Məhkəmə qərarları › İş №2(102)-1880/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1880/2021

27.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1880/21 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh MTK-nın vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(103)7821/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, notarial qaydada təsdiq edilmiş 12 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 102.900 manat pul cavabdehin təsisçisi Namiq Mirzəyevə qaytarıldığı üçün istintaq müddətində həmin müqavilə üzrə ödənilən 102.900 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 12 yanvar 2018- ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi məqsədlə 11 fevral 2020-ci il tarixdə saziş bağlanıb və həmin sazişə əsasən 102.900 manat pul notariusun depozit hesabı vasitəsilə cavabdehə geri qaytarılıb. Depozit hesaba pulun iddiaçı tərəfindən köçürüldüyü sənədləşdirilsə də, əslində pul cavabdehin maliyyə direktoru Əli Hüseynzadə tərəfindən depozit hesaba köçürülüb. Belə ki, iddiaçı qaytarmalı olduğu məbləği istintaq zamanı qaytarıb və onun eyni məbləği ikinci dəfə cavabdehə qaytarması ağlabatan deyil. Müqavilə ləğv edildiyi halda pulun hərəkəti notariusun depozit hesabı vasitəsilə baş verib. Ona görə də 102.900 manat pulu depozit hesaba iddiaçının adından cavabdeh köçürüb və depozit hesaba iddiaçının adından köçürülən 102.900 manat pulun cavabdehə məxsus olması sübut olunur. İşin b u halı işə əlavə edilmiş sübutlarla da təsdiq olunur. Beləliklə də iddiaçının 102.900 manat pulu cavabdehə ikinci dəfə qaytarması müəyyən olunmur. Həmin məbləğin ikinci dəfə ödənilməsi isə iddianın əsasını təşkil edir. Ona görə də iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və E.E. Nağıyeva) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili Vəkil1 kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1 və 14.2.8-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları hesab edilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmada n başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə ra zılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı, notarial qaydada təsdiq edilmiş 12 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 102.900 manat pulun cavabdehin t əsisçisi Namiq Mirzəyevə qaytardığı üçün istintaq müddətində həmin müqavilə üzrə ödənilən 102.900 manat pulun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. İddiaçı tələbini onunla əsaslandırıb ki, 12 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən aldığı 102.900 manat pulu cinayət işi üzrə istintaq dövründə cavabdehə qaytarmasına baxmayaraq, həmin müqavilənin ləğv edilməsi barədə 11 fevral 2020-ci il tarixli saziş bağlanarkən 102.900 manat pulu ikinci dəfə cavabdehə qaytarıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, cavabdeh hündürmərtəbəli binanın inşasını həyata keçirib. İddiaçı isə həmin binanın inşası ilə əlaqədar mülkiyyətində olan daşınmaz əşyanı 12 yanvar 2018-ci il tarixli alqı-satqı-müqaviləsinə əsasən 102.900 manata cavabdehin təsisçisi Namik Mirzəyevə satıb. Həmin əşya qeyri-yaşayış sahəsidir və ünvan 1 ünvanında yerləşir və ümumi sahəsi 70,5 kv.metrdir. Qeyri-yaşayış sahəsinin üstündə əlavə olaraq 2-ci və 3-cü mərtəbələr də olub, lakin həmin tikililər dövlət reyestrində qeydiyyatdan keçməyib. Ona görə də 2-ci və 3-cü mərtəbələrdəki tikililərə dair alqı-satqı müqaviləsi bağlanmayıb, alqı-satqı müqaviləsi yalnız 1 mərtəbəli qeyri-yaşayış sahəsinə münasibətdə bağlanıb, 102.900 manat pul da 1 mərtəbəli qeyri-yaşayış sahəsinə görə iddiaçıya ödənilib. Lakin tərəflərin arasında əldə edilmiş razılığa əsasən cavabdeh 2-ci və 3-cü mərtəbələrdəki tikililərin əvəzində üzərinə 2 öhdəlik götürüb: 1) iddiaçıya aid olan, digər qeyri-yaşayış sahəsində - Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 2 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsində təmir işləri görəcək; 2) iddiaçıya aid olan, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivindəki torpaq sahəsində iddiaçı üçün üç mərtəbəli yaşayış evi inşa edəcək. Bundan sonra tərəflərin arasında fikir ayrılığı yaranıb və prokurorluqda cinayət işi başlanıb. Lakin tərəflərin arasında fikir ayrılığına dair razılıq əldə edilib və cinayət işi üzrə icraata isə hissəvi xitam verilib. Göründüyü kimi 102.900 manat pulun qaytarılması ilə bağlı 2 hal mövcuddur: cinayət işi üzrə istintaq dövründə qaytarılma; alqı-satqı müqaviləsinin ləğvi zamanı qaytarılma. İddiaçı iddia edir ki, cinayət işi üzrə istinta q zamanı fikir ayrılığına dair əldə edilmiş razılıq üzrə onun tərəfindən cavabdehə cəmi 324.608,5 manat pul qaytarılıb. Bu məbləğin tərkibinə- alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 102.900 manat; təmir üçün cavabdeh tərəfində çəkilmiş xərcin əvəzi kimi 41.942,40 manat; evin inşasına cavabdeh tərəfindən sərf edilmiş xərcin əvəzi kimi 179.766 manat. Ümumilikdə 324.608,5 manat pulun qaytarılması “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə” qərarda təsdiq olunub. Cavabdeh isə bildirir ki, iddiaçı 324.608,5 manat pulun hamısını pul şəklində qaytarıb. Həmin pulun 140.000 manatı pul şəklində qaytarılıb, qalan 184.608,5 manat pul isə əmlak şəklində qaytarılıb. Əmlak şəklində qaytarılma göstərilən formada olub: iddiaçı “xxxx” MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən 148 nömrəli mənzildən və MTK-dakı payından cavabdehin təsisçisi Namik Mirzəyevin xeyrinə imtina edib. Həmin mənzilin qiyməti qarşılıqlı razılıq əsasında 196.100 manat qiymətləndirilib. 196.100 manatla 184.608,5 manatın arasındakı fərq - 11.500 manat cavabdeh MTK-nın təsisçisi Namik Mirzəyev tərəfindən iddiaçının ərinə (hazırkı iş üzrə nümayəndəsi Fərhad Nağıyevə) ödənilib. Bütün bunlardan sonra 12 yanvar 2018-ci il tarixli alqı-satqı-müqaviləsinin ləğvinin rəsmiləşdirilməsinə zərurət yaranıb. Belə ki, 102.900 manat pul iddiaçıya məhz həmin müqavilə üzrə verilib. Alqı-satqı müqaviləsinin ləğv edilməsi məqsədlə 11 fevral 2020-ci il tarixdə saziş bağlanıb və həmin sazişə əsasən 102.900 manat pul n otariusun depozit hesabı vasitəsilə cavabdehə geri qaytarılıb. Depozit hesaba pulun iddiaçı tərəfindən köçürüldüyü sənədləşdirilsə də, əslində pul cavabdehin maliyyə direktoru Əli Hüseynzadə tərəfindən depozit hesaba köçürülüb. Belə ki, iddiaçı qaytarmalı olduğu məbləği istintaq zamanı qaytarıb, onun eyni məbləği 2-ci dəfə cavabdehə qaytarması ağlabatan deyil. Müqavilə ləğv edildiyi halda pulun hərəkəti notariusun depozit hesabı vasitəsilə baş verməlidir, ona görə də 102.900 manat pulu depozit hesaba iddiaçının adından cavabdeh köçürüb. Depozit hesaba iddiaçının adından köçürülən 102.900 manat pulun cavabdehə məxsus olması sübut olunub, işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün əsaslandırılıb. Göründüyü kimi iddiaçının 102.900 manat pulu cavabdehə ikinci dəfə ödəməsi müəyyən olunmur və həmin məbləğin ikinci dəfə ödənilməsi isə iddianın əsasını təşkil edir. Ona görə də apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinin tələbinə əsaslanaraq iddianı rədd etməklə düzgün nəticə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sad alanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçı nın kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərilən digər dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(103)-7821/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar