Məhkəmə qərarları › İş №2(102)-1944/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1944/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1944/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığortalanmış əmanət üzrə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1766/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «xxxx» ASC-nin Xətai filialı ilə İddiaçı arasında xx xxxxxx 2008-ci il tarixdə 3861/22 saylı əmanət müqaviləsi bağlanmış, müqaviləyə əsasən əmanətçi İddiaçı 9366 manat məbləğində vəsaiti 24 ay müddətinə banka əmanət qoymuşdur. Əmanət üzrə ödənilməli illik faiz dərəcəsi 18 faiz təşkil etmişdir. Müqavilənin 2.6-cı bəndində qeyd olunmuşdur ki, bank xx.xx.2007-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd olunan depozit müqaviləsinin 1-ci bəndinə əlavə edilmiş, əmanətçidən 29000 manat məbləğində pul vəsaiti müvafiq hesaba əlavə qəbul edilərək bank əmanət məbləğini əsas müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əlavə müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, əlavə əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin müddəti bitən müddətə qədər, illik 18 %-lə qoyulur. Əlavə müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək qüvvədədir. Depozitin bankda saxlama müddəti isə xx xxxxxx 2012-ci il tarixdə başa çatır. xx.xx.2010-cu il tarixli 3861/22 saylı əmanət müqaviləsinə əsasən bank əmanətçidən 32000 manat məbləğində pul vəsaitini müvafiq hesaba qəbul edərək, əmanətçiyə əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2- ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 24 ay müddətinə, illik 15 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2013-cü il tarixədək 36 ay müddətinə qüvvədədir. xx xxx 2011-ci il tarixdə bağlanmış 3801/47 saylı tələb olunan əmanət müqaviləsindən görünür ki, müqaviləsinə əsasən bank əmanətçidən 33000 manat məbləğində pul vəsaitini 3***-***-**-**0047 saylı hesaba qəbul edərək, əmanətçiyə əmanət kitabçası verməyi, əmanət məbləğini əmanətçiyə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və ilk tələb üzrə verilməsi şərti ilə, illik 4 %-lə qoyulur. xx.xx.2010-cu il tarixli 3861/22 (1) nömrəli depozit müqaviləsinin 1-ci bəndinə xx xxxxxx 2011-ci il tarixli əlavəyə əsasən bank əmanətçidən 15200 manat məbləğində pul vəsaitini müvafiq hesaba əlavə edərək, əmanətçiyə əmanət məbləğini əsas müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əlavə əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin müddəti bitən müddətə qədər, illik 15 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək qüvvədədir. Depozitin bankda saxlama müddəti isə xx.xx.2012ci il tarixdə başa çatır. xx xxxxxx 2008-ci il tarixli 3861/22 saylı əmanət müqaviləsinin 1-ci b əndinə xx.xx.2012-ci il tarixli əlavəyə əsasən bank əmanətçidən 3100 manat məbləğində pul vəsaitini müvafiq hesaba əlavə edərək, əmanətçiyə bu məbləği əsas müqavilədə nəzərdə tutulan vaxtda və şərtlərlə əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin vaxtı bitənə kimi illik 18 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək qüvvədədir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik fai z dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. Fondun Himayəçilik Şurasının 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2 iqt(81 )2410/2012 saylı qətnaməsi ilə “xxxx" ASC-nin müflis elan edilməsi və “xxxx” ASC-yə ləğvedici qismində “xxxx” MMC-nin təyin edilməsi qərara alınmış və bununla da sığorta hadisəsi baş vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə “xxxx” ASC-nin ləvğedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Bank müflis elan edildikdən sonra İddiaçı xx.xx.2012-ci il tarixli müraciəti əsasında bankın ləğvedicisi olan xxxx MMC tərəfindən 80385,00 manat əmanəti ilə bağlı kreditor kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «sığortalanmış əmanət üzrə kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondundan 30000 manat miqdarında vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respubl ikası Qanununun 28-ci maddəsinin 28.4-cü bəndinə əsasən onun kompensasiya almaq hüququnun müddətinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, «xxxx» ASC-nin Xətai filialı ilə illik faiz dərəcəsi 18 faiz olan 9.366 manat məbləğində əmanət qoymaq üçün xx xxxxxx 2008-ci il tarixdə əmanət müqaviləsi bağlamışdır. xx xxxxxx 2008-ci il tarixli əmanət müqaviləsinin birinci bəndinə xx xxxxxx 2010-cu il və xx xxxxx 2012-ci il tarixli əlavələrin 1.3-cü bəndlərində qeyd olunur ki, əsas müqavilə xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2013cü il tarixədək qüvvədədir. Göründüyü kimi, bankla aralarındakı əmanət müqaviləsi 5 il müddətinə bağlanmışdır. Əmanət müqaviləsinin qüvvədə olduğu müddət daxilində hesabında bank tərəfindən verilən əmanət k itabçasına əsasən mədaxillər və faiz gəlirləri ilə birlikdə 79092,37 manat məbləğ olmuşdur. «xxxx» ASC xx xxxxxx 2007-ci il tarixdən 18 saylı şəhadətnamə ilə Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır və bu tarixdən etibarən banka qoyulan əmanətlər sığortalanır. Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx xxxx 2012-ci il tarixli xx/xx-1747 saylı məktubuna əsasən «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununa görə «xxxx» ASC-də sığorta hadisəsi baş vermişdir. Bu səbəblə o, xx xxxx 2019-cu il tarixdə Fonda hesabındakı sığortalanmış 30000 manat məbləğin kompensasiya edilməsi barədə ərizə yazmışdır. Fondun rəhbərliyi bununla bağlı məhkəməyə müraciət etməsini şifahi tövsiyə etmişdir. Əsas olaraq, «xxxx» ASC-də sığo rta hadisəsinin baş verdiyi tarixdə Fondun Himayəçilik Şurasının qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12 faiz müəyyən edilməsinə dair xx xxxxx 2010cu il tarixli qərarının qüvvədə olması, əmanətinin faiz dərəcəsinin isə 18 faiz olması göstərilmiş və buna görə də, kompensasiya ödənilməyəcəyi qeyd olunmuşdur. Əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində faiz dərəcəsinin yüksək həddi ilə əlaqəli Fond tərəfindən verilən hər hansı bir qərar onun əmanətinin qorunmasına təsir etmir. Çünki o, müqaviləni bağlayarkən həmin tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 18 faiz müəyyən edilməsinə dair qərar qüvvədə idi və o, bu faiz dərəcəsinə güvənərək müqaviləni imzalamışdır. Əmanət müqaviləsi 2008-ci ilin yanvar ayının 18-dən 2013-cü ilin yanvar ayının 18-dək qüvvədədir. 2010-cu il 30 aprel tarixində faiz dərəcəsinin dəyişməsi əmanət müqaviləsinin qüvvədə olduğu müddət daxilində baş vermişdir. Burada əsas götürülməli tarix müqavilənin bağlandığı xx xxxxxx 2008-ci il tarixidir ki, bu tarixdə də Fondun Himayəçilik Şurasının qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 18 faiz olmuşdur. xx xxxxxx 2008-ci ildə Bankla bağladığı əmanət müqaviləsində də, yuxarıda qeyd edildiyi kimi əmanət üzrə ödənilən illik faiz dərəcəsi 18 faiz olaraq göstərilmişdir. Həmin əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Müqavilənin qüvvədə olduğu vaxtda bu faiz dərəcəsinin endirilməsi və belə bir əsasla kompensasiya ödəməkdən imtina edilməsi banklara olan etibarın azalmasına gətirib çıxarmaqla, maliyyə və bank sisteminin sabitliyinə xələl gətirir və hüquqa olan etimadın sarsılmasına səbəb olur. 30.000 manat sığortalı əmanət hesab olunduğundan tələbinin təmin edilməsi üçün kifayət qədər qanuni əsasları və sübutları var. Həmçinin, bildirir ki, o, Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü və ehtiyatda olan zabitdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) xx xxxxxxx 2019cu il tarixli 2(006)-5372/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 30000 manat əmanət məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2008-ci il tarixdən başla yaraq, ayrı-ayrı tarixlərdə xxxx ASC-nin Xətai filialı ilə bağladığı müqavilə əsasında bankda əmanət yerləşdirmişdir. xx xxxx 2012-ci il tarixdə Bank müflis elan edilmiş və ləğvetmə prosesi başlamış, iddiaçı həmin bankda olan əmanətinin geri qaytarılması ilə bağlı 2012-ci ilin avqust ayında kreditor kimi qeydiyyata alınmışdır. xx.xx.2019-cu ildə iddiaçı 30000 manat miqdarında vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 28.3 və 28.4-cü maddələrinin dispozisiya şərtlərinə görə kreditorun sığorta ödənişi almaq barədə ərizəsi kompensasiya ödənişləri haqqında bildirişin ilk dəfə dərc edildiyi tarixdən etibarən bir il ərzində qəbul edilir. Əgər əmanətçinin müraciətini qeyri-mümkün etmiş hal mövcuddursa, göstərilən müddət əmanətçinin ərizəsi əsasında uzadıla bilər. Lakin hər bir halda, kompensasiya almaq hüququ bildirişin ilk dəfə dərc edildiyi gündən beş il müddətində saxlanılır. Hazırkı halda isə müəyyən edilmişdir ki, iddi açı kompensasiya məbləğinin ödənilməsi ilə bağlı belə bir hüququnun yarandığı vaxtdan yeddi il sonra müraciət etmişdir. Belə olan halda, iddiaçının hətta üzrlü səbəblərdən bu müddəti ötürməsi müəyyən edilsə belə, onun kompensasiya almaq hüququnu itirməsi müəyyən edilir, başqa sözlə, iddiaçı artıq mövcud olmayan hüququna istinad etməklə hazırkı iddia tələbini qaldırmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilən müddət iddia müddəti deyil, kompensasiya almaq üçün hüquqların qüvvədə olduğu müddətdir. Ona görə də, həmin müddətin məhkəmə tərəfindən nəzərə alınması üçün, ayrıca ərizənin verilməsinə ehtiyac qalmır. Birinci instansiya məhkəməsi həmin müddəti nəzərə almamaqla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.2-ci maddəsinə istinad etməklə, maddi hüquq normasını səhv tətbiq etmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsi əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə dair iddia müddətinin tətbiq edilməməsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddia tələbini iddiaçının banka qarşı əmanətlərin ödənilməsi deyil, bankda olan əmanəti ilə bağlı sığorta hadisəsi (bankın müflis olması) baş verdiyi üçün kompensasiya məbləğinin ona ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələb təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində kompensasiya məbləğinin ödənilməsini tələb etmək hüququ itirildiyindən, onun bankda olan əmanətlərinin qorunan əmanətlərə aid olub-olmaması və bu əmanətin məbləği ilə bağlı iddianın və ona e dilmiş etirazın dəlillərini araşdırmağa ehtiyac qalmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil İmaməddin oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qanunvericilik «Əmanətlərin sığortalanması haqqında» Qanunun 28.3 və 28.4-cü maddələrinə əsasən 5 illik müddəti sığortanı verən təşkilata müraciət üçün nəzərdə tutmuş, bu müddətin iddia müddətinə aidiyyatı yoxdur. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı fonda qanunun tələblərinə müna sibətdə vaxtında müraciət etmiş, 5 illik müddəti ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq «Əmanətlərin Sığortalanması haqqında» Az ərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığort alanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsas ında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 28.1-ci maddəsinə uyğun olaraq, fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş d ərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Qanunun 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uz adıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin mə hkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Həmin dəlilləri işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərfəli və obyektiv araşdıraraq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1766/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar