Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1946/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1946/2023 ( Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi ) Bakı şəhəri, 31 may 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2023-cü il tarixli 2(103)-821/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə 31 may 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 sentyabr 2018-ci il tarixli K/18-05345 nömrəli əmri ilə "xxxx"ASC-nin X19 Təchizatı və Satışı idarəsinin, Gədəbəy X4 şəbəkə sahəsinin ustası vəzifəsində işləmişdir. 2. 25 iyul 2021-ci il tarixdə vəzifəli şəxslərin səhlənkarlığı ilə bağlı elektrik cərəyanının təsiri nəticəsində X1 ağır zərər vurulmuş və nəticədə o, vəfat etmişdir.
3. Hadisəylə bağlı cinayət icraatı zamanı müəyyənləşdirilmiş hallar: 3.1. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış, Gədəbəy rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(042)-21/2022 saylı Hökmünə əsasən, təqsirkar şəxslər X9 və X13 Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onlara müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 3.2. Bundan başqa, hökmdə göstərilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X9 ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X8 Novosaratovka Şəbəkə sahəsi üzrə sahə ustasıdır. Onun vəzifəsi xidməti ərazisində olan elektrik xətlərinin qəzalarını aradan qaldırmaq, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Hadisə baş vermiş rabitə dayağının üzərində olan ildırımötürücü xətt GədəbəyTelekommunikasiya Qovşağının balansındadır və həmin idarənin əməkdaşları tərəfindən nəzarət olunur. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanmasını görmüş, lakin bu barədə rəhbərliyə məlumat verməmişdir. O, əməlindən səmimi peşmandır. Səhlənkarlıq etdiyindən nəzarəti və digər xidməti vəzifələrini düzgün aparmamışdır. 3.3. Bundan başqa, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, X10 meyitinin bədənində sağ əlin ovuc səthində və sol daban nahiyyəsində “elektrik nişanələri” aşkar edilmişdir, bunlar da elektrik cərəyanının təsirindən (elektrik vurma) törənmiş, törənmə müddətləri 25 iyul 2021 -ci ilə uyğun gəlir. Qeyd olunan (“elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşaiyət olunan) elektrik vurma halı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb elektrik cərəyanının altına düşmə-elektrik vurma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 1618 saat əvvəl müddətə baş vermişdir. 3.4. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi zamanı etil spirti aşkar edilməmişdir. 3.5. Məhkəmə texniki təhlükəsizlik ekspertizasının 04 oktyabr 2021- ci il tarixli, 10/4666 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydalarının” 2.1.2.19, 2.4.4.2, 2.4.4.3, 2.4.7.3, 2.4.7.15 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. 3.6. X5 daxil olmuş, 23 noyabr 2021-ci il tarixli, 764 nömrəli məktuba əlavə olunmuş 19 sen tyabr 2018-ci il tarixli, k/18-05345 nömrəli əmrin surətindən görünür ki, Qərb RETSİ-nin (Gəncə) hava və kabel xidmətinin ustası, X9 19 sentyabr 2018-ci il tarixdən Qərb RETSİninGədəbəy X4 Şəbəkə Sahəsinə usta vəzifəsinə keçirilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CMnin 314.2-cimaddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-21/2022 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 35.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015- ci il tarixdə təsdiq edilmiş rayon elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsinin ustasının vəzifə təlimatına əsasən hadisə baş vermiş Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən Gədəbəy Telekommunikasiya qovşağına məxsus rabitə dayağının yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttinə vaxtaşırı və növbədənkənar baxışlar keçirməklə aşkar edilmiş qüsurların aradan qaldırılmasını təmin etməyə cavabdeh olan məsul şəxs kimi X9 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək, cinayətkarcasına etinasızlıq göstərmiş, bu əməlləri ilə Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində quraşdırılmış üzərinə elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət Gədəbəy telekommunikasiya qovşağına aid dayağın yaxınlığında yerləşən X11 məxsus bərbərxanaya 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində saçını kəsdirmək üçün gəlmiş Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan X6 əli ilə həmin rabitə dayağının üzərinə qoşulmuş, dayağa bərkidilməmiş və torpaqla əlaqələndirilməmiş ildırımötürücü naqildən tutarkən dayağın yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttindəki naqilin vaxtında aşkar edilərək aradan qaldırılması təmin edilməmiş elektrik cərəyanının təsirindən yaranmış zədələrinin açıq hissəsinin ildırımötürücü naqillə bi rləşməsi səbəbindən Ceyhun Paşayevin elektrik cərəyanı vurma nəticəsində sağ əlin ovuc səthi və sol daban nahiyələrində “elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşayiət olunan elektrik vurma halı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ehtiyyatsızlıqdan ölümünə səbəb olmaqla səhlənkarlıq cinayəti törətmişdir. Onun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı xəstədir, işləmək qüvvəsi yoxdur. Oğlu işl əyib onu və ailəsini dolandırırdı. Oğlunun vəfatından sonra onsuz da çətin olan ailə durumumu daha da ağırlaşdı. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir.
6. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul et məyərək bildirdi ki, hazırda iddiaçı tərəf təzminat olaraq 35.000 manat məbləğində pul vəsaiti istəyir, lakin buna bənzər hallarda "xxxx" ASC tərəfindən zərərçəkmiş tərəfə standart olaraq 10.000 manat məbləğində pul kompensasiya olaraq ödənilir. Odur ki, iddia tələbinin məbləğini yüksək hesab edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2841/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmuşdur.
8. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının oğlunun-X10 vəzifəli şəxslərin təqsiri nəticəsində ölməsi nəticəsində iddiaçı və onun ailəsi mənəvi sar sıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə, zərərçəkmiş şəxsə 10.000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Belə ki, baş vermiş çinayət hadisəsi nəticəsində iddiaçının oğlunun ölməsi ilə bağlı iddiaçı və digər ailə üzvləri mənəvi sarsıntı keçirmiş və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stress yaşanıb, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqları yaranmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097. 1, 1099.1, 1100-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”-na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
12. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə tərəfindən mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, hazırkı iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 10000 məbləğində müəyyən etməklə məhkəmə kompensa siyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) 2(103)-821/2023 nömrəli iş üzrə 9 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının şikayəti qismən təmin edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə görə müəyyən edilmiş məbləğ hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan mənəvi zərər 30.000 manat məbləğində müəyyən edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən hissədə iddiaçının ap ellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəm ə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən xüsusatlar üzrə cavabdehin irəli sürdüyü dəlillərin mənəvi zərərə (sarsıntılara) aidiyyəti olmadığını və əsaslı əks-dəlillər irəli sürülmədiyini nəzərə alaraq, baş vermiş cinayət ha disəsi nəticəsində oğlunun ölməsi ilə bağlı ananın və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stres, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının, dəyərləndirdiyi məbləğə yaxın - 30000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1099.1 və 1108.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. "xxxx" ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edirik ki, qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla "xxxx" ASC-yə ölkə miqyasında yuxarıda qeyd etdiyimiz strateji layihələrin həyata keçirilməsinə dolayısı yolla maneəçilik törətmiş olur. Lakin apellyasiyain stansiya məhkəməsi yuxarıda qeyd etdiyimiz xüsusatları kifayət qədər araşdırmamış, dəymiş zərərə görə kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış, sadəcə formal olaraq dəymiş zərərin məbləğinin 30.000(otuz min manat) müəyyən edilməli olması qənaətinə gəlmiş, lakin bu zaman iddiaçının keçirdiyi əsəb və stress nəticəsində ona dəyən zərərin hansı meyarlara əsasən məhz 30.000 (otuz min manat) müəyyən edilməli olmasını öz qətnaməsində hər hansı dəlillərlə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 1096. Mülki hüquq pozunt uları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qa nuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2 Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin hə qiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-821/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.