Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1905/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, X8, X7, İddiaçı5, X11 Cavabdeh Alışan oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, X8, X7, İddiaçı5, X11 Cavabdeh Alışan oğluna qarşı torpaq sahəsinə qanunsuz sahibliyi müddətində əldə edilmiş gəlirlərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)106/2023 nömrəli, 10 yanvar 2024-c ü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qax rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmişdir. Sonuncuların adına bu barədə JN0007, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 2. xx.xx.2002-ci il tarixli müqaviləyə asasən İddiaçı1 tərəfindən həmin torpaq sahəsinin 10665,18 kv metr hissəsi Cavabdeh Alışan oğlunun istifadəsinə verilmişdir.
3. Cava bdeh Alışan oğlu 2017-ci ildə məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi İddiaçı1 tərəfindən satılmışdır.
4. Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək İddiaçı1 ilə Cavabdeh arasında Qax rayonu Qanlıqobu adlanan ərazidə yerləşən J№ 0007, KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 10665,18 kv metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixli müqavilə bağlanmış hesab edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2017-ci il tarixli 2(107)-2102/2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2018-ci il tarixli 2(102)-1977/2018 saylı qərarı ilə Hətəmov Nərman Şəfaət oğlunun kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsini Mülki kollegiyasının 07 dekabr 2017-ci il tarixli 2(107)-2102/17 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasya Məhkəməsinə göndərilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(024)-709 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddiaçı Cavabdeh İddiaçı1 qarşı torpağın alqı-satqı müqaviləsinin bağla nmış hesab edilməsi barədə iddiası rədd edilmişdir.
8. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğ ilkin iddia üzrə Cavabdeh alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissəsi rədd edilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 birgə qaydada alınaraq müvafiq hesaba ödənilməsi, Qətnamənin eyni anda icra edilməsi qət edilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı və Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 Nərman qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilmiş və qətnaməni qalan hissəsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə Şək i Apellyasiya Məhkəməsinin 2(102)- 748/2020 nömrəli iş üzrə qətnaməsi ilkin iddia tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnamə qismən “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin bu hissədə rədd edil məsi qət olunmuşdur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(107)-772/2021 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(107)-772/2021 saylı icra vərəqəsi ilə Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 14. 26 avqust 2021-ci ildə mübahisəli torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilmiş və bu barədə eyni tarixli Akt tərtib edilmişdir. 15. xx.xx.2019-cu il tarixli 4Ə-2479 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə iddiaçılar İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nə riman qızı və İddiaçı5 sözügedən torpaq sahəsini X4. X14 adına xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və AN 454197 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.
16. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi qəbul edilərkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyi ilə müəyyən edilmişdir ki, KTN-nın Qax rayon X28 tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli AKT-dan istifadə edilməklə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 15 00 manat təşkil edir və iş materiallarında olan "xxxx" MMCnin 10 dekabr 2019-cu il tarixli, 9 saylı arayışı ilə müəyyən edilmişdir ki, hazırda bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.5 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd) manatdır.
17. Qax rayon Statistika İdarəsinin 20 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 2021-ci il üçün 1 kq fındığın orta bazar qiyməti 4,50 manat, 1 kq qozun orta bazar qiyməti isə 5 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, X15, X12, İddiaçı5 və X20 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdikləri gəlir 34200 manat müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara verilməsini xahiş etmişlər.
19. İddia tələbi işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, Qax Rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsinin torpaqdan çıxarılma hissəsi qüvvəyə mindiyi üçün və məhkəmədən artıq cavabdehin ucbatından torpağına aid olan gəlirdən davamlı olaraq hər il məhrum olmağının qarşısının heç olmazsa bu il (2021) alınmasını təmin etməsi xahiş olunduğu üçün həmin hissə icraya yönəldilmişdir, bütü n səylərinə baxmayaraq cavabdeh yenə də könüllü olaraq torpaqdan çıxmamış və tələb etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş pul ödənilsin. İstər icraçıya, istərsə də cavabdehə izah olunmuşdur ki, pul tələbi ilə torpaqdan çıxarılma qanuni qüvvəyə minmiş qətnamə hissəsinə əsasən eyni anda icra olunmalı deyil, “sən torpağı təhvil ver, biz yığım vaxtı olduğundan bu ilki (2021) yığımı yığıb gəlirlərini də sənə ödəyək”. Lakin, cavabdeh qəsdən icranı ləngidərək artıq işçi qüvvəsi cəlb etməklə bu ilki yığımı da həyata keçirmişdir. Qeyd edir ki, bu ilki fındıq məhsulu hər yerdə olduğu kimi, onlara məxsus torpaqda da əvvəlki illərə nisbətdə xeyli bol olmuşdur. Göründüyü kimi, artıq iki ayrı məhkəmə mübahisəsi ilə cavabdehin torpağından qanunsuz istifadə etdiyi sübut olunduğu halda, cavabde h qanunsuz olaraq həmin torpaqdan istifadə etməklə saysız-hesabsız gəlir əldə etməkdədir. Bu hissədə qeyd etmələri zəruridir ki, Ali Məhkəmə və Şəki Apelyasiya Məhkəməsi cavabdehin mübahisəli torpağa qanunsuz sahibliyinin 2017-ci ildən, yəni onun alqı-satqı müqaviləsinin tanınması ilə bağlı iddia qaldırdığı tarixdən hesablanmasının doğru olmaması barədə qənaətə gəlmişdir. Cavabdehin 2017-ci ildə qaldırdığı həmin iddianın təmin olunmaması barədə yekun qərar 30 oktyabr 2018-ci ildə olmuşdur. Məhkəmələrin mövqeyinə və eyni zamanda işin mübahisəsiz hallarına görə həmin tarix artıq cavabdehin torpağa qanunsuz sahibliyini bildiyi və bilməli olduğu ildir. Yəni həmin tarixdən cavabdehin mübahisəli torpaq sahəsini tərk etməli olmasını bilməsi mübahisəsizdir. Bu hal da birmənalı olaraq Mülki Məcəllə nin 157.5-ci maddəsinə uyğun hesab edilməlidir. Bütün bu qənaət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2019cu il, 2020-ci il və 2021-ci il üçün fındıq və qoz yığımından əldə etdiyi və dəymiş ziyan kimi iddiaçıya ödənilməli olan bir məbləğ var. Qeyd edir ki, hamıya məlum olduğu kimi fındıq və qoz yığımı iyul-avqust aylarında həyata keçirilir. Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya biliməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğ unu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.” Hal-hazırda yaranmış bu vəziyyətlə əlaqədar, digər məhkəmə işi üzrə müəyyən olunmuş hallara və sübutlara əsasən cavabdehin iddiaçılara 3 il (2019, 2020 və 2021) üzrə ödənilməli olduğu zərər fındıq məhsulunun gəliri üzrə 29160 manat, qoz məhsulunun gəliri üzrə 1560 manat, cəmi 30720 manat məbləğini təşkil edir. Hələ nəzərə alınsa ki, 2021-ci ilin məhsulu daha boldur və yüksəkdir, o zaman bu məbləğ daha da arta bilər. Göründüyü kimi iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişlər və hazırda da edə bilmirlər. İddiaçıların həmin torpaq sahəsini təyinatı üzrə istifadə edərək kənd təsərrüfatını inkişaf etdirməklə bərabər xeyli gəlir də əldə edə bilmək imkanları mümkün olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu faktiki həyata keçirə bilməməkdədir. Qeyd edirlər ki, iddiaçılardan İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 maddi sıxıntı səbəbindən sözügedən torpaq sahəsini X4 və aralarında razılığa gəlmişlər ki, alqı-satqı tarixindən 3 il müddətində torpağı istifadə etməklə gəlirini satan şəxslər götürəcəkdir. Lakin, göründüyü kimi cavabdehin təqsiri ucbatından bu günə kimi torpaq sahəsindən gəlir götürmək mü mkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıların Konstitusiya ilə qorunan hüquqları pozulmuş, onlar ciddi sıxıntılara məruz qalmışlar və bu hal hazırda davam etməkdədir.
20. Məhkəmə iclasında iddiaçı, İddiaçı1, Ramazanova (Hətəmova) Günay Nəriman qızı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişlər ki, 05 avqust 2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin verdiyi icra vərəqəsi verildikdən sonra icra məmuru tərəfindən Cavabdeh qardaşı Elçin Omarovdan onlara məxsus torpaq sahəsindən çıxarılması tələb olunsa da, Elçin Omarov bundan imtina edərək ona ödəməli olduqları məbləği ödəməyəcəkləri təqdirdə çıxmayacağını bildirmiş, bundan sonra isə fındıq ağaclarının və qoz ağaclarının məhsulunu yığmış və 25 avqust 2021-ci il tarixdə həmin torpaq sahəsindən çıxmışdır.
21. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X25 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbində göstərilənlər əsassızdır. Belə ki, sözügedən məhkəmə qətnaməsi ilə onun mübahisəli torpaqdan çıxarılması qət edildikdən sonra həmin ərazidə olan fındıq və qoz məhsullarını yığmamışdır. İddiaçılardan alınaraq ona ödənilməli olan 19800 manat pulu iddiaçılar ona tam ödəmədikləri üçün mübahisəli torpaq sahəsindən çıxmasa da, 2021-ci ilin avqust ayında icra məmurunun tələbi ilə torpaq sahəsindən çıxmışdır. Qeyd edir ki, yaşadığı rayon ərazisində fındıq yığımı sentyabr ayının ortalarından başlayır və torpaqdan çıxan zaman yetişməmiş fındığın yığılması mümkün deyildir. İddiaçıların bu barədə göstərdikləri böhtandır. İddianı qəbul etmir və məhkəmədən iddianın rədd edilməsi bardə qə tnamə çıxarılmasını xahiş edir.
22. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 noyabr 2022-ci il tarixli 2(024)-287/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2021-ci il ərzində qanunsuz istifadə edərək əldə etdiyi 10370 manat pulun alınaraq iddiaçı X16 verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 25 avqust 2021-ci il tarixdə mübahisəli torpaq sahəsindən çıxarıldığı üçün ondan yalnız 2021-ci il tarixdə fındıq və qoz məhsulunun yığımından əldə olunan gəli r alınaraq yalnız iddiaçı Ramil Məmmədova verilməlidir. Çünki məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.0665 ha torpaq sahəsi Reyestr nömrəsi **********6, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2019cu il tarixdə X11 mülkiyyətinə verilmişdir. Bu səbəbdən də həmin tələblə bağlı iddiaçılar qismində çıxış etməli şəxslər İddiaçı1, Hətəmova. Gülbəniz Hümmət qızı, X15, X12 və İddiaçı5 yox, Ramil Məmmədovdur. İddiaçılar İddiaçı1, İddiaçı2, Günay Hətəmovanın, Məryət Hətəmovanın və İddiaçı5 hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur.
24. Məhkəmə İddiaçı1, İddiaçı2, Günay Hətəmovanın, Məryət Hətəmovanın və İddiaçı5 müvaf iq subyektiv hüququnun olub-olmamasını araşdıraraq qeyd etmişdir ki, həmin iddiaçıların Qax rayonu Qaşqaçay kəndində yerləşən yuxarıda qeyd olunan torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olması və sözügedən əvvəlki məhkəmə qətnaməsinə əsasən fındıq və qoz ağaclarının dəyərini iddiaçı Cavabdeh ödəməli olmaları onlara həmin tələblə bağlı məhkəməyə müraciət etmək hüququ vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə onların hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə də, iddia tələbi onlara münasibətdə təmin edilməməlidir.
25. Məhkəmə mübahisənin ədalətli həll edilməsi üçün 180 ədəd fındıq kolunun hər birindən əldə olunan məhsulun orta hesabla 12 kq-hesablanaraq 180 ədəd fındıq ağacı x 12 kq fındıq=2160 kq fındıq və fındığın orta bazar də yəri 4,50 manat x 2160 kq fındıq məhsulu=9720 manat, 10 ədəd məhsuldarlığı 10 ədəd qoz ağacı x 13 kq qoz məhsulu=130 kq qoz məhsulu x 5 manat=650 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir. Belə ki, məhkəmə sorğusu əsasında “statistika idarəsi tərəfindən verilmiş məktubla bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4,50 manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 5 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi çıxarılan zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyində KTN-nın Qax rayon X28 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli AKT-dan istifadə edilməklə 180 ədəd fındıq ağaclarını n məhsuldarlığının 10-15 kq olduğu göstərilmişdir
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.2, 152.5, 157.5 və 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə və Şəki Apelyasiya Məhkəməsi cavabdehin mübahisəli torpağa qanunsuz sahibliyinin 2017-ci ildən, yəni onun alqı-satqı müqaviləsinin tanınması ilə bağlı iddia qaldırdığı tarixdən hesa blanmasının doğru olmaması barədə qənaətə gəlinmişdir. Cavabdehin 2017-ci ildə qaldırdığı həmin iddianın təmin olunmaması barədə yekun qərar 30 oktyabr 2018-ci ildə qəbul olunmuşdur. Məhkəmələrin mövqeyinə və eyni zamanda işin mübahisəsiz hallarına görə həmin tarix artıq cavabdehin torpağa qanunsuz sahibliyini bildiyi və bilməli olduğu tarixdir. Yəni həmin tarixdən cavabdehin mübahisəli torpaq sahəsini tərk etməli olmasını bilməsi mübahisəsizdir və bu hal Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2019-cu il, 2020-ci il və 2021-ci il üçün fındıq və qoz yığımından əldə olunmuş məbləğ dəymiş ziyan kimi iddiaçıya ödənilməlidir. Eyni zamanda həmin torpaq sahəsində yerləşən 180 (bir yüz səksən) ədəd fmdıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on ) ədəd qoz ağacma görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pulun iddiaçılardan cavabdehin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qüvvəyə minmiş, həmin məbləğin bir hissəsi iddiaçılar tərəfindən cavabdehə ödənilmiş və hal-hzırda da mütəmadi olaraq ödənməkdədir. Hazırkı işin hallarına diqqət etsək mübahisəsiz şəkildə aydın olar ki, cavabdeh tərəfindən 2017-cı ildə iddia qaldırılaraq mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi xahiş olunmuş, bu ış üzrə yekun məhkəmə qəran 2018-cı ilin oktyabr ayında qəbul olunaraq iddia tələbi təmin edilməmişdir. Bəhs olunan maddənin birinci tələbinə (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildi yi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bürün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər) əsasən, hansı əsasla olmasından asılı olmayaraq cavabdehin iddia tələbinin təmm olunmaması həmin tarixdən onun iddiaçılara məxsus olan mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi tarixdir. Demək ki, iddiaçıların 2019-cu il tarixindən cavabdehin onlara məxsus olan torpaq sahəsindən götürdüyü gəlirləri qaytarması barədə tələbləri qanuni və əsaslı olmuşdur. qanunvericlik normalarının tələblərinə zidd olaraq işə baxan məhkəmə mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozaraq, mülkiyyətlərində olan torpaq sahəsində cavabdeh tərəfindən 2018-ci ilədək (vicdanlı sahib hesa b olunan tarixədək) aparılmış yaxşılaşdırmanın dəyəri olaraq 19500 manat məbləği ödəməli olduqları halda, həmin mülkiyyətçilərin torpaqlarına vicdansız şəkildə sahiblik edərək 2019-2021-ci illər ərzində qanunsuz olaraq oradan gəlir əldə edən cavabdehdən bunun əvəzini ala bilmək imkanından onları məhrum etmişdir. Məhkəmə cavabdehin 2019-2021-ci illər üzrə mübahisəli torpaqdan heç bir fayda götürmədiyini, məhsul yığmadığını qeyd etsə də, bunun sübutu iş materiallarında olmamışdır. Halbuki, verdiyi bu izahatın sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən 3 il ərzində heç bir məhsul əldə etməməsi barədə verdiyi izahatın sübutu təqdim edilməmişdir. Qeyd edək ki, işə baxan məhkəməyə mübahisəsiz şəkildə bəlli olmuşdur ki, 2018-ci ilə kimi cavabdeh həmin torpaqdan hər il məhsul əl də etmişdir. Eyni zamanda cavabdehin xeyrinə daha əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçılardan tutulan vəsait ekspert tərəfindən həmin ağacların məhsuldarlığından hesablanaraq müəyyən olunmuşdur. Məhkəmə digər hallar kimi buna da əhəmiyyət verməmişdir
29. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların (Məmmədov Ramil istisna olmaqla) əvvəlki iddia tələblərinin eynisi olan iddia tələbinə münasibətdə 2 dəfə Ali Məhkəmə, 1 dəfə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən qeyd edilmişdir ki, cavabdehin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında torpaq sah əsinin alqı-satqısına dair etibarlı müqaviləninin bağlanmadığının müəyyən edilməsi də iddiaçıları bu halı sübut etmək yükündən azad etmir. Çünki tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması mübahsəli sahənin icarəyə verildiyi barədə birmənalı qənaət üçün əsas ola bilməz! Bu da onu deməyə əsas verir ki, cavabdeh torpaq sahəsini zəbt və ya qanunsuz yolla əldə etməmişdir. Heç bir məhkəmə qərarında torpağın onun qanunsuz istifadəsində olduğu qeyd edilməmiş, bununla bağlı hər hansı bir sübut da iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, torpaqdan istifadə etməklə saysız-hesabsız gəlir əldə etməyini sübut edəcək hər hansı bir dəlil iş materiallarında mövcud deyildir. Təkcə həmin illər üzrə deyil, ondan əvvəlki iki ildə də o heç bir gəlir əldə etməmişdir. Əksinə xeyli miqdarda z iyan çəkmişdir. Belə ki, ağacların sulanması, qulluğun edilməsi, onların yanmaması üçün işçi qüvvəsindən istifadə etmişdir. Son 5 ildə demək olar ki, ümumiyyətlə 1 manat olsun belə gəlir əldə etməmişdir. Tərəflər arasında olan mübahisə 23 noyabr 2021-ci il tarixində yekunlaşmış, icra sənədi üzrə icra hərəkətləri 2022-ci ilin avqust ayına kimi davam etmişdir. Lakin məhkəmə 2021-ci il ərzində torpaq sahəsindən istifadə etməyini qanunsuz hesab etmişdir. Məhkəmə mübahisənin məhkəmə müstəvisində araşdırddığını nəzərə almamaqla kobud səhvə yol vermişdir. Məhkəmənin qətnaməsindən belə basa dümək olur ki. Ali Məhkəmənin qərarı 2021-ci ilin noyabr ayında yekunlaşsa da, hakim 2021-ci ilin yalnız dekabr ayına görə məndən 10370 manat məbləğində pul tutub, bu da absurd, gülünc və əsassızdır. İş materia llarında onun 2021-ci ildə 10370 manat məbləğində pul əldə etməyinə dair hər hansı bir mötəbər sübut mövcud deyildir. Ən vacib xüsusat ondan ibarətdir ki, Qax Rayon Məhkəməsi iddianı qismən təmin edərkən, faktiki olaraq həmin hissədə qüvvədə olmayan, Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilən məhkəmə qətnaməsinə istinad edərək, 2019-cu il tarixində Qax Rayon Məhkəməsində baxılan iş üzrə ağacların məhsuldarlığı ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışına əsaslanmışdır. Halbuki, Qax rayon Məhkəməsində həmin işə baxılarkən X20 adlı şəxs ümumiyyətlə tərəf olmamış, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışı isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilməmiş, 2019-cu ilin dekabr ayında 1 gün ərzində tezbazar alınmış arayış o lmuşdur. Lakin məhkəmə, həmin arayışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş arayış kimi təqdim etmişdir. Axı 2019-cu ildə Qax Rayon Məhkəməsində işə baxılarkən ekspertizanın təyin edilməsi barədə qərardadda "xxxx" MMC-nin izi-tozu yoxdur. Zəruri olaraq qeyd edilməlidir ki, həmin əsassız arayışa istinad edilməklə təmin edilmiş Qax rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi məhz həmin hissədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 772/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən, Qax Rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilməyən hissəsinin, yəni İddiaçı1, X6, Ramazanova (H ətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq mənə, yəni Cavabdeh ödənilməsi hissəsində qətnamənin bugünə kimi icra edilməməsini, yalnız ümumi məbləğdən 2000 (iki min) manat ödənildiyini nəzərə almamışdır.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-328/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X18 (sədrlik edən və məruzəçi) X21 və X13) iddiaçılar İddiaçı1, İddiaçı2, X15, X12, İddiaçı5 və X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh Alışan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-287/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1, İddiaçı2, X8, X7, İddiaçı5 və X11 Cavabdeh Alışan oğluna qarşı sonuncunun Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində istifadə edərək (həmin torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarından) əldə etdiyi gəlir 34200 manat müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara verilməsini təl əbinə dair iddiası qismən təmin edilmiş, Qax rayonunun Qaşqaçay kəndində yerləşən xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətində olan 1.0665 ha torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2019-cu il ərzində istifadə edərək gəlir kimi əldə etdiyi 10240 manat pulun Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qı zı və İddiaçı5 verilməsi, həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2020 və 2021-ci illərdə istifadə edərək gəlir kimi əldə etdiyi 20480 manat pulun Cavabdeh alınaraq iddiaçı X17 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-250/2019 saylı qətnaməsi 10 dekabr 2019-cu il tarixdə çıxarılmışdır, bu da onu göstərir ki, Cavabdeh Alışan oğlu həmin vaxt JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmo va) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu artıq bilirdi. Belə olan halda, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 2019-cu ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin iş materiallarında görünür ki, xx.xx.2019-cu il tarixli 4Ə-2479 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə iddiaçılar İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 sözügedən torpaq sahəsini X4. Həmin alqı-satqı müqaviləsi bağlanan vaxt fındıq və qoz məhsullarının yı ğılması mövsümü artıq keçmişdi, yəni cavabdeh həmin torpaq sahəsindən 2019-cu il üçün gəlir götürdüyü zaman torpaq sahəsinin mülkiyyətçisi iddiaçılar İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 olmuşlar. 2020-2021-ci illər ərzində həmin torpaq sahəsindən cavabdehin götürdüyü və ya götürməli olduğu gəlirlər isə torpaq sahəsinin mülkiyyətçisi olaraq X16 düşürdü.
33. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi gəlirin 34200 manat müəyyən edilməsini xahiş etmiş, eyni zamanda 3 il (2019, 2020 və 2021) üzrə ödənilməli olduğu zərərin fındıq məhsulunun gəliri ü zrə 29160 manat, qoz məhsulunun gəliri üzrə 1560 manat, cəmi 30720 manat təşkil etdiyini qeyd etmişlər. İddiaçılar qalan 3480 manat pulun tələb edilməsi hissəsində məhkəməyə heç bir sübut və ya dəlil təqdim edə bilməmişlər. Məhkəmə kollegiyasının son iclasında iddiaçılar İddiaçı1 və X20 məhkəməyə ərizələr təqdim edərək hal-hazırda Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etdiyi üç il üçün cəmi 31110 manat pulun alınaraq onlara ödənilməsinə razı olduqlarını, həmin pulun 2019-cu il üçün hesablanan 10.370 manat hissəsinin iddiaçılar İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5, 2020-2021-ci illər üçün hesablanan 20.740 manat hissəsinin isə iddiaçı X16 verilməsini xahiş etmi şlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinə əsaslanmaqla, Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin bir il üçün 10370 manat müəyyən etməsinə, həmçinin iddiaçıların ərizələrində həmin məbləğin göstərilməsinə baxmayaraq, iddiaçıların iddia ərizəsində torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğini bir il üçün 10240 manat hesablamaqla üç il üçün cəmi 30720 manat tələb etmişlər. Ona görə də Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin bir il üçün 10240 manat müəy yən edilməklə hesablanmalıdır.
34. Məhkəmə kollegiyası iddiaçıların iddia tələbinin Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin hesablanaraq həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi, hal-hazırda hansı hissədə ödənilmiş, hansı hissədə ödənilməmiş olduğu məsələləri həmin qətnamənin icrası qaydasında müəyyən edildiyindən və hazırki qətnamə ilə həmin pulların əvəzləşdirilməsinin qət edilməsi qətnamənin icrası zamanı qeyrimüəyyənlik yaradacağından həmin tələb təmin edilə bilməz və həmin məsələ məhkəmə qətnaməsinin icrası prose sində həll edilməli olan məsələdir.
35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 1,0665 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixli 4Ə2479 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə X5, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağacları isə həmin torpaq sahəsində Cavabdeh tərəfindən yetişdirilməklə onun mülkiyyə tində olmuşdur. Bu qətnamənin 26-cı bəndindən göründüyü kimi, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X6, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Cavabdeh ödənilməsi qət edildiyindən həmin dəyəri ödənilən fındıq və qoz ağacları iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 m ülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixdə mübahisəli torpaq sahəsi X2 yuxarıda qeyd edilən məhkəmə qətnaməsi hələ qəbul edilmiş olmasa da, torpaq sahəsinin üzərində faktiki olaraq həmin fındıq və qoz ağacları mövcud olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əlavə qeyd-şərt olmadığından belə prezumpsiya oluna bilər ki, X20 mübahisəli torpaq sahəsini üzərində olan fındıq və qoz ağacları ilə birlikdə almışdır. İddiaçılar hazırki iş üzrə iddia ərizəsində göstərir ki, torpaq sahəsi X3 aralarında razılaşma olmuşdur ki, alqı-satqı tarixindən 3 il müddətində torpaq istifadə etməklə gəlirini satan şəxslər götürəcəkdir. Elə həmin ərizədən də, görünür ki, əldə ediləcək gəlir deyildikdə həmin torpaq sahəsində olan fındıq və qoz ağaclarından yığılan məhsul nəzərdə tutulmuşdur. Bu hal iki nəticəyə gəlməyə əsas verir. Birinci, bu razılaşma qeyd olunan ağacların da torpaq sahəsi ilə birlikdə X1 dolayı olaraq təsdiq edir. İkincisi, X20 qoz və fındıq ağaclarından əldə olunacaq gəlirləri könüllü olaraq digər iddiaçılara verəcəyini öhdəsinə götürmüşdür. Bununla bərabər, xx.xx.2019-cu il tarixdən etibarən mübahisəli torpaq sahəsi və üzərindəki qoz və fındıq ağacları X11 mülkiyyətində olduğundan qeyd edilən ağaclardan cavabdehin əldə etdiyi gəlirlərin 20202021-ci illər üçün hesablanan hissəsi (bax 64-cü bənd) cavabdeh tərəfindən X16 ödənilməlidir. Eyni zamanda, gələcəkdə ağacların dəyəri olan 19.500 manatın müvafiq hissəsi X20 tərəfindən könüllü olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 ve rilmədiyi təqdirdə, sonuncuların X16 qarşı tələb hüququ yaranacaqdır.
36. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsi dəqiq və aydın yazılmalı olduğundan və iddiaçıların iddia ərizəsində yazdığı cavabdehin Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində istifadə edərək əldə etdiyi gəlir ifadəsinin həmin torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarından əldə etdiyi gəlir olaraq dəqiqləşdirilməsi iddia tələbindən kənara çıxılması hesab olunmamalıdır.
37. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nə riman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsinə sahibliyinin qanunsuz olduğu Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə həmin hissədə apellyasiya və kassasiya qaydasında dəyişdirilməmişdir. Bundan başqa Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən vicdanlı sahibdən onun əmlakdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh isə həmin əmlakdan sahibliyinin qanunsuz olduğunu bildiyi vaxt ərzində heç bir gəlir götürmədiyini iddia etsə də, nə ağacların məhsul verməyən ağac olduğunu, nə də məhsul vermiş olduğu halda həmin ağacların məhsulunu yığmamaqla özündə saxlayaraq iddiaçılara verməməsinin əsaslı olduğunu təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Eyni zamanda Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsində həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinə, həm də "xxxx" MMC-nin 10 dekabr 2019-cu il tarixli, 9 saylı arayışına istinad edilmişdir. Qax Rayon Məhkəməsinin həmin rəyə istinad etdiyi qətnaməsinin həmin hissədə ləğv edilməsinin səbəbinin həmin rəyin mötəbərliyi ilə əlaqəsi olmamış, iddiaçıların həmin tələblərinin əsassızlığı səbəbi ilə iddia həmin hissədə rədd edilmiş, həmin iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında "xxxx" MMC-nin rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 18899 saylı rəyinin mötəbərliyi mübahisələndirilməmişdir. Cavabdeh hazırki apellyasiya şikayətində həmin rəyin mötəbərliyini mübahisələndirməsinə baxmayaraq, onun əksini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı Qax Rayon Məhkəməsinin 2(024)-250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə verilmiş icra vərəqəsinin hal-hazıradək icra edilməməsi hazırki iş üzrə məhkəmə baxışının predmeti deyildir və məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olan məsələdir.
38. Məhkəmə həmçinin, qeyd etmişdir ki, fındıq və qoz ağaclarından əldə etdiyi (və ya etməli olduğu) gəlirlərin əvəzini hazırki iş üzrə iddiaçılara ödəməsi ilə birlikdə, hazırki iş üzrə cavabdehin (apellyatorun) Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbinə əsasən bu qətnamə ilə müəyyən edilmiş 2019-2021-ci illər ərzində həmin fındıq və qoz ağaclarına sərf etdiyi xərcləri ayrıca iddia qaldırmaqla hazırki iş üzrə iddiaçılardan tələb etmə hüququ qorunur
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.2, 152.5, 157.5, 157.6 və 97.1-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 233.3, 389 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
40. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən qanunvericiliyin tələblərinə, maddi və prosessual hüquq normalarına ümumiyyətlə əməl olunmamış, səhv nəticəyə gəlinmişdir.
42. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(024)-250/2019 nömrəli qətnaməsi qismən - “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüzsəksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi bu hissədə təmin edilməmişdir. İddiaçıl ar sonuncu qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5635/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.Hazırki iddiaçıların qanunsuz olaraq tələb etdikləri “əldən çıxmış fayda” tələbləri rədd edildiyi halda, yenidən eyni maddi əsasla, eyni halları qeyd etməklə iddia tələbində haqlı olmamışlar.
43. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)772/2021 saylı, xx.xx.2021 il tarixli (elektron imzalanma tarixi: xx.xx.2021) icra vərəqəsi əsasında Cavabdeh torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi hissəsində icraya yönəldilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Demək olar ki, sözügedən icra vərəqəsi tələbin könüllü icra müddəti ərzində(çünki icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın surəti iyul ayında cavabdehin poçt ünvanına gəlmişdir) icra edilmiş, işdə olan Qax rayon İcra və Probasiya şöbəsinin 26 avqust 2021-ci il tarixli Aktından görünür ki, icra vərəqəsi təxminən 2 ay müddətində icra edilmiş cavabdeh torpaq sahəsindən çıxarılmışdır. Bir daha göründüyü kimi, cavabdehin torpaq sahəsindən çıxarılmasına dair icra vərəqəsi icraya yönəldiyi vaxtdan icra olunan vaxta kimi (icraata başlamaq haqqında qərarın surətinin cavabdehə çatması,könüllü 10 gün müddəti nəzərə alınmadan) müddət 2 (iki) ay 16 (on altı) gün olmuşdur. Lakin, nə hikmətsə Şəki Apellyasiya Məhkəməsi qeyd edilən zəruri məqamı nəzərə almamış, kobud maddi hüquq normasının tətbiqinə yol verərək heç bir dəlillə öz təsdiqini tapmayan ifadələr əsasında, 2019-cu il ərzində cavabdehin istifadə edilərək gəlir kimi əldə etdiyi 10240 (on min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nərimanqızı və İddiaçı5, həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2020 və 2021-ci illərdə istifadə edərək gəlir kimi əldə etdiyi 20480 manat pulun isə iddiaçı X17 verilməsi qənaətinə gəlmişdir.
44. İşə baxmış nə Qax Rayon Məhkəməsi və nədəki Şəki Apellyasiya Məhkəməsi iddia tələbinin qanuni əsası kimi yalnız Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad etsələr də, həmin maddəni mübahisəyə düzgün tətbiq etməmişlər. Sözügedən maddi norma mülkiyyə tçinin tələb hüququnu özündə ehtiva edir. X27 Məhkəməsi hazırki qanunsuz “pul” tələbinin əsasının iddia ərizəsinin “xahiş edirəm” hissəsində qeyd edilməsə də, lakin məhkəmənin mövqeyinə görə (68-ci bənd, 4-cü abzasda qeyd edilib ki, əldə ediləcək gəlir deyildikdə həmin torpaq sahəsində olan fındıq və qoz ağaclarından yığılan məhsul nəzərədə tutulur) “qoz və fındıq ağaclarından əldə edilən gəlirin verilməsi” ilə bağlı olduğunu müəyyən etsə də, iddiaçılar tərəfindən sözügedən ağacların dəyərinin bu günə kimi ağacların mülkiyyətçisi Cavabdeh ödənilmədiyini nəzərə almamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin ağacların bu günə kimi mülkiyyətçisi Cavabdehdur. Ağacların mülkiyyətçisinə həmin ağacların dəyəri ödənilmədiyi təqdirdə, həmin ağaclardan əldə edilən gəlirin (bəhərin) ağacların mülkiyyətçisindən tələb hüququ əsaslı sayıla bilməz və tələb qanunsuz, əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iddiaçıların belə bir tələblə çıxış etmək hüquqlarının əsasının olmadığını nəzərə almamış, ümumiyyətlə Şəki Apellyasiya Məhkəməsinin hakimi hüquq tətbiq etmə mexanizmini düzgün müəyyən etməməklə, Cavabdeh məhz ağacların mülkiyyətçisi olduğu halda və onun bu hüquqlarının qanunla qorunduğu nəzərə almamaqla Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur.
45. Bundan başqa, məhkəmələrin heç biri, cavabdehin bildiyi və bilməli olduğu vaxtı mübahisəyə düzgün tətbiq etməmiş, ümumiyyətlə maddənin zəruri əlaməti kimi çıxış edə bildiyi və bilməli olduğu vaxtı qətnamədə əsaslandırmamış, həmin müddətin hansı vaxtdan hesablanmalı olduğunu qeyd etməmişlər. Halbuki, cavabdehin bildiyi və bilməli olduğu vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının qəbul edildiyi gündən hesablanmalıdır. Məhz həmin qərarla Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılması tələbinin təmin olunması hissəsində” dəyişdirilmədən saxlanıldığı üçün cavabdeh tərəfindən torpaq sahəsinin onu qanuni sahibliyində olmadığını bildiyi gün kimi qəbul edilməlidir. Qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, cavabdehin 2017-ci ildən mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olduğunu bildiyi barədə birmənalı qənaət Mülki Məcəllənin 157.5-ci maddəsinə uy ğun hesab edilə bilməz. Lakin nə Qax Rayon Məhkəməsi, nə də ki, Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin preydusial xarakter daşıyan qərarına məhəl qoymamışdır.
46. Məhkəmə Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin biril üçün 10.240 manat müəyyən edilməklə hesablanmalı olduğu qənaətinə gəldiyini qeyd etsə də, bu qənaətin nəyin əsasında hesablandığını qeyd etməmiş. Hakim ekspert, mütəxəssis vəzifəsini öz üzərinə götürərək yalnış və ümumiyyətlə əsası olmayan hesablama aparmışdır. Halbuki, məhkəmə 10665,18 kv metr torpaq sahəsindən istifadə nəticəsində gəlirin məbləğinin həqiqətən 10.240 (on min iki yüz qırx) manat olub-olmadığını müəyyən etmək üçün, xüsusi bilik tələb edən mütəx əssis məsləhəti və ya ekspert rəyi alınması yolu ilə mübahisənin həllini təmin etməli idi. Yəni, cavabdehə satılarkən torpaq sahəsində hər hansı bir qoz-fındıq ağaclarının olmaması, iddiaçıların torpaq sahəsində 1 ağac belə olsun əkməmələri və ən əsası məhkəmə qətnaməsinin bu günə kimi icra edilməməsini nəzərə almamış, məhz torpaq sahəsində istifadə nəticəsində 1 (bir) il ərzində 10.240 (on min iki yüz qırx) manat gəlirin olduğunu qeyd etmişdir.
47. Bundan başqa, məhkəməsində baxılan iş üzrə ağacların məhsuldarlığı ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışına əsaslanmışdır. Şəki Apellyasiya Məhkəməsi qətnaməsinin 70-ci bəndində "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışını, rəy kimi qiymətləndirmiş, MMC-nin tez-bazar verdiyi məktubu rəy adı altında q əbul etməyə çalışmış, hansısa fəaliyyət istiqaməti bilinməyən bir MMC-nin verdiyi məktubu mötəbər sübut kimi qəbul etmiş, hələ bu azmış kimi rəyin mötəbərliyinin mübahisələndirilmədiyini qeyd etmişdir. Halbuki, Qax Rayon Məhkəməsində həmin işə baxılarkən X20 adlı şəxs ümumiyyətlə tərəf olmamış, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 9 saylı arayışa istinad edilməklə təmin edilmiş Qax rayon Məhkəməsinin 2(024)250/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi məhz həmin hissədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bu da onu deməyə əsas verir ki, sözügedən arayışın hər hansı bir hüquqi qüvvəsi yoxdur və hüquqi qüvvəsi olmayan sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, ekspert rəyi o zaman ekspert rəyi kimi qəbul edilir ki, rəyi vermiş şəxsə Azərbaycan Respublikası CM-in 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin. Lakin hazırki "xxxx" MMC-nin verdiyi məlumatda bunu demək mümkün deyil. Bundan başqa, cavabdeh tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax Dövlət X28 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3-22-3-34/2-013-1615/2023 saylı məktubda, Qax rayonu üzrə fındıq bitkisinin orta məhsuldarlıq bar verən hər hektar üçün 2021-ci il üçün 8.5 sentner, 2020-ci ildə 5.1 sentner, 2019-cu ildə 7.7 sentner təşkil etmişdir. Daha sonra, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Qax rayon Statistika İdarəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3-34-59/2-63/2023 saylı məktubda, Qax rayonu üzrə fındığın orta bazar qiyməti 2020-ci ildə 4,65 manat, 2021-ci ildə 4,75, 2022-ciildə 3,90 manat təşkil etmişdir.
48. Bundan başqa, qətnamənin qət etdi hissəsi anlaşılan deyil. Məhkəmə qətnaməsi anlaşılan, ifadələrin hər kəsin başa düşə biləcəyi şəkildə tərtib edilməli olduğu halda, hazırkı qətnamənin nəticə hissəsi qarışıq, ümumiyyətlə qeyd edilən məbləğlərin necə formalaşdığı müəyyən deyil. Ümumiyyətlə qətnamənin nəticə, yəni “qət etdi” hissəsi məhkəmədə tədqiq edilmiş sənədlərlə uyğunluq təşkil etmir.
49. Şəki Apellyasiya Məhkəməsinin hakimi iddia tələbindən kənara çıxaraq iddiaçıların iddia ərizəsində göstərdikləri iddia tələbində “Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci i llər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdikləri gəlirin tutulması” xahiş edilsə də, hakim iddianın istinad edilməyən faktiki əsasını, tələbin formasını Apellyasiya instansiyasında dəyişmiş, “qətnamənin qət etdi hissəsində həmin torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2020 və 2021-ci illərdə istifadə edərək gəlir kimi əldə etdiyi məbləğin tutulması” kimi qeyd etməklə iddiaçıların qanunsuz iddia tələbini “möhkəmləndirmişdir”. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsi iddiaçıların istinad etmədiyi əsasla həmin hissədə birinci həm də ikinci instansiya məhkəməsinin mövqeyi düzgün deyil. Çünki iddianın istinad edilməyən faktiki əsasını dəyişmək məhkəmənin səlahiyyəti deyil, məhkəmə yalnız hüquqi əsası dəyişə bilər. Ümumiyyətlə, işin faktik i hallarına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.
50. Daha sonra, iddiaçılar məhkəməyə“torpaq sahəsindən 2019-cu il, 2020-ci il və 2021-ci il ərzində qanunsuz və iradələrinin ziddinə istifadə edərək əldə etdikləri 34200 manat məbləğin” alınmasını sübut edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda iddianı əsaslı hesab edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Çünki təkcə həmin illər üzrə deyil, ondan əvvəlki iki ildə də cavabdeh heç bir gəlir əldə etməmiş, əksinə xeyli miqdarda ziyan çəkmişdir. Belə ki, ağacların sulanması, qulluğun edilməsi, onların yanmaması, dərmanlanması üçün işçi qüvvəsindən istifadə etmişdir. Ən əsası, cavabdeh torpaq sahəsini iddiaçılardan alanda orada bir dənə olsun meyvə ağacı olmayıb, əksinə kol-kos basmış, baxımsız torpaq sahəsi olmuşdur.
51. İddiaçıların (Məmmədov Ramil istisna olmaqla) əvvəlki iddia tələblərinin eynisi olan iddia tələbinə münasibətdə 2 dəfə Ali Məhkəmə, 1 dəfə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən qeyd edilmişdir ki, cavabdehin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair etibarlı müqaviləninin bağlanmadığının müəyyən edilməsi də iddiaçıları bu halı sübut etmək yükündən azad etmir. Çünki tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması mübahsəli sahənin icarə yə verildiyi barədə birmənalı qənaət üçün əsas ola bilməz. Bu da onu deməyə əsas verir ki, cavabdeh torpaq sahəsini zəbt və ya qanunsuz yolla əldə etməmişdir.
52. Daha sonra, Şəki Apellyasiya Məhkəməsində araşdırma zamanı araşdırma səthi aparılmaqla yanaşı mənim sonuncu məhkəmədə iştirak etmək hüququm belə təmin edilməmişdir. xx.xx.2023-cü il tarixində keçirilən iclasda hakim növbəti iclasın xx.xx.2023cü il tarixində, saat 15:00-a təxirə salındığını bildirsə də, məhkəmə mənə deyilən saatda deyil, 12:00-da keçirilmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(102)3266/2023 saylı qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 19 aprel 2023-ci il tarixli 2(107)-328/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
54. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilən hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən fındıq və qoz ağaclarının bar verən yaşda olub-olmamaları, cavabdehin həmin ağaclardan gəlir əldə etdiyi və ya əldə etməli olduğu kimi hallar ətraflı araşdırılıb hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, şəxslərin iradəsindən asılı olmayan müxtəlif ekoloji təsirl ərdən ağaclar bar verməyə bilər
55. Digər tərəfdən iş materiallarında olan (İİ cild, i.v. 71-72) 26 avqust 2021-ci il tarixli Qax Rayon İcra və Probasiya şöbəsinin rəsi vəzifəsini icra edən Ş.S.Əsgərovun, tələbkar İddiaçı1 və digər şəxslərin imzaladığı aktın surətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-772/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar JN-007 KOD 40311018 saylı torpaq mülkiyyət hüququna dair akta əsasən 10665,18 kv metretr torpaq sahəsi boşaldılaraq tələbkar İddiaçı1 təhvil verilmişdir.Apellyasiya instansiyası məhkəməsi göstərilən sənədə də prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verməmişdir.Belə qiymətləndirmə, torpaq sahəsinin 26 avqust 2021-ci il tarixdə İddiaçı1 təhvil verilməsi müəyyən olunarsa, təhvil vermənin fındıq və qoz ağaclarından məhsul toplanması mövsümündən əvvəl və ya sonra olması halını da müəyyənləşdirməyi zəruri edir.
56. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə həmin hissədə yenidən baxılarkən, göstərilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir.
58. Ali Məhkəmə kassasiya şikayətinin cavabdehin bildiyi və bilməli olduğu vaxtın Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının qəbul edildiyi gündən hesablanmalı olduğu, məhz həmi n qərarla Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılması tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanıldığı üçün cavabdeh tərəfindən torpaq sahəsinin onu qanuni sahibliyində olmadığını bildiyi gün kimi qəbul edilməli olduğu, ağacların dəyərinin ona ödənilmədiyi halda gəlirin ondan tələb edilməsinin əsaslı olmadığı barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzini n ödənilməsini tələb edə bilər. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, gəlir götürüldüyü bildirilən ağacların olduğu torpaq sahəsi xx.xx.2019-cu ildən X11 mülkiyyətinə verilmişdir və o, ağaclara görə pul məbləğinin tutularaq Cavabdeh verilməsi ilə əlaqədar məhkəmə mübahisəsində işdə iştirak edən şəxs olmamış, pul məbləğinin X10 deyil, hazırki iş üzrə digər iddiaçılardan tutulması qət olunmuşdur.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin sonuncu məhkəmə iclasında iştirak hüququnun təmin edilməməsi barədə dəlilini də əsaslı hesab etmir.Çünki iş materiallarından məlum olur ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır.Eləcə də kassasiya şikayətində göstərilənin əksinə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbində n kənara çıxma halı da müəyyən edilmir.
60. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.2, 152.5, 157.5 və 1097.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
61. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-106/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmamverdi Şükürov və Günay Cavadova) iddiaçılar İddiaçı1, İddiaçı2, X15, X12, İddiaçı5, X22 və Cavabdeh Alışan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)287/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi qismən təmin edələrək, Qax rayonu Qaşqaçay kəndində yerləşən xx.xx.2019-cu il tarixədək JN-0007, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olmuş, hal-hazırda ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 mülkiyyətində olan 1,0665 ha torpaq sahəsində yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2019-cu il ərzində istifadə edərək gəlir kimi əldə etdiyi 10240 manat pul Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 verilsin. Həmin torpaq sahəsi ndə yerləşən 180 ədəd fındıq və 10 ədəd qoz ağaclarından 2020-ci ildə istifadə edərək gəlir kimi əldə etdiyi 10240 manat pul Cavabdeh alınaraq iddiaçı X17 ödənilməsi qət edilmişdir.
62. Ali Məhkəmənin xx.xx.2023-cü İl tarixli 2(102)-3266/2023 nömrəli qərarındakı göstərişlərini nəzərə alaraq, Qax Dövlət X28nə 2019,2020 və 2021-ci illər ərzində Qax rayonu ərazisində qozfindıq ağaclarının bar verməsinə müxtəlif ekoloji təsirlər olubolmaması, o cümlədən həmin illər ərzində qoz-findıq ağaclarının bar vermə məhsuldarlığı barədə apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Qax Dövlət X28nin 10 yanvar 2024-cü il tarixli 3-22-3-34/2-2/2024 nömrəli məktubunda bildirilmişdir ki, Qax rayonu ərazisində 2019, 2020, 2021-ci illər ərzində meyvə ağaclarının bar verməsində ekoloji amillərin müəyyən təsi rləri olmuşdur. Belə ki, ilin gəlişindən asılı olaraq bar verən bağlarda məhsuldarlığın azalması və ya çoxlaması müşahidə edilmişdir. Orta statistik məlumatlarda da bu öz əksini tapmışdır. Barvermə qabiliyyətinə tam çatmış və aqrotexniki qaydalara düzgün əməl edilərək baxılmış fındıq bitkisinin hər kolundan (topundan) orta hesabla ilin gəlişindən asılı olaraq təqribən 8-15 kiloqram fındıq məhsulu əldə etmək mümkündür. Barvermə qabiliyyətindən (hansı ildə əkilməyindən), ilin gəlişindən, aqrotexniki xidmət işlərindən asılı olaraq normal 1 ədəd qoz ağacından təribən 25-35 kiloqram arası məhsul əldə etmək mümkündür. Əlavə olaraq qeyd etmək istəyirik ki, əldə olunan məhsuldarlıq bağın yerləşdiyi ərazidən, bağa göstərilmiş aqrotexniki xidmətlərin vaxtında və düzgün aparılmasından, torpağın keyfi yyətindən, salınma ilindən, əkilmiş meyvənin sortundan və təbii iqlim şəraitindən (ilin gəlişindən) asılı olaraq dəyişməsi mümkün haldır.
63. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi ilə Cavabdeh JN-0007, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi qət edilmiş və qətnamənin həmin hissəsi apellyasiya və kassasiya qaydasında dəyişdirilməmişdir. Beləliklə, hazırki iş üzrə Cavabdeh JN-0007, KOD 4031101 8 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsinə sahibliyinin qanunsuz olduğu həmin məhkəmə qətnamələri ilə təsdiq edilmişdir.
64. Hazırki iş üzrə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Belə ki, Qax Rayon Məhkəməsinin 2(024)-250/2019 saylı qətnaməsi 10 dekabr 2019-cu il tarixdə çıxarılmışdır, bu da onu göstərir ki, Cavabdeh Alışan oğlu həmin vaxt JN-0007, KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nə riman qızı, İddiaçı5 ümumibirgə mülkiyyətində olan 10665,18 kv metr torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu artıq bilirdi. Belə olan halda, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 2019-cu ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
65. Apellyasiya məhkəməsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə bağlı qeyd etmişdir ki, müqavilə bağlanan vaxt fındıq və qoz məhsullarının yığılması mövsümü artıq keçmiş, yəni cavabdeh həmin torpaq sahəsindən 2019-cu il üçün gəlir götürdüyü zaman torpaq sahəsinin mülkiyyətçisi iddiaçılar İddiaçı1, X9, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, S adıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 olmuşlar. 2020-2021ci illər ərzində həmin torpaq sahəsindən cavabdehin götürdüyü və ya götürməli olduğu gəlirlər isə torpaq sahəsinin mülkiyyətçisi olaraq X16 düşmüşdür.
66. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019-cu, 2020-ci və 2021-ci illər ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi gəlirin 34200 manat müəyyən edilməsini xahiş etmiş, eyni zamanda 3 il (2019, 2020 və 2021) üzrə ödənilməli olduğu zərərin fındıq məhsulunun gəliri üzrə 29.160 manat, qoz məhsulunun gəliri üzrə 1560 manat, cəmi 30.720 manat təşkil etdiyini qeyd etmişlər. İddiaçılar qalan 3480 manat pulun tələb edilməsi hissəsində məhkəməyə heç bir sübut və ya d əlil təqdim etməmişlər.
67. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli rəyinə əsaslanmaqla, Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin bir il üçün 10.370 manat müəyyən etməsinə, həmçinin iddiaçıların ərizələrində həmin məbləğin göstərilməsinə baxmayaraq, iddiaçıların iddia ərizəsində torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğini bir il üçün 10.240 manat hesablamaqla üç il üçün cəmi 30720 manat tələb etmişlər.
68. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli ol duğu gəlirin məbləğinin bir il üçün 10240 manat müəyyən edilməklə hesablanmalıdır.
69. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-772/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar JN-007 KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair akta əsasən 10665,18 kv metr torpaq sahəsi boşaldılaraq tələbkar İddiaçı1 təhvil verilmişdir. Torpaq sahəsinin 26 avqust 2021-ci il tarixdə İddiaçı1 təhvil verilməsi nəzərə alınarsa, təhvil vermənin fındıq və qoz ağaclarından məhsul toplanması mövsümündən əvvələ təsadüf etdiyi müəyyən edilir. Belə ki, torpaq sahəsinin məhsul yığımından sonra təhvil verilməsini israr edən iddia tərəfi, bununla bağlı subut etmə yükü onların üzərinə düşdüyündən, bununla bağlı mötəbər subut təqdim edə bilməmişdir. Həmin işlə bağlı icra sənədi tələb edili b araşdırılsa da, həmin icra işi üzrə torpağın təhvil verilməsində iştirak etmiş icra məmurları dindirilsə də, məhsulun yığılmasını kollegiyanın iclasında müəyyən etmək mümkün olmamışdır.
70. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-772/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Qax Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Ş.S.Əsgərovun, tələbkar İddiaçı1 və digər şəxslərin imzaladığı 26 avqust 2021ci il tarixli akta əsasən mübahisəli fındıq və qoz ağaclarından 2021-ci il üçün məhsulu tələbkar İddiaçı1 götürməli olduğundan, həmin il üçün hesablanmış məhsulun dəyəri hazırki iş üzrə cavabdehdən tələb edilə bilməz. Belə ki, iş materiallarından da məhsulun iddiaçılar ya cavabdeh tərəfindən yığılmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qətn aməsi dəqiq və aydın yazılmalı olduğundan, iddiaçıların iddia ərizəsində yazdığı “cavabdehin Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən 2019- cu, 2020-ci və 2021-ci illər ərzində istifadə edərək əldə etdiyi gəlir” ifadəsinin “həmin torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarından əldə etdiyi gəlir” olaraq dəqiqləşdirilməsi iddia tələbindən kənara çıxılması hesab olunmamalıdır.
71. Qax Dövlət X28nin 10 yanvar 2024-cü il tarixli məktubu ilə cavabdehin mübahisəli fındıq və qoz ağaclarından gəlir əldə etməli olduğu halı Qax Dövlət X28 tərəfindən də təsdiq edilmişdir.
72. Məhkəmə kollegiyası iddiaçıların iddia tələbinin Cavabdeh Qax rayonunda yerləşən 10665,18 kv metr torpaq sahəsindən qanunsuz istifadə edərək əldə etməli olduğu gəlirin məbləğinin hesablanaraq həmin məbləği n 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli qətnamə ilə cavabdehə olan borcu ilə əvəz edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi, hal-hazırda hansı hissədə ödənilmiş, hansı hissədə ödənilməmiş olduğu məsələləri həmin qətnamənin icrası qaydasında müəyyən edildiyindən və hazırki qətnamə ilə həmin pulların əvəzləşdirilməsinin qət edilməsi qətnamənin icrası zamanı qeyrimüəyyənlik yaradacağından həmin tələb təmin edilə bilməz və həmin məsələ məhkəmə qətnaməsinin icrası prosesində həll edilməli olan məsələdir.
73. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin bəndlərdə göstərilən məsələlərə cavabdehin kassasiya şikayətinin dəlillərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Ali Mə hkəməsinin xx.xx.2023-cü İl tarixli qərarında münasibət bildirildiyindən hazırki apellyasiya baxışında həmin hissədə araşdırma aparılmamışdır. Qax Rayon Məhkəməsinin həmin rəyə istinad etdiyi qətnaməsinin həmin hissədə ləğv edilməsinin səbəbinin həmin rəyin mötəbərliyi ilə əlaqəsi olmamış, iddiaçıların həmin tələblərinin əsassızlığı səbəbi ilə iddia həmin hissədə rədd edilmiş, həmin iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında "xxxx" MMC-nin rəyinin və 16 oktyabr 2019-cu il tarixli ekspert rəyinin mötəbərliyi mübahisələndirilməmişdir. Cavabdeh hazırki apellyasiya şikayətində həmin rəyin mötəbərliyini mübahisələndirməsinə baxmayaraq, onun əksini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, Qax rayon Məhkəməsinin 10 dekabr 2019-cu il t arixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə verilmiş icra vərəqəsinin hal-hazıradək icra edilməməsi hazırki iş üzrə məhkəmə baxışının predmeti deyildir və məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olan məsələdir.
74. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, fındıq və qoz ağaclarından əldə etdiyi (və ya etməli olduğu) gəlirlərin əvəzini hazırki iş üzrə iddiaçılara ödəməsi ilə birlikdə, hazırki iş üzrə cavabdehin (apellyatorun) Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbinə əsasən bu qətnamə ilə müəyyən edilmiş 2019-2021-ci illər ərzində həmin fındıq və qoz ağaclarına sərf etdiyi xərcləri ayrıca iddia qaldırmaqla hazırki iş üzrə iddiaçılardan tələb etmə hüququ qorunur.
75. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcə lləsinin 21.1, 152.2, 152.5, 157.5 və 1097.1-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
76. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
77. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərinə, maddi və prosessual hüquq normalarına ümumiyyətlə əməl etməyərək səhv nəticəyə gəlinmişdir. Şəki Apellyasiya Məhkəməsi bu iş üzrə Ali Məhkəmənin vahid mövqeyini kobud şəkildə pozmaqla, maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməməklə düzgün olm ayan nəticəyə gəlməklə ədalətli məhkəmə araşdırması hüquqnunu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apellyasiya MəhkəməsininMülki kollegiyasının 19 aprel 2023-ci il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində məhz (kassasiyaşikayətində göstərilən) aşağıdakı əsaslar nəzərə alınmaqla ləğv etmişdir. - ŞəkiApellyasiya Məhkəməsinin 2(107)- 772/2021 saylı, xx.xx.2021 il tarixli (elektron imzalanmatarixi: xx.xx.2021) icra vərəqəsi əsasında Cavabdeh torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi hissəsində icraya yönəldilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Demək olar ki, sözügedən icra vərəqəsi tələbin könüllü icra müddəti ərzində (çünki icra şöbəsi tərəfin dən icraata başlamaq haqqında qərarın surəti iyul ayında cavabdehin poçt ünvanına gəlmişdir) icra edilmiş, işdə olan Qax rayon İcra və Probasiya şöbəsinin 26 avqust 2021-ci il tarixli aktından müəyyən olunur ki, icra vərəqəsi təxminən 2 ay müddətində icra edilmiş cavabdeh torpaq sahəsindən çıxarılmışdır. Cavabdehin torpaq sahəsindən çıxarılmasına dair icra vərəqəsi icraya yönəldiyi vaxtdan icra olunan vaxta kimi (icraata başlamaq haqqında qərarın surətinin cavabdehə çatması, könüllü 10 gün müddəti nəzərə alınmadan) müddət 2 (iki) ay 16 (on altı) gün olmuşdur.
78. İşə baxmış Qax rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad etsələr də, həmin maddəni mübahisəyə düzgün tətbiq etməmişlər. Belə ki, sözügedən maddi nor ma mülkiyyətçinin tələb hüququnu özündə ehtiva edir. X27 Məhkəməsi iddianın “qoz və fındıq ağaclarından əldə edilən gəlirin verilməsi” ilə bağlı olduğunu müəyyən etsə də, iddaçılar tərəfindən sözügedən ağacların dəyərinin bugünə kimi ağacların mülkiyyətçisi Cavabdeh ödənilmədiyini nəzərə almamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin ağacların bugünə kimi mülkiyyətçisi Cavabdehdur. Ağaclar mülkiyyətçisinə həmin ağacların dəyəri ödənilmədiyi təqdirdə, həmin ağaclardan əldə edilən gəlirin (bəhərin)ağacların mülkiyyətçisindən tələb hüququ əsaslı sayıla bilməz və tələb qanunsuz, əsassız olduğu üçün rədd edilməlidir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi iddiaçıların belə bir tələblə çıxış etmək hüquqlarının əsasının olmadığını nəzərə almamış, ümumiyyətlə Şəki Apellyasiya Məhkəməsinin hakimi hüquq tətbiq etmə mexanizmini düzgün müəyyən etməməklə, Cavabdeh məhz ağacların mülkiyyətçisi olduğu halda və onun bu hüquqlarının qanunla qorunduğu nəzərə almamaqla Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur.
79. Cavabdeh qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olanmövcud sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə Qax rayon Məhkəməsinin qanunsuz qətnaməsi öz qanunsuz və ədalətsiz qətnaməsi ilə birazda möhkəmləndirməklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
81. Maddə 21.1 Hüququ pozulmu ş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
82. Maddə 152.2 Sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
83. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.
84. Maddə 157.5 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəz i ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
85. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Maddə 82.3 Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edi lmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz.
89. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 90. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
91. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
92. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
95. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Hazırkı kassasiya şikayətində qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
98. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
99. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlən nəzərə alınaraq tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
100. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, büt ün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
101. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-106/2023 nömrəli iş üzrə 10 yanvar 2024-cü i tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.