Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-188/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı CavabdehƏ qarşı iş üzrə QƏRARİ iş № 2(102)-188/21 (Açar sözlər: aliment və əlavə xərclər) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin və müalicə xərcinin ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1634/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh ilə faktiki ailə münasibətlərində olmuşlar. Həmin münasibətlərdən xx xxxx 2019-cu il tarixdə X adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri alınmadığı üçün ailə münasibətlərinə son qoyulmuşdur. Övladına qulluq etdiyi üçün işləmir və uşaqda bəzi xəstəliklər aşkar edilmişdir. Uşağın normal yaşaması və ehtiyaclarının ödənilməsi üçün maddi çətinlik çəkdiyi üçün aliment tələbi və əlavə xərclərlə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin və müalicə xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavab deh ilə birgə nikahlarından doğulmuş 18 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 200 (iki yüz) manat alimentin və 150 (bir yüz əlli) manat müalicə xərcinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Cavabdeh ilə el adəti ilə qeyri-rəsmi ailə qurmuş və qeyri-rəsmi nikahlarından xx xxxx 2019-cu il tarixdə X adlı bir qızı anadan olmuşdur. Cavabdehla ailə qurduqdan sonra bir müddət birlikdə yaşamışlar. Cavabdehla əvvəllər münasibətləri normal olsada sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanmışdır. Eyni zamanda qayınata və qayınanası ailəyə müdaxilə edərək narazılıqlar yaratmışlar. Övladı X xəstədir, onun ba ş nahiyyəsində və böyrəyində şiş var, bundan əlavə mədəsində ciddi problemlər yaranıb, təcili əməliyyat olunmalıdır. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə söz-söhbət üstündə ailədə ciddi münaqişə yaranmış və onu evdən qovub ata evinə göndəriblər. Bu hallar da onun və azyaşlı övladının normal yaşamasına və uşağın tərbiyəsinə mənfi təsir göstərirdi. Əvvəllər buna əhəmiyyət verməmişdir ki, bəlkə zamanla düzələr. Lakin münasibətləri bir azda kəskin xarakter almağa başlamışdı. Artıq uzun müddətdir cavabdehlə ayrı yaşayırlar. Hazırda azyaşlı qızı ilə birlikdə ata evində yaşayır. Azyaşlı uşağına qulluq etdiyinə görə heç bir yerdə işləyə bilmir. Ona görə də uşağın normal yaşaması və bütün ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə övladna heç bir maddi köməklik göstə rmir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-407/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik еdən hаkim Qalib Paşayev) İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin və müalicə xərcinin ödənilməsi tələbinə dair” iddiasının qismən təmin edilməsi, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində alimentin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 70 (yetmiş) manat məbləğində müalicə xərcinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər-Z.Babayev (sərlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx xxxx 2020-ci il tarixli, 2(106)-1634/20 nömrəli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-407/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyalarında işə baxılan zaman onun iştirakı təmin olunmayıb. 350 manat əmək haqqı alır, 70 manat əlavə xərcləri ödəmək mümkün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsa sən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında ” Azərbaycan Rеspublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin еdilməsi validеyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Rеspublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən validеynlər uşaqlarını saхlamağa bоrcludurlar. Həmin Məcəllənin 81.1-ci madəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaq lara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmışq xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideyinlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb edilə bilər. Məcəllənin 81.2-ci maddəsinə əsasən valideyinlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideyinlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideyiləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilmə si zəruri olan xərclərə cəlb edə bilər. Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya ey ni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020- ci il tarixli, 12 saylı arayışdan görünür ki, xx xxxx 2019-cu il tarixdə doğulmuş X4 “perinatal hipoksik ensefalopatiya hipertenzik sindromu, qıcolmaya hazırlıq başında, gövdədə kiçik ölçülü hemanginoma” xəstəliyindən əziyyət çəkir, dispanser qeydiyyatdadır və vaxtaşırı müalicə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hal-hazırda rəsmi qaydada işlədiyini və aylıq əmək haqqının 350 manat olduğunu, lakin məhkəmələr tərəfindən işin bu hallarına fikir verilmədiyini və bununla da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də bu barədə hər hansı sübutu apellasiya icraatı zamanı təqdim etməmişdir. Həmçinin cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığından işə baxılan zaman iştirak etməməsi kimi kassasiya şikayəti ndə qeyd etdiyi dəlilinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, özünü Cavabdeh nümayəndəsi kimi təqdim etmiş Vəkil Şirvan Apelyasiya Məhkəməsinə teleqram ünvanlayaraq xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə baxışına təyin edilmiş başqa işlərdə iştirak edəcəyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin, Vəkil Cavabdeh nümayəndəsi və vəkili olmasını təsdiq edən etibarnaməni və vəkil orderini, eləcədə Ali Məhkəmədə baxılacaq işlərə dair bildirişlərin surətini məhkəməyə təqdim etmədiyindən apelyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu fakt cavabdehin məhkəmə iclasları barədə məlumatlı olmasını təsdiq edən mötəbər sübutdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasi ya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və onlar əsassız hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1634/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.