Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1936/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Yevlax Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Ca vabdeh3 və X7 qarşı bağışlama müqaviləsinin və çıxarışın Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2(107)-98/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2(107)-98/2018 nömrəli qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2(107)2277/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şükürov sədrlik edən, məruzəçi, M.Hüseynov və R.Əliyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X7 qarşı Yevlax rayonu Xaldan kəndində olan 0,1021 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 Fəhrad qızının adına verilmiş Seriya RX ******* №-li, 09 mart 2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 Fəhrad qızı ilə X14 arasında olan 31 mart 2016-cı il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında veril miş Seriya RX ******* №-li, 05 aprel 2016-cı il tarixli çıxarış etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh2 ilə X7 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş Seriya RX ******* №-li, 15 aprel 2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ İddiaçı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, tələbini belə əsaslandırmışdır ki, mərhum atası X15 hüquqi və fiziki şəxs qismində fermer təsərrüfatlarının təsisçisi, idarəçisi olmaqla digər biznes sahəsində də sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur. Anası 1954-cü il təvəllüdlü X18 1986-cı ildə vəfat etmiş, üç bacı bir qardaş olmaqla azyaşlı dövrlə rində atası başqa bir qadınla, hazırki cavabadehlərdən olan anaları Ağdaş rayonu Yeniarx kəndində anadan olmuş, 1956-cı il təvəllüdlü Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından övldları olmamışdır. Atası 18 sentyabr 2014-cü il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Atası yaşadığı 73 il müddətində müxtəlif ölçüdə, müxtəlif sayda, müxtəlif qurluşda torpaq və tikinti binaları tikdirmiş, mülkiyyət hüququ ilə yanaşı, digər əmlakları icarə müqaviləsi əsasında əldə etmiş, istifadəsiçi, idarəçisi, sahibi olmuşdur. Lakin son illərdə səhhəti ilə əlaqədar mülkiyyətində olan bəzi əmlakın, ticarət obyektinin, torpaq sadəsinin, hüququ şəxs kimi yaratdığı fermer təsərrüfatını idarə etmək iqtidarında olmadığından bir neçə şəxslərə yazılı və şifahi müqavilə və ya əqd şəkilində icarəyə vermişdir. Atası vəfat etdikdən sonra cavabdehlərdən, əsasən də Cavabdeh1 və onun bacısı həm öz aralarında, həm də Cavabdeh4 kəndli təsərrüfatını müqavilə əsasında idarə edən maraqlı şəxslə əlbir olaraq vərəsələr arasınnda bölünəcək daşınar və daşınmaz əmlakların bölünməsinə çox ciddi maneçiliklər edərək mənimsəmək istəmiş, qismən buna nail olmuşlar. Onlar bu barədə hüquq mühafizə orqanlarına müraciət edərək sənədlərin saxtalaşdırılmasının kimlər tərəfindən həyata keçirilməsini müəyyən etməklə cəzalandırılmaları barədə müraciətlər etmişlər. Bu dediklərinin birinci baris nümunəsi miras qalmış evin vərəsələrin xəbəri, məlumatı olmadan gizlin şəkildə onlara olan məlumata görə maraqlı şəxs Cavabdeh3 məsləhəti ilə bacısına əvəzsiz bağışlanma yolu ilə, notariat qaydada 09 mart 2016-cı il tarixində vərəsələr arasında bölünməsini gözləməyərək, razılıqlarını almayaraq digər cavabdeh X10 bağışlamışdır. Bağışlanma müqaviləsindən sonra cavabdehlər birləşib maraqlı şəxs Cavabdeh4 və Cavabdeh3 köməkliyi ilə həmin evə təzə sahibinin adına 31 mart 2016-cı il tarixində çıxarış da almışlar. Cavabdeh4 atasının olmamasından sui istifadə edərək onlara qarşı son dərəcədə naqis, qərəzli mövqe nümayiş etdirməklə atasından qalan mülkü, mirası mənimsəmək məqsədi ilə Cavabdeh3 və Cavabdeh1, onun bacısı ilə şərikli niyyətlərini həyata keçirməyə çalışır, dəfələrlə onlarla mübahisələr yaradaraq, onlara fiziki, psixoloji, maddi və mənəvi təzyiqlər edərək xəsarətlər yetirmişdir, hər hansı bir mülkün adını çəkərlərsə onları öldürtdürməklə, şərləyib tutdurmaqla hədələmiş, bu niyyətlə bir neçə dəfə c avabdeh qismində qeyd etdiyi anası Cavabdeh1 da söyüb təhqir etmişdir. Sonralar Cavabdeh1 və digər maraqlı şəxslərdən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə əlbir olaraq öz aralarında bölüşdürməklə bütün əmlakı ələ keçirməyə razılıq vermişlər. Mərhum atası həmişə deyərdi ki, onun başına bir iş gələrsə bütün əmlakının, var dövlətinin İddiaçıya qalmasını istəyir və anası hazırki Cavabdeh1 öz tapşırıqlarını vermişdir. Bundan başqa onu da qeyd edir ki, “özünü burada mənəm bağdadda kor xəlifə” kimi onlara tanıtdırmağa çalışan maraqlı şəxs Cavabdeh4 belə demək mümkündürsə qonşuların və digər şəxslərin gözləri qarşısında Xaldan kəndində aralarında miras qalmış fərdi yaşayış evlərinin, mübahisəli fərdi yaşayış evinin qapılarının bütün qıfıllarını, zamoklarını qıraraq yenisi ilə dəyişdirmiş, onların ata yurdundan və ata ocağından istifadə etmələrinə çox ciddi şəkildə maneçiliklər törətmişdir. Ancaq cavabdehlərin demələrinə görə maraqlı şəxs Cavabdeh4, həmin şəxs onlara hədə qorxu gəlməklə hədələmiş, ona görə də cavabdehlər guya onların başları çıxmır, onlar Cavabdeh4 qorxurlar ifadələrini işlədərək məhkəməyə müraciət edin baxaq görək nə olur, ondan sonra dəqiq işlərini bilərlər demişlər! Cavabdeh4 vicdansızcasına ona qarşı 27 sentyabr 2014-cü il tarixində kişi adına və davranışlarına yaraşmayan, məntiqlə və qanunla bir araya gəlməyən naqis və qərəzli mövqe nümayiş etdirməklə onu sillə-yumruq, təpiklə zərbələr endirərək döymüş, bədəninin müxtəlif nahiyyələrinə müxtəlif bəfən xəsarətləri yetirmişdir. Bu faktla bağlı rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, müvafiq ara şdırmalar aparılmış, təssüflər olsun ki, yekunda Azərbaycan Respublikası Cinayət Qanunvericiliyində təsbit edilmiş müvafiq maddələrlə cinayət işi başlamaq əvəzinə, maraqlı şəxs Cavabdeh4 dediyi kimi, pulunu vermişdir, uzaq başı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edəcəklər, ona qarşı nə edə bilərlər, rayonun bütün idarə və müəssisə rəhbərləri o, cümlədən İcra başçısı, prokuroru və polis rəisi onun adamlarıdır, heç kim ona qarşı heç nə edə bilməz ifadəsini işlətməklə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsini tətbiq etməklə inzibati protokol, qərar qəbul etmişlər. Bundan başqa yuxarıda qeyd etdiyi kimi ataları müxtəlif sayda, adda və ölçüdə bir neçə mal-mülk, obyekt, yaşayış evləri, fermer təsərrüfatları əldə etmişdir. Belə ki, həmin mülklərdən 193 kv.m-dən çox tikinti altı sahəsi olan 381 kv.m-dən çox həcmi olan qeyri yaşayış sahəsi, market və geyim əşyaları satılan maqazin ticarət obyekti, akt əsasında Fəxrəddin kəndli fermer təsərrüfatına məxsus, fiziki şəxs Kəlbəcər rayon sakini Cavabdeh3 cavabdehliyiilə becərilən 300 baş xırda buynuzlu qoyun, 130 baş quzu, bir baş balalı at, Torpağın mülkiyyət hüququna dair JN304 saylı, KOD *****olan, 20 sentyabr 1998-ci ildə 4 tərtib edilmiş dövlət aktı əsasında 1,61 hektar torpaq sahəsi, Yevlax rayonu Xaldan kəndində yerləşən iki mərtəbəli, doqquz otaqlı fərdi yaşayış evi, bir ədəd baş etibarnamə əsasında AB 521462№-li Texniki pasport əsasında Bakı şəhərində qeydiyyatda olan X12 adına atasının mülkiyyətində olan VAZ 2121 “Niva” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil və s. olmuşdur. Maraqlı şəxs Cavabdeh3 isə öz növbəsində baxmayaraq ki, müqavilə ilə müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməlidir, əfsuslar olsun ki, iddiada adları keçən bəzi şəxslərin göstərişi ilə ona qarşı qərəzli mövqe tutaraq onunla olan hüquq münasibətlərinə riyayət etmək istəmir. Göstərilənləri nəzərə alıb iddia ərizəsi üzrə tələblərinin təmin edilməsini, 09 mart 2016-cı il tarixində vərəsələr arasında bölünməsini gözləməyərək, razılıqlarını almayaraq cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin və və bağışlanma müqaviləsinə əsasən əldə edilmiş 31 mart 2016-cı il tarixli dövlət reyesterindən fərdi yaşayış evinə mülkiyyətə dair çıxarışın etibarsız hesab edilməsi, maraqlı şəxs Cavabdeh3 qalan xırda və iri buynuzlu heyvanların o ndan alınaraq verilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəməyə ərizə təqdim edərək iddianın maraqlı şəxs Cavabdeh3 qarşı xırda və iri buynuzlu heyvanların alınması hissəsinə dair ayrıca iddia qaldıracagını göstərib iddiasının həmin hissəsininin baxılmamış saxlanılmasını və iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan hallara düzgün və obyektiv, tam-hərtərəfli hüquqi qiymət verməmiş, qətnamədən göründüyü kimi işə səthi yanaşmış, qanunla qorunan konstitusiyon hüquqlarımı çox kobud şəkildə pozmuşdur. Kollegiyanın bu şəkildə qətnamə qəbul edərək belə nəticəyə gəlməsi, Ali Qanunvericiliyimizin tələblərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir və müasir məhkəmə hakimiyyətinə xələl gətirən hərəkət və ya hərəkətsizlikdir. Məhkəmənin qətnamədə göstərilən şəkildə işin hallarına, təqdim edilmiş sübutlara düzgün olmayan hüquqi qiymət verməsi səhf nəticəyə gəlməsidir. Həmçinin məhkəmə qətnamə çıxararkən istər maddi hüquq normalarının, istərsə də prosessual hüquq normalarının tələblərini pozmuş, onları düzgün tədbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İş üçün əhəmiyyəti olan halların tam sübut edilməməsi qətnamədə gö stərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə səbəb olmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş edrilər. Məhkəmə kollegiyası, Cavabdeh4 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinlə yib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, miras açılan zaman İddiaçı mübahisəli evdə yaşamamış, miras əmlakın idarə edilməsində iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı mübahisələndirərək ləğvini tələb etdiyi bağ ışlama müqaviləsi barədə mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olmasını da sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324.1, 324.2, 324.4, 324.5, 1151.1, 1151.2, 1243.2, 1255-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mərhum X3 X10 ilə ailə qurub evlənmiş, onların birgə nikah ından Cavabdeh4, Cavabdeh5, İddiaçı və Cavabdeh6 adlı uşaqları doğulmuş və hal-hazırda yaşayırlar. X3 arvadı X10 03 avqust 1986-cı il tarixdə vəfat etmiş və 1994-cü ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Lakin onların birgə nikahdan uşaqları doğulmamışdır. X4 Cavabdeh1 ilə birgə yaşadıqları dövrdə Yevlax rayonu, Xaldan kəndində yerləşən 5 otaqlı fərdi yaşayış evini əldə etmişlər. X2 18 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt onun vərəsələr dairəsinə arvadı Cavabdeh1, oğlu Cavabdeh4, qızları İddiaçı, Cavabdeh5 və Cavabdeh6 aid olmuşdur. X3 ölümündən 1 ay 10 gün sonra, yəni, 29 oktyabr 2014-cü il tarixdə qızı İddiaçı miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etməsi iddia tələblərinin əsaslarından biri olsa da, apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş məktubdan görünür ki, 18 sentyabr 2014-cü ildə vəfat etmiş X9 adına Yevlax rayon notariat kontorunda heç bir vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2322/2017 №-li, 29 mart 2017-ci il tarixli qərarında göstərmişdir ki, iddianı təmin edərək özünü mübahisəli əmlakın sahibinin vərəsəsi hesab edən İddiaçı həmin evə dair mübahisəli olmağa subyektiv hüququnun olub-olmamasına qiymət verməmiş, nəzərə almamışdır ki, həmin əmlakın sahibi Cavabdeh1 sağdır və o əmlakından istədiyi kimi istifadə edə bilər. Bundan əlavə eyni zamanda mübahisəli evə İddiaçı vərəsə tanıyan apellyasiya instansiya məhkəməsi İddiaçı mirası qəbul edib-etməməsini aydınlaşdırıb yoxlamamış və buna müvafiq qiymət verməmişdir. Məhk əmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə rəğmən özünü mübahisəli əmlakın sahibinin vərəsəsi hesab edən İddiaçı həmin evə dair mübahisə qaldırmağa subyektiv hüququnun olması üçün əsas şərtlərdən biri onun qanunla nəzərdə tutulmuş qaydada mübahisəli evə dair miras əmlakı qəbul edib-etməməsi və miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin əldə edilməsinin vacibliyinə və İddiaçı mərhum X3 qızı olmasına baxmayaraq bu halın hələ özlüyündə mərhum X3 qalmış miras əmlakın qəbul edilməsi demək olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaətləri düzgün olmuşdur. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Re spublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin materiallarından görünür ki, Cavabdeh1 adına olan yaşayış evini birgə nikah dövründə almasına baxmayaraq mərhu m əri X15 18 sentyabr 2014-cü ildə öldükdən sonra Cavabdeh1 Yevlax rayonu, Xaldan kəndindəki yaşayış evi ilə bağlı tam mülkiyyət hüququ əsasında öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li, 09 mart 2016-cı il tarixli çıxarış almışdır. Mübahisə predmetini təşkil edən və miras qaldığı iddia olunan əmlak sonradan X11 bağışlanmış, onun mülkiyyətində olmuş, daha sonra X5 bağşlanaraq sonuncunun mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İddiaçı X1 arasında bağlanmış bağışlama müqaviləsini və həmin müqavilə əsasında ona verilmiş dövlət reyestrindən çıxarışı mübahisləndirmək üçün müvaf iq qaydada subyektiv hüquqa malik olmamasına dair də apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunidir. Belə ki, mübahisəli əmlak X5 məxsus ayrıca mülkiyyətdir, iddiaçının hüquqları ilə yüklü deyildir. Bu baxımdan istinad olunan dəlilləri irəli sürməklə bağlı subyektiv hüquq məhz hal-hazırda sağ olan və fəaliyyət qabiliyyətli olan Cavabdeh2 ilə Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı günd ən vərəsənin mülkiyyəti sayılır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici əmlakın miras kütləsinə daxil edilməsini onun mülkiyyətdə olması ilə şərtləndirir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıy ır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı) Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı faktiki qəbul edib-etməmələri də müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə kollegiyası miras açılan zaman İddiaçı mübahisəli evdə yaşamaması, miras əmlakın idarə edilməsində iştirak etməməsinə dair nəticəsini işin araşdırılmış hallarına uyğun nəticə kimi qiymətləndirir və hesab edir ki, işə baxan məhkəmənin iddiaçının mübahisələndirərək ləğvini tələb etdiyi bağışlama müqaviləsi barədə mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olmasını da sübut edə bilməməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərə fli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd e tibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakç ılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, pozuntu kimi təqdim edilən bu dəlillər insan və vətəndaş hüquqlarının təmin edilməsi və işin mahiyyətinə təsir edə bilməsi baxımından maddi və ya prosessual hüquq pozuntusu kimi qiymətləndirilə bilməz, eləcə də, sadalanan hallar istər iddianın, istərsə də kassasiya şikayətinin əsaslı olmasının təsdiqi üçün hüquqi əsas deyildir, həmçinin də kassator iddia tələblərinin əsaslı olmasına dair işə apellyasiya instansiyası məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxa n məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixl i 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfin miras əmlakı hüquqi və ya faktiki olaraq qəbul etmələrini təsdiq edən sübutların olmamasının iddianın təmin olunmasına mane olması, uzun zaman daxilində mərhum Nəriman Məmmədovdan qalmış əmlakın vərəsələr tərəfindən qəbul edilməməsinin, həmin əmlaka faktiki sahiblik edən mərhum Nəriman Məmmədovun arvadı Cavabdeh1 da miras əmlaka sahib olmaq, onun üzərində sərəncam v ermək kimi hüquqlarının pozulması ilə nəticələnə bilməsinə dair nəticələrini işin araşdırılmış hallarına uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıl dıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə n ail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1936/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1936/2019
01.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver