Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-200/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2492/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 2014-cü ildə ailə qurmuşlar, 23.08.2016-cı il tarixdə isə rəsmi nikaha girm işlər. Onların 07.05.2016-cı il təvəllüdlü Yağmur, 10.04.2017-ci il təvəllüdlü Gülnar, və 13.12.2018-ci il təvəllüdlü Pərviz adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə ayrılmış, uşaqlar iddiaçının himayəsində qalmışdır.
2. Şəmkir Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə 07.05.2016-cı il təvəllüdlü Yağmur, 10.04.2017-ci il təvəllüdlü Gülnar və 13.12.2018-ci il təvəllüdlü Pərviz adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli 2(104)-1355/2021 saylı qətnaməsi ilə alimentin məbləği hissəsində dəyişdirilərək alimentin məbləği hər uşaq üçün 110 manat miqdarında müəyyən edilmişdir.
3. Tərəflər ayrı ldıqdan sonra onların 05.11.2020-ci il tarixdə Musa adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək 05.11.2020-ci il tarixdə anadan olmuş Musa adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 05.11.2020-ci il tarixdə Musa adlı uşağı anadan olmuşdur. Hazırda həmin uşağa da cavabdehin sabit pul məbləğində aliment ödəməsini istəyir. Uşaqlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh fərdi əməklə mə şğul olaraq gündəlik qazanc əldə edir, o isə uşaqları azyaşlı olduğundan işləyə bilmir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin (hakim M.Mustafayev) 18 fevral 2021-ci il tarixli, 2(076)-536/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 14 yanvar 2021-ci ildən başlayaraq 05.11.2020-ci il tarixdə doğulmuş X5 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
8. Məhkəmə Ailə Məcəllənin 75 və 78-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, azyaşlı uşaqların saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericilikdə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) 02 iyun 2021-ci il tarixli, 2(104)-2492/21 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(076)-536/2021 saylı qətnaməsinin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh 05.11.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin həlli məsələsi müzakirə edilərkən cavabdehin iddiaçıya daha üç uşağa görə aliment ödəməsi və təyin olunmuş alimentin məbləğinin hər uşaq üçün 110 manat miqdarında olması nəzərə alınmalıdır.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini bir uşaq üçün 140 manat miqdarında müəyyən edərkən cavabdehin maddi vəziyyəti kifayət qədər nəzərə alınmamışdır. İş materiallarında isə cavabdehin yüksək məbləğdə qazancının olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin alimentin məbləğinin 110 manat məbləğində endirilməsi hissəsini işdə olan sübutlar əsasında dəyişdirilib, aliment məbləğinin 80 manat məbləğinə endirilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, üç uşağa görə hər ay hər uşağa görə 110 manatdan olmaqla 330 manat aliment ödəyir. Həmin məbləğin üzərinə 110 manat gəldikdə 440 manat edir ki, bu məbləğdə alimenti ödəyə imkanı yoxdur. O, gündəlik iş tapanda 10 manata fəhləlik edir. Bu bir ayda 300 manat edir. Sual olunur yerdə qalan 140 manatı necə ödəməlidir. Hələ onun özünün də yaşamağı vardır. Məhkəmə alimentin məbləğinin 140 manatdan 110 manata endirərkən bu qeyd edilən halları düzgün qiymətləndirməmişdir. Məhkəmə alimentin məbləğini 140 manatdan 80 manata deyil, 110 manata endirərkən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini tam nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. Maddə 75.1. Valideynlər uşaqlarını s axlamağa borcludurlar.
17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.08.2016-cı il tarixli, AZ-İİ 136249 №-li nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 23 avqust 2016-cı ildə 1753 saylı qeydlə nikahlarını rəsmiləşdirmişlər və arvada Musayeva soyadı verilmişdir.
27. Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.08.2016-cı il tarixli AZ-İİİ 814690 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 07.05.2016-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
28. Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.08.2017-ci il tarixli AZ-İİİ 990638 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 10.04.2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
29. Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.03.2019-cu il tarixli AZ-İV 233443 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 13.12.2018-c i ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
30. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.12.2010-ci il tarixli arayışdan görünür ki, X5 05.11.2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
31. Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli 2(104)-1355/2021 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilərək Şəmkir Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(076)-2836/2020 nömrəli qətnaməsinin alimentin məbləği ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh 22 sentyabr 2020-ci ildən başlayaraq, 07.05.2016-cı il təvəllüdlü X2, 10.04.2017-ci il təvəllüdlü X3 və 13.12.2018-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində al iment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
32. Tərəflər 2014-cü ildə evlənməklə ailə qurmuş, 23.08.2016-cı ildə nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından 07.05.2016-cı il tarixdə Yağmur, 10.04.2017-ci il tarixdə Gülnar və 13.12.2018-ci il tarixdə Pərviz adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə ayrılmış, uşaqlar iddiaçının himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə 07.05.2016-cı il təvəllüdlü Yağmur, 10.04.2017-ci il təvəllüdlü Gülnar və 13.12.2018-ci il təvəllüdlü Pərviz adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli 2(104)-1355/2021 saylı qətnaməs i ilə alimentin məbləği hissəsində dəyişdirilərək alimentin məbləği hər uşaq üçün 110 manat miqdarında müəyyən edilmiş, tərəflər ayrıldıqdan sonra onların 05.11.2020-ci il tarixdə Musa adlı uşağı anadan olmuşdur. Cavabdeh həmin uşağının saxlanması üçün könüllü olaraq vəsait ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı alimentin miqdarının hər ay 180 manat miqdarında müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay 140 manat miqdarında müəyyən etmişdir. 33. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir.
34. Apellyasi ya kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçıya daha üç uşağa görə aliment ödəməsi və təyin olunmuş alimentin məbləğinin hər uşaq üçün 110 manat miqdarında olması nəzərə alınmalıdır. Bu baxımdan təyin olunmuş alimentin məbləği hissəsində dəyişdirilərək alimentin sabit pul məbləğində bir uşaq üçün hər ay 110 manat miqdarında müəyyən edilməsi ədalətlidir.
35. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarına əsasən, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu m üəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.
36. Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Odur ki, cavabdehdən tutulan aliment hətta uşaqlar üçün yaşayış minimumundan da aşağı olduğu üçün kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdı r.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2492/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov