Məhkəmə qərarları › İş №2(102)-1903/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1903/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1903/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli, 2(103)-8995/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(006)-567/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “sığorta ödənişinin verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatın sığorta ödənişinin həyata keçirilməsindən imtinası əsassız hesab edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1.904,92 manat sığorta ödənişinin cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli, 2(103)-8995/2018-saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 aprel 2018-ci il ta rixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin olunmamışdır. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “sığorta ödənişinin verilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Mitsubishi Pajero” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 noyabr 2013-cü il tarixdə cavabdeh təşkilatla bağladığı “fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”nə əsasən sığortalamışdır. Həmin şəhadətnaməyə əsasən sığorta müddəti 1.461 gün, yəni 29 noyabr 2017-ci il tarixədək, eləcə də sığorta dəyəri 39.521 ABŞ dolları, sığorta məbləği 31.500 ABŞ dolları, sığorta haqqı 2.189,25 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sığorta haqqı onun tərəfindən cavabdeh təşkilata tam məbləğdə ödənilmişdir. Sığorta müddətində, yəni 02 avqust 2017-ci il tarixdə, saat 17:30-da avtomobil qəzaya uğramışdır. Belə ki, tanışı xxx onun verdiyi 19 may 2017-ci il tarixli etibarnaməyə əsasən, onun iştirakı ilə avtomobili idarə edərkən, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsinə dönən istiqamətdə ani bir diqqətsizlik edərək öz yolu ilə hərəkət edən “VAZ 2106” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Bununla əlaqədar olaraq o, dərhal cavabdeh təşkilata müraciət etmiş və ona sığorta ödənişinin verilməsini xahiş etmiş və cavabdeh təşkilatın əməkdaşları sığorta ödənişini 10 gün müddətində ona və ya “xxxx” ASC-də onun hesabına ödəyəcəklərini vəd vermişlər. Lakin, 08 sentyabr 2017-ci il tarixli məktubla cavabdeh təşkilat ona sığorta ödənişini verməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışlar ki, “sığorta şəhadətnaməsin”də avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə etmiş şəxsin, yəni xxx adı yoxdur. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Qaydaları”na görə bu halda ona sığorta ödənişi verilə bilməz. Cavabdeh təşkilatın imtinasını əsassız hesab edir, çünki xxx avtomobili onun verdiyi etibarnaməyə əsasən idarə etmişdir. Bundan başqa yol-nəqliyyat hadisəsi zamanı o, özü də, avtomobildə olmuşdur. Eləcə də “sığorta şəhadətnaməsinə” “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sı ğortası Qaydaları” əlavə edilməmiş, nə də ki, cavabdeh təşkilatın əməkdaşları onu həmin Qaydalarla tanış etməmişlər. Həmçinin “sığorta şəhədətnaməsin”də” nəqliyyat vasitəsinin yalnız qanunvericiliyə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi halında baş verən zərərin sığorta təminatına daxil edilməməsi göstərilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verm əmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı İltizam Əlizadə və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərməydi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə i ştirak şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, iddiaçı ilə bağlanmış “sığorta şəhadətnaməsin”də xxxin avtomobili idarə etmək hüququ olan şəxslərin sıyahısında göstərilməməsinə, yol-nəqli yyat hadisəsi zamanı avtomobili sığorta olunan və ya səlahiyyətli şəxs idarə etmədiyi üçün hadisənin sığorta hadisəsi hesab edilməməsinə və beləliklə də “Qaydalar”a və sığorta müqaviləsinə görə avtomobil sürücü hesab edilməyən xxx tərəfindən idarə olunduğu üçün yol-nəqliyyat hadisəsinə sığorta təminatının verilməməsinə və bu səbəbdən də cavabdeh təşkilatın iddiaçıya sığorta ödənişini verməkdən imtina etməkdə haqlı olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922, 926, 935.1.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosess ual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında sonuncuya məxsus olan “Mitsubishi Pajero” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanmasına dair müqavilə bağlanmış və iddiaçının adına 28 noyabr 2013-cü il tarixli “sığorta şəhadətnaməsi” verilmişdir. “Sığorta şəhadətnaməsin”də həmin avtomobilin sığorta müddəti 1.461 gün, yəni 29 noyabr 2017-ci il tarixədək, sığorta dəyəri 39.521 ABŞ dolları, sığorta məbləği 31.500 ABŞ dolları, sığorta haqqı 2.189,25 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçıya məxsus olan avtomobil sı ğorta müddətində, yəni 02 avqust 2017-ci il tarixdə, saat 17:30-da qəzaya uğramışdır. Belə ki, xxx iddiaçının onun adına verdiyi 19 may 2017-ci il tarixli etibarnaməyə əsasən avtomobili idarə edərkən, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən ani bir diqqətsizlik edərək öz yolu ilə hərəkət edən “VAZ 2106” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobilə zərər dəymişdir. Hadisə vaxtı iddiaçı sərnişin kimi öz avtomobilində olmuş və baş vermiş yol-nəqliyyat hadisəsi barəsində dərhal cavabdeh təşkilata məlumat vermişdir. Bundan sonra Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 12 avqust 2017-ci il tarixli qərarı ilə qeyd olunan yol-nəqliyyat hadisəsi barədə toplanmış material üzrə c inayət işinin başlanması rədd edilmişdir. Eələcə də həmin rayon Polis İdarəsinin Dövlət X3 04 oktyabr 2017-ci il tarixli “inzibati tənbeh vermə haqqında qərarı” ilə x sözügedən yol-nəqliyyat hadisəsini, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 60 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 2.152 manat (dəyişilməli hissələrin qiyməti- 1.452 manat; təmir-bərpa işlərinin qiyməti - 700 manat) təşkil edir. Qeyd olunan faktlar işin mübahisə olunmayan hallarıdır və cavabdeh tərəf özü də qeyd ol unan faktları inkar etmir. Hazırda işin mübahisə doğuran halı baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə olub-olmamasıdır və hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922 və 926-cı maddələrinin tələbləri təşkil edir. Həmin maddələrin mənasına görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Hazırki maddənin dispozit iv şərtləri ondan ibarətdir ki, tərəflər arasında sığorta münasibətləri olmalı, sığorta müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 08 sentyabr 2017-ci il tarixli məktubdan görünür ki, yol-nəqliyyat hadisə ilə bağlı Bakı şəhəri, x rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən həmin təşkilata təqdim edilmiş 12 avqust 2017ci il tarixli arayışda və digər sənədlərdə yol-nəqliyyat hadisəsinin 02 avqust 2017-ci il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobili xxxin idarə etdiyi qeyd edilmişdir. Lakin iddiaçı ilə bağlanmış 29 noyabr 2013-cü il tarixli “sığorta şəhadətnaməsin”də avtomobili idarə etmək hüququ olan şəxslərin sıyahısında xxxin adı yoxdur. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları ”nın 16.1.1.2-ci bəndinə görə, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. Göstərilən səbəbdən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış “sığorta şəhadətnaməsin”də xxx avtomobili idarə etmək hüququ olan şəxslərin sıyahısında göstərilmədiyi, yol-nəqliyyat hadisəsi zamanı avtomobili sığorta olunan və ya səlahiyyətli şəxs idarə etmədiyi üçün hadisənin sığorta hadisəsi hesab edilmədiyi, eləcə də “Qaydalar”a və sığorta müqaviləsinə görə avtomobil sürücü hesab edilməyən xxx tərəfindən idarə edildiy i üçün yol-nəqliyyat hadisəsinə görə sığorta təminatının verilmədiyi və bu səbəbdən də cavabdeh təşkilatın iddiaçıya sığorta ödənişini verməkdən imtina etməkdə haqlı olması qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində sığorta ödənişinin verilməsindən imtinanın əsasları müəyyən edilib göstərilmişdir. Həmin Məcəllənin 935.1 və 935.1.8-ci maddələrində göstərilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən həmin Məcəllənin 935.1.1935.1.10-cu maddələrində göstərilən hallarda imtina edir. Eləcə də həmin Məcəllənin 935.1.8-ci maddəsində göstərilir ki, sığortaçı sığorta ödənişinin verilməsin dən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında da imtina edir. Həmin Məcəllənin 922.1-ci maddəsində göstərilir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2 və 922.3-cü maddələrinin mənasına görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüflük əlamətlərinə ma lik olmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, sığorta hadisəsinin mahiyyətinə varmadan, sığorta hadisəsinin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan və sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hallardan ibarət olmasını, eləcə də tərəflər arasında bağlanmış sığorta müqaviləsində üçüncü şəxsin avtomobili idarə etmək hüququ olan şəxslərin sıyahısında göstərilməməsi, həmçinin yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sığorta olunan tərəfindən deyil, üçüncü şəxs tərəfindən idarə edilməsi hallarının sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas kimi göstərilməməsi ni nəzərə almadan, cavabdeh təşkilatın apellyasiya şikayətinin dəlilləri ilə razılaşmışdır. Halbuki, tərəflər arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli “sığorta şəhadətnaməsin”də sığorta olunan kimi iddiaçı və oğlu Nicat Əlizadə göstərilsə də, üçüncü şəxsin avtomobili etibarnamə ilə idarə etdiyi halda baş verən zərərin sığorta təminatına daxil edilməməsi nəzərdə tutulmamış və “sığorta şəhadətnaməsin”də nəqliyyat vasitəsinin yalnız qanunverciliklə və şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman bağ verən zərərlər sığorta təminatına daxil edilməmişdir. İşdən görünür ki, yol-nəqliyyat hadisəsi zaman xxx “Mitsubishi Pajero” markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçi İddiaçı verdiyi 19 may 2017-ci il tarixli etibarnaməyə əsasən idarə etmiş və sonuncu sərnişin kimi avtomobildə olmuşdur. “Fiziki şəxslərin sahbliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları”nın 2.0.7-ci bəndinə görə, sürücü-sığorta müqaviləsi ilə sığortalanmış avtomobili idarə etmək hüququ olan fiziki şəxs, ba Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən və avtomobili idarə etmək hüququ olan fiziki şəxsdir. Həmin “Qaydalar”ın 5.3-cü bəndində göstərilir ki, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu “Qaydalar”ın 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməs i ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmin “Qaydalar”ın 5.4-cü bəndinə görə, sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, sığorta haqqı ödəyərək sözügedən avtomobili sığorta etdirən İddiaçı yolnəqliyyat hadisəsi zamanı sərnişin kimi avtomobildə olduğundan, eləcə də 19 may 2017-ci il tarixli etibarnaməyə əsasən xxx bilavasitə İddiaçı təmsil etdiyindən, həmin etibarnamə üzrə həyata keçirilən hərəkətlər bilavasitə sonuncu üçün mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə xitamına səbəb olduğundan, xxxin sığorta müqaviləsində sığorta olunan sürücülərin siyahısında göstərilməməsi, sığortalı İddiaçı sığorta ödənişinin verilməsindən istina edilməsi üçün əsas sayıla bilməz. Çünki sözügedən “Qaydalar”ın 5.4-cü bəndinin mənasına görə, sığortalı xx sığorta olunan sürücülərin siyahısında göstərilib göstərilməməsindən asılı olmayaraq onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Digər tərəfdən işdən görünür ki, xxx sığortalı İddiaçı veridyi 19 may 2017-ci il tarixli etibarnaməyə əsasən sözügedən avtomobili idarə etmək hüquq olan şəxs olmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli “sığorta şəhadətnaməsin”də sığortalanmış avtomobili idarə etmək hüququ olan şəxsin sığorta olunan qismində göstərilməməsi sığorta öd ənişinin verilməsindən imtina edilməsi üçün əsas kimi göstərilməmişdir. Əksinə, “sığorta şəhadətnaməsin”də göstərilir ki, yalnız nəqliyyat vasitəsi qanunverciliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Hazırkı halda isə, yol-nəqliyyat hadisəsi zamanı sözügedən nəqliyyat vasitəsinin qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi mülki iş materialları ilə istisna olunur. İşin 12-14-cü vərəqələrində olan “fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığortalanma haqqında” ərizəyə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə istinad edib iddia tələbini rədd etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 883.1, 926-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin maddələrin mənasına görə, digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyəi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensa siyasıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında hazırkı öhdəlik hüquq münasibətləri sığorta müqaviləsindən irəli gəldiyindən və həmin müqavilədə cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsini istisna edən hallar müəyyən edilmədiyindən, cavabdeh təşkilatın özü tərəfindən kompüter vasitəsi ilə standart formada çap edilən ərizədə göstərilən hal sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Belə ki, əvvəla, həmin ərizə iddiaçı tərəfindən imzalansa da, ərizənin məzmunu cavabdeh təşkilatın özü tərəfindən kompüter vasitəsilə tərtib edilmişdir. Digər tərəfdən ərizədə avtomobilin sığorta olunan şəxslərdən başqa digər şəxslərin idarə etməsi halında dəyən zərərin sığorta təminatına daxil edilməyəcəyi və belə h allarda sığorta ödənişinin verilməyəcəyi barədə hər hansı əlavə halların müəyyən edilməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə zidd olmaqla, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Çünki yol-nəqliyyat hadisəsi zamanı iddiaçının sərnişin kimi bilavasitə avtomobildə olması və həmin avtomobili onun verdiyi etibarnaməyə əsasən xxxin idarə etməsi, açıq-aşkar avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi anlamına gəlmir və apellyasiya instansiyası məhkəməsi qeyd olunan halı sığorta hadisəsi kimi qiymətləndirməməklə işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlam adan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi hüquq normalarının tələblə rini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, hazırkı mübahisəyə maddi hüquq normalarının tələblərinin düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tə ləblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli, 2(103)8995/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar