Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1988/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X4 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-385/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh LPO) Pakistan Milli Bankının Filialı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialından 123.373,36 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından əmək haqqı kimi 12.147,25 (on iki min yüz qırx yeddi manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından 126,44 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2(103)-385/2023 saylı qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır Cavabdeh LPO) Pakistan Milli Bankının Filialı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1988/2023 sayı, 12 aprel 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Rafael Eyvazov 12 aprel 2023-cü il tarixli məktubla müraciət edərək, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2(103)-385/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavab deh LPO) Pakistan Milli Bankının Filialı tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 9 fevral 2023-cü il tarixli, 2(103)-385/2023 saylı qətnaməsindən cavabdeh LPO) Pakistan Milli Bankının Filialı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1988/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1988/2023
27.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver