Məhkəmə qərarları › İş №2(102)-1914/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1914/2019

29.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 avqust 2018-cı il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi qismən təmin edilmiş, Cavabdeh 7900 (yeddi min doqquz yüz) manat məbləğində pulunvə ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsinintutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 72 (yetmiş iki) manatınCavabdeh, 48 (qırx səkkiz) manatınİddiaçı tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov) Yasamal rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ca vabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 cüt briliyant sırğa (750 probla, 18 qram qızıl, 1 karat 60 sot brliyant- 3200 manat), 1 ədəd üzük (750 probla 12 qram qızıl, 1 karat brliyant qaşla- 2000 manat), 1 ədəd kolye (750 prob, 30 qram qızıl, 2 karat 30 sot briliyant qaşla- 5000 manat), 1 ədəd briliyant qolbaqdan (750 prob, 15 qram qızıl, 1 karat 40 sot briliyant qaşla- 3000 manat) ibarət qızıl-zinyət əşyalarının və ya onların dəyəri olan 13200 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə mübahisə mülkiyyətçiyə məxsus əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 19.11.2010-cu il tarixdə nikaha daxil olmuş, onlarınbirgə nikahdan 09.05.2012-ci il təvəllüdlü X2 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 05.09.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. D.İsmayılov anasının himayəsində yaşayır. İddiaçıya məxsus olan qızıl-zinət əşyalarını cavabdeh müxtəlif üsullarlarealizə etmişdir (satmış, banka girov qoyaraq pul götürmüş, mağazaya qaytararaq pul götürmüş və.s.) Əşyaların artıq mövcud olmaması işin mübahisəsiz halıdır. Cavabde hin həmin əşyaların əvəzi olaraq 5000 manat iddiaçıya qaytarmağa razı olması da, mübahisəsiz haldır. Cavabdehin şikayəti məhz 5000 manatdan artıq məbləğlə (2900 manat) bağlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticələrinə dair 11.07.2018-ci il tarixli, 10917 saylı ekspert rəyi ilə sadalanan qızıl-zinət əşyalarının orta bazar qiyməti 7900 manat müəyyən edilmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya aldığı qızıl-zinət əşyalarının dəyəri az olduğu üçün keçmiş arvadına hörmət əlaməti olaraq əmlakın dəyəri kimi 5000 manat pul verə bilər. Cavabdehin mövqeyindən belə məntiq hasil olur ki, o, iddiaçının əşyalarının dəyərinin ödənilməsini qəbul edir, lakin əmlakın dəyərinin qətnamədə qeyd olunan məbləğdə olmasını qəbul etmir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əmlakın dəyərinə dair ekspert rəyi olduğu üçün həmin məbləğin daha aşağı olması halını sübut etmə yükü cavabdehin üzərinə düşür. Çünki ekspert rəyi iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilmişdir. Cavabdeh isə ekspert rəyini şübhə altına alan heç bir dəlil irəli sürə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar