Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-19/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli 2(103)3536/2024 nömrəli tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB və Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış 20 iyul 2020-ci il tarixli kollektiv müqaviləyə əsasən, həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur.
2. Dövlət Neft Şirkəti Cavabdeh (bundan sonra – cavabdeh və ya birlik) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 23 oktyabr 2012-ci il tarixli Əmək müqaviləsinə əsasən, iddiaçı Birliyin İdarəetmə aparatının Tikinti Departamentinin Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmi ş, işçinin əmək haqqı 949 manat müəyyən edilmişdir.
3. Birliyin baş direktoru və iddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 106 nömrəli Əmək müqaviləsinə 21 yanvar 2022-ci il tarixli 106/9 saylı dəyişiliyə əsasən, işçiyə hər ay 1819 manat məbləğdə əmək haqqı ödənilir.
4. Birliyin iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-463/2023 nömrəli əmrinə əsasən iddiaçının şəxsi ərizəsi əsasında Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə görə əmək müqaviləsinə xitam verilmiş və bu hal əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X3ndə qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 9095 manat birdəfəlik müavinətin cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, o, Birliyin Əsaslı Tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsində işləmiş və qanunvericilikdə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə onun tərəfindən Birliyin rəhbərliyinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, eləcə də ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi xahiş olunmuşdur. Belə ki, SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023 -cü illər üçün X4” 5.16-cı bəndində işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Birliyin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri rəsmiləşdirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada son-haqq hesab aparılmış, iddiaçıya əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Sözügedən məsələ ilə bağlı Birliyə iddiaçı tərəfindən şifahi müraciət olunduqda, müraciətə cavab olaraq bildirilmişdir ki, onun güzəş tli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyini (yanvar 2015-ci il tarixdən) əsas tutaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir. O hesab edir ki, bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər sahədə işlədiyi üçün dövlət tərəfindən onunçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququ məhdudlaşdırılmamalıdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-666/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin olunması qət edilmişdir.
8. Birinci i nstansiya məhkəməsi mövqeyini iş materiallarına istinadən onunla əsaslandırmışdır ki, Birlik və X2 Komitəsi arasında 20 iyul 2020-ci il tarixdə kollektiv müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı müəyyən edilmiş yaş çatdığından ərizə ilə işəgötürənə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən xitam verilmiş, iddiaçıya son-haqq ödənilsə də, kollektiv müqavilədə əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. İddiaçı bununla bağlı olaraq cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır.
9. Məhkəmə hesab etmişdir ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuşdur. İşçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bu günkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Belə olan halda cavabdehin müavinəti ödəməkdən imtina etməsi qanunsuz sayılmalı və iddia əsaslı olduğu üçün təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 6 və 24.1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 217. 4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 (İMS) iştirak edilməməsi barədə arayışdan aydın olur ki, mediyasiyaya ərizə 10 ay əvvəl, xx.xx.2022- ci il tarixində verilmiş, İMS-də iştirak edilməməsi barədə arayış isə iddiaçı tərəfə əmək müqaviləsinə xitam verilməsindən 6 ay əvvəlcədən xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyası qanuni əsaslarla aparılmamış və X1 (İMS) iştirak edilməməsi barədə “arayış” iddiaçı tərəfə forma əsaslarla verilm işdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. X1 (İMS) iştirak edilməməsi barədə qanuni əsaslarla əldə olunmayan arayışdan müəyyən olunur ki, ərizəçi xx.xx.2023-cü il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərmiş və xx.xx.2023-cü il tarixində arayış əldə etmişdir. İddiaçı tərəf xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə fərdi əmək mübahisəsinin həllində iddia müddətini ötürmüşdür. Birliyin İdarəetmə aparatının Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis işləmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçinin yaşa görə təqaüdə çıxması ilə əlaqədar xx.xx.2023-cü il tarixində ləğv edilmişdir. SOCAR-ın və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömr əli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərsə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarda nəzərdə tutulan, qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı dedikdə Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun «Yaşa görə əmək pensiyası» fəslində nəzərdə tutulduğu kimi pensiya yaşına çatmış kişilər və qadınlar, güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar, çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud olan analar, uşaqlarını təkbaşına böyüdən atalar və qəyyumların müvafiq olaraq əmək şəraitlərinə, uşaqların sayına, sağlamlıq imkanlarına və sair hallara görə müxtəlif yaşlarda əmək pensiyalarından istifadə etmək hüququna malik olan işçilər başa düşülür. İddiaçı yaşa görə əmək pensiyası hüququna hələ əvvəlki illərdən çatmışdır və pensiya yaşına çatması ilə əlaqədar da güzəştli şərtlərlə əmək pensiyası alır. Güzəştli şərtlərlə əmək pensiyası alan şəxslər qanunvericiliklə müəyyən edilmiş təqaüd yaşına çatdıqda və işdən azad olunduqları halda, işəgötürən Birlik tərəfindən onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinəti verilmir. Bu səbəbdən də, əvvəlki illərdən yaşa görə əmək pensiyası almaq hüququ əldə etmiş və güzəştli şərtlərlə əmək pensiyası alan iddiaçı il ə əmək müqaviləsi ləğv edilərkən, işəgötürən Birlik tərəfindən işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin işçiyə ödənilməsi məqbul hesab edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3536/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfin əsas dəlili iddiaçının məhkəməyə qədər olan mediasiya prosesi ilə bağlı qanuni əsası olmayan “X1 iştirak edilməməsi” barədə Ar ayış təqdim etməsi ilə bağlı olmuşdur. Sözügedən arayışda yol verilmiş texniki səhv iddiaçının təqsiri olmamaqla yanaşı, arayışı tərəfə formal əsaslarla verilmiş kimi qəbul etməyə əsas vermir. Belə ki, arayışdan görünür ki, ərizənin tarixi kimi qeyd olunan dövrdə tərəflər arasında əmək mübahisəsi olmamış, apellyasiya şikayətində qeyd olunan arayışdakı qüsur yazı səhvidir. Kollegiya hesab edir ki, qeyd olunan hal iddiaçının iddia müddətini ötürməsi əsası kimi qəbul edilə bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X3” Altsisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmiş, bu hal iddiaçının əmək kitabçasında aparılmış müvafiq qeydlə təsdiq olunmuşdur. Odur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin xx.xx.2023-cü il tarixdə xitam olunması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2023-cü il tarixədək fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, qeyd olunan müddətdə - xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyası keçirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya onu da qeyd etmişdir ki, hazırda apellyasiya şikayətinin dəlili kimi qeyd olunan hal birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6 və 24.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, iddia müddətinin hesablanması zamanı apellyasiya məhkəmə kollegiyası “X1 iştirak edilməməsi barədə arayışın” iddiaçı tərəfindən hansı tarixdə əldə edilməsini nəzərə almamış və görməzlikdən gəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəflə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir, daha sonra onun tərəfindən Birliyə xx.xx.2023-cü il tarixdə (məhkəməyə müra ciət etmə müddətinin 28-ci günündə) mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir, bunun nəticəsi olaraq İMS-də iştirak edilməməsi barədə arayış əldə olunduqdan sonra iddia müddətinin başaçatması üçün geridə qalan 2 gün müddətində iddiaçı tərəf məhkəmə müraciət etməli idi. Lakin iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 6.2. Kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
20. Maddə 24.1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məh kəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. Cavabbehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
31. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün mü əyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
32. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3536/2024 nömrəli iş üzrə 3 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.