Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1962/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13) qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-236/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 31 iyul 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X7 arasında 02 fevral 2002-ci ildə nikah bağlanmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(019)-930/20222 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İbrahimova (Bodurova) Nəfisət Asadullah qızı arasında Balakən rayon Qeydiyyat Şöbəsində xx.xx.2002-ci ildə 23 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 2. ünvan 1 ünvanında yerləşən 0.1051 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 952 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri Püblik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə verilmiş inventar nömrəsi 4721 olan Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həmin pasport Cavabdeh (ünvan 2 ünvanı: Mahamalar kəndi) adına verilmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində 0,0699 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 66,2 kv/m fərdi yaşayış evi Cavabdeh və X8 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən İddiaçı istifadə hüququnun tanınması, İddiaçı ünvan 4 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş, onun ailəsinə məxsus, ünvan 5 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evə gəlin köçmüşdür. O, həmin evdə, əri Habil, ərinin valideynləri, ərinin əvvəlki nikahdan 23 avqust 19 99-cu il tarixdə doğulmuş qızı Bikə ilə birlikdə yaşamağa başlamışdır. Həmin həyətdə yaşadıqları evdən əlavə bir otaq və mətbəxdən ibarət başqa bir ev də olmuş, həmin evdə kirayəşinlər yaşamışlar. 28 noyabr 2001-ci il tarixdə onların Ramazan adlı övladları anadan olmuşdur. Onlar nikahlarını 02 fevral 2002ci il tarixdə rəsmləşdirmişlər. 2001-ci ildə qaynanası, 2004-cü ildə isə qaynatası vəfat etmişdir. Onlar yaşadıqları ev 2012-ci ildə zəlzələdən yararsız hala düşmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş, bundan sonra o, oğlu Ramazan və Habilin əvvəlki nikahından olan qızı Bikə ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Habil çox vaxt Rusiyada olmuşdur. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(019)-9 30/2022 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, lakin o, yenə də həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. 2024-cü ilin mart ayında cavabdeh evin qıfılını dəyişərək onu evə buraxmamışdır. Həmin vaxtdan da cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun daimi yaşayış yeri həmin evdir, həmin evdə qeydiyyatdadır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 göstərdi ki, iddiaçı iddia ərizəsində bir çox faktları təhrif etməklə qeyd etmişdir. Belə ki, iddia ərizəsində iddiaçının 1998-ci ildə qeyri-rəsmi nikahla cavabdehlə evlənməsi qeyd olunur. Halbuki, iddiaçı 2001-ci ildə qeyrirəsmi nikahla ona ərə gəlmişdir. Bikə iddiaçının qızı deyil, Habilin əvvəlki nikahından olan qızıdır. Həmçinin, iddia ərizəsində qeyd olunur ki, gəlin köçdüyü vaxtdan Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən evdə yaşamış, həmin ev 2013-cü ildə zəlzələdən dağılmışdır. İddiaçının qeyd etdiyi kimi onun gəlin köçdüyü ev dağılmamış və cavabdehin tam mülkiyyət hüququ əsasında ona məxsus həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev cavabdehə və bacısı Muradova Firəngizə mərhum ataları İbrahimov Budeydən miras qalmışdır. Həmin iddiaçının gəlin köçdüyü ev 1972-ci ildə tikilmiş və 2013-cü ilə qədər cavabdeh və Nəfısət İbrahimova həmin evdə yaşamışl ar. Həmin vaxtı hökumət zəlzələdən dağılmış evi sökməmiş təzə ev tikmişdi. Təzə tikilən ev isə mərhum atasının dağılmış evinin yerində tikilib. Nəfisətin gəlin gəldiyi ev hələdə durur. Digər həyətdə olan 2013-cü ildə dövlət tərəfindən tikilən ev isə Cavabdeh və bacısı X14 məxsus ev olmuşdur. Həyətdə 2 təsərrüfat olub və həmin təsərrüfatda köhnə 1917-ci ildə tikilən ev var idi. Zəlzələdən həmin ev dağılıb, dağılan ev mərhum atası X4 adına olmuşdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. 2014-cü ildən cavabdeh, iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızı Bikə həmin evdə yaşamağa başlamışlar. Son dövrlərdə isə onlar 2022-ci ildə boşandıqdan sonra o, həmin evi tərk edib, atası Bodurov Asadullahın evinə getmişdir. Boşandıqdan sonra iki ildir ki, həmin evdə yaşamı r. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdeh nümayəndəsi Nümayəndə3 göstərdi ki, Habil onun doğma oğludur və onlar tərəfindən qaynatası İbrahimov Budeyə övladlığa verilmişdir. Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bikə adlı bir qızları olmuşdur. Habil həmin qadınla ünvan 5 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır. Habil sonra həmin qadından boşanmış, qızı Bika isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. 2004cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tər əfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş, lakin evdə heç kim yaşamamışdır. 2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024-cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. O, həmin evə köçüb yaşaya bilməz. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs- X13 iddianı etiraf etməyərək göstərdi ki, Habil onun doğma oğludur və onlar tərəfindən atası İbrahimov Budeyə övladlığa verilmişdir. Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bikə adlı bir qızları olmuşdur. Habil həmin qadınla Balakən şəhəri, Zərifə Əliyeva (əvvəlki ünvanı Mahamalar kəndi) küçəsində yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır. Habil sonra həmin qadından boşanmış, qızı Bikə isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. Bikənı da iki yaşından Nəfisət saxlamışdır. 2001-ci ildə anası, 2004-cü ildə isə atası Budey ölmüşlər. 2004-cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş,2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024-cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə H allar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçı həmin evə köçüb yaşaya bilməz. Onun təzə tikilən evdə heç bir hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon vəkil bürosuna ünvanlanmış 03 aprel 2024-cü il tarixli 789 nömrəli məktubda göstərilmişdir ki, ünvan 8 ünvanında 0,0640 ha həyətyanı torpaq sahəsi uzərində yerləşən fərdi yaşayış evi JN-1611A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" sənədinə, keçmiş DTİ və MHQİ-nin 1133 nömrəli qeydiyyat vəsiqəsinə, Balakən rayon DNK-nun xx.xx.2005-ci il tarixli,3M-152 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.x x.2009cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X16 adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. ünvan 9 ünvanında 0,1054 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-540 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə, Balakən RİHB-nın zəlzələdən zərərçəkmiş vətəndaşların 01-1633 nömrəli siyahısına, Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli, 1115 nömrəli arayışına əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına ərazi idarəsində qeydiyyata alınmışdır. Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0,0513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon DNKnun xx.xx.2023-cü il tarixli, 2V-1363 və 2V-1361 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəha dətnamə» sənədlərinə əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə (1/2 hissə) Cavabdeh adına qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nın Balakən rayon Şöbəsi tərəfindən idarəmizə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Cavabdeh adına Balakən rayonu, Mahamalar kəndi ərazisində JN-933 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində qeyd olunan 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir.
11. İşdə olan Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli 1924 nömrəli arayışdan görünür ki, İddiaçı Balakən şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatdadır. İbrahimova X6 şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatda ola n həmin ünvanda təsərrüfat başçısı olan Cavabdeh ilə birgə nikahdan olmuşdur. Evli olduqları müddətdə yaxın qonşuları, ünvan 11 ünvanda yaşayan X9, ünvan 12da yaşayan X1, X10 və ünvan 13 ünvanda yaşayan X2 yazılı 06 noyabr 2024-cü il tarixli ərizələrinə görə 2001-ci il tarixdə İddiaçı yuxarıda göstərilən ünvanda doğulub və yaşayan Cavabdeh ilə rəsmi nikahla evləndikdən sonra təsərrüfatda olan köhnə evdə yaşamışdırlar. Təsərrüfatda olan ikinci ev isə zəlzələ zamanı yararsız hala düşmüş və dağılmışdır. Dağılmış fərdi yaşayış evinin yerində yenidən FHN-yi tərəfindən yeni fərdi yaşayış evi inşa edilmiş və yuxarıda adları qeyd edilmiş qonşuların yazılı ərizələrində qeyd edirlər ki, İddiaçı həmin evdə yaşamamışdır. İddiaçı yaşadığı həmin köhnə ev hal-hazırda da yuxarıda göstərilən ünvanda mövcud dur.
12. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X15 Agentliyi tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-18-2/2-5744/2024 nömrəli məktubda göstərilmişdir ki, “Sizin, İddiaçı məxsus Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı Fövqaladə Hallar Nazirliyinə ünvanladığınız 22 aprel 2024-cü il tarixli, 104/2024-03 nömrəli sorğu Nazirliyin Tikinti X15 Agentliyində araşdırılmışdır. Bildiririk ki, Zaqatala, Balakən və Qax rayonlarında baş verən zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində yerli icra orqanların təqdim etdiyi siyahılar əsasında zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin akt lara əsasən X3 həyat yoldaşı Cavabdeh məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar ona qəzalı evin sahəsinə uyğun olaraq, icra orqanları ilə razılaşdırılmış torpaq sahəsində yeni 2 (iki) otaqlı fərdi yaşayış evi tikilmiş və istismara qəbul edilərək, Rayon İcra Hakimiyyətinin balansına təhvil verilmişdlir.
13. Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli e-2(019)-704/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (X30)
14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə evləndiyindən, cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan yaşadığı ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürüldüyündən, onunla birgə yaşamaqla birgə təsərrüfat apardığından onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının yaşadığı iki otaqlı ev 2012-ci ildə zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə sökülərək onun yerində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən həmin evin yerində yeni ev inşa olunmuş evdə yaşamağını davam etdirdiyindən və 2024-cü ilin mart ayına kimi həmin evdə yaşadığından onun bu evdən də istifadə hüququ vardır. Onun həmin evdən istifadə hüququ olduğundan sözügedən evə köçürülmək tələbi də əsaslı hesab edilməlidir.
15. Məhkə mə daha sonra qeyd etmişdir ki, İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə deyil, bir otaqlı evdə yaşaması, iki otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşamaması barədə cavabdeh tərəfin etirazları məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarından aydın oldu ki, Cavabdeh valideynləri ilə birlikdə Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə yaşamışdır. O, İddiaçı əvvəl evləndiyi qadınla da həmin evdə yaşamışdır. Belə olan halda Cavabdeh İddiaçı ilə evləndikdə onun həmin evdən çıxarılıb bir otaqlı evə köçürülməsi inandırıcı deyildir. Bundan başqa yenə də cavabdeh tərəf izahatlarında göstərdilər ki, Habilin anası 2001-ci ildə, atası isə 2004-cü ildə ölmüşdür. Onların ölümündən sonra da həmin həyətdə iddiaçıdan, onun oğlu Ramazan və Bikədan başqa heç kim yaşamamışdır. Yaşayış üçün daha əlverişli olan iki otaqlı ev boş qaldığı halda iddiaçının iki uşaqla birlikdə yararsız vəziyyətdə olan bir otaqlı evdə yaşaması,həmçinin dövlət tətəfindən yeni ev tikilib ailə başçısı Cavabdeh təhvil verildiyi halda iddiaçının iki uşaqla birlikdə həmin evə köçməməsi həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin etirazlarını işin faktiki hallarına uyğun olmadığından qəbul etməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərəkə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə deyil, bir otaqlı evdə yaşaması, iki otaqlı evdə y aşamaması, həmçinin yeni tikilmiş evdə yaşamaması barədə cavabdeh tərəfin etirazları məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin özlərinin izahatlarından aydın oldu ki, Cavabdeh valideynləri ilə birlikdə Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə yaşamışdır. O, İddiaçı əvvəl evləndiyi qadınla da həmin evdə yaşamışdır. Belə olan halda Cavabdeh İddiaçı ilə evləndikdə onun həmin evdən çıxarılıb bir otaqlı evə köçürülməsi inandırıcı deyildir. Bundan başqa yenə də cavabdeh tərəf izahatlarında göstərdi ki, Habilin anası 2001-ci ildə, atası isə 2004-cü ildə ölmüşdür. Onların ölümündən sonra da həmin həyətdə iddiaçıdan, onun oğlu Ramazan və Bik ədan başqa heç kim yaşamamışdır. Yaşayış üçün daha əlverişli olan iki otaqlı ev boş qaldığı halda iddiaçının iki uşaqla birlikdə yararsız vəziyyətdə olan bir otaqlı evdə yaşaması, həmçinin dövlət tətəfindən yeni ev tikilib ailə başçısı Cavabdeh təhvil verildiyi halda iddiaçının iki uşaqla birlikdə həmin evə köçməməsi həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin etirazlarını işin faktiki hallarına uyğun olmadığından qəbul etməmişdir. Qeyd edilməlidir ki, İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən 2 (iki) otaqlı evdə yaşaması, 1 (bir) otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşaması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, məhkəmə iddiaçının sözlərini sübut kimi qəbul etməsi, cavabdehin sözünü (etirazını) isə qəbul etməməsi onun açıq aşkar qərəzli, qeyri-obyektiv olmasına dəlalət edir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 mövqeyinidə nəzərə almamışdır. Halbuki o, hadisələrin birbaşa şahidi olmuşdur. Məhkəmə obyektiv, qərəzsiz araşdırma aparsaydı onda yaxın qonşuların ərizələrində qeyd olunanlara düzgün hüquqi qiymət verərdi. Belə ki, yaxın qonşuları, ünvan 11 ünvanda yaşayan X9, ünvan 12da yaşayan X1, X10 və ünvan 13 ünvanda yaşayan X2 yazılı 06 noyabr 2024-cü il tarixli ərizələrinə görə 2001-ci il tarixdə İddiaçı yuxarıda göstərilən ünvanda doğulub və yaşayan Cavabdeh ilə rəsmi nikahla evləndikdən sonra təsərrüfatda olan köhnə evdə yaşamışdırlar. Təsərrüfatda olan ikinci ev isə zəlzələ zamanı yararsız hala düşmüş və dağılmışdır. Dağılmış fərdi yaşayı ş evinin yerində yenidən FHN-yi tərəfindən yeni fərdi yaşayış evi inşa edilmiş və yuxarıda adları qeyd edilmiş qonşuların yazılı ərizələrində qeyd edirlər ki, İddiaçı həmin evdə yaşamamışdır. İddiaçı yaşadığı həmin köhnə ev hal-hazırda da yuxarıda göstərilən ünvanda mövcuddur.
19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, mülki iş materiallarında olan FHN Tikintidə X15 Agentliyinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş 18 may 2012- ci il tarixli baxış aktı ilə müəyyən olunur ki, Cavabdeh məxsus 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evinin yükdaşıyan divarları zəlzələnin nəticəsindən deformasiyaya uğramış, çoxlu sayda keçici şaquli, maili çatlar əmələ gəlmiş, sol yükdaşıyan divar sola əyilmiş və qəzalı vəziyyət yaranmışdır. Həmin zaman komissiya tərəfindən ailə üzvlərinin 4 nəfərdən ibarət olması müəyyən edilmişdir. Göründüyü kimi, baxış aktı ilə də müəyyən olunduğu kimi, Cavabdeh 18 may 2012-ci il tarixədək ailə üzvləri ilə birlikdə zəlzələdən zərər çəkmiş 1 mərtəbəli 2 otaqlı çay daşından inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmin ev qəzalı olduğundan yerində yeni ev inşa edilmişdir. Belə olan halda, cavabdehin etiraz dəlili öz əhəmiyyətini itirmiş olur. O da qeyd edilməlidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia tələbinə rəsmi etiraz edərək göstərmişdir ki, iddiaçının gəlin köçdüyü ev dağılmamış və onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev ona və bacısı Firəngiz Muradovaya mərhum atası Budey İbrahimovdan miras qalmışdır. H əmin ev 1972-ci il tarixdə inşa edilmiş, 2013-cü ilə qədər o və iddiaçı orada yaşamışlar. Həmin vaxtı dövlət zəlzələdən dağılmış evi sökmədən təzə ev tikmirdi. Təzə tikilən ev isə mərhum atasının dağılmış evinin yerində tikilmişdir. Digər həyətdə olan 2013-cü il tarixdə dövlət tərəfindən tikilən ev isə ona və bacısına məxsus olmuş, zəlzələdən dağılmış və dağılan ev mərhum atası Budey İbrahimovun adına olmuşdur. 2014-cü ildən onlar, yəni Cavabdeh, iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızı Bikə həmin evdə yaşamağa başlamışıq. Son dövrlərdə, yəni 2022-ci il tarixdə boşandıqdan sonra, o həmin evi tərk etmiş, 2 ildir ki, onun evində yaşamır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində iddiaçının zəlzələdən zərər çəkmiş evin yerində inşa edilmiş fərdi yaşayış evində yaşamad ığını bildirsə də, eləcə də, bu məzmunda qonşuların ərizələrini məhkəməyə sübut qismində təqdim etsə də, öz etirazında etiraf etmişdir ki, 2014-cü ildə iddiaçı və uşaqları ilə yeni tikilmiş evdə yaşamış, 2022-ci il tarixdə boşandıqdan sonra iddiaçı öz ata evinə qayıtmışdır. Belə olan halda, cavabdeh apellyasiya dəlilini öz etirazı ilə təkzib etmiş olur və qonşular tərəfindən təqdim edilmiş ərizələrin hər hansı əhəmiyyəti qalmır. Eyni zamanda, FHN Tikintidə X15 Agentliyinin 28 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş 18 may 2012-ci il tarixli baxış aktı da təsdiq edir ki, iddiaçı məhz zəlzələdən zərər çəkmiş, dövlət qeydiyyatına alınmamış Cavabdeh məxsus 2 otaqlı evə gəlin köçmüş, həmin evdə yaşadıqları müddətdə zəlzələdən yararsız hala düşmüş, orada yeni ev inşa edildikdən sonra yeni tikilmiş evdə yaşamağa davam etmişlər. O da qeyd olunmalıdır ki, cavabdeh öz etirazında 2022-ci il tarixdə iddiaçının həmin evi tərk etməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 2022-ci ildə deyil, 2024-cü ilin mart ayından mübahisəli evə buraxılmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-236/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tаrixli, e-2(019)-704/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (Sədrlik edən (məruzəçi) - X23, hakimlər – X24 və X11 ibarət tərkibdə)
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə evləndiyindən, cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan yaşadığı ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürüldüyündən, onunla birgə yaşamaqla birgə təsərrüfat apardığından əvvəlkli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri baxımından, onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının yaşadığı iki otaqlı ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə sökülərək həmin evin yerində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni ev inşa olunmuş evdə yaşamağını davam etdirdiyindən v ə 2024-cü ilin mart ayına kimi həmin evdə yaşadığından, onun bu yeni inşa olunmuş evdən də istifadə hüququ vardır. Onun həmin evdən istifadə hüququ olduğundan sözügedən evə köçürülmək tələbi də əsaslı hesab edilməlidir.
22. Məhkəmə kollegiyası yeni tikilmiş evdə yaşaması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, məhkəmənin iddiaçının sözlərini sübut kimi qəbul etməsi, cavabdehin sözünü (etirazını) isə qəbul etməməsi onun açıq aşkar qərəzli, qeyriobyektiv olmasına dəlalət etməsi barədə apelyasiya şikayətinin dəlilini əsassız sayaraq qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilərkən, həm də iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçının həmişə mübahisə predmeti olan evdə yaşadığı müəyyən edilmişdir.
23. Bununla yanaşı apel lyasiya məhkəməsi zəlzələdən sonra komissiyanın təşkil edilməsi və evin bərpa olunması və ev bərpa olunarkən cavabdehin ailə üzvlərinin 4 nəfərdən ibarət olması müəyyən edilmişdir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 (İ), Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (köhnə redaksiyada, 8 iyul 1982-ci il tarixli) 53, 54, 123, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri
25. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-236/2025 nömrəli qətnaməsini ləğv edilərək, işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən 2 otaqlı evdə yaşaması, 1 otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşaması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, məhkəmə iddiaçının sözlərini sübut kimi qəbul etməsi, cavabdehin sözünü (etirazını) isə qəbul etməməsi onun açıq aşkar qərəzli, qeyri-obyektiv olmasına dəlalət edir. Məhkəmə nəzərə almamışdır ki, ünvan 14 ünvanında cav abdehin anası 2001-ci ilə, atası isə 2004-cü ilə kimi yaşamışdır. Həm birinci, həm də apellyasiya instansiya məhkəmələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-X5 mövqeyinidə nəzərə almamışdır. Halbuki o, hadisələrin birbaşa şahidi olmuşdur.
27. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Mənzil Məcəlləsinin 123, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada, 8 iyul 1982-ci il tarixli)
30. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
32. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci ma ddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı 33. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsinə dair dəlillərə münasibətdə qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr hər bir dəlili araşdırmış və qarşılıqlı olaraq qiymətləndirmişdir.
45. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddiaçı gəlin köçdüyü evdən istifadə hüququ əldə etmiş, həmin evin zəlzələdə uçması nəticəsində bərpa işləri aparılarkən məhz iddiaçı və iki uşağı cavabdehin ailə üzvü ki mi qeyd edilmişdir.
46. Müəyyən edilmişdir ki, yeni ev uçmuş binanın ölçülərindən artıqdır, cavabdehin ailəsi üçün bərpa edilərək təhvil verilmişdir. Cavabdeh iddiaçının və uşaqların həmin evdə yaşamadıqlarını göstərsə də bu fakt heç bir mötəbər sübutla dəstəklənmir.
47. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətinə qarşı etirazında irəli sürülmüş dəlillərlə eyni məzmunlu olmaqla, işin faktiki halları ilə bağlıdır, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə q iymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə ə sas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2025-ci il tarixli, 2(107)-236/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.