Məhkəmə qərarları › İş №2(102)-1893/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1893/2019

12.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1893/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ciil tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov, iş № 2(001)-xx/18) İddia çı Cavabdeh qarşı "uşaqların anadan alınıb atanın himayəsinə verilməsi" tələbinə dair iddiası təmin edilərək, xx xxx 2006-cı il təvəllüdlü Hüseyinzadə (Hüseyinov) Məhəmməd Teymur oğlunun və xx xxx 2009-cu il təvəllüdlü X4 ataları İddiaçı himayəsində qalmaları müəyyən edilmiş və xx xxx 2009-cu il təvəllüdlü X4 anası Cavabdeh alınıb atası İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini xx xxx 2009-cu il təvəllüdlü X4 ondan alınıb iddiaçının himayəsinə verilməsi hissəsində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ciil tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2 (103)-xxx/18) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməyərək iş üzrə Binəqədi Ra yon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ciil tarixli qətnaməsinin qismən - “xx xxx 2009-cu il təvəllüdlü X4 atası İddiaçı yanında qalması və onun anası Cavabdeh alınıb atası İddiaçı verilməsi” hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx xxx 2006-cı il təvəllüdlü X1, xx xxx 2009-cu il təvəllüdlü X4 Cavabdeh alınıb onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrini yalnız xx xxx 2009-cu il təvəllüdlü X4 ondan alınıb iddiaçının himayəsinə verilməsi hissəsində mübahisələndirmişdir. O, qətnamənin xx xxx 2006-cı il təvəllüdlü X5 ilə bağlı hissəsini nə apellyasiya, nə də kassasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ciil tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər 09.03.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2011ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Nikah pozularkən birgə nikahdan doğulmuş uşaqlar - xx xxx 2006-cı il təvəllüdlü X2 və xx xxx 2009-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Eyni zamanda digər m əhkəmə qətnamələri ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları İddiaçı anaları Cavabdeh xeyrinə aliment tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi daha sonra müəyyən etmişdir ki, iddiaçı cavabdehlə boşandıqdan sonra 29.10.2013-cü il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 19.09.2014-cü il təvəllüdlü Məryəm adlı bir qızı dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının mübahisə predmeti üzrə xx xxx 2018-ci il tarixli rəyindən görünür ki, 10 yaşına çatmış uşağın fıkirini, həyat şəraitinin müayinə edilməsinin nəticələrini, Azərbaycan Respublikası "Ailə Məcəlləsi"nin 52, 58, 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafelərinin üstünlüyü baxımından 27 iyun 2006-cı il təvəllüdlü X3 və x x xxx 2009-cu il təvəllüdlü Hüseyinli Hüseyn Teymur oğlunun İddiaçı himayəsinə verilməsi məqsədəmüvafıq hesab edilmişdir.Rəyə əlavə edilmiş tərəflərin həyat şəraitinin xx xxx 2018-ci il tarixli müayinə aktından görünür ki, iddiaçının ailə və mənzil-məişət şəraiti uşaqların onun himayəsində saxlanılması üçün əlverişli vəziyyətdədir. Həmin evdə yaşayış üçün normal şərait yaradılmış, təmir işləri orta səviyyədədir, sanitar-gigiyenik qaydalara riayət olunub, ev kombi istilik sistemi, kondisioner, su, təbii qaz, elektrik enerjisi ilə təchiz edilib. Müayinə zamanı həmin evdə İddiaçı, arvadı Yasəmən Hüseyinovanın, iddiaçının yeni nikahdan olan uşağı X1 və iddiaçının əvvəlki nikahdan olan uşağı X2 birlikdə yaşadıqları müəyyən edilmişdir. Həmçinin iddiaçının həyat şəraitini müayinə edərkən arvadı X3 komissiya üzvlərinin suallarına cavab olaraq bildirmişdir ki, ərinin birinci nikahdan olan uşaqlarının onlarla qalmasına razıdır və uşaqlar onlarla yaşayacağı təqdirdə onlara ana qayğısı göstərəcək. Rəyə əlavə edilmiş tərəflərin həyat şəraitinin xx xxx 2018-ci il tarixli müayinə aktından görünür ki, cavabdehin hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evin mənzil-məişət şəraiti övladlarının onun himayəsində saxlanması üçün əlverişlidir, lakin həmin ev ona deyil, xalasına məxsusdur. Birinci instansiya məhkəməsində işə baxılarkən artıq 10 yaşı tamam olmuş 27 xx xxx 2006-cı il təvəllüdlü X3 psixoloqun iştirakı ilə dinlənilmiş və o, bildirmişdir ki, “hazırda 12 yaşı var və atası ilə qalır. Anasının yanından getməyinin səbəbi isə odur ki, xəstələnmişdi, boğazı gəlmişdi, qızdırması 38-39 i di və düşmürdü. Məktəbdən xəstələnib evə gəlmiş, anası zəng edib atasını çağırmış və atası gəlib onu səhəri gün öz yanına aparmışdır. Atası onu aparandan sonra evə təcili yardım çağırıb, onu müalicə etmişlər, istiliyi düşmüşdür. Həmin vaxtdan sonra anasının yanına qayıtmamışdır. Atasının yanında şərait daha yaxşıdır və atası ilə qalmaq istəyir. Atasının yeni yoldaşı ona baxır, paltarlarını yuyur, yeməyini verir, qayğısına qalır. Atasının yeni nikahdan olan bacısını da çox istəyir, onlarla qalmaq itəyir və bu qəti qərarıdır. Anasının yanında qalanda evdə yerdə yatırdı, daha doğrusu pola matras sərilirdi və polda yatırdı. Qardaşı da onun yanında yerdə, döşəkdə yatırdı. Anasının qaldığı evdə hər şey dağınıq idi, qablar yuyulmurdu. Yayda evdə çoxlu həşaratlar olur, həmişə evdə tarakanlar gəzir. Orada yeməyi anası hər dəfə bişirmirdi, yalnız tələb edəndən 2-3 saat sonra anası yemək bişirirdi, çimizdirmirdi. Anası həmişə telefonda və ya kompüterdə olurdu. Anası onu məktəbə döyüb gəndərirdi”. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəs inə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddə sinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. "İnsan hüquqlarının və X9 haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müd afiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin xx xxx 2000-ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azər baycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyə sinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qa lması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların ma ddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Plenum qərarına əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin Plenum qərarına əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləs inin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Həmin Plenum qərarına əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Plenum qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış u şağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Plenum qərarına əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Plenum qərarına əsasən məhkəmələrə həmçinin iz ah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə sadalanan maddi hüquq normalarına və Ali Məhkəmənin Plenumqərarına əsasən uşaqların yaşı (12 və 8 yaşları var), onların fikri (12 yaşlı uşaq atası ilə, 8 yaşında uşaq isə hər iki valideynini çox istəsə də, anası ilə qalmaq istəyir), uşağın valideynlərdən hər birinə, qardaşına bağlılığı (böyuk uşaq yalnız atasını istəyir, kiçik uşaq hər iki valideyinlərini istəyir, uşaqlar bir-birlərinə bağlıdırlar), valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər (kiçik uşaq atasını və anasını çox istəyir, yalnız böyük uşaq tək atasını çox istəyir), uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (atanın işinin olması, övladlarını tam hərtərəfli şəkildə təmin edəcək maddi vəziyyəti, daimi yaşayış yerinə malik olması, ananın isə müxtəlif ünvanlarda kirayədə yaşamaqla işləməməsi, deməsinə görə qohumlarının maddi yardımları hesabına kirayə pulunu ödəyərək yaşaması, uşaqları atasının ödədiyi aliment hesabına saxlaması, uşaqlarını əvvəllər saxladığı valideyinlərinin evində antisanitariya olması, uşaqlar həmin evdə yaşayarkən infeksion xəstəlik tutması, uşaqları bi rbaşa döşəmənin üstünə sərilmiş matraslarda yatırması, vaxtlı-vaxtında uşaqlarına yemək verməməsi, gigiyenalarına riayət etməməsi, dərsləri ilə maraqlanmaması, məktəbdən yayındırması, tez-tez kiçik uşağın məktəbini dəyişməsi, daha çox sosial şəbəkələrdə vaxt keçirməsi və sair), 10 yaşı tamam olmuş uşağın fikrinin mütləq nəzərə alınmalı olması (12 yaşında olan Məhəmməd atası ilə qalmaq istəyir, anasının yanını tərk edərək atasının yanına getmişdir, qardaşına çox bağlı olduğunu bildirir), uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və birlikdə yaşamalarının təmin edilməli olması müstəsna hallar kimi qiymətləndirilməli və bütün bunlar məhkəmənin iş üzrə gəldiyi nəticədə öz əksini tapmalıdır. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərə k uşaqların atalarının yanında qalmalarının müəyyən edilməsini və atanın yanında olmayan kiçik uşağın anadan alınaraq atasına verilməsini onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun hesab etmiş və bu baxımdan birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etdiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işə baxılarkən uşağın valideynləri n maraqlarından da üstün olan maraqları gözlənilmiş, “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ pozulmamışdır. Məhkəmə kollegiyası bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “Olsson İsveçə qarşı” iş üzrə 24.03.1988-ci il tarixli qərarının hazırkı iş üçün əhəmiyyətli olduğunu qeyd edir. Həmin qərardan görünür ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları bir-birindən ayrı yaşamağa məhkum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasındakı münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç höküməti üç qardaşı bir-birindən ayrı saldığına gö rə “İnsan Hüquqları və X6 üzrə Avropa Konvensiyası”nın şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq azyaşlı Həsənin Cavabdeh alınıb iddiaçıya verilməsini uşağın maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun sayır və qeyd edir ki, uşağın atanın yanında qalması anaya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşağı ilə ünsiyyət saxlasın və onun tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsi ni ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətin in dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə göstərilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ciil tarixli 2(103)-XX/18 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar