Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1919/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh XXna qarşı iş üzrə QƏRARİ 13.04.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8194/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat İşin halları
1. İddiaçı XX oğlu Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan **-KE-*** dövlət qeydiyyat nişanlı “Hyundai-Creta” markalı avtomobil açıq hərracdan satılması, satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi barədə qətnamə, avtomobilin saxlanılması və hərrac vasitəsi ilə satılanadək DYP-nin dayanacağına qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra cavabdeh məhkəməyə ərizə ünvanlıyaraq, özünün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşadığını və Yasamal rayon Məhkəməsində keçirilmiş məhkəmə iclaslarına gəlməkdə çətinlik çəkdiyini bildirərək, mülki işin yaşadığı yer üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsi barə də qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-389/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim F.Əyyubov) Cavabdeh tərəfindən verilmiş mübahisənin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatət təmin edilməmişdir.
4. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-389/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur.
5. Cavabdeh 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir.
6. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-389/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-8194/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim F.Talışinki) cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkun hesab edilərək mülki işin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, cavabdeh qərardadı vaxtında almış olsa da, qərardadddan şikayət prosessual müddətlərdə verilməmişdir.
8. Həmin qərardaddan Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8194/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim F.Talışinski) kassasiya şikayəti geri qaytarılmışdır. Qərar onunla əsaslandırımışdır ki, şikayət vəkil tərəfindən tərtib edilməmiş, dövlət rüsumu ödənilməsi barədə sənədlər əlavə edilməmiş və kassasiya şikayətində maddi və pros essual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.
9. Qərardad AR Mülki Prosessual Məcəllənin 67, 406-408-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək, kassasiya şikayətinin aidiyyət üzrə baxışa göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin maddi imkanı yaxşı deyil ki, özünə vəkil tutsun. Məhkəmənin onu dövlət hesabına vəkillə təmin edəcəyinə ümüd edir. Həmçinin, apellyasiya məhkəməsi qərardadda dövlət rüsumunu n ödənmədiyini qeyd edib. Halbuki qanunvericilik qərardadlardan verilən şikayətlərə görə dövlət rüsumun ödənilməsini nəzərdə tutmur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilə n şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
15. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
16. Maddə 67.2. Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. İş materiallarından görünür ki, Cavabdeh təqdim etdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmişdir və imzalanmamışdır, vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.
20. Qanunvericiliyə görə kassasiya şikayəti mütləq vəkil tərəfindən tərtib olunmalıdır (§14-16).
21. Qanunvericilik bu qaydanı müəyyən etmişdi r ona görə ki, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə hüquqi məsələlərə baxdığı üçün həmin şikayətin də vəkil tərəfindən tərtib olunması vacibdir.
22. Cavabdeh kassasiya şikayətində maddi imkanının olmadığını və bu səbəbdən vəkil xidmətlərindən istifadə edə bilmədiyini qeyd eləyir. Cavabdehin nəzərinə çatdırılır ki, işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
23. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Kollegiya qeyd edir ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi onun geri qaytarılması üçün mü stəqil əsas olduğundan digər dəlillərin yoxlanmasına zərurət yoxdur.
24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8194/2020 nömrəli iş üzrə XX 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.