Məhkəmə qərarları › İş №2(102)-1933/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1933/2022

05.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1933/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2 açıq səhmdar cəmiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güıəhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Surax anı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)9489/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı5 və İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2(010)4350/2016 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin İddiaçı5 və qeyrilərinə qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı5 44586 ABŞ dolları 25 sent məbləğində əsas borc, 2410 ABŞ dolları 26 s ent məbləğində faiz, 83 ABŞ dolları 15 sent məbləğində cərimə olmaqla, cəmi 47079 ABŞ dolları 66 sent məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov küçəsində, istifadədə olan 0,06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48,7 kv metr olan 2 otaqlı 64 nömrəli mənzilin (bundan sonra – ipoteka predmeti olan əmlak) ilkin satış qiyməti satıldığı vaxtda orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına İddiaçı5 banka olan borcun un ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı5 qaytarılması qət olunmuşdur. 2. 1073/2018 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2016cı il tarixli, 2(010)-4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faizin məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 90000 manat, faiz məbləği 2385 ABŞ dolları 74 sent müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq Cavabdeh2 ASC-dən 50 manatın tutularaq dövlət büdcəsinə, İddiaçı5 150 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuş, qətnamə İddiaçı5 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır

3. Suraxanı rayon İcra və Probasiya şöbəsinin 05.12.2018-ci il tarixli 18239447/18-9 saylı sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X2 cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ipoteka poredmeti olan əmlakın Cavabdeh2 ASC tərəfindən əldə edilməsi barədə 19 noyabr 2019-cu il tarixli, Y243 saylı yekun protokolunun və hərrac mərkəzi ilə bank arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbləri onunla əsaslandırılmışdır ki, "xxxx" MMC onlara hərracın keçiri lməsinin vaxtı və yeri barədə rəsmi bildiriş məktubu vermədən ipoteka predmeti olan əmlakı 19 noyabr 2019-cu il tarixdə Cavabdeh2 ASC ilə ümumi dəyəri 57375 manata hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlamışlar. Bununla da, "xxxx" MMC qərəzli olaraq maddi hüquq pozuntularına yol verməklə qeyri-obyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə onların əmlak hüquqlarını kobud surətdə pozmuş və mülkiyyətdə olan mənzilin qanunsuz özgəninkiləşdirilməsinə şərait yaratmışdır.

6. Cavabdeh2 ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçıların hərracın keçirilməsi barədə bildirişi 2019-cu ilin yanvar ayında aldıqlarını və bu barədə məlumatlı olduqlarını göstərmiş, həmçinin iddia tələbinin uzun müddət keçdikdən sonra verilməsinə istinad edərək, hazıki iş üzr ə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(006)2446/2021 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia ərizəsi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ipoteka predmeti olan əmlak satılmaq üçün açıq hərraca çıxarılarkən, bu barədə "xxxx" MMC sifarişçi olan Suraxanı rayon İcra və Probasiya şöbəsinə, tələbkar olan banka və borclu İddiaçı5 müvafiq bildirişlər ünvanlamış, həmçinin hərrac barədə kütləvi informasiya vasitəsində məlumat (elan) verilmişdir. Bundan sonra hərrac baş tutmuş və mənzil tələbkar bank tərəfindən əldə edilmişdir. Bununla bağlı mübahisələndirilən protokol tərtib olunmuş, alğı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən, iddiaçının mübahisələn dirdiyi protokolun və əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Həmçinin, iddiaçılar tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür

9. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.1 354.2, 375.2 və 377- ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı5 və İddiaçı3 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlilləri iddia tələblərinin əsası kimi istinad etdikləri hallarla eyni məzmunlu olmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-9489/2021 nömrəli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) iddiaçılar tərə findən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(006)-2446/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, hərracın nəticələrinə dair protokolun və alqı-satqının etibarsız hesab edilməsi üçün faktiki və qanuni əsas yoxdur. Həmçinin, iddiaçılar tərəfindən iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür ki, bu da iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi aidiyyatı normalara istinad edərək, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək əsaslandırm ışdır.

14. İddiaçılar İddiaçı5 və İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9489/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar hərraca dair bildirişi gec almış, bildirişi aldıqdan sonra isə COVİD-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin iyun ayında, iddia ərizə ilə müraciət edə bilmişlər. Həmçinin mülki iş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin qanuni olub-olmaması məsələsi məhkəmə tərəfindən tam araşdırımamış, yalnız iddia müddətinin ötürülməsi mövqeyindən çıxış edilərək, ədalətsiz qət namə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

21. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin eti barsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda m əhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm aması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)9489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar