Məhkəmə qərarları › İş №2(102)-1943/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1943/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1943/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜ ƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(005)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh qarşı “ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X7 cavabdeh İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli q ətnaməsi ilə İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-****/2018 nömrəli qətnaməsinin “Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)****/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun, həmçinin, cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X3) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş **** rayonu, **** kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti təyin edilməklə onun açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakın 1 ay ərzində boşaldılması”nin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qeyd olunan hissədə təmin edilməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-****/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnam ə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumu, həmçinin, cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X3) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş **** rayonu, **** kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 126.040 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının də yəri olan 700 manatın 350 manatının İddiaçı-dən, 350 manatının Cavabdeh alınıb “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh qarşı “ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi məhkəməsinin 22(087)-****/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65000 manat əsas borc və həmin məbləğə hesablanmış 22949 manat faiz borcunun, ümumilikdə 87949 manat məbləğində k redit borcunun, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7%-lə hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun, həmçinin cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X3) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Naxçıvan MR, **** rayonu, **** kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m olan qeyri-yaşayış sahəsinə və **** rayonu, **** kəndində 0.1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə onların açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakların 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X10 cavabdeh İddiaçı-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, **** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki mübahisə iki kredit müqaviləsi ilə bağlıdır: **** nömrəli, 1806.2009-cu il tarixli təmin atlı kredit müqaviləsinə əsasən cavabdehə 40000 manat məbləğində, **** nömrəli, xx.xx.2009-cu il tarixli kr edit müqaviləsinə əsasən 35000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqavilələrinin təminatı kimi X9 ilə ardıcıl olaraq 169 nömrəli, xx.xx.2009-cu il tarixli və **** nömrəli, xx.xx.2009-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrin təminatı kimi **** rayonu, **** kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m qeyri-yaşayış sahəsi, həmçinin **** rayonu, **** kəndində 0.1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi banka təqdim edilmişdir. Birinci instansiya məhkəməsi 3-cü şəxs X10 tərəfindən qaldırılmış iddia tələbinə əsasən **** nömrəli, xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinin onun notarial razılığı olmadan bağlanmasını əsas gətirərək bankın iddia tələbini bu hissədə rədd etmiş, 3-cü şəxsin iddi a tələbini isə təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu məsələdə məhkəməyə təqdim edilmiş sübutları və bankın mövqeyini nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. X7 ipoteka predmetinin bank qarşısında ipoteka ilə yüklü edilməsi barədə notariat qaydada təsdiq olunmuş ərizəsinin surəti mövcud olmuş, lakin bəzi səbəblərdən Naxçıvan Şəhər Dövlət Notariat Kontorundan göndərilən zaman işin içərisində olmamışdır. Qeyd olunanlara əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, bank tərəfindən verilən iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, 3-cü şəxs tərəfindən verilən iddia tələbinin rədd edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil 2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd etmişdir ki, mərhum X5 məxsus **** rayonu, **** kəndində 0,1313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi sökülmüşdür. **** rayon İcra Hakimiyyətinin başçısı və müavinləri yeni təyin oldunduğundan mərhum X4 məxsus fərdi yaşayış evi hansı qərar və ya əsasla sökülməsi məlum deyil. Həmçinin məhkəmə iclasın da tərəflərin də izahatından vurğulanan xüsusatın mövcudluğu öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borcun xx.xx.2009-cu il tarixli **** №-li ipoteka müqaviləsi üzrə mərhum X5 məxsus **** rayonu, **** kəndində 0,1013 ha toıpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsində ipooteka predmeti məhv olduğundan, mümkün olmadığından təmin edilməməlidir. Apelyasiya kollegiyası isə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərardadı əsasında rəyi alınmış məhkəmə-qiymətləndirmə ekspertizasının xx xxxxx 2019-cu il tarixli, **** saylı rəyinə əsasən Naxçıvan MR, **** rayonu, **** kəndində X5 məxsus 2 mərtəbəli, mansardlı, 8 otaqlı, Sikat-odadavamlı kərpiclə üzlənmiş, həyətyanı sahə hasara alınmış, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evinin və 0,1013 ha torpaq sahəsinin mart 2019-cu il tarixinə ilkin bazar qiymətinin (fərdi yaşayış evinin qiyməti 88400,0 manat +torpaq sahəsinin qiyməti 25000,0 manat olmaqla) ümumilikdə 11****00,0 manat civarında olduğu, **** rayonu, **** kəndinin kənarında yerləşən X8 məxsus, ümumi sahəsi 1024,84 kv.m olan qeyri-yaşayış binasının (tövlələrin) və torpaq sahəsinin (istehsalat sahəsi hasara alınmış) ilkin bazar qiymətinin mart 2019cu il tarixinə (qeyri-yaşayış sahəsi, hasar və abadlıq işləri-108600,0 manat torpaq sahəsinin qiyməti 10200,0 manat olmaqla) ümumilikdə 118800 manat civarında olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında rəy vermiş qiymətləndirici X11 bildirmişdir ki, X5 məxsus **** rayonu, **** kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri barədə rəy verilərkən, qonşulardan alınmış məlumat əsasında fərdi yaşayış evinə kənardan baxılmaqla, bazar dəyəri müəyyən olunmuşdur. Evin sökülüb-sökülməməsi ilə bağlı rəsmi orqanlara müraciət olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı əsasında rəyi alınmış əlavə məhkəmə-qiymətləndirmə ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, **** saylı rəyinə əsasən X5 məxsus **** rayonu, **** kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış evinə şirkətin mütəxəsisləri tərəfindən baxış keçirilmiş, 0,1013 ha torpaq sahəsində heç bir tikili olmadığı müəyyən olunmuşdur. Lakin Qərarın icrası ilə əlaqədar ədalət mühakiməsinə köməklik göstərmək məqsədi ilə 0,1013 ha torpaq sahəsində yerləşən 278,76 kv.m fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı nəzərə alınaraq, xərclər smetası əsasında qiyməti müəyyən edilmişdir. Naxçıvan MR, **** rayonu, **** kəndində X5 məxsus 0,1013 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 8 otaqlı, çöldən boya ilə üzlənmiş, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evinin avqust 2019cu il tarixinə qiyməti 101040,0 manat, torpaq sahəsinin qiyməti 25000 manat olmaqla, ümumilikdə 126040,0 manat civarında olduğu müəyyən edildi. Apelyasiya kollegiyası iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının 0,1013 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evinin mövcud olmaması hissəsində rəyini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, xx xxxxx 2019-cu il tarixli, **** saylı rəyində əmlakın mövcud olduğu qeyd olunduğu halda, xx xxxxxxxx 2019-cu il tarixli, 16/ƏK saylı rəydə əmlakın mövcud olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduq da, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göründüyü kimi, cavabdeh tərəf **** rayonu, **** kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış evinin mövcud olmadığını qeyd etdiyi halda, qeydiyyat yazısının ləğvi ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi **** rayonu İcra Hakimiyyətinin qeyd olunan məsələ ilə bağlı məktubunu, digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, mötəbər sübut kimi qəbul etməmişdir. Daha sonra apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə göstərmişdir ki, birinci instansiya məhkəməsi qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış **** nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin tə minatı kimi xx.xx.2009-cu il tarixli 169 №-li ipoteka müqaviləsinə əsasən X5 məxsus, Naxçıvan Muxtar Respublikası **** rayonu, **** kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə (tövlə) - (reyestr nömrəsi: *************, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508) ipoteka predmetinə borcun yönəldilməsi hissəsində iddia tələbi əsassızdır. Belə ki, İddiaçı-i ilə X9 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi bağlanan zaman onunla birgə nikahda olan X6 notariat kontoruna qeyri yaşayış evi (tövlə) ipoteka qoyulmasına dair müvafiq ərizə verilməmiş, onun rəsmi şəkildə razılığı alınmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmənin müvafiq sorğuları əsasında adıçəkilən ipoteka müqaviləsinin bağlanmasına əsas olan sən ədlər məhkəməyə- təqdim edilmiş, ancaq həmin notariat işinin materiallarında X7 ipoteka müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir sənədin mövcudluğu aşkar edilməmişdir. Bu səbəblə apelyasiya kollegiyası da Naxçıvan Muxtar Respublikası **** rayonu, **** kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı hissədə iddianın rədd, 3-cü şəxsin iddiasinın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, apellyasiya kollegiyası xx xxxx 2009-cu il tarixli ***** nömrəli ipoteka müqaviləsi bağlanan zaman X9 ilə birgə nikahda olan X7 Naxçıvan Muxtar Respublikası **** rayonu, **** kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə notarat qaydasında yazılıq razılıq ərizəsinin olmamasına istinad edərək, 3-cü şəxsin iddiasını, yəni xx xxxx 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsini etibarsız hesab etsə də, iş materiallarını tam araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, X9 xx.xx.2017-ci ildə vəfat etmişdir. H1 vəfat etməmişdən əvvəl, 2016-cı ildə onun mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar müxtəlif orqanlara söküntü barədə ərizə ilə məlumat vermiş və hazırda iddiaçı olan Bankda mülkiyyətində olan fərdi yaşayış evinin girovda olmasını vurğulamışdır. İş materiallarından məlum olduğu kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs H1 arvadı olmaqla onlar b irgə yaşamışlar və fərdi yaşayış evi sökülən zaman H1 2müxtəlif orqanlara ünvanlandığı ərizədən 3-cü şəxs də məlumatlı olmuş və qeyd edilən ərizələrin məzmunu ilə də fərdi yaşayış evinin ipoteka ilə yüklü olduğunu bilmiş olmuşdur. Digər tərəfdən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X10 iddia tələbi ilə məhkəməyə müraciət edərkən tərtib etdiyi iddia ərizəsində hər iki ipoteka predmetinin ipoteka ilə yüklü edilərkən onun məlumatı və razılığının olmadığını bildirsə də, yalnız xx xxxx 2009-cu il tarixli **** nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, digər ipoteka müqaviləsinin etibarsızlığını tələb etməməsinin səbəbi ilə bağlı iddia tələbində heç nə göstərməmiş, həmin ipoteka müqaviləsinə münasibət bildirməmişdir. Buradan sual yaranır ki, əgər şəxs hər iki ipoteka müqaviləsi üzrə onun məlumatının olmadığını, onun razılığının alınmadığını bildirirsə, hansı səbəbdən hər iki müqaviləni mübahisələndirməmiş və ya ipoteka predmetinin məhv olması ilə əlaqədar ipotekaya xitam verilməli olduğunu göstərməmişdir? Qeyd edilməlidir ki, 3-cü şəxsin iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, Bu Məcəllənin ****7.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddə tinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyy ənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia mü ddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddə sinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdu dlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L1 şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Yuxarıda qeyd edilən hallardan və Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarının məzmunundan göründüyü kimi, 3-cü şəxsin iddiası üzrə mülki qanunvericiliklə müəyyən edilmiş müddət kəsici müddət olmaqla, məhkəmə tərəfindən 3-cü şəxsin hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu müddət apelyasiya kollegiyası tərəfindən araşdırılmamış və bu barədə hər hansı hüquqi qiymətləndirmə həyata keçirilməmişdir. Buradan da aydın olur ki, apellyasiya kollegiyası 3-cü şəxsin iddiasının təmin olunması və bankın iddiasının təmin olunmayan hissəsində işin hallarına, iş üzrə sübutlara tam, hərtlərəfli qiymət verməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədik də baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 3-cü şəxsin iddiası və ilk iddianın təmin olunmayan hissəsi üzrə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulm ası təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya kollegiyası, kasasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə işə mahiyyəti üzrə baxılıb araşdırılmalı hallar mövcud olduğundan, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi 3-cü şəxsin iddiasının təmin olunması və həmin hal üzrə ilk iddianın rədd olunması hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndə rilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar