Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2003/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı6, X7, İddiaçı8 Saxitcanovna, İddiaçı9, X4, İddiaçı11, İddiaçı12 cavabdeh Qobustan rayon X11 hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı və yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 f evral 2024-cü il tarixli 2(105)-176/2024 nömrəli qətnaməsindən cavabdeh “Qobustan rayon mərkəzi xəstəxanası” X22 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qobustan rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarına əsasən Qobustan rayon X11 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin direktoru X9 barəsində Azərbaycan Respublikası İ nzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. 2. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21 “Koronavirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrinə əsasən əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etsin. 3. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21 koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrinə əsasən “Koronavirus” xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir.
4. İcbari Tibbi Sığorta üzrə X13 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən səhiyyə işçisinin əmək ha qqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı6, X7, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 (bundan sonra- iddiaçılar) hər biri ayrı-ayrılıqda iddia tələbinə dəqiqləşmə verərək, onunla əsaslandırmışlar ki, onlar Qobustan rayon X11 hüquqi şəxsdə feldşer, böyük tibb bacısı, kiçik tibb bacısı (xadimə) vəzifəsində işləmişlər. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikada yayıldığı ilk gün lərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar və 2020-ci ilin iyul ayının 29-da hörmətli X16 iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətlərini həmin müəsissədə davam etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 1 mart 2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tut ulmuşdur. Lakin iddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etmələrinə və bu virusa yoluxmuş xəstələrlə təmasda olmaqlarına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilməmişlər. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni almışlar. İddiaçılar gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi, xəstələrin yatdığı palataların təmizlənməsi, palataların sanitar qovşağ ının təmizlənməsi işlərini həyata keçirmiş, real olaraq koronavirus təhlükəsi ilə üzləşmişlər. İddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün 1 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün onların əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir.
6. Belə ki, rəhbərlik şifahi və rəsmi olaraq xəstəxananın hesabına tibbi icbari sığorta tərəfindən vəsait köçürülən kimi onların əlavələrini hesablayıb ödəyəcəklərini bildirsələr də, hazıra kimi həmin əlavələr ödənilməmişdir. Qobustan rayon X11 hüquqi şəxsi 3 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla TƏBİB-ə müraciət edildiyini bildirmiş, vəsait alındıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. İşçilər Qobustan rayon X11 hüququ şəxsin direktorunun koronavirusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli”ndə və “Növbətçilik cədvəli”ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əmək haqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə ko llektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 6 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X22ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 1 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqqlarına əlavələrin 5 mislindən az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara 6 saat iş vaxtına görə ödəniş hesablanıb ö dənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X22ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X22i göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tar ixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan Rayon Məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Qeyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21 direktoru və ya onun nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən işin həlli mümkün olmamışdır. Öz təşəbbüsü ilə cəlb etdiyi auditor-mühasibin iştirakı ilə iddiaçılara verilməli olan, lakin ödənilməyən vəsaitin miqdarını hesablatmış və məlum olmuşdur ki, İddiaçı1 18746,24, İddiaçı2 11924,37 manat, İddiaçı3 19312,46 İddiaçı4 14500,70 manat, X3 15170,10 manat, İddiaçı6 17292,64 manat, X5 12479,38 manat, İddiaçı8 Saxitcanovnaya 11306,69 manat, İddiaçı9 11288,17 manat, İddiaçı10 12122,20 manat, İddiaçı11 12060,83 manat və İddiaçı12 18910,80 manat az ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.
7. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(026)-277/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6, İddiaçı6, X7, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 əmək haqlarına əlavələr və əmək haqları yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərq iddiaçıların hər biri nə münasibətdə ayrılıqda ödənilməsi, iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X22dən tutularaq onlara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim M.Quliyev)
8. Birinci instansiya məhkəməsi iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X13 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X21 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, idd ia tələbi həmin hissədə qismən əsaslıdır.
9. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçılarla əmək haqları faktiki işlədikləri iş saatlarına uyğun olaraq yenidən hesablanmalıdır.
10. İddiaçılar işəgötürənin müvafiq əmrləri ilə koronavursla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənicəklərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinə 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
11. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqlarına əlavələrin və əmək haqlarının yenidən hesablanması iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır.
12. Bundan əlavə, iş materiallarından görünür ki, iddia iddiaçıların hər biri mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatı təsdiq edən sə nədlər işdə mövcuddur. Lakin 100 manat məbləğində digər xərclərin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçıların hər birinin mediasiya xidmətinə görə ödədiyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb onlara verilməli, 100 manat digər xərclər hissəsində isə təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 147.1, 147.4, 154.1, 156.1, 288, 296.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsin ə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia müddətini ötürməklə iddianı qaldırmışdır. Onlar iddia tələbində 2020-ci ilin mart ayından ödənişləri tələb edir. İddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli oldu ğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Onlar TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. İddia tələbi üzrə cavabdeh cavab verməli şəxs deyildir. Bundan başqa iddia müddətinin tətbiq barədə ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Haqsız qərar çıxarmışdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərini heç bir zaman yayınmamışdır. Bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və İnsan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq icra edilmişdir. 2020-2021-ci illər üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX dövlət adından yaradılan X20b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X22lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəkdir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X21 dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X22lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin öd ənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X22lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Bu problem Qobustan RMX tərəfindən deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyinə problemin həlli üçün müraciət edilmişdir. Göründüyü kimi qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 ay ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Lakin iddiaçılar iddia müddətini ötürməklə iddia qaldırmala rına baxmayaraq iddia tələbi təmin edilmişdir. Sübut kimi təqdim edilmiş sənədlər göz ardına edilmiş, hüquqi qiymət verilməmişdir. Üçüncü şəxsin işlə bağlı mövqeyi bildirilən sənədlə nəzərə alınmamışdır. İddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayırılmalıdır ki, PHŞ tərəfindən ödənilməsi həyata keçirilsin. Buna dair əsaslı sübutarı tədqiq edilməmişdir.
16. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9715 nömrəli 26 yanvar 2024-cü il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cədvəl məlumatlarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci il in fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla iddiaçılar İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X6 15171,31 manat, X2 - 17301,66 manat, X7 - 12045,53 manat, İddiaçı8 Saxitcanovna - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməyən qalıq məbləğin olduğu müəyyən edilir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli 2(105)-176/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnamə si mübahisələndirilən hissədə qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, “Qobustan rayon mərkəzi xəstəxanası” X22 tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- İddiaçı1 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X3 - 15171,31 manat, X1 - 17301,66 manat, X5 - 12045,53 manat, İddiaçı8 Saxitcanovnaya - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər- Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, X18 və X19).
18. Apel lyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, onlar hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq, iş vaxtına görə ödənişin az hesablanması müəyyən edilmiş, həmçinin məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspert rəyi ilə iddiaçılara yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla İddiaçı1 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X3 - 15171,31 manat, X1 - 17301,66 manat, X5 12045,53 manat, İddiaçı8 Saxitcanovnaya - 14428,57 manat, İddi açı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat qalıq məbləğin ödənilməmişdir.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla iddiaçılar İddiaçı1 - 18755,22 manat, İddiaçı2 11507,48 manat, İddiaçı3 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X6 - 15171,31 manat, X2 - 17301,66 manat, X7 - 12045,53 manat, İddiaçı8 Saxitcanovna 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməyən qalıq məbləğ ödənilməlidir.
20. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə məktubla müraciət etmiş, X15 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra iddiaçılara hüquqlarının pozulduğu məlum olmuşdur.
21. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
22. Bel ə olan halda məhkəmə kollegiyası cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlilini əsaslı hesab etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157, 296, 296.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh Qobustan rayon X11 hüquqi şəxsi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia tələbində 2020-ci ilin mart ayından etibarən ödənişləri tələb edirlər. Lakin, onlar bu tələb üçün iddia müddətini ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəllənin 294 və 296-cı, maddələrinə istinadla ilə əsaslandırılmışdır b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçılar (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə
157. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiy yətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
29. Maddə
296. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət v ermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Cavabdeh in kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətn amənin ləğvinə əsas vermir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(105)-176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.