Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1890/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X7 ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-119/2023 nömrəli iş üzrə 05 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 22.08.2014-cü il tarixdə verilmiş AC XXX nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 görə, **-AD-*** qeydiyyat nişanlı “XXX” markalı 2014-cü il buraxışlı XXX mühərrik nömrəli XXX ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur.
2. İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli AL-XXX nömrəli “Daxili lizinq müqaviləsi” və 3 nömrəli Əlavəyə əsasən, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi, müqavilənin ayrılmaz hissəsi olan 3 nömrəli Əlavə ilə müəyyən edilmiş lizinq ödənişlərini (ödənişlərin məbləği, qaydası və müddəti) ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 15.800 manat təşkil edir və 48 ay müddətinə bağlanılır. Aylıq ödəniş 455,85 manat təşkil edir.
3. İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli təhvil-təslim aktına görə, İddiaçı ASC-nin mülkiyyətində olan “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh oğlu tərəfindən təhvil alınmışdır.
4. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən, Cavabdeh oğlu tərəfindən xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 455 manat, xx.xx.2017-ci il tarixdə 1.050 manat, xx.xx.2017-ci il tarixdə 474 manat və xx.xx.2016-cı il tarixdə 463 manat ödəniş edilmişdir. 5. 07 iyun 2019-cu il tarixli 1049 nömrəli arayışa g örə, Cavabdeh oğlunun 25 oktyabr 2016-cı il tarixdə AL-XXX nömrəli «Daxili lizinq müqaviləsi» üzrə 04 aprel 2019-cu il tarixə əsas borcu 7.107,24 manat, mükafat borcu 3.529,01 manat, cərimə borcu 7.132,32 manat, cəmi borcu 17.768,57 manat təşkil edir.
6. İddiaçının təqdim etdiyi etibarnamələrdən görünür ki, İddiaçı ASC tərəfindən lizinq obyektinin istifadəsi ilə bağlı Cavabdeh oğluna etibarlılıq müddəti 25 aprel 2017-ci il müəyyən edilməklə etibarnamə verilmişdir.
7. DİN Bakı şəhər Xəzər RPİ tərəfindən məhkəmə sorğusuna verilmiş 25 iyul 2019cu il tarixli cavabına əsasən, “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomaşın xx.xx.2017-ci il tarixdə müvafiq aktla DİN BDYPİ «Siqnal İLİ» idarəsinin 12 nömrəli cərimə meydançasına yerləşdirilmiş, xx.xx.2017-ci il tarixdə həmin daya ncaqdan çıxarılmışdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.7-ci maddələrinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
8. DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC tərəfindən 26 iyul 2017-ci il tarixdə Xəzər rayonu DYP-yə məktub ünvanlanaraq göstərilmişdir ki, Cavabdeh oğlu götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı ASC-yə borcu yaranmışdır və heç bir hüququ əsası olmadan İddiaçı ASC-yə məxsus “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nömrəli ağ rəngli avtomobili idarə etməkdə davam edir. Qeyri-rəsmi məlumata görə “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nömrəli ağ rəngli avtomobil DYP-nin müvəqqəti dayanacağındadır. Mülkiyyət hüququ ilə İddi açı ASC-yə məxsus olan həmin nəqliyyat vasitəsini X4 vasitəsi ilə İddiaçı ASC-nin müvəqqəti duracağına gətirilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. 9. 26 iyul 2017-ci il tarixli akta görə, Xəzər DYPİ tərəfindən “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil «XXX» tərəfindən cərimə meydançasından qəbul edilmişdir.
10. Bakı şəhəri Sabunçu RPİ 13-cü X9 Pərviz oğluna ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh qeyd olunan nəqliyyat vasitəsinin ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmiş, ona mübahisənin mülki qaydada həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
11. Bakı şəhəri Sabunçu RPİ 13-cü Polis Bölməsinin təhqiqatçısının Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh istifadəsində olan “XXX” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin “XXX”ın əməkdaşları olan XXX və XXX adlı şəxslər tərəfindən ondan alındığını bildirərək, tədbir görülməsini xahiş etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbilə cinayət işinin başlanması rədd edilmişdir.
12. Məhkəmənin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı sorğuya əsasən əldə edilmiş və iş materiallarına əlavə edilmiş cavab məktublarına görə, İddiaçı ASC-nin mülkiyyətində olan “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Bakı şəhəri üzrə polis orqanlarına müraciət olunmamışdır. Həmin maşının saxlanılması üçün şəxsi heyət təlimatlandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 25 oktyabr 2016-cı il tarixli AL-XXX nömrəli “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxışlı “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı XXX ban XXX mühərrik nömrəli ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh oğlundan 25 oktyabr 2016-cı il tarixli AL-XXX nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 aprel 2019-cu il tarixə 7.107,24 manat əsas, 3.529,01 manat mükafat və həmin günə hesablanmış 7.132,32 manat dəbbə pulu, cəmi 17.768,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
14. İddianın əsaslarına görə, Cavabdeh oğlu ilə 25 ok tyabr 2016-cı il tarixdə ALXXX nömrəli “Daxili lizinq müqaviləsi” bağlanmış və lizinq alan Cavabdeh oğlunun müvəqqəti istifadəsinə vermişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən Cavabdeh oğlu illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.85 manat, ümumilikdə isə 21880.34 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümümilikdə 21.880.34 manatın 15.800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 20 iyul 2017-cil tarixdə 500 manat məbləğdə olmuşdur. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2019 nömrəli iş üz rə 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilərək, Cavabdeh oğlundan 748,95 manat lizinq ödənişi üzrə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,20 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) 2(105)-388/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən tə min edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsinin borcun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişdirilməsi, qətnamə ilə Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən 748,95 manat lizinq ödənişi üzrə borc məbləğinin dəyişdirilərək, gecikdirilmiş əsas borc üzrə 900,81 manat, mükafat borcunun (faiz) üzrə 300,30 manat həddində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin Cavabdeh oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dəmirov) 09 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli qətnaməsinin qismən - iddianın 2014-cü il buraxılışlı ağ rəngli “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamədə lizinq obyektinin 26 iyul 2017-ci il tarixli akta əsasən iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyini və məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin həmin aktın doğruluğunu təsdiq etdiyini göstərsə də, işdə bu halı təsdiq edən heç bir yazılı sübut yoxdur. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərindən görünür ki, iddiaçı lizinq obyektini məhz cavabdehdən geri tələb edir. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, lizinq obyektinin iddiaçıya təhvil verilməsini sübutetmə yükünün bilavasitə cavabdehin üzərinə düşməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxladığı halda, qətnamənin nəticə hissəsində lizinq obyektinin geri qaytarılmasına dair iddiaya ümumiyyətlə münasi bət bildirmədən, bir tərəfdən bu hissədə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə faktiki razılaşmaqla, digər tərəfdən lizinq obyektini qanunsuz ələ keçirmiş və onun istismarında iştirak etmiş şəxslərin dairəsinin müəyyən edilib, onların hərəkətlərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması barədə prokurora məlumat verməklə ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin lizinq obyektini 31 may 2017-ci il tarixdə iddiaçıya hansı qaydada təhvil verdiyini, onlar arasında nəyə görə hər hansı sənədləşmənin aparılmadığını, 20 iyul 2017-ci il tarixdə cavabdehin adından 500 manat ödənişin kimin tərəfindən edildiyini, cavabdehə lizinqə verilmiş “XXX” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə, XXXa l izinqə verilmiş “XXX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni avtomobillər olub-olmadığını, sonuncunun idarə etdiyi avtomobilin üzərinə nəyə görə cavabdehə lizinqə verilmiş avtomobilin dövlət qeydiyyat nişanlarının vurulduğunu, İddiaçı ASC ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılığın olub-olmadığını, mübahisəli lizinq obyektinə dair həmin təşkilatlar arasında hər hansı müqavilənin bağlanıb- bağlanmadığını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəy almadan, lizinq obyektinin 25 iyul 2017-ci il tarixli aktla Bakı şəhər DYP İdarəsinin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacağına yerləşdirilməsi və 26 iyul 2017-ci il tarixdə oradan çıxarılmasına dair müvafiq toplanmış sənədləri, o cümlədən sözügedən aktı, habelə XXXun inzibati qaydada cərimə edilməsinə dair işi tələb edib onlara baxış keçirmədən, bir sözlə lizinq obyektinin yerini müəyyən etmədən, lizinq obyektinin cavabdehdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsinin 2014-cü il buraxılışlı ağ rəngli “XXX” markalı **-AD*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh oğlundan alınıb iddiaçıya geri qaytarılmasının rədd edilməsi hissəsi ndə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) 2(102)-1840/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “Baxılan işdə lizinq obyekti olan “XXX” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 oktyabr 2016-cı il tarixli akta əsasən cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Lizinq müqaviləsi ləğv edildiyinə görə lizinq obyektini geri tələb edən lizinq şirkətinə avtomobili təhvil verdiyini iddia edən cavabdeh öz iddiasını sübuta yetirməlidir. Çünki, təhvil aldığı avtomobili iddiaçıya qaytardığını sübut etməklə cavabdeh öhdəlikdən azad ola bilər. Ona görə də cavabdeh öz etirazının əsasında duran halları sübut etmək yükünü daşıyır (§ 44). Apellyasiya məhkəməsi baxılan hissədə iddianı rədd edərkən əvvəlcə ona əsaslanmışdır ki, lizinq obyekti olan avtomaşının iddiaçı təşkilatın həvalə etdiyi (XXX soyadlı) şəxs tərəfindən duracaqdan qəbul edilməsi 26 iyul 2017-ci il tarixli aktla təsdiq edilir. Kollegiya bu mövqeyi kifayət qədər əsaslandırılmış hesab etmir, ona görə ki, iddiaçı, aktda qeyd olunan “XXX” markalı maşını duracaqdan özünün nümayəndəsinin qəbul etdiyini təsdiqləsə də, həmin nəqliyyat vasitəsinin məhz **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmadığını bildirir. İddiaçının deməsinə görə, "xxxx" MMC, xx.xx.2017-ci il tarixli daxili lizinq müqaviləsi ilə “XXX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 lizinqə verilmişdir. Müqavilə öhdəliyini pozan A.Şahmuradov həmin avtomobilə cavabdehə lizinqə verilmiş **-AD-*** dövlət qeydiyyat nişanını taxmaqla idarə etdiyi üçün nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılmış və duracağa yerləşdirilmişdir. İddiaçının nümayəndəsi XXX soyadlı şəxs tərəfindən 26 iyul 2017-ci il tarixli aktla məhz həmin avtomobil alınaraq adı çəkilən MMC-yə təhvil verilmişdir. X6 haqqında tərtib olunan KYP XXX nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2017-ci ildə avtomaşın dövlət qeydiyyat nişanı oxunmadığı üçün saxlanılmış, yoxlama zamanı dövlət qeydiyyat nişanının başqa avtomaşına aid olması və maşını idarə etməsi üçün etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Göründüyü ki, iddiaçı, nümayəndəsinin 26 iyul 2017-ci il tarixli aktla dayanacaqdan qəbul etdiyi avtomobilin əslində cavabdehə verilən lizinq obyekti olmayıb, üzərinə XX-ADXXX dövlət qeydiyyat nişanı vurulmuş və "xxxx" MMC tərəfindən XXXa verilmiş başqa avtomobil olduğuna istinad etməklə bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir....... ikinci apellyasiya baxışında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu halların tam və hərtərəfli araşdırılmasına dair kassaisya məhkəməsinin göstərişləri lazımi şəkildə yerinə yetirilməmişdir. Bu hal isə MPM-nin 420-ci maddəsinin pozulmasına dəlalət edir (§ 47). Mövcud vəziyyətdə cavabdehin lizinq obyekti olan avtomobili iddiaçıya qaytardığına dair sübutetmə yükünü yerinə yetirməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi digər hallar - iddiaçı tərəfindən 2017-ci ildən sonra maşına dair cavabdehə etibarnamə verilməməsi, lizinq obyektinin geri qaytarılması üçün təsirli tədbirlər gösrməməsi, habelə cavabdehdən tutulan lizinq məbləğinin xx.xx.2017-ci ilədək hesablanması və s. özüözlüyündə lizinq obyektini iddiaçıya qaytarmaqla bağlı sübutetmə yükünü cavabdehdən iddiaçıya keçirmir. Ona görə ki, yazılı aktla təhvil aldığı lizinq obyektini iddia çıya qaytardığını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirmək vəzifəsini lizinq müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş cavabdeh daşıyır. Çünki, lzinq obyektinin qaytarılması ilə bağlı lazımi sənədləşmə işlərinin aparılmaması və ya bu barədə sübutların məhkəməyə təqdim olunmamasının riski cavabdehə aiddir.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ağayev və R.Əsgərova) 2(105)-119/2023 nömrəli iş üzrə 05 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin 2014-cü il buraxılışlı ağ rəngli “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh oğlundan alınıb iddiaçıya geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, 2014-cü il buraxılışlı ağ rəngli “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınıb iddiaçıya geri qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitəsinin cavabdehə təqdim edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin avtomobilin cavabdeh tərəfindən iddiaçı təşkilata qaytarılması təsdiqini tapmır. Müqavilə üzrə cavabdeh tərəfindən alınmış nəqliyyat vasitəsi iddiaçı təşkilata geri qaytarılmadığı müəyyən edilir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1, 748.2.2, 748.2.5, 748-10.1, 747-2, 739-cu maddələrinə istinadla əsaslandır ılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəriləsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlillərinə görə, işə apellyasiya instansiyasında yenidən baxılarkən üçüncü şəxs XXXun əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatı ümumiyyətlə növbəti dəfə işi araşdıran apellyasiya məhkəməsinin diqqətindən kənarda qalmışdır. Lizinq obyekti olan “XXX” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil polis tərəfindən saxlanılıb cərimə meydançasına yerləşdirilərkən və sonradan təhvil aktına əsasən iddiaçının nümayəndəsinə təhvil verilərkən həmin avtom obilin ban və mühərrikin nömrələrinin məhz başqa şirkətə məxsus olduğu məhkəməyə təqdim edilmiş sənədlərdə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında olan göstərişlərə formal olaraq yanaşmış, göstərişlərdə qeyd olunan halları tam, hərtərəfli araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük veril mir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həm in gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satı n almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq o byekti lizinq verənin mülkiyyətidir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 2 17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətlərində qətnamənin qismən və tam ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyi nin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İlk olaraq, lizinq müqaviləsi ilə bağlı qanunvericiliyin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanı n mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Bu mənada, lizinq obyektinə dair sa hiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir (Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi).
40. Həmçinin, öhdəliklərin ic rası ilə bağlı normalar nəzərdən keçirildikdə məlum olur ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
41. Lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
42. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəli lləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmiş, həmin məhkəmə tərəfindən MPM-in 420ci maddəsinin tələblərinə əməl olunmuşdur.
44. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-119/2023 nömrəli iş üzrə 05 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.