Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1901/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Aliment tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-422/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları
1. X3 (bundan sonra cavabdeh ) Cavabdeh (bundan sonra cavabdeh ) ilə xx.xx.2009cü il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il taridə X9, xx.xx.2010-cu il tarixdə X10 və xx.xx.2011-ci il tarixdə X11 anadan olmuşdur.
2. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-/2014 saylı qətnaməsi ilə onların nikahı pozulmuş, xx.xx.2008-ci il taridə X9, xx.xx.2010-cu il tarixdə X10 və xx.xx.2011-ci il tarixdə X11 iddiaçının yanında qalması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh qarşı "aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikah dövründə olan uşaqların yetkinlik yaşı çatanadək saxlanması üçün hər ay bir uşaqa 220 mana t olmaqla cəmi ümumilikdə 660 manat sabit pul məbləğində alimentin cavabdehdən alınar iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki halların uyğun əsaslandırılmışdır.
5. X7 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023- 01595 saylı arayışa əsasən iddiaçı Lənkaran 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 (əlli) manat rüsum ödəmişdir.
6. Lerik Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(048)560/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov ) iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2008-ci il taridə təvəllüdlü X9, xx.xx.2010-cu il tarixdə təvəllüdlü X10 və xx.xx.2011-ci il tarixdə təv əllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaqa görə 180 manat olmaqla cəmi 540 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcudurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdehin iddiaçının xeyrinə hər ay, hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi, ailə vəziyyətlərinə, işin diqqətəlayiq digər hallarına, habelə, uşaqla r üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna tam uyğundur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1,75.4,76.1,76.1.2,78.1 və 78.2,-cü maddələrinə və Mülki Prosessual Məcəllənin müvafiq normalarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X5 münasibətdə alimentin tutulmasının başlanğıcının 20 noyabr 2023-cü il tarixdən hesablanması, xx.xx.2011-ci il təvəllüdlü X6 münasibətdə isə uşaq cavabdehin himayəsində olduğuna görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmiş ki, uşaqlar hələ iddia ərizəsi verilməmişdən əvvəl (xx.xx.2011-ci il təvəllüdlü X11 isə hal-hazıradək) atasının yanında qalmış və onun saxlanılması xərcləri də cavabdeh tərəfindən ödənilir. Aliment isə uşağın saxlanılması ilə bağlı tələb olunan pul vəsaiti olduğu üçün hazırkı halda iddiaçı ərizə verdiyi gündən onun tutulmasını tələb edə bilməz. Çünki o, uşağın saxlanılması xərclərini çəkməmişdir, hazırda da xx.xx.2011-ci il təvəllüdlü X6 münasibətdə həmin xərclər iddiaçı tərəfindən çəkilmir. Ona görə də, müəyyən edilmiş aliment məbləği cavabdehdən iddiaçının xeyrinə yalnız uşaq saxlanılması üçün iddiaçının himayəsinə faktiki verildiyi tarixdən, yəni 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla ödənilməlidir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə boşandıqları 2023-cü ilin may ayından 20 noyabr 2023-cü il tarixədək uşaqların üçü də cavabdehin himayəsində olmuşdur. 20 noyabr 2023-cü ildən isə qızlar anasının yanında qalmış, oğlan isə cavabdehin himayəsindədir. Məhkəmə cavabdehə məlumat verməmiş, uşaqların kimin yanında olduğunu aydınlaşdırmamış iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-422/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Tale Kərimv) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17.2, 34.4 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1,78.2-ci maddəsi, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, i ş yenidən baxılması üçün apellyasiya üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 17.2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Maddə 34.4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 78.1 valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaq lara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyy ən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
23. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2-(106)-422/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.