Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1971/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)-715/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 9 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.ünvan 1 ü nvanda yerləşən, sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsi (sonradan - mübahisəli obyekt) "xxxx" MMC-nin mülkiyyətində olmuşdur və bu barədə onun adına Reyestr Xidməti tərəfindən 14 aprel 2015-ci il tarixli Çıxarış verilmişdir. 2.İddiaçı ilə "xxxx" MMC arasında mübahisəli obyektin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, icarə müddəti vaxtından əvvəl xitam verilməyincə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 təqvim ayı qalmış xitam barədə yazılı bildirişin təqdim edilmədiyi təqdirdə, icarə müddətinin növbəti eyni müddətə artırılması, aylıq icarə haqqının 800 manat (677,97 manat icarə haqqı + 122,03 manat vergi) olması nəzərdə tutulmuşdur. Müqavilə notarial qaydada təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. 3.Müqavilənin 4.1 və 4.2-ci bəndlərində obyektin əsaslı tikinti, kosntruktiv təmir işləri və dəyişikliklərin aparılmasına icarəyə verənin yazılı razılığının olmadığı halda yol verilməməsi nəzərdə tutulmuşdur. 4."xxxx" MMC obyekti X3 xeyrinə özəlləşdirmiş, sonuncu isə xx.xx.2021-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi əsasında X1. X7 22.6.2021-ci il tarixdə mübahisəli obyektə dair Çıxarış almışdır. 5.İddiaçı yeni mülkiyyətçi X7 ilə də xx.xx.2021-ci il tarixdə mübahisəli obyektə dair icarə müqaviləsi bağlanmış, icarə müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuş, müddətin başa çatmasına 1 ay qalmış müqavilənin pozulmasına dair heç bir təklifin irəli sürülmədiyi təqdirdə icarə müddətinin bağlanmış müddətə uzadılması, icarəyə verənin razılığ ı olmadan təmir işlərinin aparılmasına yol verilməməsi, bir aylıq icarə haqqının 500 manat məbləğində olduğu nəzərdə tutulmuşdur. Həmin icarə müqaiviləsi 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. 6.“Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemində Çıxarışa əsasən daha sonra mübahisəli obyektin mülkiyyətçisi dəyişmiş və obyekt Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, X2 obyektin alqı-satqısına dair Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. 7.Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın reyestrdə dövlət qeydiyyatına alınmışdır. 8.Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 50 saylı notariat ofisinin xüsusi notariusu (icarə müqav iləsini təsdiq edən notarius) və İddiaçı məktub göndərərək icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq, müddətin uzatmaq niyyətində olmadığını və kirayəçinin obyekti qaytarmağa məcbur olduğunu bildirmiş, məktub həmin gün “Abbasova” imzalı şəxs tərəfindən qəbul edilmişdir. 9.Bundan sonra İddiaçı həmin obyektdən çıxmamış, Cavabdeh1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Nərimanov rayon məhkəməsində iddia qaldıraraq, İddiaçı tərəfindən mübahisəli obyektin boşaldılması, 3.000 manat icarə haqqının və 2.000 manat vurulmuş zərərin tutulmasını xahiş etmiş, sonradan tərəflərin arasında danışıqların getməsi səbəbindən iddiaçının xahişi ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
10. Eyni zamanda Cavabdeh1 müvəqqəti təminat barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinə müraciət edərək mübahisəli obyektdən istifadə edilməsini İddiaçı qadağan edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixlə qəradadına əsasən iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən xx.xx.2022-ci tarixli qərardadın ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qey ri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsin dən istifadəsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023- cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Müvəqqət təminat tədbirinin ləğv edilməsinin səbəblərindən biri ondan ibarət olmuşdur ki, həmin qadağanın qalması cavabdehlə yanaşı, iddiaçının iqtisadi mənafelərinə də uyğun olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi və tələbin artı rılması barədə ərizə verərək X7 ilə Cavabdeh1 arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunması, X7 və Cavabdeh1 50.000 manat obyektin təmirinə görə, 30.000 manat müvəqqəti təminat tədbirinə görə, 20.000 manat mənəvi ziyana görə, 390 manat dövlət rüsumuna görə, ümumiləkdə 100.390 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, obyektin təmirinə, reklamına və vitrin mebellərə 50000 manata yaxın vəsait xərcləmiş, Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51.4 kv.metr olan qeyri-yaşayış sahəsindən istifad ə İddiaçı qadağan edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 şikayəti təmin edilərək müvəqqəti təminat tədbiri ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsi istifadəsinə verilmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək qeyri-yaşayış sahəsi bağlı qalmışdır. İcarə müqaviləsi qüvvədə olduğu halda əsassız olaraq obyektin bağlı olmağı iddiaçıya maddi ziyan vurmuşdur. Aylıq 3.000 manatdan çox yəni 8 ay ümumilikdə 24.000 manat və əlavə olaraq içəridə olan malların vaxtı keçdiyi və reklamın sıradan çıxdığı üçün 6.000 manat ziyan dəymişdir. Ümumilikdə 80.000 manat maddi və 20.000 manat mənəvi ziyan dəymişdir.
18. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan bir aylıq dövr üçün ödənilməmiş icarə haqqına görə 500 manat və xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan 14 aylıq dövr üçün əldə çıxmış faydaya görə 14 ay x 500 manat = 7000 manat olmaqla, cəmi 7.500 manat pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almışdır. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sözügedən qeyriyaşayış sahəsinə dair X7 ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi olmuşdur. Həmin müqavilənin 3-cü bəndində yazılmışdır ki, icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 təqvim ayı qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti bağlanmış müddətə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı 500 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu qeyri-yaşayış sahəsini aldıqdan sonra İddiaçı əvvəlcə şifahi məlumat verərək daha sonra, xx.xx.2022-ci il tarixdə yazılı xəbərdarlıq göndərərək, icarə müqaviləsinin müddət ini uzatmaq niyyətində olmadığını bildirmiş, eləcə də ondan xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq, təhvil verməsini və icarə haqqı borcunu ödəməsini xahiş etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən X8 ilə icarə münasibətlərinə xitam verilmişdir. Lakin bu günədək o, mülkiyyətində olan əmlakından çıxmamışdır. X4 bu qanunsuzluğu sözügedən əmlaka dair mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, ona zərər vurulmasına gətirib çıxarmışdır. Onun qeyri-yaşayış sahəsindən azad mülki dövriyyə şəraitində ən azı icarə müqaviləsində göstərilən icarə haqqı qədər qazanc əldə edə biləcəyi halda artıq 14 aydır ki, bundan məhrum edilmişdir.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(008)-4395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətn aməsi ilə (hakim T.Əsədova) ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, 7500 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi, İddiaçı ödədyiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə digər cavabdeh X7 arasında azad şəkildə iki tərəfli müqavilə bağlanmışdır. Qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi yalnız müqavilə tərəflərinə nisbətdə nəzərdə tutulmuşdur.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı həmin müqavilənin ləğv edilməsinə dair iddia verməyə subyektiv hüquq mövcud olmamışdır.
23. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçir ilməsindən söhbət gedə bilməz.
24. Məhkəmə 50.000 manat təmirə çəkdiyi xərcin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, X4 izahatına görə o, 50.000 manat təmir xərcini birinci mülkiyyətçi "xxxx" MMC ilə bağladığı icarə müqaviləsi dövründə çəkmişdir.
25. Məhkəmə həmin 50000 manatı təsdiq edən sənədlərin mövcudluğunu, həmin təmirin müqavilə şərtlərinə uyğun aparılıb-aparılmadığını araşdırmadan qeyd etmişdir ki, belə bir tələb yalnız "xxxx" MMC-yə qarşı yönələ bilər, digər mülkiyyətçilər – hazırkı iş üzrə cavabdehlər – həmin təmir xərcinə görə hər-hansı bir məsuliyyət daşımırlar, belə ki, onlar həmin əmlakı mövcud vəziyyətdə almış və onların vaxtında hər-hansı bir təmir işləri aparılmamışdır.
26. Birinci instansiya məhkəməsi 30000 manat müvəqqəti təminat tədbirinə görə ziyanın ödənilməsi ilə bağlı MPM-in 164-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddia ərizəsi ilə bərabər verilən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb edilməsi o zaman nəzərdə tutulub ki, iddia ərizəsinə mahiyyəti üzrə baxılmış və məhkəmə qanuni qüvvəsini almış olsun. Bu o demək deyil ki, hər bir halda müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərər tutulmalıdır.
27. Məhkəmə hesab etmişdir ki, mahiyyəti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda zərər tutula bilər.
28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 xahişi əsasında seçilmiş müvəqqəti təminat tədbiri qanuni olmuş, belə ki, Cavabdeh1 özünün qanuni mülkiyyətində olan obyektdən qanunsuz istfadənin qadağan edilməsini xahiş etmiş, Cavabdeh1 ilə İddiaçı arasında icarə münasibətləri olmamışdır.
29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hətta Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə İddiaçı bildirişin göndərilməsi barədə öhdəliyi mövcud olmamışdır.
30. Məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır və bu əsasdan hesab etmişdir ki, Cavabdeh1 yüklülükdən azad qeyriyaşayış sahəsini əldə etdiyindən onun İddiaçı qarşısında hər-hansı bir öhdəliyi olmamışdır. Lakin buna baxmayaraq Cavabdeh1 müqavilənin ləğv edilməsi barədə bir ay qalmış İddiaçı bildiriş göndərmişdir.
31. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.5-ci maddələrinə əsasən İddiaçı Cavabdeh1 ilə hər-ha nsı icarə və ya digər hüquqi münasibətləri olmadığından, qeyriyaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsinin boşaldaraq mülkiyytəçi Cavabdeh1 təhvil verməlidir.
32. Məhkəmə qarşılıqlı iddia üzrə maddi tələbə dair qeyd etmişdir ki, mübahisəli sahə mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdən Cavabdeh1 məxsus olmasına və xx.xx.2022-ci il tarixdə mübahisəli sahəni boşaltmağı tələb etməyinə baxmayaraq İddiaçı qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçi gəlirindən məhrum olmuşdur.
33. Məhkəmə İddiaçı müvəqqəti təminat tədbirinin tədbiqi nəticəsində müəyyən vaxt obyektdən istifadə etməməyi nəticəsində gəlir əldə etmədiyinə dair qeyd etmişdir ki, hazırda mövzu onun gəlir əldə edib-etmədiyi deyil, mülkiyyətçinin gəlirindən məhrum olmasıdır.
34. Məhkəmə hesab etmişdir ki, C avabdeh1 İddiaçı qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qalmış, İddiaçı bunun nəticəsində əsassız varlanmışdır.
35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 148.2, 152.1, 152.5, 157.2, 157.5, 324.1, 324.2, 324.4, 421.1, 421.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 164 və 217.4 -ci maddələrinə istinadla əsaslandırmışdır. b )Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ilkin iddia tələbinə münasibətdə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin xitam edilib-edilmədiyi məhkəmə tərəfindən araşdırılmamış, məhkəmənin qətnaməsində həmin icarə müqaviləsinə hər hansı münasibət və hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəflər arasında icarə hüququ münasibətlərinin mövcud olmasını görməzdən gələrək düzgün olmayaraq Mülki Məcəllənin 324-cü maddəsinin tələblərinə istin ad etmiş, icarə münasibətlərinə aid olan maddi hüququ normalarını, ümumiyyətlə, tətbiq etməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarə müqaviləsinə xitam verilməsi qaydası tərəflər arasında razılaşdırılaraq tərəflərdən hər birinin 30 gün əvvəl yazılı xəbərdarlıq edərək icarəyə xitam vermək hüququnun olması şərtləndirilmişdir. Lakin məhkəmə tərəflər arasında icarə müqaviləsinə xitam verərkən onun xitam verilməsi qaydasında əməl olunub-olunmadığını araşdırmamış ilkin iddianı rədd etmiş, qarşılıqlı iddianı təmin etmişdir. Belə ki, alqı-satqı müqaviləsinin tərəfləri icarə müqaviləsi qüvvədə ola-ola onun xitam verilməsi şərtlərinə əməl etmədiklərinə görə həmin müqaviləyə xitam verilə bilinməzdi. İcarəyə verən tərəfindən icarəçiyə hər hansı bildiriş göndərilməmiş, həmin bildirişin onun tərəfindən alındığını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Belə olan halda alqı-satqı müqaviləsinin predmeti üzərində icarə hüququ olan iddiaçının onu mübahisələndirmək hüququ yaranmış və bununla da iddiaçının maraqlarına toxunduğuna görə onun həmin tələbə münasibətdə subyektiv hüququ vardır. Lakin birinci instansiya məhkəməsinin düzgün olmayaraq iddiaçının subyektiv hüququnun olmadığını nəticəsinə gəlmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər X7 və Cavabdeh1 50000 manat obyektin təmirinə görə pul tutulması hissəsində də maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, 2016-cı ilin avqust ayının 1-dən Bakı şəhəri Nərimanov rayon Ağa Nemətulla 23 ünvanında yerləşən obyekti "xxxx" MMC tərəfindən icarəyə götürmüşdür İlkin şifahi razılaşmaya əsasən obyekti əsaslı təmir elətdirmiş, təmirə, reklama və vitrin mebellərə 50.000 manata yaxın vəsait xərcləmişdir. Məhkəmə əmlaka "xxxx" MMC-nin mülkiyyətində olan dövrdə xərc çəkildiyini və ondan tələb olunmalı olunduğunu qeyd etsə də tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Həmçinin 30000 manat müvəqqəti təminat tədbirinə görə 20.000 manat mənəvi ziyana görə və 390 manat dövlət rüsumuna görə, ümumilikdə 100.390 manat pul vəsaitinin tutularaq ona ödənilməsininin rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə Cavabdeh1 müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək qeyri-yaşayış sahəsinin bağlı qalmasını nəzərə almayıb həmin vaxta icarə haqqı hesa blayıb.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-715/2023 saylı mülki iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), G.T.Axundova və C.C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2(008)4395/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, İddiaçı alınaraq Cavabdeh1 ödənilməli olan məbləğ 4000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddia üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, mülki iş mate riallarından göründüyü kimi İddiaçı öz ilkin iddiasını xx.xx.2023-cü il tarixdə versə də, bundan sonra 2 dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddia həcminin artırılması barədə ərizə təqdim etmiş və hazırki iddiasının böyük qismini təşkil edən tələbləri məhz sonuncu, yəni xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir. Qarşı tərəf isə həmin iddia həcminin artırılması barədə ərizədən birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında xəbərdar olmuş (iclas protokollarından da bu aydın olur), tərəflərin arasında barışıq əldə edilməsi imkanının mövcud olduğunu bildirmiş, bu barışıq əldə olunmadığından xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
40. Qeyd olunan faktlardan da göründüyü kimi qarşılıqlı iddia ərizəsi qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə təqdim edilmişdir və buna görə də ərizənin icraata götürülməsi, o cümlədən ona mahiyyəti üzrə baxılması ilə bağlı hər hansı prosessual pozuntu məhkəmə tərəfindən aşkar edilməmişdir.
41. Məhkəmə kollegiyası İddiaçı qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin olunmasının qanunsuz və əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 onunla öncəki mülkiyyətçi X7 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış alqı-satqısı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur və öz mülkiyyəti üzərində müstəqil sərəncam vermək, o cümlədən başqasının qanunsuz sahibliyindən müdafiə olunmaq hüququna malikdir. Bununla yanaşı nəzərə alınmal ıdır ki, Cavabdeh1 ilə İddiaçı arasında icarə münasibətləri olmamış, dolayısı ilə iddiaçının tələbi üzrə Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə İddiaçı Fərham oğluna bildiriş göndərilməsi barədə hər hansı öhdəliyi mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, İddiaçı mübahisəli əmlaka qanunsuz olaraq sahiblik etməyə davam etmişdir. Üstəlik həmin dövr ərzində qarşılıqlı iddia üzrə Cavabdeh1 öz mülkiyyətindən istifadə edə bilməmiş, ondan bəhər götürə bilməmiş və ya digər formada ondan yararlana bilməmiş və bu hal işin faktiki hallarına baxış zamanı da aydın olur.
42. Məhkəmə kolegiyası qeyd edilənləri nəzərə alaraq və işin bu faktiki hallarını qanunvericiliyin mülkiyyət hüququnun müdafiəsinə dair normaları baxımından qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsini n qarşılıqlı iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsini boşaldaraq mülkiyyətçi Cavabdeh1 təhvil verməsi hissəsində və dəymiş zərərin hesablanmalı olması ilə bağlı mövqeyi əsaslı olmuşdur.
43. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həll edərkən iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin olması və dolayısı ilə qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının müəyyən bir dövr ərzində qanunla qorunması halını nəzərə almamış, həmin dövrü də ona dəymiş zərər kimi hesablamaqda yanlış qənaətə gəlmişdir.
44. Belə ki, mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qeyri-yaşayış sahəsin dən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
45. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sa həsindən istifadəsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbiri ləğv edilmişdir.
46. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək yekun məhkəmə aktı çıxarılanadək İddiaçı sözügedən qeyri-yaşayış sahəsindən istifadə etməsinin dayandırılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla onun ərizəsi təmin edilmişdir. Bu da o deməkdir ki, artıq hə min tarixdən etibarən onun hüquqlarının pozulması dayanmışdır və yalnız qarşı tərəfin ərizəsi ilə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş məhkəmə aktına əsasən həmin qadağa götürülmüşdür.
47. Bu da o deməkdir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə, yəni təxminən 7 ay boyunca öz çatmağa ümid etdiklərindən məhrum olmamış və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin təqsirli hərəkətləri ucbatından əlindən çıxmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən birinci instansiya məhkəməsi tərəfindən MPM-in 154-cü maddəsinin tələblərini nəzərə almadan qarşılıqlı iddianı icraata qəbul edilməsi həmin prosessual normanın pozulması və həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnmiş, işdə olan sübutlara qiymət verilməmiş, tətbiq olunmalı MPM-in 80, 81-ci, 217.3-cü və 372.1, 372.6-cı maddələri tətbiq olunmadığından düzgün olmayan yekun məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətimdə göstərilən dəlillər həcmində yoxlanmaması ilə məcburi xarakterli AR Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı da pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamədə heç bir maddi hüquq normasına əsaslanmadan kobud qanun pozuntusuna yol verərək qarşılıqlı iddianın təmin olunması nəticəsinə gəlmiş, işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, qərarında gəldiyi nəticəni heç bir maddi hüquq norması ilə əsaslandırmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və nəticədə Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
52. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, əmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
54. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
55. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona məns ub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
56. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
58. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz s ahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər.
59. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
60. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
61. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
62. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
63. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
64. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
65. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
66. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olma qla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
67. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
68. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
69. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
70. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olma dan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
71. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
72. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
73. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
74. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində İddiaçı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassas iya instansiyası məhkəməsinin hüquqi mövqeyi
85. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
86. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instan siyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
87. Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Cavabdeh1 onunla öncəki mülkiyyətçi X7 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış alqı-satqısı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur və öz mülkiyyəti üzərində müstəqil sərəncam vermək, o cümlədən başqasının qanunsuz sahibliyindən müdafiə olunmaq hüququna malikdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh1 ilə İddiaçı arasında icarə münasibətləri olmamış, dolayısı ilə iddiaçının tələbi üzrə Cavabdeh1 icarə müqaviləsinin ləğvi barədə İddiaçı bildiriş göndərilməsi barədə hər hansı öhdəliyi mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, İddiaçı mübahisəli əmlaka qanunsuz olaraq sahiblik etməyə davam etmişdir. Üstəlik həmin dövr ərzində qarşılıqlı iddia üzrə Cavabdeh1 öz mülkiyyətindən istifadə edə bilməmiş, ondan bəhər götürə bilməmiş və ya digər formada ondan yararlana bilməmiş və bu hal işin faktiki hallarına baxış zamanı da aydın olur.
88. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq və işin bu faktiki hallarını qanunvericiliyin mülkiyyət hüququnun müdafiəsinə dair normaları baxımından qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə İddiaçı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldaraq mülkiyyətçi Cavabdeh1 təhvil verməsi hissəsində və dəymiş zərərin hesablanmalı olması ilə bağlı m övqeyi əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həll edərkən iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin olması və dolayısı ilə qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının müəyyən bir dövr ərzində qanunla qorunması halını nəzərə almamış, həmin dövrü də ona dəymiş zərər kimi hesablamaqda yanlış qənaətə gəlmişdir.
89. Belə ki, mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, qeyri-yaşayış sahəsindən istifadə İddiaçı qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
90. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsindən istifadəsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilmiş, qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinin qadağan edilməsi barədə müvəqqət təminat tədbiri ləğv edilmişdir.
91. Göründüyü kimi Cavabdeh1 qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək yekun məhkəmə aktı çıxarılanadək İddiaçı sözügedən qeyri-yaşayış sahəsindən istifadə etməsinin dayandırılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla onun ərizəsi təmin edilmişdir. Bu da o deməkdir ki, artıq həmin tarixdən etibarən onun hüquqlarının pozulması dayanmışdır və yalnız qarşı tərəfin ərizəsi ilə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş məhkəmə aktına əsasən həmin qadağa götürülmüşdür.
92. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi İ ddiaçı kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)-715/2024 saylı qətnaməsi mübahisələndlirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.