Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1950/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi, alimentin mediasiyaya müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-699/2024 nömrəli iş üzrə 2024-cü il 31 yanvar tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 iyun 2024-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2021-ci il tarixdə Nilüfər və İlayda adlı uşaqları doğulmuşdur.
2. Uşaqlar İddiaçı yanında olmaqla, tərəflər ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan anadan olan xx.xx.2021-ci il təvəllüdlü Nilüfər və İlayda adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi və aliment ödənişlərin in 26 dekabr 2022-ci ildən etibarən həyata keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, uzun müddətdir övladları iddiaçı bir yerdə yaşayır və faktiki olaraq onun himayəsindədirlər. Cavabdehə 26 dekabr 2022-ci il tarixdən eyni tələblə bağlı mediasiya təklifi göndərilmişdir. Cavabdeh artıq 8 aydır ki, uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmir. Buna görə də aliment ödənişlərinin başlanması tarixi iddiaçının mediasiya təklifinin göndərildiyi tarixdən hesablanmalıdır.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75 və 76-cı maddələrinə istinad etmişdir.
6. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz verərək, göstəmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın ın və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmir, lakin alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. 7. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən cavabdeh "X6 Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində “təyyarəçi” işləməklə aylıq vəzifə maaşı 8500 manat təşkil edir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti aliment tutulmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən (müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq cavabdehdən iddiaçının xeyrinə h ər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3636/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü Nilüfər, və İlayda adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 48.33 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. (hakim Nail Abbasov)
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Buna görə də alimentin tutulmasına dair iddia təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin “aliment ödənişlərinin 26 dekabr 2022-ci ildən etibarən həyata keçirilməsi” hissəsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə müra ciət edənədək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərməsi, onun qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” anlamına gəlmir.
12. Birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-ci maddələrinə əsasən mövqeyi belə olmuşdur ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın tələb edilməsi, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi gələcəkdə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliyin tələbinə əməl edilməklə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi kimi qiymətləndirilməlidir. Odur ki, bu hissədə iddia tələbi təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, aliment hesablanarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 100.2, 100.3-cü və Mülki Prosessual Məcəllənin 4.5, 4.6, 124.1, 234.2.1 maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin alimentin 01 avqust 2023-cü il tari xdən, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən etibarən tutulması ilə bağlı gəldiyi nəticə uşaqların üstün mənafeyi və maraqları baxımından tamamilə qanunsuzdur. Belə ki, işin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapan mühüm halı ondan ibarətdir ki, cavabdeh iddiaçının bütün təkliflərinə və gördüyü tədbirlərə baxmayaraq, uşaqların saxlanılmasında iştirak etməkdən yayınmışdır. Bu dövrdə uşaqların müəyyən maddi ehtiyacları meydana çıxmışdır. İddiaçı isə bu ehtiyacların qarşılanmasının təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə heç bir əsasa istinad etmədən, uşaqların maddi və sair ehtiyaclarını nəzərə almadan alimentin tutulduğu tarixlə bağlı ədalətsiz qərar qəbul etmişdir. İddiaçı 26 dekabr 2022-ci il tarixində cavabdehə mediasiya təklifi göndərmiş, bunun ardınca tərəflər arasında mediasiya prosesi tətbiq olunmuşdur. Eyni zamanda, iş üzrə cavabdeh iddiaçıya qarşı nikahın ləğvinə dair iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmasının gedişində, yəni 05 iyul 2023-cü il tarixində iddiaçı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya qarşı nikahın pozulması tələbi üzrə ailə mübahisəsinə baxan zaman məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olunmasa idi belə, hər bir halda məhkəmə uşaqların hansı valideynin yanında qalması və aliment tutulması məsələsinə baxmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən uşaqların öz himayəsində saxlanılması, cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmasına dair tələblə məhkəməyə ərizə verilmişdir. Ərizədən əlavə, iddiaçı məhkəməyə uşaqların onun himayəsində saxlanılması, cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmasına dair qarşılıqlı iddia tələbi də irəli sürmüşdür. Lakin həmin iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmədiyi üçün məhkəmə tərəfindən qəbul edilməmiş və geri qaytarılmışdır. Qarşılıqlı iddia tələbinin geri qaytarılması ilə bağlı qərardad iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, 26 dekabr 2022-ci il tarixində cavabdehə aliment tələbi ilə bağlı iddiaçı tərəfindən mediasiya təklifi göndərilmiş, bununla da ondan alimentin tutulması ilə bağlı tədbirlər görülməyə başlamışdır. Eyni zamanda tədbirlər davam etdirilmiş və cavabdehlə iddiaçı arasında nikahın ləğvinə dair məhkəmə mübahisəsi başladığına görə, bu tədbirlər məhkəmə müstəvisində davam etdirilmişdir. İddiaçının nümayəndəsi məhkəmədə bununla bağlı ərizə, hətta qarşılıqlı iddia tələbi də vermişdir. Lakin onun qarşılıqlı iddia tələbi geri qaytarılmışdır. Bundan sonra isə cavabdeh nikahın ləğvinə dair iddia ərizəsini geri götürmüşdür. Bu baxımdan aliment tələbinə də baxılmamışdır. Həmin iddia ərizəsi geri götürüldükdən sonra artıq iddiaçı özü müstəqil aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 26 dekabr 2022-ci il tarixindən başlayaraq, iddiaçı cavabdehdən aliment tələb edilməsi ilə bağlı tədbirlər görməyə başlamışdır. Hazırda mövcud olan məhkəmə təcrübəsində alimentin məhz ilkin məcburi mediasiya sessiyası ilə bağlı təklif göndərildiyi andan tutulması halı təşək kül tapmışdır. Məhkəməyə bu halla bağlı məhkəmə qərarı təqdim etmişlər. Buna baxmayaraq, məhkəmə, məhkəmə təcrübəsinin vahidliyinə əməl etməmişdir.
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdeh nikahın pozulmasına dair mediasiya təklifini xx.xx.2022-ci il tarixdə vermişdir. Qarşı tərəf mediasiya prosesində iştirak etməmişdir və cavabdeh məhkəməyə müraciət etmişdir. Hətta məhkəmə prosessinin gedişində işə sədrlik edən hakim iddiaçıya telefonla zəng etmiş və onun nikahın pozulmasına dair fikrink öyrənmək istədikdə qarşı tərəf buna razı olmadığını bildirmişdir. Bu vaxta qədər heç bir müraciət edilməmiş, yalnız 25 iyun 2023-cü il tarixində qarşı tərəfin vəkili alimentlə əlaqədar ərizə təqdim etmişdir. Məhkəməyə bank hesablarından çıxarışlar təqdim ol unmuşdur, onlardan da göründüyü kimi cavabdeh evin kommunal xərclərini qarşılamış, ev əşyaları ilə bağlı kredit borclarını belə ödəmiş, iddiaçının kartına mütəmadi olaraq müəyyən miqdarda məbləğlər köçürmüşdür. Qarşı tərəf 26 dekabr 2022-ci il tarixində mediasiya barədə təklif göndərsə də, həmin təklif cavabdehə çatdırılmamış, şəxsin belə bir təklifdən xəbəri olmamışdır. Həmin təklifin cavabdehə çatdırılmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh nikahın pozulması barədə verdiyi iddia ərizəsini ailəsinin dağılmaması üçün xx.xx.2023-cü il tarixdə geri götürmüş və qarşı tərəf də buna etiraz etməmişdir. Lakin iddiaçı sonradan xx.xx.2023-cü il tarixində yenidən mediasiya barədə təklif göndərmiş, cavabdeh tərəf də aliment ödəməyə razı olduğunu bildirmişdir.
18. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-699/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə–alimentin tutulma tarixinin müəyyən olunması hissəsində dəyişdirilmiş, xx.xx.2021-ci il təvəllüdlü İlayda və Nilüfərin yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulmasının xx.xx.2023cü il tarixindən hesablanması, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək alimentin tutulma tarixinin başlanğıcının müəyy ənləşdirilməsində düzgün qənaətə gəlməmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə aliment xx.xx.2023-cü il tarixdən, yəni iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə keçirilmiş mediasiya sessiyası ilə bağlı tərəflərə bildirişin göndərildiyi tarixdən hesablanmalıdır. Belə ki, iddia tələbi və apellyasiya şikayətinə əsasən iddiaçı tələb etdiyi alimentin 26 dekabr 2022-ci ildən etibarən cavabdehdən tutulmasını xahiş edir və tələbini həmin hissədə belə əsaslandırır ki, iddiaçı cavabdehlə hazırki mübahisəsinin mediasiya çərçivəsində həll edilməsi ilə bağlı cavabdehə 26 dekabr 2022-ci il tarixində mediasiya təklifi göndərmişdir. Bununla da cavabdehin artıq həmin vaxtdan uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyini məlum ol muşdur.
21. Apellyasiya instansiya məhkəməsi alimentin 26 dekabr 2022-ci ildən etibarən tutulması ilə bağlı hissəyə qiymət verilməsi üçün Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə, o cümlədən “Mediasiya haqqında” Qanunun müvafiq müddəalarına istinadən qeyd etmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixdə uşaqların ana ilə qalmaları, əmlak bölgüsü və aliment tələbi ilə bağlı qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi üçün cavabdehə bununla bağlı təklif göndərmişdir. Lakin iş materiallarında olan poçt qəbzindən görünür ki, həmin təklif xx.xx.2023-cü il tarixində ünvana aparılsa da, “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu da o deməkdir ki, cavabdehin iddiaçı tərəfindən alimentin təyin edilməsi ilə bağlı tək lifindən cavabdehin məlumatı olmamışdır. 22. “Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən göndərilən təklifə 10 gün ərzində cavab gəlməzsə, artıq şəxs prosedurun davam etdirilməsi ilə bağlı növbəti addımları atmalı, yəni mediasiya prosesinin keçirilməsi üçün müəyyən etdiyi mediatora və ya mediasiya təşkilatına müraciət etməli idi. İş materiallarında iddiaçının növbəti prosesləri həyata keçirməsi, sessiyanın keçirilməsi üçün müvafiq şəxsə və ya təşkilata müraciət etməsi, yəni dolayısı ilə cavabdehdən alimentin ödənilməsini tələb etməsinə davam etməsi ilə bağlı hər hansı sənəd görünmür. Bu halda artıq proseslərin davam etdiriləcəyi halda cavabdeh tərəfindən alimentin ödənilməsini təmin edilib-edilməyəcəyini bilmək qeyrimümkündür.
23. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, yuxarıda göstərilən halları cavabdehin “alimenti verməkdən boyun qaçırması” kimi qiymətləndirmək və alimentin tutulması vaxtını məhz təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən qiymətləndirmək qanuni və əsaslı olmazdı.
24. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı tərəflər daha öncə hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair Binəqədi Rayon Məhkəməsinin icraatında iddia ərizəsinin olduğunu və iddianın baxılmamış saxlanıldığını bildirmiş, həmin prosesin gedişatında alimentin tutulması ilə bağlı hazırki işin həlli üçün mühüm məqamların olduğunu qeyd etmişlər.
25. Apellyasiya instansiya məhkəməsi həmin iş materiallarına baxış keçirmək üçün Binəqədi Rayon Məhkəməsindən cavab dehin iddiaçıya qarşı nikahın pozulmasına dair iddia tələbi ilə bağlı e-2(001)-1798/2023 saylı məhkəmə işini tələb etmiş, həmin iş materiallarına baxış keçirərək müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə əsasən ilk öncə xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə iddiaçıya mediasiya prosesi barədə təkliflə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə 11 saylı Mediasiya təşkilatı tərəfindən iddiaçı və cavabdehə sessiyanın keçirilmə tarixi və yeri barədə bildirişlər göndərilmiş və həmin tarixdə də tərəflər bildirişləri qəbul etmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçının ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış tərtib olunmuşdur.
26. Bundan sonra cavabdeh nikahın pozulması tələbi ilə mə hkəməyə müraciət etmiş, həmin məhkəmə prosesi zamanı iddiaçı tərəfindən də alimentin təyin olunmasına dair qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1798/2023 saylı qərardadı ilə sonuncunun qarşılıqlı iddia ərizəsi onun verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. İş materiallarından həmin qərardaddan hansısa şikayətin verilməsi aşkar olunmamışdır. Daha sonra həmin iş üzrə iddiaçı olan hazırki cavabdeh iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılması barədə məhkəməyə müraciət etmiş, məhkəmə prosesində cavabdehin (hazırki iddiaçının) iddianın baxılmamış saxlanılmasına dair münasibəti öyrənilmiş, cavabdehin nümayəndəsi və vəkili etiraz etmə yərək işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Sözügedən qərardaddan da iş materiallarına əsasən hansısa şikayətin verilməsi aşkar olunmamışdır.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı aliment tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət etsə də, onun ərizəsi geri qaytarılmış, sonuncu tərəfindən bu geri qaytarılma mübahisələndirilməmişdir. Buna görə də hazırki iş üzrə cavabdehin yenə də həmin qarşılıqlı iddia ərizəsinə və dolayısı ilə aliment tələbinə münasibət bildirməsi üçün imkanı olmamışdır. Bu zaman yenə də cavabdehin öz aliment öhdəliklərindən qeyd edilən mərhələdə boyun qaçırdığını demək üçün hər hansı hüquqi əsas mövcud deyildir.
28. İddiaçı qanunvericiliyin tələblərinə görə tərəflər arasında nikah pozularkən onsu z da alimentin ödənilməsi məsələsinə məhkəmənin qiymət verəcəyindən aliment tələbi ilə bağlı mediasiyaya etdiyi müraciətdən sonra növbəti hərəkətlərin edilməsinə və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə aktını mübahisələndirməsinə lüzum görməməsini qeyd etsə də, nikahın pozulmasına dair məhkəmə işi baxılmamış saxlanılarkən də buna etiraz etməmiş, o cümlədən bu qərarı mübahisələndirməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının alimentin tutulması ilə bağlı mövqeyi və istəyi qəti olmamışdır və bunun hadisələrin təbii təzahürü olaraq cavabdehin alimentin ödənilməsinə mənfi və ya müsbət mənada münasibət bildirməsinə imkanı olmamışdır. Buna görə də alimentin tutulmasının başlanma tarixi kimi yuxarıda qeyd olunan tarixlər də əsas götürülə bilməz.
29. Apellyasiy a instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı bundan sonra yalnız 2023-cü ilin iyun ayında aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək niyyətində olmuş və mediasiya prosesində iştirakı təmin edilmişdir. İş materiallarında olan, 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflərə mediasiyanın keçiriləcəyi yer və vaxt barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, arayışın müvafiq xanasında bildirişlərin çatdırılmamasına dair hansısa qeyd mövcud olmamışdır. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, tərəflər arasında barışıq əldə olunmadığından bu barədə arayış təqdim olunmuşdur. Göründüyü kimi cavabdehə artıq xx.xx.2023-cü il tar ixdə iddiaçının aliment tələbi ilə bağlı niyyəti məlum olmuş, lakin mediasiya sessiyasında və ondan sonrakı məhkəmə proseslərində tələbin qəbul edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etməsi səbəbindən alimentin tutulmasının həmin tarixdən başlanmalı olduğunu qeyd etsə də, məhkəmədən öncə artıq mediasiya prosesi barədə bildiriş göndərilməsini iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirməmiş və bununla da yanlış nəticəyə gəlmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə mə hkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prosedur olmuş və prosedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir. Bu fakt onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda xx.xx.2023-cü il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsini 100.2, 100.3-cü, Mülki Prosessual Məcəllənin 4.6, 14.2, 77.1-ci və “Mediasiya haqqında” Qanunun 3.2, 21.5, 21.6 və 21.8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianını tam təmin edilməsini xahiş etmişdir.
33. Şikayət apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdeh məhkəmədəki çıxışında məhkəməyə müraciət etdikləri andan birgə yaşamadıqlarını söyləmişdir. Məhkəmə Ailə Məcəlləsinin 100.3-cü bəndində göstərilən “tədbirlər görülməsi” anlayışını hazırki işə tətbiq etməmişdir. Apellyasiya məhkəməsi alimentin 24 iyul 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdən, yəni iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə keçirilmiş mediasiya sessiyas ı ilə bağlı tərəflərə bildirişin göndərildiyi tarixdən tutulması ilə bağlı gəldiyi nəticə uşaqların üstün mənafeyi və maraqları baxımından tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.. Maddə 100.3 Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilə r. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan redaksiyası). Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barə də yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndə rən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. M addə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2031-ci bəndlərində əks edilən hüquqi qiymətləndirməsi və tətbiq etdiyi normaları işin müəyyən edilmiş hallarına uyğun hesab edir və bu qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq əsassız sayır. Belə ki, bu dəlillər həm iddianın, həm də apellyasiya şikayətinin dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi alimentin tutulma vaxtının əvvəlini müəyyən etmişdir.
42. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, dü zgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-699/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.