Məhkəmə qərarları › İş №2(102)-1995/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1995/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1995/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)793/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)211/2015 saylı hökmünə əsasən X8 24 iyul 2015-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozaraq avtomaşının qabaq qapısını açıq vəziyyətdə idarə etdiyindən, avtobusun qabaq qapısının yanında ayaq üstə dayanmış sər nişin X9 avtobusdan yerə yolun birinci hərəkət zolağında yıxılmışdır. X4 ehtiyyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində sərnişin X9 aldığı xəsarətlərdən 27 iyul 2015-ci il tarixdə, saat 09:30-da Bakı Baş Səhiyyə İdarəsinin “X7” ölmüşdür. Həmin hökmdən həmçinin görünür ki, Cavabdeh ilə X8 arasında əmək müqaviləsi bağlanmış, Söhrab İsayev sürücü vəzifəsinə qəbul edilmişdir. Həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 5 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 344 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin 16 noyabr 2015-ci il tarixli, 1(009)- 211/2015 saylı hökmü 01 fevral qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X8 20 saylı marşrut xətti üzrə Cavabdeh MMC-də sürücü işləməklə, Cavabdeh MMC-yə məxsus avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan onun oğlu X5 ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 24 iyul 2015-ci il tarixdə, saa t 19:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə yalnız qapılar bağlandıqdan sonra başlamalı və onları tam dayanana kimi açmamalı, hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtobusu hərəkətə gətirməzdən əvvəl avtobusun qapılarını bağlamalı və hərəkət zamanı onları açmamalı olduğ u halda, bunlara riayət etməmiş və idarə etdiyi 20 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BS 090” avtobus markalı, 10–TH-049 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq qapısını açıq vəziyyətdə idarə etdiyindən, avtobusun qabaq qapısının yanında ayaq üstə dayanmış sərnişin X9 avtobusdan yerə yolun birinci hərəkət zolağında yıxılmışdır. X4 ehtiyyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində sərnişin X1 gicgah sümüyünnün kəllə əsasına keçən xətti sınığı, sol lambdaya bənzər tikişin sökülməsi (aralanması), başbeyin toxumasının sol alın-təpə-gicgah-ənsə paylarının əzilməsi, sol alın-təpəgicgah-ənsə payları nahiyyəsində subdural (sərtqişaaltı) hematoma və yumşaq qişa altına genişqansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah-ənsə nahiyyəsinin yumşaq toxumalarının dər ialtı hemotoması, burun yəhərinin, sol gicgahalmacıq, sağ almacıq nahiyyələrinin, üst dodağın mərkəzinin sıyrıqları, subdural hemotomanın xaric edilməsi ilə nəticələnmiş sol alın-təpə-gicgah-ənsə nahiyyəsinin sümük plastik trepanasiyası, sol dirsək və mil–bilək oynaqlarının, sol əl pəncəsinin arxa, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, sağ daban və ayaqaltı nahiyyənin qançırı ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlərdən 27 iyul 2015-ci il tarixdə, saat 09:30-da Bakı Baş Səhiyyə İdarəsinin “X7” ölmüşdür. Qəza nəticəsində vəfat edən şəxs X9 onun yeganə oğlu idi. O, oxuduğu ali təhsil müəssisəsindən diplomunu aldıqdan 1 gün sonra gənc yaşında işinə məsuliyyətsiz yanaşan şəxslərin qurbanı olmuş və çox faciəli surətdə vəfat etmişdir. Hökmdən açıq-aşkar göründüyü kimi, hadisənin baş verməsi cavabdehin sürücüsününəməkdaşının təqsiri ucbatından baş vermişdir. Həmçinin, hökmdən də görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin predmeti avtomaşın cavabdehin mülkiyyətində olmuşdur. Bundan başqa, hökmdən görünür ki, cavabdeh MMC-nin direktoru ilə X8 arasında əmək müqaviləsi bağlanmış, Söhrab İsayev sürücü vəzifəsinə qəbul edilmiş və ona hər ay 150 manat məbləğində əmək haqqı ödənilmişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 1(009)-211/2015 saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin Bakı şəhərində sərnişindaşıma işi ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumu nun kifayət qədər yüksək olması iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum oğlunun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələri ilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamaları, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə m əhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəklər. İşin hallarına əsasən cavabdehlərin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğlunun faciəvi şəkildə ölməsi onu çox sarsıtmışdır. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

5. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh iddiaya yazılı etiraz göndərərək etirazını onunla əsasland ırmışdır ki, iddia ərizəsində qeyd edilən yolnəqliyyat hadisəsi MMC-nin sürücüsü olmuş Söhrab İsayev tərəfindən törədilsə də, onun qanunsuz hərəkətlərinə görə MMC məsuliyyət daşımamalıdır. Belə ki, Söhrab İsayev nəqliyyat vasitəsini idarə edərkən qanunvericiliyin, "xxxx" və onunla MMC arasında bağlanmış “Əmək müqaviləsinin” tələblərini pozmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir.

6. Birinci instansiya məhkəməsi (sürücü) X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

7. Söhrab İsayev üçüncü şəxs qismində işin baxılmasında iştirak edərək bildirmişdir ki, o, törətdiyi hadisəyə görə ona təyin edilmiş cəzanı çəkmişdir. Hazırda səhhətində problemlər yaranıb. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4936/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manatın tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh MMC ilə əmək münasibətlərində olan Söhrab İsayev əmək vəzifələrini icra edərkən törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının övladı Əli Həsənzadə xəsarət almış və bir neçə gündən sonra vəfat etmişdir. Söhrab İsayev onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli hökmlə insan ölümü ilə nəticələnən həmin hadisənin törət məkdə təqsirli bilinmiş və müəyyən cəzaya məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Belə olan halda cavabdeh MMC işçisinin vurduğu zərərə görə maddi məsuliyyət daşıyır.

10. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ilə əlaqədar birinci instansiya məhkəməsi hesab etmişdir ki, Söhrab İsayevin törətdiyi hadisənin ağır nəticəyə səbəb olması, həmin hadisə zamanı iddiaçının övladının xəsarət alması, hadisədən 3 gün sonra aldığı xəsarətdən vəfat etməsi, bunun nəticəsində isə iddiaçının keçirtdiyi sarsıntı nəzərə alınmalı və mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1, 1097.3, 1099.1, 1108.1-ci maddələrinə, “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və R.M.Həsənov) 2(103)793/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi müəyyən etdiyi 30.000 manat məbləğində kompensasiya həmin ziyanın ödənilməsi üçün adekvatdır.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən yol-nəqliyyat hadisəsi Cəmiyyətin sürücüsü olmuş Söhrab İsayev tərəfindən törədilmiş və onun hüquqa ziddi təqsirli əməllərinə görə Cəm iyyət məsuliyyət daşımamalıdır. Belə ki, Söhrab İsayev nəqliyyat vasitəsini idarə edərkən qanunvericiliyin, “Vəzifə Təlimatı”nın və onunla bağlanmış “Əmək Müqaviləsi”nin tələblərini pozmuş, nəticədə yol nəqliyyat hadisəsini törətmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsini hazırkı iddia tələbinə münasibətdə düzgün təfsir etməmiş, bununla da həmin maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə şikayətin 4-cü bəndində göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, işin həqiqi hallarına münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanun vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1097.3.Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

24. Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərər in əvəzini ödəməlidir.

25. Maddə 1108.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair et ibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı

26. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı

27. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insan la ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdə n zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-793/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar