Məhkəmə qərarları › İş №2(102)-1981/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1981/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1981/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: “XXX” x8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddia tələbi: əmlakın ipoteka yüklülüyündən azad edilməsi (Açar sözlər: ipoteka yüklülüyündən azad etmə, ipotekanın əlavə dövlət qeydiyyatı, preyudisya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13469/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “XXX” x8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.0965 ha torpaq sahəsində yerləşən 66 nömrəli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, 40.47 kv.m ümumi, 28.47 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 44 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. “XXX” x8 (bundan sonra – Bank) ilə x5 arasında bağlanmış 452-09/EB saylı, 16 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank borcluya 12 ay müddətin də illik 30 faiz ödəmək şərtilə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. 17.09.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən mübahisəli mənzil həmin müqavilənin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 08 may 2012-ci il tarixdə x12 arasında yeni 185-12/P-EB-1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Bankla iddiaçı arasında 08 may 2012-ci il tarixdə ipoteka müqaviləsinə 2 saylı əlavə imzalanmışdır. İddiaçının həyat yoldaşı x1, 9 saylı Notariat Kontoruna qarşı (iddiaçını və Vüqar Quliyevi 3-cü şəxslər qismində cəlb etməklə) ipoteka müqavilələrinin etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3347/2017 saylı, 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı ilə x4 iddiadan imtinası qəbul edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, Gədəbəy Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2(042)1153/2017 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, x2 Bankın xeyrinə 08.05.2012-ci il tarixli, 185-12/P-EB-1 saylı kredit müqaviləsi üzrə 50464.36 ABŞ dolları əsas borc və 7576.68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 58041,04 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə tutulması, m übahisəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(104)-478/2018 saylı qətnaməsi ilə hazrıkı iş üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi borcun ipoteka predmeti olan mübahisəli mənzilə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və iddia tələbi həmin hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil yalnız 16.09.2009-cu il tarixli, 453-09/EB nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı məqsədi ilə ipoteka ilə yüklü edilmiş, həmin kredit müqaviləsi üzrə borc tam ödənilmiş və bununla da 17.09.2009-cu il tarixli ipoteka müqaviləsi öz qüvvəsini itirmişdir. Başqa sözlə, həm 17.09.2009-cu il tarixli ipoteka müqaviləsi tərəflərin kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliklərinin tam yerinə yetirilməsinə qədər qüvvədə olmuş (İpoteka müqaviləsinin 6.1-ci bəndi), həm də «İpoteka haqqında» Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildiyindən ipotekaya xitam verilmişdir. Mübahisəli mənzil 08.05.2012-ci il tarixli, 185-12/P-EB-1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun sonrakı ipoteka qaydasında ipotekaya qoyulmamış, dövlət qeydiyyatına alınmamış və bununla da Bankın mənzil üzərində ipoteka hüququ yaranm amışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24.08.2018ci il tarixli, 2(102)-5316/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı Banka və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-478/2018 saylı iş üzrə 15 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni qüvvədə olsa da, mülkiyyətində olan mənzil hələ də ipoteka yüklülüyündən azad edilməmişdir. Bununla bağlı dəfələrlə Banka müraci ət etmiş, Bank tərəfindən əmlakın yüklülükdən azad edilməsi ilə bağlı heç bir hərəkət aparılmamış və beləliklə, mülkiyyət hüququ pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3212/2019 nömrəli iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-13469/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Bankın apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə Banka münasibətdə qanuni və əsaslı hesab edilərək qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Biri nci və apelyasiya instansiyası məhkəmələri iddia tələbini təmin edərkən işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsini və Mülki Məcəllənin 279, 295, 317.1 və 319.1ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişlər ki, hazırkı mübahisə ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(104)-478/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən hallar yenidən mübahisələndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyator digər məhkəmə qərarlarına istinad etsə də, həmin qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır və iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Apelyasiya şikayətində göstərilən dəlillər hazırkı iş üzrə qanuni qüvvəsini almış və preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarlarının hüquqi vəziyyətini dəyişə bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Bank kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməkdə haqlı olmamış, qanuni qüvvədə olan məhkəmə qərarlarına birtərəfli yanaşmışdır. Belə ki, iş materiallarından görünür ki,Bankın kredit borcunun ipoteka ilə yüklü olan əmlaka yönəldilməsinə dair iddiası qismən təmin edilsə də, həmin ipoteka müqavilələrinə xitam verilməmişdir və hazırda qüvvədədir. Digər tərəfdən, x4 ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinin rədd edilməsi barədə məhkəmə qərarı qanuni qüvvədə olduğundan həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Kassasiya şikayətinə görə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, eyni zamanda tətbiq edilməli olan qanunu səhv təfsir etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmay araq iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini hazırda cavabdehlərdən biri – Bank mübahisələndirsə də, kassator qətnamənin tam ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən, habelə mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələri ndə nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. M a d d ə

14. İpotekanın əlavə dövlət qeydiyyatı 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. 14.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır. 14.4. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır. 14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızınd a isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Qeyd: hazırkı mübahisə üzrə ipoteka hüquq münasibətlərinin yaranmasından sonra bu normaya edilmiş, normanın mahiyyət və məqsədini dəyişməyən dəyişikliklər kursuvdə verilir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:... 48.1.2. əsas öhdəliyə xitam verildikdə; … 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. MPM Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəf indən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ipoteka qanunvericiliyinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Eyni zamanda ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nətəciələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır. Bununla yanaşı, əsas öhdəliyə xitam verildikdə, o cümlədən, ipoteka ilə təmin edilən kredit müqaviləsi üzrə bü tün öhdəliklər yerinə yetirildikdə ipoteka yüklülüyünə qanunun birbaşa göstərişinə əsasən xitam verilir və ipoteka saxlayanın bununla bağlı ipotekanın dövlət qeydiyyatını aparan orqana 5 təqvim günü ərzində müraciət etmək öhdəliyi yaranır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının və Bankın iştirak etdiyi və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş preyudisial halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin təminat kimi çıxış etdiyi kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyindən, habelə mənzilin sonrakı ipotekası əlavə dövlət qeydiyyatına alınmadığından iddia əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur və həmin dəlillərə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, Bankın kassasiya şikayətində istinad etdiyi mülki iş üzrə kassasiya icraatı mərhələsində iddiaçı iddiadan imtina etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata göstərilən əsasla xitam verilmişdir. Bu baxımdan həmin iş üzrə hazırkı mübahisəyə dair hər hansı faktları müəyyən edən məhkəmə aktları mövcud deyildir. Halbuki MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd olun anları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “XXX” x8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13469/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar