Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1948/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)12437/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 (o, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi kimi çıxış etmişdir) qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağladığı xx xxxxxx 2006-cı il tarixli müqaviləyə xitam verilməsi və Cavabdeh1 35000 ABŞ dolları məbləğində borcun, gecikməyə görə 17500 ABŞ dolları cərimə borcunun, ümumilikdə 52500 ABŞ dollarının və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)2367/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ramin Quliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2310/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2367/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Etibar Nəbiyev (sədrlik edən və məruzəçi) Raqib Qurbanov, Aida Hüseyn) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5292/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2310/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12437/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2367/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx xxx xxx 2006-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 35000 (otuz beş min) ABŞ dolları ödənilmiş məbləğ və 14145,83 ABŞ dolları (on dörd min bir yüz qırx beş ABŞ dolları, səksən üç sent) illik 5 % dərəcəsi ilə hesablanmış faiz, ümumilikdə 49145,83 ABŞ dolları (qırx doqquz min bir yüz qırx beş ABŞ dolları, səksən üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş,iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzə çi) Məmməd Məmmədov, Şeyda Məhərrəmova) Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanmasını düzgün müəyyən etməmiş, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsin ə əsasən məhkəmə iclasına gəlməyən tərflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ Cavabdeh2 (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanan xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən icraçı Bakı şəhəri, Yeni Yasamal massivi, 2-ci Dairəvi küçəsi, 2 ünvanında inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 8-ci mərtəbəsində ümumi sahəsi 135 kv.metr olan 3 otaqdan ibarət 71 nömrəli mənzili payçı kimi iddiaçının mülkiyyətinə verməyi, sonuncu isə hər kv.metr üçün 380 ABŞ dolları, ümumilikdə 51300 ABŞ dolları məbləğində pul ödənişi etmək barədə öhdəlik götürmüşlər. Müqaviləyə uyğun olaraq iddiaçı xx xxxxxx 2006-cı il tarixdə 15000 ABŞ dolları, xx xxxxxx 2006-cı il tarixdə 10000 ABŞ dolları məbləğində pulu icraçı Cavabdeh2 varisi və oğlu Cavabdeh1, xx xx xx 2007-ci il tarixdə 10000 ABŞ dolları pulu Cavabdeh2 şəxsən təqdim etmiş və bu fakt müqavilənin tərkib hissəsi olan “faktiki ödəniş” cədvəlində tərəflərin imzası ilə təsdiq edilmişdir. Cavabdeh2 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri 9 saylı notariat kontorunun verdiyi şəhadətnaməyə əsasən Cavabdeh1 Mənzil tikinti Kooperativində onun varisi olmuşdur. İcraçı Cavabdeh2 2016-cı il tarixdə vəfat etdikdən sonra iddiaçı mənzilin artıq digər şəxsə – X1 və sonuncunun həmin mənzildə yaşadığını müəyyən etmişdir. İddiaçının polis orqanlarına etdiyi şikayət üzrə cinayət işi başlanmış və xətşünaslıq ekspertizalarının nəticəsinə uyğun olaraq müəyyən edilmişdir ki, müqavilə və ödəniş sənədlərində imzalar Şakir Hüseyonva və onun varisi – oğlu olan Cavabdeh1 məxsusdur. Cinayət məsuliyyətin ə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh etirazının əsası kimi onun özünün iddiaçı ilə heç bir müqavilə bağlamamasına, müqavilənin iddiaçı ilə onun atası Cavabdeh2 arasında olmasına, iddiaçının özünün müqavilə üzrə nəzərdə tutulan məbləği tam ödəməməklə öhdəliklərini yerinə yetirməməsinə, atasının vəfat etdiyi 2016-cı ilin ilin iyun ayına kimi iddiaçının pul məbləği ilə bağlı heç bir idda bildirməməsinə, bununla da iddia müddətinin ötürülməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə iddia müddətinin axımının xx xxx 2008-ci il tarixdən başlaması, iddiaçının vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini, nəticədə qanunla müəyyən olunmuş 3 illik iddia müddətinin üzrsüz səbəbdən ötürülməsini müəyyən edərək iddia nı rədd etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən mənzil tikintisindən ötrü payçı olaraq xx xxxxxx 2006-cı il tarixdə 15000 ABŞ dolları, xx xxxxxx 2006-cı il tarixdə 10000 ABŞ dolları məbləğində pulu icraçı Cavabdeh2 varisi və oğlu Cavabdeh1, xx xxxx 2007-ci il tarixdə 10000 ABŞ dolları pulu isə icraçı Cavabdeh2 şəxsən vermiş, lakin müqavilə üzrə iddiaçıya verilməli mənzil başqa şəxsə satılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq apardığı araşdırmaya əsasən iddia müddətinin axımının xx xxx 2008-ci ildən başlaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması barədə qanunvericiliyin tələbini nəzərə alaraq iddia müddətinin axımının 2016-cı ildən başlanmasını, iddiaçının tələbinin müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə deyil, pay haqqı kimi ödənilmiş və mülkiyyət sayılan pul məbləğinin q aytarılması barədə olduğundan, ümumiyyətlə, hazırki mübahisəyə iddia müddətinin tədbiq oluna bilməməsini müəyyən etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 373.2, 377.1, 384.0.4, 385.1, 386.1, 389.1, 390.1, 421, 423, 424 və 445.7-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən işin müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, müqaviləyə əsasən iddiaçı payçı kimi mənzil tikintisinə görə 35000 ABŞ dolları məbləğində pul ödəmişdir. Bu məbləğin 25000 ABŞ dolları Cavabdeh1, 10000 dolları isə müqavilə üzrə icraçı olan cavabdehin atası mərhum Cavabdeh2 ödənilmişdir. Müqavilə üzrə iddiaçı 35000 ABŞ dolları ödəsə də, mənzil ona təhvil verilməmişdir. xx xxxx 2016-cı ildə Cavabdeh2 ölümündən sonra Cavabdeh1 vərəsə olaraq atasından qalan Mənzil Tikinti Kooperativindəki payı miras kimi qəbul etmişdir. Mübahisəli hal iddia müddətinin keçib-keçməməsidir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apelyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanması ilə bağlı qanunvericiliyin tələbinə və iş materiallarına əsasən, düzgün olaraq iddiaçının müqavilə üzrə ona satılmalı olan mənzilin başqa şəxsə satılmasından 2016-cı ilin iyul ayında xəbər tutmasını, 3 illik iddia müddətinin axımının da bu tarixdən hesablanmalı olmasını müəyyən edib. Bundan əlavə, Mülki Məçəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Mülki Məcəllənin 135.1-ci maddəsinə görə pullar və qiymətli kağızlar da əşya hesab olunur. Nəzərə alınsa ki, iddiaçının tələbi mənzilin təhvil verilməsi ilə bağlı müqavilə öhdəliyinin yerinə yetirilməsi barədə deyil, pay haqqı kimi ödənilmiş və mülkiyyət sayılan əmlakının, yəni pul məbləğinin qaytarılması barədədir, Mülki Məcəllənin 135.1 və 384.0.4cü maddələrinin tələblərinə uyğun olaraq hazırki mübahisəyə iddia müddətinin tətbiq oluna bilməməsi barədə apelyasiya instansiyası məhkəməsini gəldiyi nəticə də əsaslı olmuş dur. Buna görə də ödədiyi 35000 ABŞ dollarının geri qaytarılması barədə iddiaçının tələbini apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1 və 386.1-cı maddələrinə uyğun olaraq düzgün olaraq qanuni və əsaslı hesab etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin axımının başlanmasının düzgün müəyyən edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz. Həmçinin Cavabdeh2 və onun hüquqi varisi Cavabdeh1 iddiaçıdan 35000 ABŞ dolları alsalar da, hazıradək öhdəliklərini icra etmədiklərindən iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələb etməsinin də qanuni əsasları olmuşdur. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikməyə görə 17500 ABŞ dolları pul tələb etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhk əməsi xx xxx 2008-cı il tarixdən Cavabdeh2 vəfat etdiyi xx xxxx 2016-ci il tarixədək 8 il 1 ay müddətinə illik 5 faiz hesablanmaqla, cavabdehdən 14145,83 ABŞ dolları pul tutulmasını qət etmiş və gəldiyi nəticəni də Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, apelyasiya instansiyası Mülki Məcəlləsinin 445.7-ci maddəsini də işin müəyyən etdiyi halına uyğun tətbiq etmişdir. Müqavilənin ləğvi tələb üzrə apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 421, 423 və 424-cü maddələri də müqavilə öhdəliklərinin pozulması ilə bağlı işin müəyyən edilmiş hallarına uyğundur. Kassasiya şikayətində istinad edilən digər dəlillər cavabdehin iddiaya etirazının əsasları ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsa slar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)12437/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1948/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1948/2020
08.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver