Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1948/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Ləğv prosesində olan «xxxx» KB ASC Maraqlı şəxs: Maraqlı şəxs1 YYYoğlu Maraqlı şəxs: Əmanətlərin Sığortalanması Fondu Maraqlı şəxs: Yasamal rayon İcra və Probasiya Şöbəsi İddia tələbi: “kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” Açar sözlər: öhdəliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh Ləğv prosesində olan «xxxx» KB ASC-nin vəkili Cabbarlı Rəşad Rafiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)3420/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan sənədlərdən (məhkəmə qərarları və s.) görünür ki, «xxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış 29.03.2005-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 300.000.000 manat (AZM) məbləğində kredit verilmiş, hazırki iş üzrə İddiaçı 29.03.2005-ci il tarixli «İpoteka Müqaviləsi» ilə həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan 000in, 3 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.12.2009-cu il tarixli qətnaməsi ilə «xxxx» Kommersiya Bankının Maraqlı şəxs1 və İddiaçı qarşı «ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması» tələbinə dair iddiası təmin edilərək, cavabdeh Maraqlı şəxs1 53.746 manat məbləğində kredit borcu və 19,80 manat məbləğində dövlət rüsumunun tutulub «xxxx» Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdeh İddiaçı onun ailə üzvləri və digər şəxslərlə birlikdə ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılması, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 03 may 2010-cu il tarixli, 2(103)-1403/2010 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.12.2009-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı onun ailə üzvləri və digər şəxslərlə birlikdə ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2010-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 may 2010cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.06.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası «xxxx» MMC-yə və üçüncü şəxslər «xxxx» Kommersiya Bankı ASCyə və Yasamal Rayon İcra Şöbəsinə qarşı «mənzilin qiymətləndirilməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilinin qiymətləndirilməsi barədə «xxxx» MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» hesabatın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilinin bazar qiymətinin 102.000 manat olduğu əsas götürülməklə Yasamal Rayon Məhkəməsinin 11.12.2009-cu il tarixli, 2(004)-51/2009 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. İşdə olan XXX MMC-nin 01.10.2 018-ci il tarixli, SF-8268 saylı çıxarışından görünür ki, borcalan Maraqlı şəxs1 haqqında tarixçənin açıldığı tarix 29.03.2005-ci il göstərilmiş, sonuncu ödəniş tarixi 28.03.2013-cü il, kreditin ilkin və son müqavilə ilə bitmə tarixləri 04.07.2008-ci il, faizlərin gecikdirildiyi günlərin sayının 1607 gün olması göstərilmiş, nəticədə Maraqlı şəxs1 24.025,65 manat borcu olduğu göstərilmişdir Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh Ləğv prosesində olan «xxxx» KB ASC-yə qarşı «kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh «xxxx» KB ASC ilə X2 arasında bağlanılmış 29.03.2005-ci il tarixli kredit müqaviləsi və «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış 29 m art 2005-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)2707/2019 saylı qətnaməsi ilə (hakim R.N.Qafarova ) iddia təmin olunmamışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-3420/2020 saylı qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və Z.A.Şirinov) İddiaçı cavabdeh Ləğv prosesində olan «xxxx» KB ASC-yə qarşı «kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)2707/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən veril miş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)2707/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegi yası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan «xxxx» KB ASC-nin vəkili Cabbarlı Rəşad Rafiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs1 YYYoğlu, Əmanətlərin Sığortalanması Fondunun və Yasamal rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qər arındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Qanunun 20-ci madd əsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından gör ünür ki, “xxxx” KB ASC ilə fiziki şəxs Maraqlı şəxs1 arasında 29 mart 2005-ci il tarixində kredit müqaviləsi bağlanaraq 60.000 manat kredit götürülmüş, həmin kreditin təminatı kimi İddiaçı İsax oğlu tərəfindən həmin tarixdə ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 22 “A” saylı evin 3 saylı mənzili ipotekaya qoyulmuşdur. Hazırkı iş üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin tərəfləri aşağı faizlə 15 avqust 2005-ci il tarixində digər kredit müqaviləsi bağlayaraq bunu iddiaçıdan gizlətmişlər. Faktiki olaraq 29.03.2005-ci il tarixli ipoteka müqaviləsi hansısa qeyri-qanuni yolla bağlanmış 15 avqust 2005-ci il tarixli kredit müqaviləsinə təminat kimi bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçı 15 avqust 2005-ci i l tarixdə «xxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında kredit müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübutu (həmin müqavilənin surəti və s.) təqdim etməmiş, belə bir müqavilənin mövcudluğunu isə cavabdeh tərəf inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, qeyd etmişdir ki, işdə olan sübutlar (məhkəmə qərarları və s.) «xxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında məhz 29.03.2005-ci il tarixli kredit müqaviləsinin bağlanmasını və İddiaçı tərəfindən həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətdə olan 000in, 3 saylı mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsini təsdiq edir. Göründüyü kimi, əgər həqiqətən 2005-ci ildə yeni kredit müqaviləsi bağlanmışdırsa bu hal 2013-2014-cü i llərdə məhkəmələr tərəfindən 29.03.2005-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə baxılarkən müəyyən oluna bilərdi. Lakin, qanuni qüvvədə olan məhkəmə qərarları ilə Maraqlı şəxs1 29.03.2005-ci il tarixli kredit müqaviləsi öhdəliyinin (kredit borcunun) mövcudluğu təsdiq edilmiş, başqa kredit müqaviləsi (iddiaçının iddia etdiyi 15 avqust 2005-ci il tarixli müqavilə) və ipotekanın başqa müqavilə üzrə yüklü edilməsi və s. bu kimi hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ümumi qaydada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə istinad etmişdir ki, həmin norma da öhdəliyə müxtəlif əsaslarla xitam verilməsini (məsələn, icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəl lədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə) tənzimləmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, öhdəliyə icra ilə bağlı xitam verilməsinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Normada göstərilən digər əsasların mövcudluğu ilə bağlı isə hər hansı əsaslandırma irəli sürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, «xxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış 29.03.2005-ci il tarixli kredit müqaviləsi, həmçinin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə bağlanmış eyni tarixli ipoteka müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qərarları vardır ki, kredit borcu da məhz məhkəmə qərarının icrası qaydasında icra məmuru tərəfindən müvafiq qaydada həyata keçirilir. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, icra zamanı məhkəmə qərarı qanunla müəyyən edilmiş qaydada icra olunduğu təqdirdə (və ya icraata digər əsaslarla xitam verilərsə) bununla bağlı icraata icra məmuru tərəfindən müvafiq qərarla xitam verilir Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci 2(103)-3420/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. il tarixli,
Məhkəmə qərarları › İş №2(102)-1948/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1948/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver