Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı və digərlərinin cavabdeh “xxxx” VTB (Azərbaycan) ASC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1980/21 (Açar sözlər: ipoteka müqavilənin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçılar: İddiaçı və Cavabdeh1 MMC-nin vəkili Vəkil, Cavabdeh: “xxxx” VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 27 avqust 2020-ci il tarixli, 2(103)5695/2020 saylı qətnaməsindən iddiaçılar Cavabdeh1 MMC və İddiaçı kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncu ilə borclu “X4” MMC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “baş kredit razılaşması” üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 MMC ilə xxxx arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “daşınmaz əmlakın ipoteka müqaviləsi”nin bağlanmamış hesab edilməsi və İddiaçı ilə xxxx arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “zaminlik müqaviləsi”nə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 MMC mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia təmin edilərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “zaminlik müqaviləsi”nə xitam verilməsi, cavabdehlə borclu “X4” MMC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təyin edilməsi barədə Cavabdeh1 MMC ilə cavabdeh arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli “daşınmaz əmlakın ipoteka müqaviləsi”nin bağlanmamış hesab edilmə si, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 MMC mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, borclu “X4” MMC cavabdeh arasında bağlanmış baş kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməyib. Onlar arasında bağlanmış kredit sazişində faiz dərəcəsi barədə zamin İddiaçı və ipoteka qoyan Cavabdeh1 MMC razılığı alınmayıb. Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və sair) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqi olaraq, ipoteka müqaviləsi nin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 307.4, 405, 477.0.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, i ddia rədd edilib. İddiaçılar İddiaçı və Cavabdeh1 MMC qətnamədən kasasiya şikayəti veriblər. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin e dilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 MMC ilə cavabdeh arasında ipoteka müqaviləsinin, eləcə də İddiaçı ilə cavabdeh arasında zaminlik müqaviləsinin bağlanması mübahisə doğurmur və tərəflər həmin müqavilələr barədə məlumatlı olmuşlar. Həmçinin zamin İddiaçı həm kredit alan “X4” MMC, həm də ipoteka qoyan “xxxx” MMC-nin təsisçilərindən biridir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 470.1, 4 70.2, 477.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçılar kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclas ında iddiaçılar İddiaçı və Cavabdeh1 MMC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “xxxx” VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə və vəkili Amid Məmmədov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmi n edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etm əsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasl ar yoxdur. İddiaçılar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 18 noyabr 2014-cü il tarixli baş kredit razılaşmasına əsasən, xxxx tərəfindən “X4” MMC 120 ay müddətinə 15.000.000 ABŞ dolları və ya manat ekvivalenti ilə kredit xətti açılıb. Həmin baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 18 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvan da yerləşən qeyriyaşayış binası xxxxın xeyrinə ipoteka qoyulub. Eyni zamanda baş kredit müqaviləsinin təmin edilməsi üsulu kimi 18 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı ilə zaminlik müqaviləsi bağlanıb. İşə əlavə edilmiş “X4” MMC 13 oktyabr 2015-ci il tarixli “təsisçilərin növbəti iclasının Qərarlarından” görünür ki, həmin Cəmiyyətin təsisçiləri İddiaçı və Qaze Həsənova 18 noyabr 2014-cü il tarixdə bağlanmış “baş kredit razılaşması” çərçivəsində 2.791.804 manat və ya ABŞ dolları ekvivalenti məbləğində və 5.000.000 manat və ya ABŞ dolları məbləğində kreditin əldə olunması üçün xxxxa müraciət olunması qərara alınıb. Təsisçilərin iclasının 13 oktyabr 2015-cü il tarixli həmin qərarları, zaminlik müqaviləsi İddiaçı əvəzindən etibarnamə əsasında onun nümayəndəsi Rövşən V ahabov tərəfindən imzalanıb və bu fakt işin mübahisə olunmayan halıdır. 14 oktyabr 2015-ci il tarixli “kredit xətti müqaviləsi”nə əsasən xxxx tərəfindən “X4” MMC 12 ay müddətinə, illik 15,5 faiz ödəmək şərti ilə 5.000.000 manat, 14 oktyabr 2015-ci il tarixli “kredit xətti müqaviləsi”nə əsasən 24 ay müddətinə, illik 15,5 faiz ödəmək şərti ilə 2.791.804 manat kredit verilib. İddiaçılar 14 oktyabr 2015-ci il tarixli kredit müqavilələrinin bağlanması zamanı onlardan razılığın alınmamasını, kredit xətti müqaviləsində mühüm şərtlərin (faiz dərəcəsi, valyuta) yetərli dərəcədə aydın göstərilməməsini əsas tutub ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsini, zaminlik müqaviləsinə xitam verilməsini, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsini iddia edirlər. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. X2 Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məs uliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (bor clunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır....Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstər ilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstit usiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, xxxxla Cavabdeh1 MMC arasında bağlanmış sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası xxxx qarşısında ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi, eləcə də “baş kredit razılaşması” üzrə “X4” MMC öhdəliklərinin yerinə yetirilməsinə görə xxxxla İddiaçı arasında 18 noyabr 2014-cü il tarixdə bağlanılmış zaminlik müqaviləsinin olması mübahisə doğurmur, tərəflər həmin müqavilələr barədə məlumatlı olmuşlar. Eyni zamanda xxxxla Cavabdeh1 MMC arasında bağlanmış və sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair 18 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi barədə də tərəflər məlumatlı olublar və bu hal da mübahisə doğurmur. Həmçinin, 18 noyabr 2014-cü il tarixli kredit müqavilələri üzrə verilmiş kreditlərin məbləğləri (5.000.000 manat və 2.791.804 manat) “X4” MMC təsisçiləri İddiaçı və Qaze Həsənova tərəfindən qəbul edilmiş təsisçilərin iclasının 13 oktyabr 2015-cü il tarixli qərarlarında göstərilən məbləğlərlə məhz eyni məbləğlərdə olması, fiziki şəxs k imi zamin olan və eləcə də ipoteka qoyan Cavabdeh1 MMC-nin təsisçilərindən biri kimi İddiaçı əvvəldən sözügedən 18 noyabr 2014-cü il tarixli kredit müqavilələri barədə məlumatlı olmasını təsdiq edir. Daha sonra işin mübahisə olunmayan hallarına görə, zamin İddiaçı həm kredit alan, yəni 18 noyabr 2014-cü il tarixli kredit müqavilələri üzrə tərəf olan “X4” MMC-nin, həm də ipoteka qoyan “xxxx” MMC-nin təsisçilərindən biridir. Apelyasiya instansiyası məhkəməsi iddiaçıların kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki iş üzrə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminliyə xitam verilməsi üçün qanunvericilikdə, habelə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozitiv şərtlər müəyyən olunmur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçıların kasas iya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq hazırki mübahisəyə düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar Cavabdeh1 MMC-nin və İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)-5695/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-1980/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1980/2021
20.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver