçirilmişdir. 12.06 aprel 2018-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” 06 aprel 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-in cavabdehlər İddiaçı, X2, X6 və X11 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kr edit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzi olan tutmanın, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85.000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85.000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87.000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılmasına, habelə, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İddiaçı, X10 və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, X3 və X7 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X5 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılmasına dair hissədə təmi n edilmiş, qalan hissədə təmin edilməmişdir. Narazı qalan tərəf apelyasiya və kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-737/2016 saylı həmin iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə məhkəmə qərarları dəyişdirilmədən saxlanmış, həmin andan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı həmin iş üzrə 10 mart 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu səbəbdən hərrac təşkilatı olan Cavabdeh MMC, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Maraqlı şəxs2 xx/xx-4849/14 saylı, xx.xx.2017-ci il tarixli məktubuna uyğun olaraq, 06 aprel 2018-ci il tarixdə hərrac keçirilmişdir. Lakin, Cavabdeh MMC 06 aprel 2018-ci il tarixdə keçirilmiş hərracın-“Hərracın yekunları b arədə” 39/3 saylı protokolunu Maraqlı şəxs2 vasitəsilə ona 03 iyul 2018-ci il tarixdə təqdim etməklə mülki hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, onun hüquq və mənafelərinə ziyan vurmuşdur. Halbuki, həmin müddətdən hal-hazıradək, yüklü edilmiş cavabdehlərə məxsus əmlaklar bizə ziyan vurulmadan daha münasib və sərfəli qiymətdə satıla, eləcə də onun əmlaklarından məhrum edilmədən borc öhdəliklərinin təmin edilməsinə imkan yarana bilərdi.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edərək tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi də iddianın rədd edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı öz ünvanının ünvan 2d etmişdir. Bu səbəbdən xx.xx.2018-ci il saat 11:00-da, daha sonra xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya göndərilmişdir. Göstərilən əsaslardan göründüyü kimi İddiaçı hərrac barədə məlumatlı olmuşdur. 29 dekabr 2017-ci il tarixli 224 (3974) tirajlı və 08 fevral 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qəzetlərində qeyd olunan əmlakla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Xaçmaz rayonu, Qaradağlı kəndində ki 1.74 ha torpaq sahəsinin ilkin satış qiyməti 87000 (səksən yeddi min) manat, xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı isə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin qiyməti 87000 (səksən yeddi min) manatdan 15% azaldılaraq 73950 (yetmiş üç min doqquz yüz əlli) manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 3 ünvanındakı mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat, xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı isə ünvan 3 ünvanındakı mənzilin qiyməti 85000 (səksən beş min) manatdan 15% azaldılaraq 72250 (yetmiş iki min iki yüz əlli) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Di gər tərəfdən iddiaçı əmlakın dəyərinin qiymətləndirməsi barədə rəyin ləğv edilməsi tələbilə deyil, yalnız 39/3 saylı 06 aprel 2018-ci il tarixli protokolun ləğv edilməsini xahiş etmişdir.

19. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 34, 39, 41, 42, 44-cü maddələrinə, “İcra haqqında qanunun” 53-cü, Mülki Məcəllənin 269, 317, 319 və 416-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi faktiki halları araşdırarkən nəzərə almamışdır ki, hərrac əməliyyatlarının həyata keçirilməsi konkret prosedur normaları ilə müəyyənləşdirilir və həmin qaydaların təmin edilməsi ilk növbədə tərəflərin konstitusion normalarla nəzərdə tutulmuş imperativ tələbdir. Cavabdeh MMC xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın- “Hərracın yekunları barədə" 39/3 saylı protokolunun qanunla müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilməməsi ciddi qanun pozuntusu olması ilə yanaşı iddiaçının hüquqlarını pozmaqla ləğvinə hüquqi əsaslar yaranmışdır. Hərrac təşkilatı nəzərə almamışdır ki, mülki hüquq münasibətlərində tərəflər ayrı-ayrı fərdlərlə yanaşı konkret subyekt hüquqları əldə etmiş şəxslərdir və onların mülki hüquq normaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla birinin digəri qarşısında yaranmış öhdəliklərinə görə cavabdehlik daşımırlar. Məhkəmə isə həmin halların zəruri olduğunu nəzərə almamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-1941/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-2601/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmış, iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzili və Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə dair “X13 MMC-nin 06 aprel 2018-ci il tarixli, 39/3 nömrəli protokolu və Cavabdeh 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, qətnamə əmlakın ipoteka yüklülüyünə xitam veril məsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır hərracın keçirilməsi barədə bildirişin iddiaçıya göndərilməsi və iddiaçının həmin bildirişi almasını təsdiq edən sənəd iş materiallarında olmadığından, keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

24. Belə ki, iş materiallarına Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X11 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 03/124 nömrəli, xx.xx.2017-ci il tarixli 122 nömrəli, xx.xx.2018-ci il tarixli 03/124-1 nömrəli, xx.xx.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilsə də, həmin bildirişlərin onların ünvanlandığı şəxslər tərəfindən əldə edilməsini təsdiq edən mötəbər sü but iş materiallarında aşkar edilməmişdir. İş materiallarına qeyd edilən bildirişlərin alındığını göstərən poçt xəbərnamələrinin kserosurətləri əlavə edilmişdir ki, iddiaçı tərəf həmin bildirişləri almadığını bildirmişdir. Cavabdeh tərəf isə qeyd edilən sənədlərin nə əslini, nə də müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir.

25. İddiaçı iddia ərizəsində əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbini irəli sürsə də, əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün qanunvericiliyin normalarında ehtiva olunan əsaslar mövcud deyildir.

26. İddiaçı iddia ərizəsində hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyünə xitam verilməsi tələbini irəli sürsə də, işin halları və tərəflərin izahatları əsasında məlum olmuşdur ki, iddiaçı hərrac protokolunun ləğv i və əmlakın ipoteka yüklülüyünə xitam verilməsi tələbi ilə yanaşı, eyni zamanda hərracın nəticəsinin də etibarsız hesab edilməsini istəmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, hərracın nəticəsi olan 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir.

27. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 42.3 və 46.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77 və 89.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. Cavabdeh MMC ("xxxx" MMC) və müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs1 ASC-nin ləğvedicisi Əmanətlər in Sığortalanması Fondu ayrıayrılıqda kassasiya şikayətləri verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) 2(102)-5435/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1941/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Hərrac protokolunun ləğv edilməsi tələbini iddiaçı yalnız xx.xx.2018 -ci il tarixli hərracın yekunları barədə 39/3 saylı protokolunun qanunla müəyyənedilmiş müddətlərdə ona təqdim edilməməsinin ciddi qanun pozuntusu olması ilə əsaslandırmış, hərrac barədə məlumatlandırılmadıqları, bildiriş almadıqları barədə heç bir dəlil irəli sürmədikləri halda, apellyasiya instansiyası məhkəməsi ipotekaqoyan İddiaçı hərrac barədə müvafiq qaydada məlumatlandırılmadığını (xəbərnamələrin kserosurət olmasına görə) və hərrac keçirilərkən onun hüquqlarının pozulduğu və hərracın keçirilmə qaydalarının pozulması nəticəsinə gəlmişdir....apellyasiya məhkəməsi tərəfindən hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair yazılı sübutlar qiymətləndirilərkən MPM-nin 89-cu və 77.3-cü maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, hərrac təşkilatı tərəfindən hərrac prosesi barəd ə bildirişlərin ipotekaqoyanlara təqdim edilməsi barədə xəbərnamələrin kserosurət olmasına görə onları mötəbər sübut hesab etməyən məhkəmə həmin sənədlərin əsillərinin və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini hərrac təşkilatına təklif etməmişdir. Eyni zamanda, məhkəmə hərracın yekunlarına dair hərrac protokolunu və hərracın yekunlarına dair alqısatqı müqaviləsini etibarsız hesab edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun pozulmasını bildiyi anı müəyyən edərək, əqdlərin mübahisələndirilməsi üçün iş üzrə iddia müddətinin (kəsici müddətin) buraxıb-buraxmamasını müzakirə etməli olduğu halda, bunu etməmişdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid dey il, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni qətnamə ilə tutma yönəldilmiş 3-cü əmlaka, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair 2018-ci ilin aprel ayında iddia qaldırmış və iş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, həmin iddia tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, hərrac keçirilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hazırki iddianı isə iddiaçı xx.xx.2020-ci il tarixdə irəli sürmüşdür.

31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 37, 33 7, 354, 415 və 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 42, 44 və 46-cı maddələri, Mülki Prosessual Məcəllənin 4.1, 77.3, 89.1, 89.3, 89.4, 217.2, 416 və 418.1-ci maddələri ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – F.F.Bavayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-1275/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, birinci hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə, ikinci hərracın keçirilməsi xx.xx.2018 -ci il tarixə təyin edilmiş və “Kaspi” qəzetində müvafiq elanlar verilmişdir. Mübahisə edilən daşınmaz əmlaklarla bağlı ilkin hərrac baş tutmadığından mənzilin və torpaq sahəsinin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 72.500 manat və 73950 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Kaspi” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmış və iddiaçı şəxsən özü bildirişləri qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində hazırki işi yeni apellyasiya baxışına qaytaran kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 03/124-1 nömrəli bildirişin təsdiq olunmuş surətinə istinad olunur. Halbuki apellyasiya şikayətində xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, habelə “Hərracın yekunları barədə 39/3 saylı protokolun qanunla müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilmədiyi göstərilmişdir. İddiaçı ona məlum olmayan şəraitdə təsdiq edilmiş və sonradan məhkəməy ə təqdim olunan bildirişi almadığını bildirir. Bu halda həmin bildiriş məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Bundan əlavə məhkəmənin iddiaçının əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməsi nəticəsinə gəlməsi də əsassızdır. Belə ki, həmin iddia hazırki iş üzrə mübahisəli ünvan 4 ünvanda yerləşən 3 otaqlı 12 saylı mənzilə və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinə aid olmamışdır. Bundan əlavə mübahisəli bildirişin iddiaçı tərəfindən imzalanması birtərəfli təsdiq edilir və işin bu mühüm halı araşdırılmalı və məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 415.2. Qanunv ericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

38. Maddə 416.1 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

39. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İpoteka haqqında” Qanun

41. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənəd lərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

42. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

43. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

44. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Belə ki, apellyasiya məhkəməsi işdəki sübutlar əsasında bu qənaətə gəlmişdir ki, hərracın keçirilməsi qaydaları pozulmamışdır və iddiaçının bildirdikləri hərrac protokolunun hüquqi qüvvəsinin itirilməsi üçün əsas deyil.

55. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu xüsusatlarla bağlı əsaslandırması qətnamənin qanuni və əsaslı sayılması üçün kifayətdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin iddiaya MM-in 354.1-ci maddəsinin tətbiqinə dair hüquqi mövqeyini yoxlamağa prosessual qənaət prinsipi baxımından zərurət görmür.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1275/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar