Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1927/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X15rşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın ölkə hüdudlarından kənara çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12, Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X15rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(103)-1348/2023 nömrəli qətnaməsindən cavabdeh X18 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) və cavabdeh X22 (bundan sonra – cavabdeh) 05 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2016-cı il tarixdə isə tərəflər arasında olan nikah ləğv edilmişdir.
2. Tərəflərin faktiki münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2267/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X25 Behrouzun cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı Bakı Oksigen Xəstəxanasında 30 iyun 2016-cı il tarixdə doğduğu oğlan cinsindən olan uşağın atası X6masının müəyyən edilməsi, qeydiyyat orqanı tərəfindən verilmiş 08 iyul 2 017-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni verilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadının Seyyedi Vəfaei, ata qrafasında atasının adının soyadının isə X25 Behrouz yazılması qət edilmişdir.
4. AZ-l № 328155 saylı “Atalığın müəyyən olunması haqqında şəhadətnamə”yə əsasən, X25 X27 Asghar 30 iyun 2017-ci ildə İddiaçı doğulmuş X7 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək X18 razılığı olmadan Azərbaycan Respublikasının hüdudl arından kənara çıxarılmasına və qaytarılmasına icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad ediməklə onunla əsaslandırılmışdır ki, iddiaçı uşağı X4 çox sevir, onun normal yaşayış tərzini təmin etmək üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şəraiti yaratmağa çalışır. Bunun üçün onu məşğələlərə, hazırlıqlara aparır. Uşağı tətildə xaricdə gəzməyə aparmaq istəyir, həm dünya görüşü artsın, həm də uşağın özü də onunla getmək istəyir. Uşağın xarici ölkəyə aparılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, o, buna razılıq verməmişdir. Cavabdehdən belə bir razılıq almaq onun üçün mümkün deyildir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, birgə yaşayışlarının mümkün olmadığı səbəbindən nikahları xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Boşandıqdan sonra 5 ay yenə də, bir yerdə yaşamış, lakin sonradan birgə yaşamaqlarının mümkün olmadığını görüb ayrılmışlar. Uşaq doğulandan sonra cavabdeh uşağın hansı xəstəxanada dünyaya gəlməsi, sosial şəbəkədən xəbər tutaraq “Oksigen” xəstəxanasına gedərək uşağın doğum haqqında tibbi şəhadətnaməsini almışdır. Oğlunun anadan olması barədə tibbi şəhadətnamədə onun soyadı Quliyev, ata adı Behrouz yazılmışdır, lakin keçmiş həyat yoldaşı oğluna 1 saylı Bakı Asan Xidmət X10 doğum haqqında şəhadətnamə alarkən ona məlum olmayan səbəbdən şəhadətnamədə oğlunun soyadı qanunazidd olaraq X13 qeyd etdirərək saxta sənəd əldə etmişdir. Bu sənəd sonradan oğluna verilmiş Azərbaycan Repsublikası vətəndaşının AZE seriyalı 18240934 saylı şəxsiyyət vəsiqəsində də öz əksini tapmışdır. Belə ki, istər doğum haqqında şəhadətnamədə istərsə də, şəxsiyyət vəsiqəsində Seyyedi Vəfai əvəzinə X13 qeyd edilmişdir. Bu məlumatlardan xəbəri olduqda keçmiş həyat yoldaşının əldə etdiyi sənədlərdə təshihlər aparılması üçün o, min bir əzabla atalığının müəyyən edilməsi üçün maddi xərclərə məruz qalmağı ilə bərabər mənəvi əzablara düçar olmuşdur. Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ № 694624 saylı nikah haqqında şəhadətnamədə ərə, yəni ona Seyyidi Vefaei, keçmiş həyat yoldaşına Quliyeva soyadı verlmişdir. Lakin iddiaçı 1 saylı Bakı Asan Xidmət X14 yalan məlumat verməklə xx.xx.2017-ci il tarixli təhrif olunmuş şəhadətnamədə oğlunun soyadını qanunazidd olaraq qəsdən X23 qeyd etdirərək saxta sənəd əldə etmişdir. 1 saylı Bakı A san Xidmət Mərkəzinin təhrif olunmuş sənədi sonradan oğlunun şəxsiyyət vəsiqəsində də təhrif olunmasına zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də, onun xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulduğu, soyadı Quliyev (Seyyadi Vəfaei) əvəzinə Bəylər Behrouz oğlu, anası İddiaçı qeyd edilmişdir. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə qeydiyyat orqanı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv olunması və yeni verilmiş doğum haqqında şəhadətnamədə oğlunun soyadı Seyyedi Vəfaei, atasının adı isə X17ması barədə düzəlişlər aparılması öhdəliyinin qeydiyyat orqanın üzərinə qoyulması qət edilmişdir. Qeyd olunanlara rəğmən keçmiş həyat yoldaşının xaricdə yaşayan rəfiqələri ilə görüşmək adı ilə oğlunu respublikadan xarici dövlətlərə sərbəst surətdə gedib-gəlmə hüquqlarının verilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırmışdır. Doğma övladını atası ilə görüşmək imkanından məhrum edən ana övladını da xarici dövlətə aparmaqla dünya görüşünü artırmaq düşüncəsinə malik ola bilməz. Onun özünün dünya görüşünün artırılması ehtiyacı olması halda oğlunun dünya görüşünün artırılmasını iddia ərizəsində bildirməsi acı təəssüf doğurur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-5218/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim: Orxan Məmmədli) ilə iddia təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan müvəqqəti olaraq, anası İddiaçı ilə birlikdə Azərbayc an Respublikası hüdudlarından kənara getməsinə icazə verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, himayəsində olan valideyn tərəfindən uşağın müvəqqəti olaraq xarici ölkəyə aparılmasında cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqları pozulur. Bu zaman isə himayəsində uşaq olan valideyn kimi iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq ezamiyyət, istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur.
10. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşağın da hər bir ölkə vətəndaşı kimi ölkə daxilində və xaricdə hərəkət etmək, istirahət və digə r sosial təminat hüquqları vardır. Bunların həyata keçirilməsinin qarşısının alınması ədalətli olmamaqla qanuna və uşağın mənafeyinə uyğun hesab edilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 51.4, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə və “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarının 1.7, 7.4-cü bəndlərinə isti nad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxaran zaman işi obyektiv araşdırmamış, birtərəfli mövqedən çıxış etmişdir. Əlbəttə, məhkəmə praktikasında əksər hallarda bu kimi iddialar təmin olunur. Lakin qanunvericiliyin tələbi ondan ibarətdir ki, nə valideynlik hüquqları, nə də uşağın hüquları pozulmamalıdır. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir, iddiaçının mütəmadi olaraq onun valideynlik hüquqlarının həyata keçirilməsində maneələrin yaratmasını nəzərə almamışdır. Hal-hazırda cavabdeh öz oğl u ilə görüşə bilmir, onun tərbiyəsində iştirak etməkdən məhrum olmuşdur. Belə olduğu halda birmənalı olaraq müəyyən etmək olar ki, iddiaçı uşağın hüquqlarını müdafiə etmək əvəzinə onu uşaqdan uzaqlaşdırmağa çalışır. Sözsüz ki, bu kimi mübahisələr həll olunan zaman məhkəmələr uşağın mənafeyindən çıxış edir. Lakin hər bir halda xaricə çıxışın verilməsi, xüsusilə də mübahisələndirilən qətnamədəki qeyri-müəyyən formula ilə məqsədəuyğun deyil. Hal-hazırki mübahisə üzrə iddianın təmin edilməsi qeyri-müəyyən bir hal yaradır ki, nəticədə faktiki olaraq uşaq atasından məhrum oluna bilər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, uşağının normal yaşam tərzinin təmin edilməsi üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şərait yaratmağa çalışır, bunun üçün məşğələlərə, hazırlıqlara aparır. O, bununla tam razıdır və bütün vasitələrlə uşağın normal inkişaf etməsini dəstəkləyir. Lakin 5 yaşlı uşağın bu yaşda xaricə çıxarılması hansı maraqlarına uyğun ola bilər. Həmçinin, 5 yaşında uşağın Azərbaycan Dövlətində normal inkişafına şəraitinin olmaması və onun mütləq xaricə çıxarılmalı olması da mübahisəlidir. Belə bir iddia yeniyetmə uşağa dair olsaydı, bunu izah etmək olardı. Hal-hazırda uşağın xaricə çıxarılmasının hansı zərurətdən yarandığı da bəlli deyil. İddiaçı iddia ərizəsində uşağın hansı ölkəyə, hansı müddətə çıxarılması barədə heç bir məlumat verməmişdir, lakin faktiki olaraq 13 il müddətinə onun valideynlik hüquqlarının məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Qətnamənin təmin olunması üçün faktiki səbəb, zərurət müəyyənləşdirilməmiş, qeyri-müəyyən ifadələr qeyd olunmuşdur. Cavabdehin mövqeyi uşağın xaricə çıxarılmasına maneə yaratmaq deyil. Sadəcə olaraq o, uşağın hara, hansı müddətə və kiminlə çıxarılmasını bilmək istəyir və buna onun haqqı var. Amma qətnamə onu bu hüquqdan məhrum etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 08 fevral 2023-cü il tarixli, 2(103)-1348/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmdəov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə hazırki işin halları baxımından əsaslı olaraq uşağın iddiaçı ilə birl ikdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına imkan verən əsasların mövcud olmadığı nəticəsinə gəlmişdir.
16. Belə ki, tərəflərin faktiki münasibətlərdən olan xx.xx.2017-ci il təvəllüdlü X5 himayəsində olduğu İddiaçı ilə birlikdə konstitusion hüquq olan - azad hərəkət etmək hüququnu, yəni ölkədən çıxmaq hüququnu valideynləri bu məsələyə dair ümumi razılığa gəlmədiklərindən sərbəst həyata keçirə bilmir. Məhkəmə vurğulayır ki, bu kateqoriyadan olan işlərdə uşaqların maraqları, yəni azad hərəkət etmək hüquqları valideynlərin maraqlarından üstün tutulmalıdır, mübahisə, valideynlər arasındakı ziddiyyətli münasibətlərə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll edilməməlidir.
17. Çünki tərəflərin ümumi olan uşağın malik olduğu ən təməl hüquqlardan biri də valideyni ilə birli kdə ölkə hüdudlarında və hüdudlarından kənarda istirahət etmək, müalicə almaq, qohumlarına baş çəkmək və s. məqsədlə sərbəst hərəkət etmək hüququdur və onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər.
18. Mülki işin araşdırması zamanı xx.xx.2017-ci il təvəllüdlü Seyyedi X1 hüququ olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilməmişdir. Belə ki, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyncavabdeh səfərin onun mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etmək yükünü daşımasına baxmayaraq məhkəməyə qeyd edilən halları təsdiq edən hər hansı sübutu təqdim edə b ilməmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.
19. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
20. Məhkəmə apelyasiya şikayətində cavabdehin iddianın təmin edilməsinin valideynlik hququnun məhsudlaşdırılmasına əsas olacağna dair istinad etdiyi dəlil ilə əlaqədar isə qeyd etmişdir ki, cavabdeh-valideynin uşaqla ünsiyyətdə olması hüququ uaşğın həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşağın fiziki, psixi sağlamlığı, dünyagörüşünün inkşafına xidmət etməklə, mənafeyinə zidd olmamalıdır. Bundan başqa, hazırda cavabdeh-valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu müəyyən olunmur və belə olan halda cavabdehin uşağı ilə görüş vaxtı hər hansı qaydalarla məhdudlaşmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə verilən icazəni formal edən məhdudlaşdırıcı şərtlərin məhkəmə tərəfindən tətbiq edilməsinə zərurət yoxdur.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ, 28-ci maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2, 51.4, 60.1, 60.2, 60.3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1, 11.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 19-cu maddələrinə və Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarının 7.18-ci bəndinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin 4, 6-cı prinsiplərinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamə cavabdehin bir valideyn kimi hüquqlarını pozur, faktiki olaraq uşaqla ünsiyyət hüququnu məhdudlaşdırır. Belə ki, valideynlərin hər ikisi, yəni, həm ata, həm də ana uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhz bu məsuliyyət hissi cavabdehi vadar edir ki, uşağın bu yaşında xaricə çıxarılmasına maneə yaratsın. Cavabdeh hesab edir ki, uşaq sərbəst düşü ncəyə malik olmayınca, fikirlərini düzgün ifadə etməyi öyrənməyincə və psixikası formalaşmayınca, xaricə çıxarılması onun maraqlarına uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi isə qətnamə çıxaran zaman işi obyektiv araşdırmamış, birtərəfli mövqedən çıxış etmişdir.
24. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1, 11.2, 11.5ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.4, 56.1, 58.1, 59.1, 63.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2-ci, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106, 416, 417.0.3, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 17 (hissə İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
27. Maddə 28 (hissə İİİ). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
28. Maddə 28 (hissə İV). Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzə rdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
30. Maddə 51.4. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.
31. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
32. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
33. Maddə 60.3. Uş aqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi
34. Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
35. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valid eynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun
36. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıra n hər hansı əqd etibarsızdır.
37. Maddə
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
38. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallar da və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayin ə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarı
45. Bənd 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin Qərarı
46. Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. Kassasiya baxışının hədl əri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nətic ə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X18 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 8 fevral 2023-cü il tarixli 2(103)-1348/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.