Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli 2(106)-2572/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.N.Əzizov, iş 2(071)-314/2018) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Şi rvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, N.F.Mirzəyev və Z.B.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 27.05.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 16.04.2012-ci il təvəllüdlü X4 və 19.01.2014-cü il təvəllüdlü X5 adında uşaqları olmuşdur. Münasibətləri pozulduqdan sonra İddiaçı 30 sentyabr 2015-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki uşaqları olmuşdur. Hacıqabul rayon məhkəməsinin 05.10.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası təmin edilmiş, Hacıqabul rayon Məhkəm əsinin 21.10.2014-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilərək 16.04.2012-ci il təvəllüdlü N oğlunun və 19.01.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09.09.2016-cı il tarixdən başlayaraq hər uşağa görə 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğinin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə Hacıqabul rayon məhkəməsinin 05.10.2016-cı il tarixli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin onun qazancının üçdə bir hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin onun ailə və maddi vəziyyətinin nəzərə alınmadan qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin işti rakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı iki uşağının saxlanılması üçün ondan tutulan alimentin miqdarının azaldılmasını tələb edərkən daimi iş yerinin olmamaqla maddi vəziyyətinin ağır olmasına əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən a limentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Müəyyən olunduğu kimi İddiaçı alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldırmış və bu müddət ərzində onun maddi vəziyyətində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün əsas verən hər hansı bir dəyişikliyin baş verməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynl ərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarına görə aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbyacan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 136,6 manat məbləğində, 01 yanvar 2018-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən isə 2018-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. İşin göstərilən hallarına əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığı ndan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1978/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1978/2019
29.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver