Məhkəmə qərarları › İş №2(102)-1974/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1974/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1974/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” BOKT ASC-nin vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)1111/2019 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-644/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) iddiaçı “xxxx” BOKT A SC-nin Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, xx xxxxx 2015-ci tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxx 2017-ci il tarixli razılaşma üzrə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 22.580,99 ABŞ dolları, faiz borcuna görə 7.842,64 ABŞ dolları, hesablanmış cəriməyə görə 50 ABŞ dolları olmaqla, ümumilikdə 30.473,63 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsi, 6 saylı evin 25 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun ödənilməsinin təmin edilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qa ytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)1111/2019 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova sədrlik edən, məruzəçi, H.Ü.Həmidov və R.Ə.Qurbanov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən- ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsində yerləşən 6 saylı evin 25 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində mənzildən çıxarılması, həmin mənzilin ilkin satış qiymətinin 42.000 manat məbləğində müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh2 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, xx xxxxx 2015-ci tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxx 2017-ci il tarixli razılaşma üzrə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 22.580,99 ABŞ dolları, faiz borcuna görə 7.842,64 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.150,16 ABŞ dolları olmaqla, ümumilikdə 32.574,16 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsi, 6 saylı evin 25 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılm aqla borcun ödənilməsinin təmin edilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması və sonuncunun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizə si daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” BOKT ASC-nin vəkili Vüqar Şamilov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2, vəkili xx və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” BOKT ASC-nin vəkili xx izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzak irə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edib, həmin hissədə iddianı təmin edib, açıq hərracdan satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində mənzildən çıxarılmasını və ipotek a predmeti olan mənzilin ilkin satış qiymətini 42.000 manat məbləğində müəyyən edib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 59.3, 59.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübah isəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları kredit verilib və sonuncu xx xxxxx 2015-ci il tarixli kassa məxaric orderinə əsasən həmin kredit məbləğini alıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsi, 06 saylı evin, 25 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. xx xxx 2017-ci il tarixdə ipoteka müqaviləsinə kredit öhdəliyinin icra müddətinin uzadılması ilə əlaqədar olaraq əlavə edilib. Eyni zamanda xx xxx 2017-ci il tarixdə tərəflər arasında kredit müqavilələrinə restrukturizasıya olunması üçün razılaşma protokoluna əsasən, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx xxx 2020-ci il tarixədək uzadılıb və aylıq ödəniş məbləği 897,82 ABŞ dolları müəyyən edilib. Həmçinin tərəflər arasında olan razılaşmaya və ödəniş qrafikinə əsasən, borclu Cavabdeh1 iddiaçı təşkilata əsas borca görə 22.581 ABŞ dolları, faiz borcuna görə 9.756,28 ABŞ dolları ödənilməli idi. İddiaçı təşkilatın xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından g örünür ki, borclu Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017ci il tarixə iddiaçı təşkilata olan əsas borcu 22.580,99 ABŞ dolları, faiz borcu 7.842,64 ABŞ dolları, hesablanmış cərimə 2.150,53 ABŞ dolları, ümumilikdə 32.574 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsini qeyd etməklə, iddia tələblərini qismən təmin edib və Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək ondan tutulmalı olan dəbbə pulunun məbləğini 50 ABŞ dolları məbləğində müəyyən edib. Lakin, birinci instansiya məhkəməsi iddia tələbini ipoteka predmeti satıldıqdan sonra Cavabdeh2 evdən çıxarılması hissəsində təmin etməməklə səhv nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə əsaslandırmayıb. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-59.3.2-ci maddələrinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqavi ləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə (xx xxxxxx 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına görə) əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 6.4-cü bəndində göstərilir ki, ipoteka qoyan yaşayış sahəsi olan ipoteka predmetinə tutma yönəldildikdə və (və ya) o satıldıqda “kredit təşkilatı” və ya digər maraqlı şəxs tərəfindən tələb irəli sürüld üyü tarixdən 30 (otuz) təqvim günü ərzində həmin yaşayış sahəsini könüllü surətdə tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini və işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Cavabdeh2 sözügedən müqavilə üzrə tutmanın ipoteka predmetinə yönəldiləcəyi təqdirdə 30 təqvim günü ərzində mənzildən çıxacağı barədə öhdəlik götürdüyü halda, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə səhv nəticəyə gəlib. Ona görə də iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan Cavabdeh2 etirazı ilə razı laşmayıb haqlı olaraq qeyd etmişdir ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməməklə də birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsində göstərilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də işə apelyasiya qaydasında baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq müstəqil qiymətləndirici dəvət etməklə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilib. Cavabdeh2 kasasiya şikayətində kredit müqaviləsinin restrukturizasiyasından məlumatsız olduğunu, iddiaçı təşkilat tərəfindən ona kreditin ödənilməsi üçün yen i qrafikin tərtib olunacağının və kreditin qalan hissəsinin güzəştli şərtlərlə ödəniləcəyinin bildirildiyini, ipoteka predmetinin birgə nikah dövründə əldə edilməklə ümumi birgə mülkiyyət hesab edildiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövc udluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri b axımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edi lməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1111/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar