Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1961/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “əmək haqqı və pul tələbi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi üzrə Cavabdeh MMC-də Baş mühəndisin müavini vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli SƏ 14/19 №-li əmri ilə iş saatları tərəflərin razılığı ilə əmək müqaviləsinə müvafiq əlavə edilməklə dəyişdirilmişdir:
1. Azərkimya" Buxar elektrik enerjisi gücünün artırılması layihəsinin tikinti sahəsində işin, həftənin bazar ertəsi - cümə günləri səhər saat 7:45-də başlaması, saat 18:45-də bitməsi;
2. Sözü gedən layihədə həftənin şənbə gününün iş günü elan edilməsi və tikinti işlərinin səhər saat 7:45-də ba şlaması, saat 17:00-da bitməsi,
3. Həftə ərzində 40 saatdan artıq işləməyin hər bir işçinin öz arzusu ilə həyata keçirilməsi;
4. Əlavə iş saat(ları)ında görülən işə görə işçilərə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (maddə 165) uyğun ödənilməsi əmr edilmişdir.
3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 20-97/K saylı, xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçını n xeyrinə ümumilikdə işlədiyi 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay x 1121 manat) manat əmək haqqı, 2500 (iki min beş yüz) manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 (iyirmi min yüz altmış) manat (336 saat x 60 manat) və 30 manat dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitini, toplam 30537 (otuz min beş yüz otuz yeddi) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını və layihəyə səfərbər edilmiş bütün işçilərə dair pul vəsaitlərinin vergidən yayınma faktlarının və digər qanunsuz hərəkətlərinin araşdırılması məqsədilə "xüsusi qərardad" qəbul olunmaqla araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər Cavabdeh MMC-də Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. xx.xx.2018- ci il tarixində Cavabdeh MMC ilə "xxxx" MMC (X2) arasında müqavilə imzalanmışdır və imzalanmış müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru Ramal Quliyev tərəfindən xx.xx.2019-cu il tarixli, № 12/19 və 14/19 saylı əmr imzalanaraq iddiaçı həmin layihəyə baş mühəndisin müavini vəzifəsinə təyin edilmişdir. Əmrə əsasən 6 iş günü şəraitində, səhər saat 07:45-dən 18:45- ə qədər, şənbə günü isə 07:45-dən 17:00-a qədər iş saatı təyin edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən həyata keçirilən X1 Elektrik Stansiyasının gücünün artırılması məqsədilə xüsusi layihələndirilmiş “X3”nun tikintisi layihəsinə cəlb edilərək "Mobilizasiya işləri üzrə sahə rəisi” vəzifəsini icra etmişdir. Lakin Cavabdeh MMC onun "xxxx" MMC tərəfindən icra etdiyi vəzifə üzrə Cavabdeh MMC-yə ödənilmiş maaşı natamam şəkildə ödəni lmişdir. Göründüyü kimi, cavabdeh "X4" MMC "xxxx" MMC-nin aidiyyəti layihəsini icra etdiyi zaman sifarişçi "xxxx" MMC-nin vəzifə üzrə ödədiyi pul vəsaitini mənimsəyərək iddiaçıya çatacaq əmək haqqı və digər işlədiyi əlavə saatlar üzrə nəzərdə tutulan pul vəsaitini ödəməkdən boyun qaçırmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-155/22) iddia rədd edilmişdir.
7. Məhkəmə iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü və cavabdehin mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyini nəzərə alaraq iş üzrə iddia müddətini tətbiq etməklə mövcud iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir..
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-c ı maddəsinin 5-ci hissəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin elan etdiyi qətnaməyə nəzər salarkən məhkəmənin şirkət tərəfindən öz işçisinə vurduğu maddi, mənəvi zərərin ödənilməsi öhdəliyi qoymadan, hətta cavabdeh tərəfin əməllərində olan qanuna zidd mənimsəmə faktlarını nəzərə almadan kobud pozuntu ilə nəticələnən qətnamə elan etmişdir. Məhkəmə eyni zamand a işin obyektiv araşdırılmasına xidmət edən müvafiq sənədlərin tələb olunması ilə bağlı sorğuya qarşı cavabdehin laqeydlik etməsi məsələsinə düzgün qiymət verməmiş, işin bu vacib hallarını araşdırmadan, natamam məhkəmə araşdırmasına əsaslanan qətnamə elan etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir k i, birinci instansiya məhkəməsi iddia müddətinin ötürüldüyünü müəyyən edərək haqlı olaraq iddianın rədd olunması qənaətinə gəlmişdir.
14. Məhkəmə kollegiyası bununla yanaşı işin araşdırılan hallarına əsasən cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin (ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və s.) olmasını da müəyyən etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə
3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;
19. Maddə 42, hissə
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
20. Maddə 45, hissə
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;
21. Maddə
47. Əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şə rtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı və s. hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər;
22. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır;
23. Maddə
288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
22. Maddə
292. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
24. Maddə 296, hissə
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
24. Maddə 296, hissə
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri il ə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddi açı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.