Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1952/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin işçisinin mülki hüquq pozuntusu nəticəsində vurduğu mənəvi zərərin ödənilməsi, ailə üzvlərinin mənəvi zərərə görə kompensasiya almaq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(103)1158/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçının övladları 19 iyul 2006-ci il təvəllüdlü X10 və 28 iyul 2007-ci il təvəllüdlü X8 28 mart 2010-cu ildə ölmüş, ölüm səbəbi dəm qazı ilə zəhərlənmə qeyd olunmuşdur.
2. Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 1(051)6/2011 nörməli, xx.xx.2011-ci il tarixli hökmə əsasən cavabdehin işçiləri X11 Azərbaycan Respublikası CMnin 124.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətləri n məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmış, Azərbaycan Respublikası CM-nin 68.1.3-cii maddəsinə əsasən cəzaların toplanması zamanı islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, yəni 2 il müddətinə islah işləri 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Möhübbət Yusibova təyin edilmiş cəzaları qismən toplama yolu ilə onun üzərində qəti olaraq, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Möhübbət Yusibovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzər inə vəzifə kimi qoyulmuş, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmiş, X19 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Vüsal Abdullayevin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il sınaq müddəti müəyyən olunmaqla, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulmuş, Sınaq müddəti ərzində məhkumların davranışı üzərində nəzarəti həyata keçirmək Mingəçevir şəhər İcra bölməsinə tapşırılmışdır.
3. İddiaçının arvad ı X12 oxşar iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarxili qərarı ilə qismən təmin edilmiş, Cavabdehndən iddiaçı X12 xeyrinə 50.000 manat mənəvi ziyan tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 70.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 300 manat dövlət rüsumunun tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbləri onunla əsaslandırılmışdır ki, X1 şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində nəzarətçi-çilingər işlədiyi zaman Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 14 nömrəli evin 43-cü mənzilində yerləşən hamam otağında qur aşdırılmış PQ-4 tipli su qızdıran qaz plitəsinə tüstü bacalarının birləşdirilinəsinin mümkün olub-olmamasını müəyyən etmək üçün tüstü bacalarında sormanın normallığını, tutulmanın olubolmamasını, bacaların su qızdırıcısının kipliyini yoxlamayaraq, qaz cihazını tüstü bacasına birləşdirici borunun vertikal hissəsinin uzunluğu, yəni qaz cihazının tüstü aparıcı qol borusunun aşağı hissəsindən borunun horizontal hissəsinin oxuna qədər məsafənin 0,5 metrdən az olmasına, su qızdırıcısının qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqlarının söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməməsinə nəzarət etməyərək, “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərini pozmuş, aşkar olunan qüsurlar barədə akt tərtib etməyərək, evə daxil olan qaz xəttində qaz təminatını dayandırmaq barədə “Yaşayış və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılmasi üzrə Təlimat”ın və “Mingəçevir Qİİ-nin evdaxili qaz kəmərlərinə qaz cihazlarına xidmət üzrə sahələrin nəzarətçisinin vəzifə Təlimatı”nın 2.1 və 2.2-ci bəndlərinin tələblərini pozmuş, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli oldugu və ya görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq göstərməklə onları görməmiş, nəticədə 28 mart 2010-cu il tarixdə Mingcevir şəhəri, Vaqif kuçəsi 14 saylıevin, 43-cü rnənzilində, vanna otağında, qızı 19 iyul 2006-cı ildə anadan olmuş X10 və oğlu 28 iyul 2007-ci ildə anadan olmuş X8 dəm qazından zəhərlənərək ölmüşlər. Bundan başqa o, Mingəçevir şəhər Qaz İstismar sahəsinin rəis müavini “Ədilov” və kommersiya şöbəsinin rəisi “Abdulrəhmanov” tərəfindən təsdiq edilmiş, Cavabdeh Regionlar üzrə qaz istismarı idarəsi Mingəçevir şəhər Qaz İstismar sahəsinin ştampı vurulmuş, üz qabığının alt səhifəsində “Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydaları” yazılmış, 80 səhifədən ibarət, nömrələnmiş, üzərində “Yusibov Möhübbət”, içərisində abonentin adı, soyadı”, qaz cihazlarının adları, abonentin imzası, nəzarətçinin imzası, il və tarix yazılmaqla sütunlara bölünmüş, rəsmi sənəd olan “Abonentlərin qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə təlimatin keçirilməsi jurnalı”nın 42-ci səhifəsinin 42-ci qrafasında abonentin imzası cərgəsində X15 imzasını 29 yanvar 2010-cu il tarixdə başqa şəxslərə etdirməklə, yəni qaz cih azlarından təhlükəsiz istifadə qaydaları üzrə təlimatın keçirilməsi jurnalına şəxsi niyyətlərlə bilə-bilə yalan məlumatlar daxil etməklə, vəzifə saxtakarlığı etmişdir. X28 oglu Mingəçevir şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində xidmət rəisi (sahə rəisi) vəzifəsində işlədiyi zaman “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.19-cu bəndinə uygun olaraq, özünün tabeçiliyində olan nəzarətçi-çilingərin buraxdığı səhvlərə görə də məsuliyyət daşımaqla, Mingəçevir Qİİ-nin rəisi tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş “Mingəçevir Qİİ-nin sahə rəisinin vəzifə təlimatı”na uygun olaraq sahə çilingərlərinə tapşırıqlar verib, onun yerinə yetirilməsinə nəzarət etməli oldugu halda, tabeçiliyində olan Mingəçevir şəhər QİS-də 5 saylı sahənin nəzarətçisi vəzifəsində işləyən X5 fəaliyyətini y erində yoxlamamiş, sahə çilingərlərinə tapşırıq verib, onun yerinə yetirilməsinə nəzarət etməmiş, “Mingəçevir Qİİ-nin sahə rəisinin vəzifə təlimatı”nın tələblərini pozmuş, işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, nəticədə Mingəçevir şəhər M.P.Vaqif küçəsi 14 saylı evin 43-cü mənzilində, vanna otağında, qızı 19 iyul 2006-ci il təvəllüdlü X10 və oğlu 28 iyul 2007-ci il təvəllüdlü X8 28 mart 2010-cu ildə dəm qazından zəhərlənərək ölmüşlər. Hadisə ilə əlaqədar cinayət işi başlanmış, Cavabdeh X7 şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində nəzarətçiçilingər vəzifəsində işləyən X11 və Mingəçevir şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində xidmət rəisi (sahə rəisi) vəzifəsində işləyən X28 oglu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124. 2, 313, 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-6/2011 nömrəli, 27 yanvar 2011-ci il tarixli hökmü ilə onlara cəza təyin edilmişdir. Cavabdehin əməkdaşlarının təqsiri ucbatından 2 övladından məhrum olmuş, onların həyatına faciəvi şəkildə son qoyulmuşdur. Bu hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(011)6247/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, Cavabdehndən 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzini alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edi lmişdir. (hakim Sahibə Hacıyeva)
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iki azyaşlı övladının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İddiaçının ən yaxın ailə üzvü hesab edilən iki azyaşlı övladının ölümü nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı övladlarının ölümü ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçının öz iki azyaşlı övladını itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir.
8. Məhkəmə hesab etmişdir ki, övladlarının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladlarının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı; Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, iddia ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh İB tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq Cavabdeh İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nın Mingəçevir şəhər QİS əməkdaşları cinayət məsuliyyətinə cəlb edilərək barələrində CM-in 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdirlər. 1(051)-6/2011 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə də id diaçı tərəf olan Hacıyev X2 Şəhər Məhkəməsində vermiş olduğu izahatının sonunda bildirmişdir ki, hadisə qəsdən törədilmədiyindən, ehtiyatsızlıq nəticəsində baş verdiyindən təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Xətai Rayon Məhkəməsi ehtiyatsızlıqdan baş vermiş hadisə ilə əlaqədar başlanmış cinayət işinin məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh İB-yə və onun işçilərinə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçının arvadı X20 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə əvvəllər ayrıca olaraq məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən iddiaçının arvadı X16 CavabdehİB tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 50000 manat müəyyən edilmişdir. Xətai Rayon Məhk əməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının arvadı X12 mənəvi zərərə görə Cavabdeh İB-dən 50000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır. 2010-cu il tarixində Mingəçevir şəhərində iddiaçının ailəsində baş vermiş dəm qazından boğulub ölmə hadisəsindən 13 il müddət keçmişdir. İddiaçının ailəsində baş vermiş həmin hadisədən 13 il müddətin keçməsi və ötən 13 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi belə qənaətə gəlməyə əsas vermişdir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsieyni deyil və eyni də qala bilməzdi. Nəzərə almaq da lazımdırki, iddiaçının arvadı əvvəllər ayrıca olaraq məhkəməyə müraciət edərək Cavabdeh İB-dən mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul əvəzi almışdır. Konstitusiya Məhkəməsi Plenum qərarının formalaşmış mövqeyinə görə, iddiaçının da arvadı ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. Ölən uşaqların anası (iddiaçının arvadı) bu hadisədə hər kəsdən daha artıq mənəvi sarsıntı və əzab keçirmişdir, bu əzabı ondan da artıq heç kim keçirə bilməzdir. Ən azından ona görə ki, ölüm hadisəsi məhz ananın yanında baş vermişdir. Bunu nəzərə alaraq hazırki durumda İddiaçı alacağı təzminat məbləğinin həcmi arvadının almış olduğu təzminat məbləğinin həcmindən az ola bilər. İddiaçı arvadının almış olduğu məbləğdən az təzminat alacaq olması da qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı arvadı ilə müqayisədə daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. İddiaçı tərəfin arvadı ilə birgə eyni məblə ğdə alacağı mənəvi zərər əvəzi həmin ailəni həddən artıq zənginləşdirə və cavabdeh tərəfin iqtisadi və maddi vəziyyətini də pisləşdirə bilər ki, məhkəmə bunu nəzərə almamışdır. İddiaçının övladlarının ölümü ilə əlaqədar həmin ailənin hər iki üzvünə də mənəvi zərərin əvəzinə görə məhkəmə tərəfindən müəyyənləşdirilən 50000 manat məbləğində kompensasiya məbləği sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından da ağlabatan hesab olunmur
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(103)-1158/2024 nömrəli qətnaməsi ilə Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(011)6247/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər-X13 (sədrlik edən və məruzəçi), X23 və X9)
13. Məhkəmə kollegiya hesab etmişdir ki, mənəvi zərərin yüksək olması, illər öncə baş vermiş hadisədən sonrakı dövrün mənəvi sarsıntıların çoxalmasına xidmət etməməsi, cinayət təqibi üzrə iddiaçının şikayətinin olmaması və ölən uşaqların anasından fərqli olaraq iddiaçının biləvasitə hadisədə zərər çəkmədiyi və sair bu kimi dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bir valideyn üçün müəyyən edilmiş mənəvi zərərə görə kompensasiya verilməsindən fərqli məbləğ müəyyən edilməsi üçün əsas ola bilməz. Bundan əlavə valideynlərin hər biri uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə cavabdehlik daşıdığı məsələ üzrə cavabdehin cinayət prosesi zamanı (və ondan sonra) davranışını və iddiaçının cinayət təqibi üzrə şikay ətinin olmadığını, habelə onun qətnamədən şikayət vermədiyini nəzərə alaraq, məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23, 1096-1098, 1114-1115, 1159-cu maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, "İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya"nın 41; Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 12.2, 181.2.4, Mülki Prosessual Məcəl lənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini «iddiaçının 2 azyaşlı övladının, yəni ki - xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməsi» hissəsində dəyişdirilməsi, iddiaçı tərəfin iki azyaşlı həmin övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 20.000(iyirmi min) manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməsi barədə yeni Qərar qəbul edilməsini xahiş etmişdir
16. Kassas iya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin eyni həcmdə təmin edilməsi Cavabdeh İB-nın mənafeyi baxımından ədalətli mövqe deyildir və Cavabdeh İB-nın üzərinə təkrar qaydada həddindən artıq yüksək məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyinin qoyulması ilə nəticələnmişdir.
17. Kassator öz mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı (vəkili İddiaçı) kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(103)1158/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ poz ulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə so sial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
21. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: -Qanunvericiliyin, «İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 2-ci bənd. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəala rı nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı:
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin y axınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qəra r qəbul edə bilər.
29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mənəvi zərərin məbləği hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi ziyanla bağlı hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
34. Məhkəmə kollegiyası hazırki işdə kassasiya şikayətinin dəlilləri əsasında vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir.
35. Yuxarıda qeyd olunan (Ali Məhkəmənin Plenumunun) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztira blara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
36. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir.
37. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
38. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn, ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna ödəniləcək mənəvi təzminatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər.
39. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.
40. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq e yni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”).
41. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai- təhlükəli nəticəni görür, arzu edir(daha təhlükəli əməl).
42. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi ziyana görə 70.000 manat pul tələb etmiş, məhkəmələr isə 50.000 manat həddində mənəvi zərər müəyyən etmişdirlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı övladlarının xx.xx.2010-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərər iddiası ilə xx.xx.2023-cü ildə, yəni 13 ildən sonra məhkəməyə iddia vermişdir. Həmçinin işdən görünür ki, iddiaçının arvadının iddiası ilə övladlarının ölümü ilə əlaqədar vurulmuş mənəvi ziyana görə 50.000 manat cavabdehdən tutulmuşdur.
44. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarların təqsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, eyni ailənin üzvü olan şəxsə artıq 50.000 manat mənəvi zərərin ödənilməsi, həmçinin baş vermiş hadisəsi 13 ildən artıq vaxt keçməsi iddiaçıya ata kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməli, iddiaçıya ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdeh kassasiya şikayətində 20.000 manat məbləğində mənəvi zərər ödəməyə razı olduğundan və məhkəmə kasasiyanın hədləri ilə bağlı olduğundan, cavabdehdən iddiaçıının xeyrinə 20.000 manat mənəvi zərər tutulmalı, kassasiya şikayəti təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(103)-1158/2024 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilərək, Cavabdeh İB-dən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 150 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.