Məhkəmə qərarları › İş №2(102)-1917/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1917/2020

16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 16 iyun 2020-ci il iş № 2(102)- 1917/20 Bakı şəhərində İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: aliment tələbi (Açar sözlər: uşaq yanında yaşayan valideyndən aliment tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.İbrahimov) iddia qismən təmin edilmiş, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2019-cu il tarixindən başlayaraq Cavabdeh oğlundan hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən, məruzəçi), T.Heydərov və T.Kərimov, 2(106)-3350/2019 saylı mülki iş) hazırki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-672/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsində saxlanması, azyaşlı uşaqları - xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alın araq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır: O, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixdə vətəndaş nikahına girməklə ailə həyatı qurmuş, birgə yaşayışlarından xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X5 adında iki uşaqları anadan olmuşdur. Cavabdehlə ər-arvad münasibətləri pozulduğundan 2019-cu ilin may ayından cavabdehdən ayrı yaşayır. Azyaşlı Mirəli onun himayəsində qalmasına baxmayaraq Cavabdeh 2013-cü il təvəllüdlü xxx öz himayəsində saxlamışdır. Azyaşlı xxx ana qayğısına ehtiyacı olduğu kimi, o da uşağa qayğı və tərbiyyə göstərməlidir. Ona görə də 2013-cü il təvəllüdlü xxx himayəsində saxlanılmasını tələb edir. Həmçinin cavabdeh azyaşlı uşağın saxlanması və tərbiyəsi naminə heç bir maddi kömə klik göstərmir. Ona görə də cavabdehdən uşaqların saxlanması üçün aliment tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, bildirmişdir ki, iddiaçı ilə aralarında şifahi razılaşmaya əsasən azyaşlı oğlu Mirəli anasının yanında, azyaşlı qızı Məsumə isə onun yanında yaşayır, təhsil alır, tibbi qeydiyyatdadır. Belə olan halda azyaşlı qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aliment tutulması qanunsuzdur. Azyaşlı oğlunun saxlanılması üçün aliment ödəyir və bu vəzifəni daşımaqdan imtina etmir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəm əsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün aliment tutulması məsələsinin həlli zamanı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Əvvəla, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 hazırkı iddia irəli sürülərkən və hal-hazıradək cavabdehin yanında yaşaması işin mübahisəsiz halıdır. İddiaçı m əhkəməyə müraciət edərkən məhz həmin uşağın atadan alınaraq onun yanında saxlanması və aliment tutulması iddiasını irəli sürmüşdü. Lakin işə baxan 1-ci instansiya məhkəməsi həmin iddia tələbinə baxmamış, ona münasibət bildirməməklə Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsininin tələblərini pozmuşdur. Həmin normaya görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan Apelyasiya Məhkəməsi əslində şikayətin dəllilərinə uyğun olaraq həmin halı yoxlamalı idi. Çünki apelyasiya şikayətinin dəlillərinidən biri məhz həmin uşağın cavabdehin yanıda yaşaması ilə bağlı idi. Cavabdeh bununla bağlı sübutlar da təqdim etmişdi. Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsasl ılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün alimentin tutulması məsələsinin həllində onun kimin yanında yaşaması müəyyən edilməsi zəruri olan əsas haldır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4. maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi aliment o halda tutulur ki, valideyn uşağı saxlamasın. Eyni zamanda normanın dispozisiya şərtləri onu ehtiva edir ki, aliment uşaqların saxlanması üçün tutulur. Əgər uşaq atanın yanında yaşayırsa, həmin uşağın saxlanması üçün atadan uşaqla birlikdə yaşamayan ana üçün aliment tutulması yuxarıda qeyd olunan normanın məqsədlərinə uyğun gəlmir. Apelyasiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə istinad edərək qeyd etmişdir ki, əgər uşaq atanın yanındadırsa ata aliment ödəməkdən azad olunması barədə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq norması hazırkı hala düzgün tətbiq edilməmişdir. Beləki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə aliment in müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, normanın dispozisiya şərtləri həmin normanın tətbiqi imkanlarını alimentin məbləği məhkəmə tərəfindən müəyyən edildikdən sonra baş verən faktlarla bağlıyır. Yəni, əgər alimentunun tutulması barədə məhkəmə qərarından sonra xeyrinə aliment tutulan uşağın biri yaşamaq üçün aliment tutulan valideynin yanına gedirsə belə olan təqdirdə 112.1. maddəsinin tətbiqi mümkündür. Amma, bu hal aliment tutulanadək baş vermişdirsə məhkəmə alimentin tutulmasını nizamlayan madi hüquq normalarını tətbiq etməlidir. Bundan başqa, işdə olan məlumatlarla da təsdiq olunur ki, iddiaçı aliment tələbinə dair məhkəmə qətnaməsindən son ra başqa məhkəmədə xx xxxxxx 2013-cü il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsində saxlanması barədə iddia qaldırmışdır. Əslində həmin uşağa görə alimentin tutulması məsələsi digər işdə həll edilməsi daha məqsədəmüvafiq olardı. Ona görə məhkəmə alimentin tutulması məsələsini həll edərkən onun tutulma tarixini də müəyyən etməlidir. Uşaq, xeyrinə aliment tutulan valideynin yanında yaşamırsa, alimentin tutulması vaxtı uşağın alınıb digər valideynə verilməsi tarixindən başlamalıdır. Əks təqdirdə sonradan artıq hesablanmış alimentin ödənilməsindən azad olunma ilə bağlı əlavə məhkəmə mübahisələri başlayacaqdır. İşə baxan Apellyasiya Məhkəməsi artıq məhkəmə mübahisələrinin qarşısını almaq üçün bütün bu hallara qiymət verməklə qərar qəbul etməli idi. Qeyd olunan hallar belə qənaətə gəlməy ə əsas verir ki, Apelyasiya instansiyası Məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 418.2. maddəsinə əsasən qətnamənin ləğv olunması üçün əsasdır. Nəticə: Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə həmin hissədə ləğv olunaraq baxılması üçün apelyasiya icraatına qaytarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar