Məhkəmə qərarları › İş №2(102)-1963/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1963/2024

10.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1963/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(103)861/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh 01 mart 2007-ci ildə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə baş menecer vəzifəsinə işə qəbul olunmuş, 01 noyabr 2010-cu ildə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.

2. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti xx.xx.2010-xx.xx.2015, xx.xx.2015-xx.xx.2020, xx.xx.2020-xx.xx.2025-ci illər ərzində dayandırılmışdır. 3. “Subaru Outback” minik markalı, H014070 qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olmuş, 09 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin avtomobil X1, **-XF-*** dövlət qeydiyyat nişanı ilə təhkim olunmuş, 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə X3 mülkiyyətinə keçmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 29 mart 2022ci il, 24 iyul 2023-cü il və 01 sentyabr 2023-cü il tarixli məktublarına əsasən, **-XF-*** (H014070) dövlət qeydiyyat nişanlı, “Subaru Outback” markalı minik avtomobilinin X5 adına rəsmiləşdirilməsinə əsas olmuş 09 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən, alqı-satqı məbləği və digər məlumatların təqdim edilməsi mümk ün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə iddiaçının mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik avtomobilinin qanunsuz satılmasından əldə olunmuş 12000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, DİN Baş X12 İdarəsinin 05 avqust 2021-ci il tarixli məktubu ilə məlum olmuşdur ki, iddiaçının xəbəri olmadan onun mülkiyyətində olan H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik a vtomobili alqı-satqı müqavilələri əsasında 09 iyun 2015-ci ildə X5 mülkiyyətinə keçirilmiş, 14 aprel 2020-ci ildə X3 mülkiyyətinə keçirilmiş, 24 oktyabr 2020-ci ildə isə etibarnamə əsasında X7 istifadəsinə verilmişdir. İddiaçı həmin avtomobilin satılmasına razılıq verməmiş, bununla bağlı heç kimlə alqı-satqı müqaviləsi bağlamamış və ya bunun üçün onlara etibarnamə də verməmişdir. X8 avtomobili iddiaçının işçisi olmuş Cavabdeh almış, alqı-satqı prosesində özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Cavabdeh iştirak etmişdir. Halbuki, Cavabdeh 09 iyun 2015-ci il tarixdə artıq iddiaçının işçisi olmamış və ona iddiaçı tərəfindən bu alqı-satqını həyata keçirmək üçün heç bir səlahiyyət, etibarnamə verilməmişdir. Bundan başqa, cavabdeh X8 və onun nümayəndəsinin bildirdiklərinə, məhkəməyə təqdi m etdikləri səs yazısına əsasən, avtomobilin alınması üçün cavabdeh X2 Denis Aleksandroviçə 12000 ABŞ dolları ödəmişdir. Lakin Cavabdeh həmin pul vəsaitini iddiaçıya təhvil verməmiş və bank hesabına da mədaxil etməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)1524/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan avtomobilin əvvəllər işçisi olmuş Cavabdeh tərəfindən satıldığını iddia etsə də, bu dəlili təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəfin verdiyi çoxsaylı vəsatətlər məhkəmə tərəfindən təmin olunaraq, zəruri sübutların təqdim edilməsi aidiyyəti orqanlardan tələb edilmiş, lakin yenə də iddiaçının dəlillərini təs diq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, yalnız Eynulla Həsənovun (əvvəllər cavabdeh, hazırda isə üçüncü şəxs qismində cəlb edilmiş) sözlərinə istinadən iddianın təmin edilməsi ədalətli deyildir. Nəzərə alınmalıdır ki, Həsənov Eynulla özü əvvəldən hazırki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Sonradan iddiaçının vəsatəti ilə cavabdehlər siyahısından çıxarılmış və digər bir vəsatətlə iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququnu ötürdüyü, etibarnamə (notarial qaydada və ya şirkət möhürü ilə təsdiq olunmuş) və yaxud yol vərəqəsini verdiyi şəxslərin qeydiyyatını aparmaq iddiaçı tərəfin yerinə yetirməli olduğu iş idi, lakin iddiaçı tərəf həmin məlumatları məhkəməyə təqdim edə bil məmişdir. İddiaçının digər şəxslərə qarşı iddia qaldırıb, sonradan məhz Eynulla Həsənovun dediklərinə əsasən cavabdeh qismində Cavabdehni cəlb etməsi, heç bir sübutu olmadığı halda, ehtimallara və məhz Eynulla Həsənovdan eşitdiklərinə əsaslanaraq ona qarşı irəli sürülmüş iddiasını əsaslandırmağa çalışması da onu deməyə əsas verir ki, iddiaçı tərəf avtomobilin Cavabdeh tərəfindən satılmasına əmin olmamış, sadəcə bunu ehtimal etmişdir. İş materialları əsasında müəyyən edilir ki, Cavabdeh 2010-cu ildə Nümayəndəlikdən işdən çıxmış, 2015-ci ildə isə avtomobil BDYPİ-də bağlanmış alğı-satqı müqaviləsi əsasında Eynulla Həsənovun mülkiyyətinə keçmişdir. Müqavilənin BDYPİ-də bağlanması onu deməyə əsas verir ki, avtomobilin satılması Nümayəndəliyin səlahiyyətli şəxsi (ya direktorun özü, ya da onun et ibarnamə verdiyi və etibarnaməsinin müddəti bitməyən şəxs) tərəfindən həyata keçirilmişdir. BDYPİ-də sənədlərin ləğv edilməsi səbəbindən avtomobili satan şəxsin kimliyi barədə məlumat almaq mümkün olmamış, Nümayəndəlik tərəfindən maşına dair notarial qaydada təsdiq edilmiş etibarnamənin verilmədiyi müəyyən olunmuş, 2013-2015-ci illərdə avtomobilin kim tərəfindən idarə olunmasına dair məlumatları da əldə etmək mümkün olmamış, şirkət möhürü ilə kimə, hansı müddətdə və hansı səlahiyyətlərə dair etibarnamə verilməsi barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilə bilməmiş, bir sözlə, Cavabdehnin əsassız varlanması halı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf 2010cu ildə Nümayəndəliyin fəaliyyətinin dayandırılmasından məhkəməyə müraciət edilən xx.xx.2021-ci il tarixədək ötən 11 il ərzində mül kiyyətində olan maşının aqibəti ilə maraqlanmamış, həmin müddət ərzində hər hansı səlahiyyəti olmayan şəxsin istifadəsində olması ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. Bu hal da bir daha təsdiq edir ki, maşın iddiaçının səlahiyyətli şəxsi tərəfindən Eynulla Həsənova satılmışdır. Maşının satışından əldə edilmiş pulun şirkətin hesablarına daxil olmaması hələ onu deməyə əsas vermir ki, pul məhz Cavabdeh tərəfindən əldə edilib mənimsənilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan maşını səlahiyyəti olmadan sataraq əsassız varlanması halı öz təsdiqini tapmadığından, hazırki iddianın təmin edilməsi ədalətli və ağlabatan deyildir.

10. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanm asının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 80, 81, 88, 217.3, 217.4, 2 18.3, 220.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2023-cü il tarixli, 2(103)-861/2024 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrli yi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)-1524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və göstərmişdir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə hüquqların mövcudluğu, heç bir səlahiyyət olmadan məhz onun tərəfindən əmlakın satılması dayanıqlı və mötəbər sübutlarla təsdiq edilmir. Bundan əlavə, iddiaçının balansında olan əmlakın saxlanılması və dövriyyəsi üzrə təşkilatın müvafiq vəzifəli şəxslərinin illər boyu öz səlahiyyətlərinin həyata keçirməməsi onlara mənsub mülki məsuliyyəti istisna etməyən h üquqi rejimə rəğmən başqa şəxslərdən tələb hüququnu yarada bilməz. Təşkilat ilkin olaraq öz təsərrüfatının maliyə-mühasibat və digər qeydiyyat sənədləşməsi üzrə məsul şəxslərinin müvafiq əmlak üzrə sərəncamverici hərəkətlərini təftiş etməli və bundan irəli gələrək kimdən və hansı əsasla tələb hüququnu müəyyən etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(103)-861/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən Mülki Məcəllənin 358.1, 1091.1, 1092.1-ci, Əmək Məcəlləsinin 191, 198, 199, 200-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddia predmeti olan iddiaçının mülkiyyətində olmuş minik avtomobili 09 iyun 2015-ci il tarixdə X8 əvvəllər iddiaçının işçisi olmuş Cavabdeh almış, alqı-satqı prosesində özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Cavabdeh iştirak etmişdir. Halbuki, cavabdeh həmin tarixdə artıq iddiaçının işçisi olmamış və ona iddiaçı tərəfindən bu alqı-satqını həyata keçirmək üçün heç bir səlahiyyət, etibarnamə verilməmişdir. İş materiallarında olan üçüncü şəxs X5 və onun nümayəndəsinin izahatlarına, iddiaçının təqdim etdiyi səs yazısına əsasən, avtomobilin alınması üçün X8 cavabdehə 12000 ABŞ dolları ödəmişdir. Lakin, cavabdeh həmin pul vəsaitini iddiaçıya təhvil verməmiş və iddiaçının bank hesabına da mədaxil etməmişdir. Beləliklə də, cavabdeh iddiaçıya məxsus olmuş əmlakı səlahiyyəti olmadan sataraq əldə etdiyi 12000 ABŞ dolları məbləğində əsassız varlanmışdır.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsa sən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəm ə kollegiyası qeyd edir ki, iddiaçı ilə olaraq onun mülkiyyətində olmuş nəqliyyat vasitəsinin cavabdehin istifadəsində və sərəncamında olmasını sübut etməlidir. İddiaçı hüquqi şəxs olduğundan, habelə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan əşya olduğundan Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən həmin hal yalnız qanunla müəyyən olunan sənədlərlə təsdiq oluna bilər, üçüncü şəxsin izahatı bununla bağlı mötəbər sübut hesab oluna bilməz.

25. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarm ağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

26. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

27. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüq uqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki halla rını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(103)-861/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar