Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1927/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə «icra qeydinin ləğv edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8417/2021 nömrəli, 02.11.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 18 saylı Notariat Kontorundan və Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsindən təqdim edilmiş sənədlərə əsasən 19 iyun 2016-cı il tarixdə Cavabdeh3 Məlikəjdər oğlu ilə ərizəçi İddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ərizəçi 19 noyabr 2016-cı il tarixə kimi olan müddətdə 70000 manat məbləğində kreditə pul götürmüşdür. Kredit müqaviləsi həmin gün Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. 2. 19 iyun 2019-cu il tarixli Girov müqaviləsinə əsasən ərizəçi İddiaçı mülkiyyətində olan, ümumi sahəsi 87,13 kv.m olan, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 51/59, mənzil 23 (yeni qaydalarla Əliyar Əliyev küçəsi, ev 137, M3, m1) kreditin təminatı kimi girov qoymuş və girov müqaviləsi həmin tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən 22 iyun 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi verilmiş və icra qeydi əsasında Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən icraata başlama barədə qərar qəbul edilərək, icra hərəkətləri başlanmışdır.
3. Ərizəçi İddiaçı Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi ilə bağlı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 545 saylı 22.06.2019cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi “Binə” T/M-nin 9-cu sıra 1-ci mağazada sahibkarlıq fəaliyyəti göstərən Rasim Ramazanovun yanında satıcı kimi işləmişdir. Orada işləyən zaman Rasim Ramazanov biznesini inkişaf etdirmək üçün borca ehtiyacının olduğunu və X1 faizə pul götürmək istədiyini bildirdi. X5 borc pul vermək üçün girov istədiyindən Rasim Ramazanov borcu ala bilmirdi. Bu səbəbdən də sonuncunun xahişinə görə ərizəçi öz mülkiyyətində olan mənzili girov qoymalı idi. Qeyd edir ki, X3 Rəhimov arasında olan danışığa əsasən, Nazim Rəhimov 39.100 manat məbləğində pulu faizlə borc verdi. Lakin, bu borc faizlə verilsə də, 19 iyun 2016-cı il tarixli 3M-324 saylı kredit müqaviləsində bu məbləğ faizləri də hesablanmaqla 70.000 manat qeyd etmişlər. Bundan əlavə, qeyd edilən kredit müqaviləsi X2 ilə deyil, Cavabdeh3 arasında rəsmiləşdirilmişdir. Verilən faiz borcundan da dərhal 10.900 manat pul aşağıdakılara görə tutulmuşdur: 6.000 manat 12% şapka; 400 manat notariusun rəsmiləşdirilməsi; 500 manat vasitəçi Teyyuba xidmət haqqı, 4.000 manat borcun 1-ci və 2-ci aylarına görə nəzərdə tutulan ödəniş. Borc müqaviləsi notarial qaydada rəsmiləşdirilsə də, pul vəsaiti notariusun depozit hesabından kənar tərəflərə verilmişdir. Elə həmin gün, yəni, 19 iyun 2019-cı il tarixdə Cavabdeh2ndə rəsmiləşdirilən 3M-325 reyestr nömrəli Girov müqaviləsi ilə iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 51/59 da yerləşən 23 saylı mənzili girova qoymuşdur. Maraqlıdır ki, 19 iyun 2016-cı il tarixli 3M324 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borc məbləği 19/11/2016-cı il tarixinədək tam olaraq ödənilməli idi. Qeyd edilən borc məbləği bu tarixədək ödənilməməsinə baxmayaraq, nə səbəbdənsə kreditor vaxtında aidiyəti üzrə müraciət etməmişdir. Kreditor yalnız ötən ilin iyun ayında notariat orqanına müraciət edərək icra qeydinin verilməsini istəmiş və 22.06.2019-cu il tarixli 3M-325 reyestr nömrəli icra qeydi verilmişdir. Lakin, 22.06.2019-cu il tarixli icra qeydi barəsində o, yalnız bu ilin dekabr ayında iş hərracda olan zaman hərrac mərkəzinin məktub bildirişindən sonra məlumatlanmışdır. Bundan sonra tərəfindən vəkil vasitəsi ilə notariat ofisinə və icra məmuruna müraciət edilmi şdir. Notariat ofisi vəkil sorğusuna cavab versə də, icra orqanı müraciətinə koronavirusla əlaqədar ölkədə elan olunan karatin tədbirləri səbəbindən bu günədək cavab verməmişdir. Qeyd etməyi zəruri bilir ki, o icra qeydindən məlumatsız olmuş və kredit müqaviləsində qeyd edilən məbləğdən də məlumatsız olmuşdur. Hətta bu məbləği də vəkil sorğusu əsasında əldə edilən cavabdan sonra bilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğvini istəmək qərarına gəlmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)1152/2021 saylı qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbayc an Respublikası Notariat haqqında Qanunun 76, Mülki Məcəllənin 14.2.1, 385, 386, 425.1, 448.1-ci maddələri ilə əsaslandırmışdır.
8. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 02.11.2021-ci il tarixli, 2(103)8417/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)1152/2021 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmişdir. Ərizə təmin edilmişdir. Cavabdeh2 545 saylı 22.06.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
10. Apellyasiya məhkəməsi belə hesab etmişdir ki, Bakı şəhəri 18 say lı Notariat Kontorunun notariusu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin tələblərini əməl etməmişdir. Həmçinin kollegiya qeyd etmişdir ki, ipoteka predmeti ilə girov predmetini qanunvericilik fərqləndirmişdir və həmin predmetlərə dair tutmanın yönəldilməsi qaydalarını qanunverici konkret müəyyənləşdirmişdir (MM 276, 280, 307-ci maddə).
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmı ş mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və girov müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir.
12. Həmin qətnamədən maraqlı şə xs Cavabdeh3 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri
14. Maraqlı şəxs Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, AR MM-nin 385, 390.5, 404.1, “Notariat haqqında” AR Qanununun 76, 79-cu maddələrin düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu “Notariat haqqında” AR Qanununun 76-cı maddəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Beləliklə, məhkəmə hazırki maddi normanı düzgün tətbiq etməmişdir, notarius icra qeydi aparılmamışdan əvvəl borclunun yaşayış yerini müəyyən etməmişdir və müvafiq bildiriş borcluya göndərilməmişdir. Tələbkarın ərizəsi – müraciətin olmadığı halda Notariat ofisinin icra qeydinə dair notariat hərəkətlərini aparması absurddur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən m əhkəmə qaydasında mübahisələndirilə bilər.
17. Maddə
79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8417/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.