Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1993/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi (Açar sözlər: paylı mülkiyyətdə olan daşınar əmlakın açıq hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13135/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) əvvəllər rəsmi nikahda olmuş, nikahları sonradan məhkəmə qaydasında pozulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7214/2017 nömrəli iş üzrə 29.12.2017-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş “Mitsubishi Pajero” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – mübahisəli avtomobil) Cavabdeh 1/2 hissədə və İddiaçı 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmiş və həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır. Birinci və apelyasiya instansiyası məhkəmə sində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan mübahisəli avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin tərəflər arasında bölünməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə tərəfindən avtomobilin real bazar qiymətinin 1/2 hisəsinin ona ödənilməsi şərti ilə cavabdehin tam mülkiyyətinə keçməsi ilə bağlı təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmiş, habelə yazılı təklifi belə qəbul etməkdən imtina etmişdir. Həmin əmlakın naturada bölünməsi mümkün olmadığına görə nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surət də bölüşdürülməsi zəruridir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1204/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmiş, mübahisəli avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin cavabdehə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-13135/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxl anılmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələri işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 215.2, 220-ci maddələrini tətbiq edərək, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, avtomobilin 1/2 payda cavabdehin və 1/2 payda iddiaçının mülkiyyətlərində olması, avtomobildə iddiaçıya məxsus olan payın naturada ayrılmasının tənasübsüz zərər vurmadan mümkün olmaması, iddiaçının avtomobilin satılaraq pulunun bölünməsinə dair təklifindən cavabdehin imtina etməsi müəyyən olunduğundan iddia tələbi təmin edilməli dir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış və maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya baxışında cavabdehlə iddiaçı arasında qeyd edilən avtomobillə bağlı tələblərin olmaması barədə şifahi razılığa gəlmələrini, həmçinin iddiaçı tərəfindən əmlakın bölünməsi barədə təklif verilməməsini nəzərə almamışdır. Kassasiya şikayətində Mülki Məcəllənin 2 20.3 və 221-ci maddələrinə istinadla qeyd edilmişdir ki, iddiaçı hər hansı razılıq edilməsi barədə tələbi gözləmədən iddia qaldırmışdır ki, bu da cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda cavabdehin məhkəmə baxışında iştirakı təmin edilmədən qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddiaçı MPM-in 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Kassasiya ba xışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam y oxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddələr 213.1 və 213.2). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (maddə 215.2). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı m ülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi ni tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının dü zgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətində cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə prosessual pozuntu ilə bağlı göstərilənləri də Məhkəmə kollegiyası əsassız sayır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətində göstərdiyi ünvana xəbərnaməli bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, bu barədə qəbzdə müvafiq qeyd aparılmışdır (iş v. 97). Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13135/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1993/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1993/2020
18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver