Məhkəmə qərarları › İş №2(102)-1911/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1911/2021

03.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1911/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7364/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2020-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı X ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə ümumi sahəsi 81,88 kvadrat metr olan 2 otaqlı 72 saylı mənzilə dair 02 aprel 2012-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında müqavilə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri hər kvadrat metr sahə üçün 400 manat müəyyən edilməklə, cəmi 81,88 kvadrat metr sahə üçün 32.752 manat razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndində olan qeydə əsasən müqavilə məbləğini təşkil edən 32.752 manat 100% miqdarında, yəni tam həcmdə iddiaçı-ya ödənilmişdir. iddiaçı-nın 02 aprel 2012-ci il tarixli arayışına əsasən cavabdeh müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir; Cavab deh (Borc verən) ilə X3 (Borc alan) arasında bağlanaraq 23 aprel 2011-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş “Borcun etirafı müqaviləsi”nin surətindən görünür ki, cavabdeh 21.04.2011-ci il tarixdə X2 39.400 AZN məbləğində pulu borc verir. X3 24.04.2011-ci il tarixdə cavabdehdən 39.400 manat məbləğdə borc pulu aldığını etiraf edir və bu borc məbləğini 30.09.2011-ci il tarixədək qaytarmağı öhdəsinə götürür; Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında 02 aprel 2012-ci il tarixdə bağlanmış X məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının İ blok, 15-ci mərtəbə, ümumi sahəsi 81.88 k v.m olan 72 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 02 aprel 2012-ci il tarixli müqavilə bağlanılmışdır. həmin müqavilə formal olaraq bağlanmışdır. Ümumiyyətlə, iddiaçı ilə cavabdeh 02 aprel 2012-ci il tarixli müqaviləni müəyyən şərtlər altında bağlamışlar. Belə ki, X3 iddiaçıya tikinti materiallarının (armatur) verilməsini təmin etməli idi. İddiaçı isə həmin materialların qarşılığında X3 adlı şəxsin xahişi ilə cavabdeh müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə X3 adlı şəxs bildirmişdir ki, o, tikinti materiallarının verilməsini təmin edəcək və materialların əvəzi olaraq cavabdeh ilə iddiaçı ara sında müqavilə bağlanacaq. X3 adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə iddiaçı tərəfindən cavabdehə borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı da cavabdehə verilmişdir. Daha sonra X3 adlı şəxs tikinti materiallarının (armatur) iddiaçıya verilməsini təmin etməmişdir. Belə olan halda, MTK olaraq onlar X3 adlı şəxslə danışıb öz aralarında razılığa gəlmişlər. Belə ki, X3 cavabdehə olan borcunu özü qaytarmağa hazır olduğunu bildirərək, bu barədə cavabdehə də məlumat verdiyini bildirmişdir. Bu halda materialların verilməsi təmin olunmadığı üçün aralarında olan sövdələşmə də qüvvədən düşmüşdür. Daha sonra cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə şikayət ilə müraciət edərək, MTK-nın onu mənzilinə buraxmadığını b ildirmişdir. Bu zaman onlar xəbər tutmuşlar ki, cavabdeh artıq Suraxanı Rayon Məhkəməsinə mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia irəli sürmüş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Bu iddialarla bağlı hazırda məhkəmə mübahisəsi davam edir. Eyni zamanda, cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində şikayəti araşdırılan zaman özü etiraf edərək bildirmişdir ki, həqiqətən də o, iddiaçıya hər hansı bir formada ödəniş etməmişdir. X1 ona olan borcunun əvəzi olaraq mübahisəli mənzillə bağlı müqavilə bağlanılmışdır. Bu xüsusatlar isə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 mart 2019-cu i l tarixli qərarında öz əksini tapmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) 2(007)-3325/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 02 aprel 2012-ci il tarixdə bağlanmış X məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının İ blok, 15-ci mərtəbə, ümumi sahəsi 81.88 kv.m olan 72 saylı mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi qət edilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasındakı müqavilədən irəli gələn öhdəlik (Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətlə ri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir. Yəni mübahisəyə müqavilə münasibətlərinin aradan qalxması kimi yanaşıla bilməz, bununla da, 02 aprel 2012-ci il tarixli müqavilənin ləğvinə dair iddia tələbini irəli sürməkdə iddiaçı haqlı olmuşdur. Həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən mənzilin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzilin plan-cizgisi bu qərara əlavə olunmalı idi. Cavabdeh həmin şərtlər altında İddiaçının üzvü olmasına dair sübutlar yoxdur, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh özünün müraciəti əsasında təhqiqat orqanında aparılan araşdırma zamanı verdiyi izahatlarında etiraf etmişdir ki, X1 ona 39.400 manat məbləğində borcu olmuşdur, borcun qaytarılmasında çətinlik çəkdiyinə görə X3 həmin borcun əvəzinə ona iddiaçının tikilməkdə olan binasından mənzil verməyi təklif etmiş, o da razılaşmışdır. O, şəxsən mənzilin adına keçirilməsi üçün MTK-ya hər hansı məbləğdə pul ödəməmiş, MTK-nın ümumi yığıncağının iclasında iştirak etməmiş, MTK üzvlüyünə qəbul edilməmişdir. Müqavilədə pulun ödənilməsi göstərilsə də, etiraf edir ki, o, MTK-ya mənzilə görə pul ödəməmişdir, mənzil ona MTK tərəfindən, X3in ona borclu olduğu pul əvəzində verilmişdir. Həmin hal, yəni mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mənzilin müqavilədə göstərilən dəyərinin cavabdeh tərəfindən ödənilməməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarix li 2(007)-2038/2019 nömrəli qətnaməsi ilə də müəyyən edilmişdir. Mübahisələndirilən müqavilənin tərəfi olmadığı üçün işdə iştirak etməyən X3 X3in notariat qaydada bağlanmış 23 aprel 2011-ci il tarixli müqavilə əsasında cavabdehə 39.400 manat məbləğində borcu olmuş, X3 X3 isə tikinti işləri ilə məşğul olan iddiaçını armaturla təmin etmiş, bu armaturların alınmasına görə MTK X3 X3ə nağd pul vəsaiti ödəməli olmuşdur. X3 X3 cavabdehə pul borcunu nağd qaydada ödəyə bilmədiyinə görə, MTK-ya verəcəyi armaturların müqabilində iddiaçıdan ona vəd edilmiş mənzilin müqaviləsinin cavabdehin adına bağlanmasını təklif etmişdir və bu təklif əsasında müqavilə bağlanmışdır. X5 sonradan armaturları iddiaçıya verə bilmədiyindən onlar arasındakı razılaşma pozulmuş, MTK əldə etməli olduğu tikinti materialını al a bilməmiş, bununla da əldə etməli olduğundan, eyni zamanda dəyəri 32752 manat məbləğində razılaşdırılmış mənzili X3 X3in mənafeyi üçün üçüncü şəxsə verməklə əmlakından məhrum olmuşdur. Beləliklə tərəflər arasındakı müqavilədən kənar razılaşma pozulmuş, razılaşmanın pozulması barədə isə müqavilə tərəfi olan cavabdehə məlumat verilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 324.1, 342.4, 421.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhk əməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən tətbiq edilməli olan qanun normaları tətbiq edilməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə istifadə hüququnun tan ınaraq, mənzilin açarı ilə birlikdə cavabdeh iddiaçı tərəfindən iddiaçıya təhvil verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(103)-7722/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsa da, həmin qətnamə qanuni qüvvəyə minməmişdir, hazırda cavabdehin kassasiya şikayətinə əsasən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır, bununla yanaşı hazırkı iş üzrə iddianın predmeti məhz mənzilin ilkin sənədi hesab olunan müqavilənin mübahisələndirilməsi ilə bağlıdır. Apelyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Konstitusiyasının 113.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 324.1, 342.4, 421.2-ci maddələr inə istinad etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məsələyə dair rayon məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər dəfələrlə işə baxılmış və onun bu iş üzrə mənzilin və açarların təhvil verilməsi və mənzilə istifadə hüququm tanınması tələbinə dair iddia tələbi təmin edilmişdir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(007)3325/2019 saylı 18.11.2019-cu il tarixli qətnaməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru İ.M.Muxtarovun müvafiq qərarı ilə icraya yönəlmiş və o, həmin mənzilə köçürülmüş, açarlar da ona təhvil verilmiş, hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq iddiaçı məhkəməyə müraciət edərək həmin əsaslar üzrə ondan 10.000 manat məbləğində maddi ziyanın tələb edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi rədd edilmişdir. İddiaçının ona qarşı olan bütün iddialarının əsassız və qanunsuz olması qeyd edilən iş üzrə çıxarılan qətnamələrdə göstərilsə də, məhkəmə ancaq həmin qətnamələri sadalamaqla kifayətlənmiş, lakin onlara hüquqi qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və İlqar Xələfov) 17 avqust 2020-ci il tarixli, 2(102)-4529/20 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbini təmin edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisəli mənzillə bağlı iddiaçı MTK-ya hər hansı pay haqqının ödənilməməsini, bununla bağlı MTK-nin ümumi yığıncağının keçirilməməsi, cavabdehin MTK-nın üzvlüyünə qəbul edilməməsini qeyd etmişdir. Lakin iş materiallarında olan iddiaçı-nın 02 aprel 2012-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir. İddiaçı MTK həmin maliyyə arayışının formal olaraq tərtib edildiyini qeyd etmiş, bu halla razılaşan məhkəmələr nəzərə almamışdır ki, MTK tərəfindən verilən arayışın saxta olması müəyyən edilməmiş, arayışda qeyd edilənlərin doğruluğu ilə bağlı riskləri və məsuliyyəti cavabdeh deyil, MTK daşıyır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzilə istifadə hüququn tanınması və mənzilin açarlarının iddiaçıya təhvil verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsinə qiymət verərək həmin qətnamənin qanuni qüvvəsini almadığını bildirmişdir. Lakin elektron məhkəmə sistemi məlumatlarından müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2019-c u il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki işə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman Suraxanı Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququnu tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli 2(007)-2038/2019 nömrəli qətnaməsindən də görünür ki, iddiaçı hazırki iş üzrə iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara həmin iş üzrə tələbində də istinad etmiş, lakin həmin hallar işə baxan məhkəmə tərəfindən yoxlanılaraq öz təsdiqini tapmamış, iddiaçının cavabdehə qarşı “10.000 manat mə bləğində maddi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilmişdir. İstinad edilən hər iki işdə tərəflər eyni olmuş, hazırki işdə irəli sürülmüş hallar və faktlar həmin işlərə baxılarkən də irəli sürülmüş, lakin iddiaçını qeyd etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmamışdır. Ona görə də, hüquqi müəyyənlik baxımından hazırki işdə həmin halların və faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Lakin işə baxan məhkəmələr bu hallara diqqət verməmiş, prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. İddiaçı 32752 manat dəyərində, hazırki müqavilənin predmeti olan mənzili vermiş, MTK ilə cavabdeh arasında bu barədə 02.04.2012-ci il tarixli müqavilə bağlanmışdır. X3 X3 isə mənzilin dəyəri qədər MTK-ya tikinti materialları olan armatur verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi T.X3in cavabdeh qarşısındakı borc öhdəliyi hər üç tərəfin razılığı ilə MTK tərəfindən icra olunmuşdur. Belə olan halda cavabdehim mənzilə görə pulu şəxsən MTK-ya ödəməməsi, MTK ilə cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin ləğvi üçün əsas ola bilməz. MTK cavabdehə olan borc öhdəliyini icra etmiş, mənzilin dəyərini cavabdehdən tələb etmək hüququnu itirmiş, T.X3dən öhdəliyə götürdüyü 32752 manat dəyərində tikinti materialları olan armaturu, yaxud həmin pulu, ya da cavabdehə olan 39.400 manat borcu tələb etmək hüququnu əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Emin M ehdiyev) 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 18 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “müqavilənin ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsinə dair iş üzrə yeni qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək və işin müəyyən edilən hallarını nəzərə alaraq iddianın təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gələrək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən edilmiş hallarından yanlış nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh mübahi səli mənzilə istifadə hüququnun tanınması və mənzilin açarı ilə birlikdə ona təhvil verilməsi barədə Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 may 2016-cı il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə icra olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli digər qətnaməsi ilə isə iddiaçının cavabdehə qarşı 10.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İstinad edilən hər iki işdə tərəflər eyni olmuş, hazırkı işdə irəli sürülmüş hallar və faktlar həmin işlərə baxılarkən də irəli sürülmüş, lakin iddiaçının istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmamışdır. Ona görə də, hüquqi müəyyənlik baxımından hazırkı işdə həmin halların və faktların yenidən sübut edilməsinə ehtiyac yo xdur. İşin həqiqi hallarından göründüyü kimi, T.X3in cavabdeh qarşısındakı borc öhdəliyi hər üç tərəfin razılığı ilə MTK tərəfindən icra olunmuşdur. Belə olan halda cavabdehin mənzilə görə pulu şəxsən MTK-ya ödəməməsi, MTK ilə cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin ləğvi üçün əsas ola bilməz. MTK cavabdehə olan borc öhdəliyini icra etmiş, mənzilin dəyərini cavabdehdən tələb etmək hüququnu itirmiş, T.X3dən öhdəsinə götürdüyü 32752 manat dəyərində tikinti materialları olan armaturu, yaxud həmin pulu, ya da cavabdehə olan 39400 manat borcu tələb etmək hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təb iətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.2-ci maddəsinə görə kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Apelyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1431.3, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı tərəfindən kassasiya şikayəti verilək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya pulun ödənilməsi ilə bağlı ödəniş qəbzi mövcud deyildir. Həmçinin pul ödənişi ilə bağlı cavabdehin özündə belə ödəniş qəbzləri yoxdur. Belə olan halda iddiaçı olaraq biz həmin müqavilənin məhkəmə qaydasında mübahisələndirilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə müəyy ən şərtlər altında bağlanılmışdır. Cavabdeh özü də məhkəmə iclasında etiraf edərək bildirmişdir ki, iddiaçıya həqiqətən ödəniş etməmişdir. Cavabdeh ilə X3 adlı şəxs arasında borcun etirafı müqaviləsində göstərilən məbləğin əvəzində həmin mənzil ona verilmişdir. Buradan da aydın olur ki, mübahisələndirilən müqavilə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanılmışdır. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə işə apelyasiya qaydasında yenidən baxan MPM-nin 82.3, 233.3-cü maddələrini rəhbər tutmaqla başqa bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı məhkəmə prosesində preyusidiallığını nəzərə almalı, eləcə də hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 421-ci mad dəsini tətbiqini müzakirə etməlidir mövqeyinə əsasən qeyd edilmişdir ki, qanuni qüvvəsini almış olan həmin məhkəmə qərarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2019-cu il tarixli 2(102)-6791/2019 saylı qərarı) 2020-ci ilin sentyabr ayında yeni açılmış hallar ilə bağlı ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət olunmuşdur. Belə ki, qanuni qüvvəsini almış olunduğu bildirilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2019-cu il tarixli 2(102)-6791/2019 saylı qərarında iddiaçı Cavabdehin cavabdeh iddiaçıya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair məhkəmə iclaslarında aralarında bağlanmış 02 aprel 2012-ci il tarixli müqavilə üzrə MTK-ya ödəniş etdiyini bildirir. M əhkəmə qərarları bu hal üzrə qanuni qüvvəsini almışdır. Lakin MTK-nın cavabdehə qarşı müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edərkən iş materialları ilə, eyni zamanda cavabdehin özünün izahatı ilə müəyyən olunur ki, o MTK-ya ödəniş etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasındakı müqavilədən irəli gələn öhdəlik (Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir, yəni mübahisəyə müqavilə münasibətlərinin aradan qalxması kimi yanaşıla bilməz, bununla da, 02 aprel 2016-cı il tarixli müqavilənin ləğvinə dair iddia tələbini irəli sürməkdə iddiaçı haqlı olmuşdur. Ha zırkı baxılan iş üzrə cavabdehin özünün də etiraf və qəbul etdiyi kimi, MTK-ya üzv qəbul edilməsinin mühüm şərtləri olaraq onun tərəfindən mənzil-tikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onun kooperativ və üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da qəbul edilməmişdir. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən mənzilin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzilin plan-cizgisi bu qərara əlavə olunmalı idi. Hansı ki, onun həmin şərtlər altında İddiaçının üzvü olmasına dair sübutlar cavabdehdə yoxdur və məhkəmə tədqiqi ilə də müəyyən edildi ki, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyə tlə mövcud olmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Ma ddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış, işin faktiki halları ətraflı müəyyənləşdirilərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə uyğun qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcə lləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7364/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar