Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli 2(107)2218/2018 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə və pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4007,00 manat əsas borcun, 800,00 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4837,00 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 19 iyun 2015-ci il tarixli 1628-GL/15 nömrəli və 18 sentyabr 2015-ci il tarixli 35-GL/16 nömrəli güzəştli lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd LQ-400 markalı qarğıdalı xeyderinin, 1 ədəd LP-600 markalı qarğıdalı səpənin, LKG-600 markalı qarğıdalı kultivatorunun və 1 ədəd AGMSSH-100 markalı çiləyəcinin saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 21 iyun 2018-ci il tarixli, 2(063)52/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 19 iyun 2015-ci il tarixli 1628-GL/15 nömrəli və kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 18 sentyabr 2015-ci il tarixli 35-GL/16 nömrəli lizinq müqavilələrinin (güzəşt) ləğv edilməsi, Cavabdeh lizinq müqavilələri üzrə əsas borca görə 4007 (dörd min yeddi) manat, cəriməyə görə 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 4237 (dörd min iki yüz otuz yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 19 iyun 2015-ci il tarixli 1628-GL/15 nömrəli və 18 sentyabr 2015-ci il tarixli 35-GL/16 nömrəli lizinq müqavilələri (güzəşt) üzrə lizinq obyektləri olan 1 (bir) ədəd LQ-400 markalı qarğıdalı xeyderi, 1 (bir) ədəd LP-600 markalı qarğıdalı səpən, LKG-600 markalı qarğıdalı kultivatoru və 1 (bir) ədəd AGMSSH-100 markalı çiləyici nin saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Gündüz Abbasov) 04 sentyabr 2018-ci il tarixli 2(107)-2218/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Ucar Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(063)-52/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli 2(107)-2218/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli 2(107)2218/2018 nömrəli qərardadı ilə Cavabdeh kassasiya şikayə ti geri qaytarılmışdır. Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli 2(107)-2218/2018 nömrəli qərardadının ləğv edilərək kassasiya şikayətinin mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı qanunsuz və əsassızdır. Qərardadda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsini 22.09.2018-ci il tarixdə əldə edib kassasiya şikayətini isə qanunla müəyyən edilmiş müddət ərzində vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi 21.12.2018-ci il tarixli qərardadla cavabdehin kassasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nətic əyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh ünvanlanmış Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2(107)-2218/2018 saylı qətnaməsinin surəti 19 sentyabr 2018-ci il tarixdə ünvançı tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə qəbul edilmişdir. Həmi n qətnamədən kassasiya şikayəti isə 22 noyabr 2018-ci il tarixdə, yəni 3 gün müddət buraxılmaqla poçt müəssisəsinə, 03 dekabr 2018-ci il tarixdə isə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Cavabdeh kassasiya şikayətində məhkəmə qətnaməsini 19.09.2018-ci il tarixdə deyil, 22.09.2018-ci il tarixdə aldığını qeyd etsə də, bu hal iş materialları ilə təkzib edilir. Cavabdeh müddətin üzrlü səbəbdən buraxılması və müddətin bərpası barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, on ları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli 2(107)-2218/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1980/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1980/2019
01.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver