Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1955/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 46 saylı notariat kontoru 3-cü şəxs qismində cəlb edilməklə), Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1955/21 (Açar sözlər:ilkin müqavilənin bağlanması, sübutetmə yükü) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6232/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilə dair 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 81669000 (səksən bir min altı yüz altmış doqquz) manat (54446 (əlli dörd min dörd yüz qırx altı) ABŞ dolları ekvivalentində) məbləğində puldan 45000 (qırx beş min) manatını (30000 (otuz min) ABŞ dolları ekvivale ntində) "ikinci tərəf" bu müqavilənin qüvvəyə mindiyi tarixdə «Birinci tərəf»ə notariusun depozit hesabı vasitəsilə ödəyir və yerdə qalan 36669 (otuz altı min altı yüz altmış doqquz) manatını (24446 (iyirmi dörd min dörd yüz qırx altı) ABŞ dolları ekvivalentində) hissə hissə ödəməyi öhdəsinə götürür. Əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır. İddiaçı müqavilə obyekti ilə gələcəkdə yarana bilən bütün iddialarla bağlı maddi məsuliyyət daşıyır. İddiaçı ilkin müqavilə bağlandıqdan sonra əmlakla əlaqədar bütün iddialardan imtina etməli, həmin əmlakı Cavabdeh sahibliyinə və istifadəsinə verməlidir. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasınd a həll edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş 1, 44 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2890 nömrəli reyestr kitabının 269687 nömrəli vərəqində 11.07.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "Kristal Abşeron” MTK-nın Bayıl filialının dorektoru N.Əliyev tərəfindən istintaqa təqdim edilməsi üçün tərtib edilmiş arayışa əsasən, İddiaçı MTK-dan almış olduğu 2-ci bina, 44 nömrəli mənzilə dair 13.11.2015-ci il tarixdə ilkin ödə niş olmaqla 6000,00 manat, 07.12.2015-ci il tarixdə aylıq ödəniş olmaqla 2843,00 manat, 20.05.2015-ci il tarixdə aylıq ödəniş olmaqla 28402,40 manat, 20.05.2015-ci il tarixdə cərimə ödənişi olmaqla 500 manat, 16.12.2016-cı il tarixdə cərimə ödənişi olmaqla 771 manat, 16.12.2016-cı il tarixdə aylıq ödəniş olmaqla 16753,40 manat, 09.06.2017-ci il tarixdə aylıq ödəniş olmaqla 24681,90 manat, 14.03.2018-ci il tarixdə aylıq ödəniş olmaqla 5100,00 manat, 19.03.2018-ci il tarixdə cərimə ödənişi olmaqla 1700,00 manat, cəmi 86751,70 manat (o cümlədən 83780,70 manat əsas borc ödənişi və 2971,00 cərimə ödənişi) məbləğində ödəniş edilmişdir. "Kristal Abşeron” MTK-nın Bayıl filialının dorektoru N.Əliyev tərəfindən tərtib edilmiş 24.06.2019-cu il tarixli arayışa əsasən İddiaçı MTK-dan almış olduğu 2-c i bina, 44 nömrəli mənzilə dair 13.11.2015-ci il tarixdə 6000 manat, 07.12.2015-ci il tarixdə 2843 manat, 20.05.2015-ci il tarixdə 28402,40 manat, 20.05.2015-ci il tarixdə 500 manat, 16.12.2016-cı il tarixdə 771 manat, 16.12.2016-cı il tarixdə 16753,40 manat, 09.06.2017-ci il tarixdə 24681,90 manat, cəmi 79951,70 manat məbləğində ödənişləri etmişdir. 20 may 2016-cı il tarixli, 273284 saylı kassa mədaxil orderi və 16 dekabr 2016-cı il tarixli, 273502 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 500,00 və 771,57 manat məbləğində cərimə ödənişi, 09 iyun 2017-ci il tarixli, 050608 saylı kassa mədaxil orderinin qəbzinə əsasən, 24681,90 manat, 14 mart 2018-ci il tarixli, 097719 saylı kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı tərəfindən "Kristal Abş eron” MTK-nın hesabına 5100,00 manat məbləğində ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilə dair bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və onun tərəfindən cavabdehə 45000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə ilkin olaraq 45000 manatı iddiaçıya ödəsə də, qalan məbləği hal-hazıra kimi ödəməmişdir. İddiaçı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh pulu ödəməkdən im tina etmiş və məktub yazaraq guya rəsmi olmayaraq ona və başqa şəxslərə ödədiyini bildirmişdir. 11.07.2018-ci tarixdən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestrindən” adına “Reyestrdən çıxarış” almağına və ilkin müqavilənin bağlanmasından 2 il 9 ay keçməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmir. Bu halda ilkin müqavilə ləğv olunmalı və tərəflər əvvəlki vəziyyətinə qayıtmalıdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək son nəticədə, iddiaçıya məxsus mənzilə dair aralarında bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsinin” şərtlərinə əsasən “Əsas alqı-satqı müqavilənin” onların ara sında bağlanması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur və buna görə də rədd edilməklə iş üzrə qarşılıqlı iddianın təmin edilməsi barəsində qətnamə qəbul edilməlidir. İddiaçı ilə 20.05.2016-cı il tarixdə aralarında bağlanmış “İlkin alqı-satqı müqaviləsinə” əsasən iddiaçının mübahisəli mənzili cavabdehə satması barədə razılıq əldə etmişlər. Mənzilin satış dəyəri 54446 ABŞ dolları və ya 81669 AZN məbləğində müəyyən edilmiş və müqavilə qanunla müəyyən edilmiş qaydada Notariat Kontorunda təsdiq edilmişdir. “İlkin alqı-satqı müqaviləsinin” şərtlərinə uyğun olaraq həmin tarixdə müqavilə öhdəliyinin 30000 ABŞ dolları məbləğində yarıdan çox olan bir hissəs i cavabdeh tərəfindən nağd şəkildə notariusun depozit hesabına ödənilmiş, qalan hissə isə iki dəfəyə tam olaraq - birinci dəfə 2017-ci ilin əvvəllərində 10000 ABŞ dolları məbləğində cavabdeh tərəfindən həyat yoldaşı Nümayəndə iştirakı ilə iddiaçının özünə şəxsən verilmiş, 14500 ABŞ dolları məbləğində qalan hissəsi isə yenə də 2017-ci ilin yayında qohumu X2 vasitəsi ilə iddiaçının adından MTK-nın Bayıl filialında mühasibata təhvil verilərək, bu barədə müvafiq qəbz alınmışdır. Hansı ki, həmin qəbzin əsli hal-hazırda da ondadır. Beləliklə, müqavilə öhdəlikləri cavabdeh tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Lakin onun şəxsən iddiaçıya vermiş olduğu 10000 ABŞ dolları məbləğində pul vaxtında MTK-ya ödənilmədiyi üçün müxtəlif vaxtlarda iki dəfə - bir dəfə 5100 manat, ikinci dəf ə 1700 manat məbləğində cərimə hesablanmışdır ki, həmin cərimələr də cavabdeh tərəfindən, yenə də iddiaçının adından MTK-nın hesabına ödənilmişdir. Cərimələrlə bağlı ödəniş qəbzlərindən birinin - 5100 manata aid olan qəbzin əsli ondadır, digəri barədə isə MTKnın mühasibat jurnalında müvafiq qeydiyyat aparılmışdır. Bütün bunlardan sonra, MTK-da olarkən hətta iddiaçının özü cavabdehə demişdir ki, “mənzilin dəyərini və cərimələri ödəyib qurtarmısınız, xeyirli olsun, bir qalır mənzili öz adınıza keçirməyə, o da bina təhvil verildikdən sonra mümkün olacaqdır”. Həqiqətən, cavabdeh, özü də maraqlanaraq öyrənmişdir ki, mənzilin alğı-satqısını notariat orqanında rəsmiləşdirmək üçün binanın tikintisi başa çatdırılaraq, yaşayış üçün təhvil verilməlidir. Həmin vaxtdan bir müddət keçdikdən sonra cava bdehə məlum oldu ki, bina yaşayış üçün təhvil verilmişdir və mənzilin alqısatqısını başa çatdırmaq olar. Odur ki, bu məqsədlə iddiaçıya müraciət etdikdə, onun heç bir səbəb olmadan mənzilin alqı-satqısının rəsmiləşdirilməsini başa çatdırmaqdan yayınmaq istədiyi məlum olmuşdur. Buna görə də aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinin şərtlərinə əməl edilməsi barədə poçt vasitəsilə müxtəlif vaxtlarda iddiaçıya iki dəfə məktub göndərməli olmuş və bütün bunlardan sonra onunla görüşdükdə, iddiaçının mənzillərin bazar qiymətinin bahalaşmasına istinad edərək, cavabdehdən müxtəlif bəhanələr, o cümlədən “halallıq” adı ilə əlavə haqq almaq fikrinə düşdüyü məlum olmuşdur. Bu da aralarında bağlanmış ilkin müqavilə şərtlərindən onun imtina etməsini göstərirdi və sözsüz ki, qəbul edilə bilməzdi. Halbuki, 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsinin” 2.2-ci bəndinə əsasən alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması, onların aralarında yenidən hesablaşmaya səbəb ola bilməzdi. Bundan əlavə, həmin müqavilənin 2.5, 3.1 və 3.3-cü bəndlərinə əsasən satıcı müqavilə obyekti ilə gələcəkdə yarana bilən bütün iddialarla bağlı maddi məsuliyyət daşıyır və müqavilə bağlandıqdan sonra sözügedən əmlakla bağlı bütün iddialardan imtina etməli, həmin əmlakın alıcının sahibliyinə və istifadəsinə verməlidir, həmçinin ilkin müqavilə bağlandığı və notarial qaydada təsdiq edildiyi andan, sözügedən əmlak alıcının sahibliyinə və istifadəsinə keçir, əmlak barəsində sərəncam vermək hüququ isə əsas müqavilə imzalandığı andan ikinci tərəfə keçir. İddiaçı hal-hazırda özünü n məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində əsassız olaraq iddia edir ki, “İlkin alqı-satqı müqaviləsində” göstərilən 30000 ABŞ dollarından əlavə, mənzilin qalan dəyəri cavabdeh tərəfindən MTK-nın hesabına ödənilməmiş və onun tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Görünür, iddiaçı ona poçt vasitəsilə etdiyi rəsmi xəbərdarlıqları belə öz adına çıxarır və ona nə vaxt, hansı qaydada xəbərdarlıq etməsi barədə heç bir şey göstərmir. İddiaçı özünün iddia ərizəsində mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı almasını qeyd etsə də, mənzilin dəyərinin 24500 ABŞ dolları məbləğində qalan hissəsinin onun özü tərəfindən ödənilməsi barədə də, ərizədə bir kəlmə də olsun heç bir qeyd etməmişd ir. İddiaçı nəinki, müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, hətta mübahisəli mənzilin qalıq dəyərinin cavabdeh tərəfindən ödənilməsini inkar etməsi, bununla da onun dələduzluq əməllərinə yol verməsi cavabdehi bu barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etməyə vadar etmiş və istintaq orqanı tərəfindən aparılmış təhqiqat zamanı da bir daha müəyyən edilmişdir ki, mübahisəli mənzilin bütün ödənişləri, hətta iddiaçıya şəxsən təqdim etdiyi ödənişi vaxtında MTK-ya təqdim etmədiyi üçün tətbiq edilmiş cərimələr belə cavabdeh tərəfindən ödənilmişdir. Bununla yanaşı, istintaq orqanı belə qərara gəlmişdir ki, tərəflər arasında yaranmış mübahisə hər bir halda mülki xarakter daşıyır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X6 göstə rmişdir ki, Cavabdeh onun qohumudur, həmçinin onların ailəvi yaxın münasibətləri vardır. İddiaçı o, təxminən 2 il olar ki tanıyır, lakin yaxın münasibətləri olmayıb. Təranənin sözlərindən ona məlum olmuşdur ki, o, Bilmanla danışaraq sonuncunun Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan mənzilini almışdır. Həmin mənzil Bilmanın adına rəsmiləşdirilsə də, Təranə tərəfindən notariusda rəsmiləşdirilməklə alınmış və sonrakı ödənişlər də Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bina tikilib qurtardıqdan sonra təhvil veriləndə Cavabdeh adına rəsmiləşdirilməklə keçirilməli idi. 2017-ci ilin yay ayında Cavabdeh ona zəng edib xahiş etmişdir ki, həmin aldığı mənzil olan binaya onunla gedib orada yerləşən MTK-nin Bayıl şöbəsində pul ödənilməsində iştirak etsin, istəyir ki, yanı nda bir etibarlı yaxın adamı olsun. O, razılaşmış, Təranə xanımla və Bilmanla görüşərək birlikdə həmin MTK-ya getmişlər. Ödəməli olduqları 14500 ABŞ dollarını Təranə xanım ona vermişdir və Bilmanla birlikdə o, ofisə daxil olub özünü şirkətin rəhbəri kimi təqdim edən adını bilmədiyi şəxsin yanında bir daha pulu sayaraq ödəmişdir. Bilman orada olanlara onu xalası oğlu kimi təqdim etmişdir. Pulu MTK-da manatla hesablayaraq 24681,90 manatın Bilmanın adından qəbuluna dair qəbz yazılmışdır. Bilman da, bu ödəmədə iştirak etmişdir. Həmçinin, orada MTK-nın adını unutduğu rəhbəri demişdir ki, Bilmanın MTK-ya pulu vaxtında ödəməməsinə görə əlavə cərimə məbləği yaranmışdır. Bununla bağlı sözlə mübahisə də yaranmışdır. Təranə xanım cərimə məbləğini ödəməyə razı olduğunu bildirmişdir. Sonra onlar MTK-nı n ofisindən çıxıb binanın həyətində İddiaçı Təranə xanıma demişdir ki, xeyirli olsun, pulu tam ödəmişlər, qalıb mənzili adınıza keçirmək. Təranə xanım maraqlananda məlum olmuşdur ki, bina tam olaraq təhvil veriləndən sonra mənzilin adına keçirilməsi mümkün olacaqdır. Bundan sonra onun bu məsələyə aidiyyəti olmayıb, lakin son vaxtlarda Təranə xanımdan maraqlananda ona məlum olmuşdur ki, Bilman Təranə xanımı aldadaraq hələ də mənzili onun adına keçirməmişdir. "Kristal Abşeron” MTKnın Bayıl ofisində Təranə xanımın xahişi ilə onun verdiyi pulu o, birdə sayaraq İddiaçı yanında həmin MTK-nın 2 nəfər rəsmi işçilərinə təhvil vermişdir, həmin işçilərin adlarını xatırlamır. Pulun verilməsinə dair qəbzi yazan ofisdə olan cavan oğlan idi, kök bədən quruluşlu, 30-35 yaşlı şəxs olardı, başqa məlumatla rı ona məlum deyil. Digər, təxminən 50-52 yaşında olan, orta boylu, orta bədənli bir şəxs hansının ki, başqa əlamətlərini xatırlamır, ofisin rəhbəri idi, möhür özündə idi, rəhbər kimi qəbzi imzaladı və möhürü qəbzə özü vurdu. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X9 göstərmişdir ki, Cavabdeh sözlərini təsdiq edir. Cavabdeh İddiaçı qeyd edilən mənzili almış və buna görə də, mənzilin pulunu ödəmişdir. Təranə xanım ilkin alqı-satqı müqaviləsini ona göstərəndə təəcüblənmiş, işlərin bu formada aparılmasının təhlükəli olduğunu demişdir. Əsas alqı-satqı müqaviləsinin bağlanmalı olduğu barədə rəsmi müraciəti yazmağı təklif etmiş, ilk öncə rəsmi müraciəti yazmaqdan Təranə imtina etmişdi. Hüseyn Cavid parkında kafedə Təranə və Bilmanla görüşmüşdü. Bilman yoldaşı ev mə sələsini bilsə ondan boşanacağını demişdir. Bilman ondan vəkillik etməsini xahiş etmişdir. Demişdir ki, evin qiyməti bahalaşıb, Təranə ona verməli olduğundan daha çox pul təklif etməlidir. Bilman evi Təranəyə ucuz qiymətə satmaqla səhv etdiyini bildirmişdir. Bilman ona Təranə xanımın iştirakı olmadan görüşməyi təklif etmiş, o isə imtina etmişdir (səh.83); məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, İddiaçıla MTK-da müqavilə bağlanıldığı vaxtdan çıxarış alınana qədər bir yerdə olmuşdur. Bilman ona Təranə ilə müqavilə bağladığını, lakin buna baxmayaraq ödənişlərin onun tərəfindən edildiyini bildirmişdir. Bu proseslərin birbaşa şahidi olmamışdır. Mübahisəli evdə təmir işlərinin aparılmasına nəzarət etmiş, Bilmanın evə dair kommunal xərcləri ödədiyini b ilirdi. İzahat vermək məqsədi ilə polis idarəsinə getdiyini, ondan izahat alınmadığını bildirmişdir. Dəfələrlə sözügedən evə Bilmanla birlikdə getmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin 17 iyul 2019-cu il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, "qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna göndərilsin, qərarın surəti Cavabdeh göndərilməsi və qərardan razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliy həyata keçirən Səbail rayon prokuroruna, yuxarı proku rora, yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək, Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olması ona izah edilsin”. Həmin Qərarın giriş hissəsindən görünür ki, 09.03.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 62, mənzil 35-də yaşayan Cavabdeh Səbail Rpİ-nin rəhbərliyinə ünvanladığı şikayət ərizəsində bildirmişdir ki, tanışı İddiaçı ilə razılaşaraq notarial qaydada təsdiq olunmuş müqavilə əsasında ondan Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2 saylı binanın 44 saylı, ümumi sahəsi 116,67 kvadrat metr olan mənzili almasına, bundan sonra həmin mənzilə görə İddiaçı özünə və mənzili inşa edən "xxxx" MTK-ya Bilmanın adından ödənişlər etməsinə baxmayaraq hazırda sonuncu onu aldadaraq qeyd edilən mənzili adına keçirməsindən imtina edərək bununla ona maddi ziyan vurulmuşdur. Sözügedən qərardan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh həyat yoldaşı Nümayəndə oğlu material üzrə verdiyi izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, lakin yaxın münasibətləri olmamışdır. Həyat yoldaşı Cavabdeh Yeni Azərbaycan Partiyasının üzvüdür və fəalıdır, sonuncu Bilmanı eyni partiyada rəhbər vəzifədə olan şəxs kimi ümumi iclaslardan və tədbirlərdən daha yaxşı tanıyır. 2015-ci ilin aprel ayında İddiaçı həyat yoldaşı Cavabdeh müraciət edərək bildirmişdi ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binanın 44 saylı, ümumi sahəsi 116,67 kvadrat metr olan mənzilini satmaq istəyir. Bilman ona demişdir ki, bina tikilməyə başlayanda 10000 manatını ödəmişdir, ayda 2200 manat ödəməlidir, lakin ödəyə bilmir, odur ki, həmin mənzili satmaq istəyir. O, həyat yoldaşı Cavabdeh ilə birlikdə Bilmanla görüşüb gedib həmin mənzilə baxmışlar, mənzili bəyənmişlər və qiymətinin münasib olmasını, Bilmanı tanıyaraq onu etibarlı adam saydıqlarını ona inandıqlarını nəzərə alaraq bu mənzili ondan almaq qərarına gəlmişlər. Mənzillə bağlı onlara məlum olmuşdur ki, binanı tikən "Kristal Abşeron MTK”-dır və həmin binanın 1-ci blokundakı mənzillər iqtidar nümayəndələrinə güzəştli qiymətlərlə satılmışdır. Onlar notariusa gedib mənzilin Bilmandan həyat yoldaşı Cavabdeh satılmasına dair müqavilə bağlamışlar. Notariusda mənzilin alqı-satqısının dəyəri həmin mənzilin MTK-dan Bilmana satılmasına dair sənədlərdəki qiymətinə uyğu n olaraq 81669 manat kimi göstərilmişdir. Notariusda müqavilə tərtib edilərkən onların 45000 manat pulları olmuşdur, bu barədə həyat yoldaşı Cavabdeh Bilmana deyəndə, sonuncu razılaşmış və hətta sevinib demişdir ki, mənzilə görə MTK-ya 10000 manat ödəniş borcu qalıb, gedib ödəyəcəkdir. Mənzilin pulundan həyat yoldaşı Cavabdeh Bilmana 36669 manatı borclu qalmışdır, bu barədə notarius birbaşa ilkin müqavilədə qeyd etmişdir və Təranə Bilmanla razılaşmışdır ki, həmin pulu hissə-hissə bina tikilib qurtarana kimi ödəyəcəkdir. 2017-ci ilin ilk aylarında Bilman həyat yoldaşı Cavabdeh zəng edərək demişdir ki, pulun qalan hissəsini ona versin ki, MTK-ya borcunu ödəsin. Həyat yoldaşı Cavabdeh ona zəng edərək bu barədə məlumat vermiş və evdən 10000 ABŞ dollarını götürərək gətirib Səbail rayonu, İqti sad Universitetinin yanında ona verməyini xahiş etmiş, Bilman da həmin yerə gəlib pulu götürəcəyini demişdir. O, gətirib həmin pulu qeyd edilən ünvanda Cavabdeh vermişdir. Sonra Bilman da həmin yerə gəlmiş, Cavabdeh onunla görüşüb 10000 ABŞ dollarını ona vermişdir və Bilmana həmkarı kimi inanaraq pulu verəndə ondan qəbz almamışdır. Bu zaman o, etik normalara riayət edərək biraz aralıqda dayanıb həyat yoldaşı Cavabdeh Bilmana pulu verməyini müşahidə etmişdir. Daha sonra, 2017-ci ilin yayında, Bilman həyat yoldaşı Cavabdeh zəng edib demişdir ki, bina təhvil verilir, gətirib pulu tam ödəsin. Bu məqsədlə Cavabdeh qohumu Anar Əliyevlə birlikdə gedib Bilmanla görüşmüş, həmin aldıqları mənzil olan binada yerləşən MTK-nin Bayıl şöbəsində 14500 ABŞ dollarını Bilmanın adından ödəmişlər. Pulu MTK-da manatla hesablayaraq 24681,90 manatın ödənilməsinə dair Bilmanın adından qəbz yazılmışdır. Bundan sonra, Bilmanın MTK-ya pulu vaxtında ödəməməsinə görə cərimə yaranmışdır və həyat yoldaşı Cavabdeh gedib MTK-ya həmin cəriməni, həmçinin 5100 manat pulu Bilmanın adından ödəmişdir. Elə orada, yəni MTK-da İddiaçı həyat yoldaşı Cavabdeh demişdir ki, xeyirli olsun, pulu tam ödəmisiniz, mənzili adınıza keçirmək lazımdır. Onlar öyrənəndə məlum olmuşdur ki, bina tam olaraq təhvil veriləndən sonra mənzilin Bilmanın adından həyat yoldaşı Cavabdeh adına keçirilməsi mümkün olacaq. Bundan bir neçə ay sonra onlara məlum olmuşdur ki, bina təhvil verilib və mənzilin həyat yoldaşı Cavabdeh adına keçirilməsi mümkündür. Bununla bağlı Bilmana müraciət ediləndə o, başlamışdır vaxtı uzatmağa. Belə olan halda həya t yoldaşı Cavabdeh Bilmana rəsmi məktubla yazaraq ona poçtla göndərmişdir. Sonra həyat yoldaşı Cavabdeh gedib Bilmanla görüşmüşdür və Bilman ona demişdir ki, devalvasiya olub, mənzilin qiyməti bahalaşıb, niyə Təranəyə 100000 manat bağışlamalıdır. Həmçinin, Bilman demişdir ki, onların verdikləri pulu onlara qaytaracaq, mənzili isə özü satacaq və qazanc əldə edəcək. Həyat yoldaşı Cavabdeh Mən ona başa salmışdır ki, rəsmi müqavilə bağlanmışdır, onun şərtləri yerinə yetirilib və mənzilin pulu ödənilmişdir. Sonrakı günlərdə Bilman Cavabdeh ilə telefonla danışanda demişdir ki, mənzili onun adına keçirmək üçün ona halallıq, yəni əlavə pul verilməlidir. Başqa tanışlar vasitəsi ilə Bilmana xəbər göndərilmişdir ki, ona verilmiş puldan əlavə olaraq qiymətlərin artmasını nəzərə alaraq 10000 manat əlav ə pul verə bilərlər ki, Bilmanın mənzildə gözü qalmasın. Lakin Bilman razılaşmamışdır və eşitdiyinə görə Bilman mənzili daha baha qiymətə satıb qazanc əldə etmək istəyir. Beləliklə İddiaçı etibardan sui-istifadə edərək aldadıb həyat yoldaşı Cavabdeh pulu alaraq mənzili öz adına saxlamışdır. Ümumilikdə Bilman mənzilə görə həyat yoldaşı Cavabdeh 93481 manat pulu hissə-hissə almışdır, bundan başqa Bilmanın əməlləri nəticəsində onlar kirayədə yaşamaqla onlara əlavə 27300 manat dəyərində ziyan vurulmuşdur. Qərara əsasən əlavə araşdırma zamanı "xxxx" MTK-nın mühasibi vəzifəsində işləyən X16 izahat verərək bildirmişdir ki, o, 2016-cı ili may ayından 2018-ci ilin avqust ayınadək "Kristal Abşeron” MTK-nın Bayıl filialında mühasib vəzifəsində işləmiş, hazırda Qobu filialında eyni vəzifədə işləyir. S əbail rayonu Salyan şossesi 16 ünvanda MTK tərəfindən inşa olunmuş 2-ci binanın 44-cü mənzil İddiaçı kreditlə satılmışdır, mənzilin dəyəri onun tərəfindən hissə-hissə olmaqla qrafik üzrə ödənilməli idi. Sonuncu ödənişləri çox vaxtı gecikdirdiyindən MTK-a rəhbərliyi ilə onun arasında bəzən müəyyən söz söhbətlər yaranmışdır. İddiaçı həmin mənzili Təranəyə satmağı barədə onun məlumatı olmayıbdır. Lakin xatırlamışdır ki, 14.03.2018-ci il tarixdə Təranə xanım tərəfindən MTK-aya 5100 və 19.03.2018-ci il tarixdə 1700 manat pul ödənilmiş və bu barədə onun şəxsən özünə ödəniş qəbzi verilmişdir. Qəbzlər MTK-nın direktoru Nazim Əliyev və onun tərəfindən imzalanmışdır. Həmçinin 09.06.2017-ci il tarixdə o, ofisdə iş başında olan zaman ofisə İddiaçı və sonradan Cavabdeh qohumu olduğunu öyrəndiyi Anar Əl iyev onun xidməti otağına daxil olaraq ödəniş etmək istədiklərini bildirmişlər. Hazırda pulun kimin tərəfindən və kimə, yəni ona və ya Nazim müəllimə ödənildiyini xatırlamasa da həmin vaxtı dolların o dövrki manata olan məzənnəsi ilə 24681.90 manat pul ödənilmiş və bu barədə ödəniş qəbzi tərtib edilərək onun və MTK-nin direktor tərəfindən təsdiq edilərək qəbz verilmişdir. Lakin qəbzi kimə verilməsini xatırlamır. Həmin vaxt onun otağında çay içib söhbət edərkən Bilmanın aylıq ödənişlərində geçikməsi olduğu üçün hesablanmış cərimə məbləğinə görə Anarla Nazim müəllimin arasında mübahisə də olmuşdur. Qərardan həmçinin görünür ki, araşdırma zamanı X9 izahat verərkən Cavabdeh izahatında göstərilənləri təsdiq edərək onun İddiaçı qeyd edilən mənzili almasını və buna görə mənzilin pulunu ödəməsini təsdiq etmişdir. Sözügedən qərardan daha sonra görünür ki, material üzrə Cavabdeh və İddiaçı izahatlarında göstərilənlər arasında yaranmış ziddiyyətlərin yoxlanılması məqsədi ilə aparılmış araşdırma zamanı "Kristal Abşeron” MTK-nın Bayıl filialının direktoru X10 verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində "Kristal Abşeron” MTK-nın tərəfindən bina tikilmişdir, 2014-cü ildən bu binada yerləşən MTK-nın Bayıl ofisi yaradılmış və o, həmin ofisin direktoru vəzifəsinə təyin edilmişdir. Tikilmiş 2-ci binanın 44-cü mənzili İddiaçı kreditlə satılmışdır, mənzilin dəyəri onun tərəfindən hissə-hissə olmaqla qrafik üzrə ödənilməli idi. Onda olan məlumata görə hazırda həmin mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir və buna görə də, ona həmin mənzilə mülk iyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı həmin mənzilin Cavabdeh satması barədə onun məlumatı yoxdur, lakin Cavabdeh gəlib onların ofisdə dediyinə görə o, Bilmanla danışaraq müəyyən razılaşmaları olmuşdur ki, mənzilə çıxarış alındıqdan sonra qarşılıqlı razılaşmaları əsasında müəyyən şərtər daxilində alqı-satqı edilərək mənzil Təranəyə satılacaqdır. Bu sövdələşmənin onun səlahiyyətinə aid olmadığı üçün danışıqların nədən ibarət olmasından dəqiq məlumatı yoxdur. Ola bilsin ki, İddiaçı həmin mənzilə görə ödənişlər edərkən yanında Cavabdeh və ya digər başqa şəxslər də olmuşlar. Lakin ödənişlər Bilmanın öz adından həyata keçirilmişdir, odur ki, ödəniş qəbzləri də İddiaçı adına tərtib edilmişdir. Ona təqdim edilmiş 050608 nömrəli 09.07.2017-ci il tarixli 24681,9 manat pulun ödənil məsinə dair ödəniş qəbzi ilə bağlı bildirir ki, həmin qəbz İddiaçı aldığı mənzilə görə 24681,9 manatı onların işlədiyi ofisdə ödədiyi üçün tərtib edilmişdir. Qəbzdə rəhbər qrafasında imza onun tərəfindən, baş mühasib qrafasında sabiq mühasib Emin Həsənov tərəfindən yerinə yetirilmişdir. Həmin məbləğ, yəni 24681,9 manat pul ödənilərkən İddiaçı yanında adını sonradan araşdırma zamanı öyrəndiyi Cavabdeh qohumu olan Əliyev Anar adlı şəxsin də olduğunu bildirmişdir. Həmin vaxtı Bilman demişdir ki, Anar onun qohumudur və hüquqşunasdır. Hətta Bilmanın ödənişinin ABŞ dollarının yeni, artmış məzənnəsi ilə hesablanmasına və ödənişi gec etməsinə görə üzərinə hesablanmış cəriməyə görə həmin şəxslə, yəni Anarla aralarında sözlə mübahisə də olmuşdur. Qeyd edilən məbləğ sabiq muhasibin xidməti otağında ö dənildiyindən pulun kimin tərəfindən verilməsini görməmişdir, lakin ödəniş qəbzi İddiaçı adına tərtib edilmişdir. 14.03.2018-ci il tarixli 097719 nömrəli ödəniş qəbzi ilə bağlı təsdiq edir ki, Təranə xanım Kərimova dəfələrlə onların MTK-na gəlib. Həmin 097719 nömrəli qəbzdə imza onun tərəfindən icra edildiyini, möhür onların MTK-na məxsus olduğunu qeyd etmişdir. Təqdim olunmuş 097719 nömrəli ödəniş qəbzinə baxaraq həqiqətən də Cavabdeh 14.03.2018-ci ildə onların işlədikləri MTK-ın ofisinə gələrək İddiaçı adından mənzilə görə şəxsən özü 5100 manat pulun ödəməsini təsdiq etmişdir. "Kristal Abşeron” MTK-dan götürülmüş ödəniş cədvəli ilə qeyd edilən mənzilə görə ödənişlərin məbləğlərinin və ödəmə tarixlərinin Cavabdeh və X2 izahatında göstərilənlərlə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərilənlər materiala əlavə edilmiş müqavilələr, ödəniş sənədləri və digər ilkin sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı "xxxx" MTK-nın mühasibi X7 izahatı, "xxxx" Mənzil Tikinti Kooperativinin məktubu, eləcədə İddiaçı qismən təsdiqedici izahatı ilə müəyyən edilir ki, 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən İddiaçı adına olan mənzilə ödənilmişdir. Həmçinin İddiaçı izahatında dolayı yolla, yəni 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən adına olan mənzilə görə ödənilməsi barədə xəbəri olmadığını, MTK tərəfindən bu barədə ona məlumat verilmədiyini, bu barədə yalnız istintaq şöbəsində ona məlum olduğunu bildirməsindən, eləcədə iş materiallarında olan kifayət qədər əsaslı s übut-dəlillər və işin digər halları ilə İddiaçı qeyri səmimi ifadə irəli yürütməklə mənzili satdığı ərəfədə respublikada baş vermiş devalivasiya ilə əlaqədar ABŞ dolların manata olan məzənnəsinin yüksəlməsi ilə bağlı Cavabdeh əlavə pul əldə etmək niyyəti güdməsi nəticəsinə gəlinir. Halbuki İddiaçı mənzilə görə tərəfindən ödənilməsini iddia etdiyi 1500, 1700 və 24681,90 manat məbləğlər reallıqda onun tərəfindən deyil, həqiqətən TKərimova və onun qohumu tərəfindən İddiaçı adına olan mənzilə görə ödənilməsi xüsusatı material üzrə alınmış yuxarıda qeyd olunan Cavabdeh, onun yaxın qohumunun, eləcədə MTK-nın işçilərinin izahatlarında, o cümlədən MTK tərəfindən ödənişə dair verilmiş qəbzlərdə öz əksini tapmışdır (səh.120); hazırki iş üzrə "Kristal Abşeron” MTK-nın Bayıl filialının direktoru Əliye v Nazim tərəfindən müxtəlif tarixlərdə məhkəməyə ünvanlanmış ərizə və teleqramlardan görünür ki, o, məhkəmənin icraatında olan İddiaçılə Cavabdeh arasında mülki mübahisə ilə əlaqədar müstəntiq Arif Qarayeva yazmış olduğu izahatını təsdiq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-3166/2019 saylı işi üzrə 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı üzərinə onunla Cavabdeh arasında "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (Çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 3satqısına dair müqavilən in (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulması qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14.2.1, 385, 386, 390, 402, 421; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına; Azərbaycan Respublikası MPM-nin 218.1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11 -ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilə görə Cavabdeh ilə İddiaçı arasında ilkin müqavilə ba ğlanmışdır. İlkin müqavilənin 5-ci bəndindən görünür ki, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə belə razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilir, bu müqavilə üzrə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. İlkin iddia üzrə iddiaçının tələbinin əsasını o təşkil edir ki, cavabdeh 11.07.2018-ci tarixdən çıxarış almağına baxmayaraq və ilkin müqavilənin bağlanmasından 2 il 9 ay keçməsinə baxmayaraq razılaşdırılmış pul məbləğini ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İlkin iddia üzrə cavabdeh isə ilkin iddia üzrə iddiaçıya borclu qaldığı pulun 10000 ABŞ dollarını İstiqlaliyyət küçəsi, ev 6-nın qarşısında, son 14500 ABŞ dollarını və 5100 manatını Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binanın ofisində, ümumilikdə İddiaçı adına ona satdığı mənzilə görə 93481 manat pulu hissə-hissə verməklə "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində 2 saylı binada 1 -ci giriş, 11 -ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kvadrat metr olan üç otaqlı 44 saylı mənzilin alqı-satqısına dair aralarındakı ilkin müqavilə ilə pulun ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi icra etdiyini ilkin iddiaya etirazının və qarşılıqlı iddianın əsası kimi göstərir. Göründüyü kimi, hər iki tərəf, (hər iki iddiaçı) ilkin müqavilənin şərtlərinin qarşı tərəfin lazımi qaydada icra etmədiyini göstərərək ilkin iddia üzrə iddiaçı sözügedən müqavilənin ləğv edilməsi ilə ödədiyi ilkin pulun qaytarılmasını, qarşıl ıqlı iddia üzrə iddiaçı isə ilkin müqavilə şərtlərinə əsasən əsas müqavilə bağlanmalı olmasını iddia edirlər. Hazırki mübahisənin əsas həlli ilkin müqavilə üzrə tərəflərin hansının onun şərtlərini pozmasını müəyyən etməklə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehin mənzilə görə borclu qaldığı pulu ödəməsinə söz verməsinə baxmayaraq pulu ödəməməsinə dair dəlilləri məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin bu halı Cavabdeh izahatı, şahid ifadələri, polis orqanının apardığı araşdırma nəticəsində qəbul etdiyi qərarın məzmunu, eləcə də, cavabdehin məhkəmə baxışında təqdim etdiyi mənzilə görə edilən aylıq ödənişlərin və bununla bağlı yaranmış cərimə məbləğlərinin ödənilməsinə dair ödəniş qəbzlərinin əsilləri ilə, pulun MTKnın nümayəndəl ərinə ödənilməsində bilavasitə və ya qohumu vasitəsilə onun iştirakı ilə tam təsdiq edilir. Məhkəmə baxışı zamanı İddiaçı həmin qəbzlərin onun adına olmaqla özü tərəfindən ödənilməsini bildirsə də, həmin ödəniş qəbzlərinin əsillərinin cavabdehdə olmasının, eləcə də, pulu ödəmədiyi halda ilkin iddia üzrə cavabdehin və həyat yoldaşının İddiaçı ünvanlanmış 05.04.2018ci, 06.01.2019-cu il tarixli məktublarında ondan 20.05.2016-cı il tarixli ilkin müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikintisi başa çatmış, 2 saylı binada 1 ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilin açarlarının ona təhvil verilməsi və eyni zamanda ilkin müqavilə şərtlərinə uyğun və davamı olaraq, alqı-satqı müqaviləsinin bağlanmasının tezliklə təmin edilməsini xahiş etməl ərinin səbəblərini izah edə bilmədi. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh ərinə göstərmək üçün mənzilin pulunun ödənilməsinə dair qəbzləri ona verilməsini xahiş etdiyi üçün qəbzlərdən birinin əslini verməsinə dair dəlilinə qiymət verərək bu dəlili həm inandırıcı saymayaraq qeyd etmişdir ki, ilk iddiaçı bu dəlilinin həqiqət olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa Cavabdeh belə bir xahişlə ilkin iddia üzrə iddiaçıya müraciət etməsinin hər hansı bir məntiqi əsası olmamışdır. Çünki işin materiallarından görünür ki, Cavabdeh təxminən 20 il olar ki tanımasını göstərmiş, eləcə də, mübahisəli evin alınması proseslərində onun həyat yoldaşı Nümayəndə iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İlkin iddia üzrə iddiaçının mübahisəli mənzilə görə q alıq borcun özü tərəfindən ödənilməsi, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi hər hansı bir halın həqiqiliyi o zaman mötəbər hesab edilə bilərdi ki, irəli sürülən dəlilləri, əgər təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin bu hallar üzrə fərqli qənatə gəlməsi üçün faydalı olsun. Əksinə, məhkəmə tədqiqi zamanı ilkin iddia üzrə cavabdeh tərəfin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur, bu da ilkin iddia tələblərinin əsassız sayması üçün məhkəməyə kifayət qədər hüquqi əsas verir. Cavabdeh qəbzlərdə İddiaçı adının qeyd edilməsinə baxmayaraq orada əks edilən ödənişləri özü tərəfindən həyata keçirilməsi yuxarıda qeyd edilən əs aslardan başqa, həmçinin də iş üzrə şahid ifadəsinin və polisdə aparılan araşdırma zamanı izahatları alınmış şəxslərin izahatlarının məzmunu ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi 20.05.2016-cı il tarixli ilkin müqavilənin 1 -ci bəndində əks olunan Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikintisi başa çatmış, 2 saylı binada 1 ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilin gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra Kirimova Təranəyə satmaq və buna müvafiq olaraq notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaq İddiaçı üzərinə götürdüyü öhədliyi nəzərə alaraq hesab etmişdir ki, əsas alqı-satqı müqaviləsi bağlananadək mübahisəli mənzilə dair ödənişlərin edilməsini təsdiq edən qəbzlərdə MTK ilə bağlanmış müqavilə tərəfi olduğundan məhz ilkin iddia üzrə iddiaçının adının qeyd edilməsi daha məntiqidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən birinci tərəf adlandırılan İddiaçı sözügedən mənzilin gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra ikinci tərəf adlanıdırılan Cavabdeh satmağı və buna müvafiq olaraq tərəflərin öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi (əsas müqavilə) bağlamağı öz öhdələrinə götürürlər (müqavilənin 1.1 bəndi). Müqavilənin 2.4-cü bəndinə əsasən əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır. İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» əldə etmişdir. İlkin müq avilə ilə razılaşdırılmış mənzilin alğı-satqısına dair məbləğin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən tam şəkildə ödənildiyi faktı məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlamaq vəzifəsinin aralarında bağlanmış müqavilə üzrə könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hal olduğu üçün İddiaçı üzərinə onunla Cavabdeh arasında "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kvadrat metr olan 3 otaqlı 44 saylı (məhkəmə, ilkin müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən adına əldə edilmiş Çıxarışdakı mübahisə predmeti olan mənzi lin ünvanı Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4əsini nəzərə alaraq bu mənzilin hər iki ünvanını qeyd etməyi zəruri sayır) mənzilin alqı-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulmalıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəminin 29.07.2016-cı il tarixli qətnaməsini ləğv edib, ilkin iddianı təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmi ş 29 iyul 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli "İlkin alğısatqı müqaviləsi” ləğv edilmiş, 45000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh İddiaçı qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin tərəflər arasında mübahisə doğuran və düzgün həlli üçün əhəmiyyət kəsb edən halı mənzilin dəyərinin qalan hissəsi olan 36669 manatın (24446 ABŞ dolları ekvivalentində) ca vabdeh tərəfindən ödənilib-ödənilməməsi halıdır ki, yalnız bu halın müəyyən edilməsindən sonra hər iki iddianın əsaslı olub-olmamasına qiymət vermək mümkündür. Tərəflər arasında bağlanmış müqavilənin 2.3cü bəndinə əsasən, cavabdeh həmin mübahisəli məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə cavabdeh qalan 24446 ABŞ dolları məbləğində pulu iki dəfəyə tam olaraq ödədiyini bildirir. Belə ki, bildirdiyinə görə birinci dəfə 2017-ci ilin əvvəllərində 10000 ABŞ dolları məbləğində cavabdeh tərəfindən həyat yoldaşı Nümayəndə iştirakı ilə İddiaçı özünə şəxsən verilmiş, 14500 ABŞ dolları məbləğində qalan hissəni isə 2017-ci ilin yayında qohumu X2 vasitəsilə cavabdehin adından MTK-nın Bayıl filialında mühasibata təhvil verilərək bu barədə müvafiq qəbz alınmışdır. Hansı ki, həmin qəbzin ə sli hazırda da cavabdehdədir. İş üzrə iddiaçı isə cavabdeh tərəfindən mənzilin dəyərinin qalan hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. Belə olan halda, pulun qalan hissəsinin ödənilməsini sübut etmək yükü MPM-in 77-ci maddəsinin tələbinə görə cavabdehin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi şahidlər X2 onun qohumu, X4 isə yaxın adamı olduğunu, habelə pulun ödənilməsinin bilavasitə şahidi olmadıqlarını nəzərə alaraq onların ifadələrinə tənqidi yanaşaraq mötəbər sübut kimi qəbul etməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən verilmiş “Arayış” və “Kassa mədaxil orderinin qəbzlərində” bütün ödənişlərin İddiaçı tərəfindən edildiyi göstərilmişdir. İş üzrə cavabdeh, bütün qəbzləri deyil, yalnız İddiaçı adından 14500 ABŞ dollarının ödənilməsi barədə qəbzi təqdim etmişdir. İddiaçı, həmin qəbzin cavabdehdə olmasını belə izah etmişdir ki, həmin qəbzi Cavabdeh qalan pulları almaq, qarşı tərəf isə həyat yoldaşına göstərmək istədiyindən vermişdir. Beləliklə, mübahisəli mənzilin qalıq dəyərini təşkil edən 36669 manat (24446 ABŞ dolları ekvivalentində) məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur və bu müqavilənin ləğv edilməsi üçün əsasdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) 09.06.2 020-ci il tarixli, 2(102)2303/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsi qərarda göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyil. İlkin iddia tələbinin dəlilinə görə ilkin müqavilə üzrə iddiaçıya 45000 manat (30000 ABŞ dolları) ödənilsə də, həmin müqavilədə göstərilən qalan məbləğ 36669 manat (24446 ABŞ dolları) cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq ödənilməmişdir. Cavabdehdən həmin pulun ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləğin "rəsmi” olmayaraq ona və başqa şəxslərə ödədiyini bildirir. Qarşılıqlı iddia tələbinin dəlilinə görə qalan məbləğ birinci dəfə 2017-ci ilin əvvəllərində Cavabdeh həyat yoldaşı X14 tərəfindən İd diaçı şəxsən özünə verilmiş, 145000 ABŞ dolları məbləğində qalan hissə isə 2017-ci ilin yayında Təranənin qohumu X6 vasitəsi ilə Bilmanın adından MTK-nın Bayıl filialının mühasibatlığına təhvil verilərək qəbz alınmışdır. Həmin qəbzin əsli Təranədədir. Bundan əlavə MTK qarşısında öhdəliyi vaxtında icra etmədiyinə görə Bilmanın adından 1700 manat və 5100 manat məbləğində cərimə də Təranə tərəfindən ödənilmişdir. Səbail Rayon Prokurorunun 01.07.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 18.04.2019-cu il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırılması üçün toplanmış material həmin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan 5100 manat və 1700 manat məbləğində ödənişlərin Cavabdeh tərəfində n ödənilməsi və 24681,90 manat məbləğində ödəniş edilməsinə dair qəbzin əslinin Təranədə olması işin mübahisəsiz halıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin müqavilə üzrə Kərimova tərəfindən qalan öhdəliklərinin icra olunmasına Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 17.07.2019-cu il tarixli qərarına və işin araşdırılmış digər hallarına əsasən düzgün hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Rafael Eyvazov) 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı Apell yasiya Məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 17.07.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının və iş materiallarının tələb edilməsi barədə sorğu etmiş və daxil olmuş iş materialları, habelə mülki iş üzrə hallarla müqayisəli şəkildə tədqiq edilən zaman hazırki iş üzrə qanuni qüvvəsini almış kassasiya instansiya məhkəməsinin mülki işin materiallarına əsasən cinayət işinin rədd edilməsi üzrə müəyyən etdiyi hallara dair prosessual hərəkətlərin və dəyişikliyin olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə əsas mübahisəli məqam tərəflərin bağladığı i lkin müqavilədən sonra Cavabdeh tərəfindən ödənişlərin aparılmamasıdır. Əmlak üzrə məbləğlərin ödənilməsinin sübuta yetirilməsindən də önəmli və öncəlik təşkil edən ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi ardıcıllığına riayət edilməsidir. Ona görə də sübutetmə yükü bu ardıcıllığa riayət edilməsi ilə müəyyən edilməlidir ki, bu da Cavabdeh pulun ödənilməsinin sübuta yetirilməsindən öncə, qarşı tərəf olan İddiaçı tərəfindən edilməli olan və hərəkətlərin edilməsinin xronoloji ardıcıllıq üzrə mübahisələndirilməyən (pretenziya qaydasına belə riayət etmədən) ilkin müqavilə üzrə ən son addımın atılmasından imtinasının (əsas müqavilənin bağlanması öhdəliyinin yerinə yetirməməsinin) əsaslarının sonuncu tərəfindən sübuta yetirmək vəzifəsini müəyyən edir. Diqqətə çatdırılmalıdır ki, Cavabdeh tərəfindən ödənişlər etmədiyi təqdirdə ilkin müqavilə şərtlərinin yerinə yetirilməsi və müddətsiz (qarşılıqlı icra edilmə şərti ilə bağlanılan) müqavilənin ləğvi üçün iddiaçı B. Vəliyev tərəfindən xəbərdarlıq edilməsinin təsdiq edilmədiyi, sonuncudan fərqli olaraq isə Cavabdeh tərəfindən xəbərdarlığın edildiyi müəyyən edilmişdir. Bununla da, İddiaçı ilkin müqavilə üzrə tam məsuliyyət götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu müstəvidə qarşı tərəfin müqavilə öhdəliklərinin pozuntusunu sübuta yetirə bilməmişdir (zamanında mübahisələndirməmişdir). İlkin müqavilə şərtləri məhz Cavabdeh tərəfindən ödənişlərin tam aparılmasından sonra mənzilin dövlət qeydiyyatından keçirilməsini müəyyən etdiyi halda bu şərtin İddiaçı tərəfindən zamanında mübahisələndirməyərək mən zilin dövlət qeydiyyatından keçirilməsi Cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirildiyini təsdiq edir və bunun mübahisələndirilməsini istisna edir. Beləliklə, ilkin müqavilə şərtlərinin pozuntusuna ilk iddia üzrə İddiaçı tərəfindən yol verildiyi və təbii ki, öz öhdəliklərinin pozuntusuna görə mülki məsuliyyət daşımalı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddiası üzrə qeyd edilən müqavilə şərtlərini yerinə yetirərək onunla əsas müqavilə bağlamaq öhdəliyini yerinə yetirmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 139, 139-1.1.3, 139-1.1.4, 139-1.1.6, 146, 152-158, 324, 385-388, 404, 405-410, 421-441, 560; Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 328, 372, 385, 386, 388, 390, 420-c i maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd e dilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmə işi tam araşdırmamış, qarşılıqlı iddia tələbi sübut olunmadığı halda məhkəmə qarşılıqlı iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində heç bir əsaslandırma yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməli dir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Bakı şəhər 46 saylı Notariat Ofisinin notariusu məhkəməyə mətub göndərərək işə notariat ofisinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının vəkili X8 məhkəmə kollegiyasından iş materialları ilə tanış olmaq üçün vaxt istəmiş, lakin ona vaxt verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə iddiaçının və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində faktiki halların natamam və ya düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillər onların müəyyənləşdirilməsinə dair prosessual hüquq normalarının düzgün tədbiq edilmədiyi ilə əlaqələndirilmədən, ümumi qaydada faktların məhkəmələr tərəfidən düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuşdur. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mö vqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6232/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov