Məhkəmə qərarları › İş №2(102)-1891/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1891/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1891/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ tələb olunan məbləğdən az olduğuna görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-ci il tarixli 2(103)1091/2024 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 6560 (altı min beş yüz altmış) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbi qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

3. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-ci il tarixli 2(103)-1091/2024 nömrəli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulmalı mənəvi zərərin məbləği hissədə dəyişdirilərək, mənəvi zərərin əvəzi kimi tutulmalı məbləğ 10.084 (on min səksən dörd) manat müəyyən edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-ci il tarixli 2(103)-1091/2024 saylı qətnaməsini qismən ləğv edilməsini, iddia tələblə rinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-ci il tarixli 2(103)1091/2024 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

9. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassas iya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən edildi ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci ma ddəsində müəyyən olunmuş məbləğdən azdır.

12. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. Birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 6560 (altı min beş yüz altmış) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməs i, iddia tələbi qalan hissələrdə rədd edilməsi qət edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulmalı mənəvi zərərin məbləği hissədə dəyişdirilərək, mənəvi zərərin əvəzi kimi tutulmalı məbləğ 10.084 (on min səksən dörd) manat müəyyən edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya instan siyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Belə olan halda, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyinə görə kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 3524 manatdır (10084(apellyasiya instansiyası məhkəməsi tərəfindən ödənilməsi qət olunan məbləğ) -6560 (birinci instansiya məhkəməsin tərəfindən ödənilməsi qət olunan məbləğ) =3524). Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan aşağı olduğundan həmin hissədən kassasiya kassasiya şikayəti verilə bilməz.

14. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin MPM-in 402-ci maddəsinin tələblərinə cavab verməyən k assasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

15. Qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilə bilməz, həmin kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessualı hərəkətlər edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2024-ci il tarixli 2(103)1091/2024 saylı qətnaməsindən ca vabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar