Məhkəmə qərarları › İş №2(102)-1899/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1899/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1899/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İddiaçı Cavabdeh İddiaçı qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1899/22 (Açar sözlər: əşyaların mənzildən çıxarılması, mənzilə köçürülmə tələbi, sübut etmə yükü) Bakı şəhəri, 11 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-7973/2021 nömrəli, 17 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, ev 16/9B özbaşına tikilidir.

2. Evin şəxsi maliyyə haqq-hesabı 04.11.2017-ci il tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) adına açılmışdır. Evdə iddiaçıdan savayı, X3, X1 və X4 qeydiyyatdadırlar.

3. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının mərhum oğlunun arvadıdır.

4. Cavabdehə məxsus əşyalar hazırda qeyd edilən evdədir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi (sonradan dəqiqləşdirmə barədə ərizə) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabde hin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, ev 16/9B ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququ olmayan şəxs qismində əşyalarının – 1 ədəd “Philips” markalı soyuducu, 1 ədəd “İndesit” markalı paltaryuyan, 1 ədəd “Panasonic” markalı televizor, 1 ədəd asperator, 1 ədəd “Hotline” markalı qaz pilitəsi, 1 ədəd tozsoran, 1 ədəd taxt ( yataq otağı mebeli sökülü vəziyyətdə) 1 ədəd dəhliz şkafı, 1 ədəd Panasonic musiqi mərkəzi, 1 ədəd böyük divan, 1 ədəd kiçik divan, 2 ədəd kreslo, 1 ədəd stol ( yumuru), 6 ədəd stul, 4 ədəd döşək, 3 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd adyal, 2 ədəd xalça və 1 ədəd termosun məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2000-ci il tarixdə Bakı şəhəri, Xətai ra yonu, Yavər Əliyev küçəsi, ev 16/9B ünvanında yerləşən fərdi yaşayış evini alıb. 20 ildir ki, həyat yoldaşı Minafə Quliyeva ilə birlikdə həmin ünvandan yaşayırlar.

7. X11 1995-ci il tarixdə cavabdehlə ilə bir-birilərinə qoşularaq Rusiya Federasiyasına qaçıb orada ailə qurmuş və ailəsi ilə birlikdə orada yaşamışlar. Sonradan oğlu Lütvəli “Gənclik” metrosunun yaxınlığında ev almışdır. usiya Federasiyasından Azərbaycana gəldikdə Lütvəli ailəsi ilə birlikdə həmin evdə yaşayıb. 2015-ci il tarixdə oğlunun səhhətində olan narahatlıqla əlaqədar həmin evi satdıqda orada olan əşyaları müvəqqəti olaraq onun mübahisədə adı keçən evinin bir otağına qoymalarına razılıq vermələrini xahiş etmişdir. İddiaçı da müvəqqəti olaraq onlara məxsus əşyaların evin bir otağına yığılmasına razılıq vermişdir. Oğlu Lüt vəli xərçəng xəstəliyindən əziyyət çəkdiyindən 2019cu il tarixdə onu müvəqqəti olaraq öz evinə gətirərək müalicə etdirmişdir. Oğlu ilə birlikdə həyat yoldaşı Cavabdeh (cavabdeh) da gəlmişdir.

8. Cavabdeh həmin evdə qeydiyyatda deyil, heç bir vaxt da orada yaşamamışdır. 2020-ci il tarixdə Lütvəli vəfat etmiş, oğlunun vəfatından sonra onun həyat yoldaşı olan cavabdeh evdə söz-söhbət salaraq, onlara hörmətsizlik edərək iddiaçının və yoldaşının rahat yaşamalarına maneçilik törətmişdir.

9. Cavabdehdən əşyalarını da toplayaraq çıxmasını xahiş etsələr də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh hər gün evdə iddiaçıya qarşı hörmətsiz davranaraq söz-söhbət salmış, iddiaçı da 102 xidmətinə zəng edərək cavabdehdən şikayət etmişdir.

10. Sonradan iddiaçı məcburiyyət qarşısında yoldaşı Minafəni də göt ürərək, qapını bağlayıb oğlunun evinə getmişdir. Hazırda cavabdehin maneçilik törətməsi səbəbindən öz evlərində yaşaya bilmirlər. Evə getdikləri an cavabdeh də oraya gələrək yenidən onlara qarşı hörmətsizlik göstərərək, söz söhbət salaraq orada yaşamağa başlayır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 158.4-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh də qarşılıqlı iddia verərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin əsası olaraq məhkəməyə təqdim etdiyi 2004-cü ildə tərtib edilmiş şəxsi hesab vərəqəsindən və həmin vərəqəyə əlavə edilmiş evin plan sxemindən görünür ki, iddiaçının özünə məxsus oldu ğunu iddia etdiyi həmin ev özbaşına tikilidir və iddiaçı 2017-ci ildən həmin evə pasport qeydiyyatına düşümüşdür. 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin tələblərinə görə pasport qeydiyyatı yaşayış sahəsinə hüquq müəyyənedici sənəd kimi qəbul edilə bilməz.

14. İddiaçı ailə üzvləri ilə birlikdə 2001-ci ilədək özünə məxsus Bakı şəhəri Telnov küçəsi ev 2,mənzil 129-da qeydiyyatda olmaqla yaşamışdır. 2001-ci ildə bankdan götürdüyü kredit məbləğini ödəyə bilmədiklərinə görə iddiaçı mənzili satıb kredit borcunu bağlamış, ailə üzvləri ilə birlikdə kirayə evdə yaşamışlar.

15. Cavabdeh həmin illərdə əri ilə birlikdə Rusiyanın Tümen vilayətində yaşamış və onların maddi vəziyyətləri yaxşı olduğundan alqı-satqı yolu ilə öz adına 05.06.2001-ci ildə ünvan 2 ünvanda 70 saylı mənzili, 29.06.2006 -cı ildə isə Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi almışlar.

16. Cavabdehin əri fərdi həyət evlərində yaşamağı xoşladığından 2004-cü ildə 8000 ABŞ dollarına özbaşına inşa edilmiş hazırda mübahisədə adı keçən evi almışdır. Sonradan həmin evə əlavə özbaşına iki yaşayış otağı inşa etməklə (hazırda cavabdehə aid olan mebel və əşyalar həmin əlavə özbaşına inşa edilmiş otaqlarda yerləşir) istifadə etməyə başlamışlar. 2004-cü ildə də əri valideynləri kirayə evdə qalmasınlar dəyə onların həmin evə köçüb yaşamalarına icazə vermişdir. 2011-ci ildə cavabdehin əri səhhəti ilə bağlı artıq Tümen vilayətində yaşaya bilmədiyindən birdəfəlik Bakıya qayıdaraq vəfat edən günədək həmin evdə valideynləri ilə birlikdə yaşamışdır.

17. Cavabdeh uşaqlarının Tümen vilayətində təhsil almaları səbəbi ilə yalnız yay aylarında uşaqlarla birlikdə həmin evdə gəlib qala bilmişdir.

18. Cavabdehin əmlaklarının yerləşdiyi özbaşına inşa edilmiş tikili olan, 2004-cü ildə faktiki alqı-satqı yolu ilə aldıqları evdə 2017-ci ilin noyabr ayınadək heç kim qeydiyyatda olmamış, 2017-ci ildə cavabdehə məxsus əmlakların qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı 12.04.2017-ci ildə Nərimanov rayon Polis və Prokurorluğunda araşdırmalar başlandıqdan sonra 04.11.2017-ci ildə iddiaçı həyat yoldaşı ilə, 30.05.2019-cu il tarixdə isə iddiaçının digər iki oğlu X1 və X5 həmin evə pasport qeydiyyatına düşmüşlər ki, cavabdedhə aid olan həmin əmlaka sahiblənsinlər.

19. İddiaçı cavabdehin əri ilə həmin evdə yaşamalarını, cavabdehin əmlakının həmin evdə yerləşməsini inkar etmir, lakin ca vabdehə məxsus əmlakların 2004-cü ildə 66 saylı MKİS-in rəisi tərəfindən təsdiq edilmiş plan-sxemdə əks edilən tikililərdə yox, həmin tikililərə əlavə özbaşına inşa etdikləri iki yaşayış otaqlarında yerləşməsini, qeyd edilmiş otaqların isə iddiaçıya heç bir aidiyyatı olmadığını məhkəmədən gizlədir.

20. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad edilib.

21. Xətai Rayon Məhkəməsinin 2(011)-1790/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, ev 16/9B ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1 ədəd “Philips” markalı soyuducu, 1 ədəd “İndesit” markalı paltaryuyan, 1 ədəd “Panasonic” markalı televizor, 1 ədəd asperator, 1 ədəd “Hotline” markalı qaz pili təsi, 1 ədəd tozsoran, 1 ədəd taxt ( yataq otağı mebeli sökülü vəziyyətdə), 1 ədəd dəhliz şkafı, 1 ədəd Panasonic musiqi mərkəzi, 1 ədəd böyük divan, 1 ədəd kiçik divan, 2 ədəd kreslo, 1 ədəd stol ( yumuru), 6 ədəd stul, 4 ədəd döşək, 3 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd adyal, 2 ədəd xalça və 1 ədəd termosun çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)

22. Birinci instansiya məhkəməsi işdəki sübutlara və şahid ifadələrinə əsasən müəyyən edib ki, sözügedən Fərdi ev özbaşına tikilidir və iddiaçı həmin evin mülkiyyətçisi deyil. Lakin iddiaçı tərəfindən təqdim olunmuş 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.10.2019-cu il tarixli, 1381 saylı Arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, ev 16/9B ünvanında yerl əşən özü tikili mənzilin şəxsi maliyyə haqq-hesabı 04.11.2017-ci il tarixdə açılmışdır. Sözügedən mənzildə iddiaçının özü, X3, X1 və X4 qeydiyyatdadır. Həmçinin, həmin arayışa görə, Fərdi ev özü tikilidir və sahibi İddiaçıdur. Cavabdehə məxsus əşyalar hazırda Fərdi evdədir.

23. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçının Fərdi evə dair mülkiyyət hüququ olmasa da, sözügedən evin şəxsi maliyyə haqq-hesabı iddiaçının adına olduğundan və iddiaçı Fərdi evə faktiki sahiblik etməklə evdən istifadə hüququnu həyata keçirdiyindən hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Cavabdehin özünə məxsus əşyalarını götürməməsi və həmin əşyaların iddiaçının istifadəsində olan Fərdi evdə saxlanılması isə iddiaçının istifadə hüquqlarının pozulmasına səbəb olur və həmin əşyaların uzun müddətə evdə saxlanılması iddiaçını qeyri-müəyyən müddətə məsuliyyət yükü altında saxlayır.

24. Birinci instansiya məhkəməsi işin şərh edilən hallarına və qeyd edilən müddəalara əsasən məhkəmə belə nəticəyə gəlib ki, ilkin iddia təmin edilməli və cavabdehə məxsus əşyalar Fərdi evdən çıxarılmalıdır.

25. Qarşılıqlı iddia ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli Fərdi evə dair hər hansı bir aidiyyəti, yaxud bağlılığı müəyyən edilməmişdir. Cavabdeh Fərdi evi onun mərhum əri (iddiaçının oğlu) X2 tərəfindən alındığını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.8, 158.1.2, 158.4-cü, Mülki Prosessual Məcəllənin 14. 2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus deyil və iddiaçının həmin evə heç bir hüququ yoxdur, çünki həmin fərdi yaşayış evi 2004-cü ildə 8000 ABŞ dolları ödənməklə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) və onun əri Lütvəli tərəfindən alınmışdır.

29. İddiaçı işin apellyasiya baxışı zamanı vəfat etdiyi üçün onun övladları – X4 və X1 prosessual hüquq varisləri kimi işə cəlb edimişlər.

30. Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-7973/2021 nömrəli, 17 sentybar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, ünvan 4 ünvanında yerləşən mübahisəli tikilinin özbaşına tikili olması işin mübahisəsiz halını təşkil edir. İddiaçı sağlığında, onun ölümündən sonra onun prosessual hüquq varisləri də, tikili iddiya məxsus olduğunu demişlər. Cavabdeh tikilinin onun mərhum əri (iddiaçının övladı) Lütvəli Quliyev tərəfindən əldə o lunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübutu məhkəmələrə təqdim etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, mübahisəli tikilinin əldə edilməsində və tikilməsində cavabdehin rolunun olması, həmçinin həmin tikilidə mərhum iddiaçının və onun ailə üzvlərinin daimi yaşaması müəyyən edildiyi üçün cavabdehin tikiliyə köçürülmə tələbinin heç bir hüquqi əsası yoxdur. Belə olan halda, cavabdehə məxsus əşyaların mübahisəli tikilidə yerləşməsinin də hüquqi əsası yoxdur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddiasının təmin edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətinin dəlilləri: - məhkəmələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Səriyyə Quliye va və Vüqar Quliyevin ifadələrinə düzgün qiymət verməyiblər. Həmin ifadələrdən görünür ki, nəinki mənzilin iddiaçı tərəfindən alınması müəyyən edilmir, əksinə, mənzilin cavabdeh tərəfindən alınması müəyyən edilir; - həmçinin həmin şahidlərin ifadəsindən görünür ki, cavabdeh əri ilə Rusiyadan gələndə həmin evdə yaşamışlar. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

35. Kassasiya şikayətinə iddiaçının prosessual hüquq varisi Ülvi Quliyevin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri iddia ərizəsini məzmununa uyğun əsaslandırılıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzər də tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab edilir. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddia tələbi iddiaçının sahibliyində olan evdən cavabdehin əmlaklarının çıxarılması barədədir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mübahisədə adı keçən ev özbaşına tikilidir və iddiaçı həmin evin mülkiyyətçisi olmasa da, 66 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.10.2019-cu il tarixli, 1381 saylı Arayışa əsasən həmin evin sahibidir, cavabdehə məxsus əşyalar da hazırda orada yerləşir.

42. Nəzərə alınsa ki, mülkiyyətçi olmayan şəxsin də mülkiy yət hüquqları qanunla qorunur, belə olan halda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən ilk iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

43. Həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində gəlinən nəticə də əsaslı olub. Belə ki, qarşılıqlı iddia mahiyyətinə görə ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəlib. Cavabdeh qarşılıqlı iddiasında mübahisədə adı keçən evin mərhum əri ilə birgə nikah vaxtı aldığına istinad etsə də, istinad etdiyi hallara dair işə baxan məhkəmələrə sübut təqdim etməyib, onun qarşılıqlı iddiası da məhz bu səbəbdən təmin edilməyib. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Apellyasiya məhkəməsi iş in müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7973/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar