Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-190/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Məhiyyədin qızının cavabdeh Muradov Elnur Çingiz oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-190/22 (Açar sözlər: avtomobilin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı Məhiyyədin qızının nümayəndəsi X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(105)-796/2021 saylı qətnaməsindən İddi açı Məhiyyədin qızının kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Məhiyyədin qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan “Vaz-21074” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia təmin edilərək, cavabdehdən “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni belə əsaslandırıb ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə verib. Sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnaməni ləğv edib. Bu səbəbdən də iddiaçı cavabdehin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini ondan geri tələb etməkdə haqlı olub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edi b. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə verib. Həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulub və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olub. Eyni zamanda, notariat orqanı tərəfindən verilmiş 27 may 2014-cü il tarixli məktuba əsasən, 17 oktyabr 2012-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilib. Həmçinin, işə əlavə edilmiş kompüter çıxarışına əsasən, sonuncu dəfə nəqliyyat vasitəsinə dair İspəndi Xəlilovun adına verilmiş etibarnaməyə 01 mart 2014-cü il tarixdə xitam verilib. İddiaçı tərəfindən Cavabdeh adına verilmiş 17 oktyabr 2012-ci il tarixli etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Adil Muradovun adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə verib. Bununla da həmin eti barnamə üzrə səlahiyyətlər Adil Muradova keçib. Göründüyü kimi iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim edə bilməyib. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Famil Kazımov və Cavabdeh məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı, vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azər baycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual qanunvericiliyə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş ma teriallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Vaz-21074 markalı, ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur və sonuncu 17 oktyabr 2012-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini cavabdehin sahibliyinə verib. S onradan iddiaçı cavabdehin adına verdiyi etibarnaməni ləğv edib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı ona məxsus olan **-HL-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı nəqliyyat vasitəsi "xxxx" ASC Sumqayıt filialında kreditdə olduğundan, bankın ödənişlərini Cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəliblər və bu məqsədlə ona etibarnamə verib, lakin cavabdeh banka olan ödənişləri etməyib. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tə ləblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçıya məxsus olub və o, həmin nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh adına 17 oktyabr 2012-ci il tarixli etibarnamə verib. Həmin etibarnaməyə əsasən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulub və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olub. Eyni zamanda 17 oktyabr 2012ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamə Natiq İbişovun 27 may 2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilib. Bundan başqa, işdən görünür ki, sonuncu dəfə sözügedən nəqliyyat vasitəsinə dair İspəndi Xəlilovun adına etibarnamə verilib və həmin etibarnamənin qüvvəsinə 01 mart 2014-cü il tarixdə xitam verilib. Göründüyü kimi iddiaç ı tərəfindən Cavabdeh 17 oktyabr 2012-ci il tarixdə verilmiş etibarnamə 27 may 2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək Adil Muradovun adına 16 oktyabr 2013-cü il tarixli etibarnamə verib və bununla da həmin etibarnamə üzrə səlahiyyətlər Adil Muradova keçib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib. Halbuki, yuxarıda sadalanan maddələrin mənasına görə, iddiaçının cavabdehə qarşı tələbi nin təmin edilməsi üçün o, ilk növbədə mübahisəli nəqliyyat vasitəsinin məhz cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandı ran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əslində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı deyil, işin hallarının sübut olunmaması, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Eyni zamanda iddiaçı, sözügedən nəqliyyat vasitəsinin kimin qanunsuz sahibliyində olmasını müəyyən etməklə ona qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Məhiyyədin qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(105)-796/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-190/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-190/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver