Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2004/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşaqla ünsiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1221/2024 nömrəli 5 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müə yyən etmişlər:
2. İddiaçı övladı X7 ilə Cavabdeh 6 mart 2013-cü il tarixdə nikaha daxil olmuşlar. Onların nikahından 26 noyabr 2014-cü il təvəllüdlü X8 və 21 avqust 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur;
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(001)354/2023 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ilə X7 arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 6 mart 2013-cü il tarixli 290 saylı nikah qeydinın ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan X3 atası X4, X1 anası Cavabdeh yanında saxlanılması, 21 yanvar 2023-cü il tarixdən başlayaraq 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənişin icra edil diyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh xeyrinə tutulması qət edilmişdir;
4. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 17 avqust 2022-ci il tarixli 19/2022 saylı ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında qərarına əsasən vətəndaş Cavabdeh tərəfindən, vətəndaşlar İddiaçı və X5 yetkinlik yaşına çalmayan nəvəsi 21 avqust 2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırıması, vətəndaşlar İddiaçı və X5 nəvəsi X6 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundn sonra – iddiaçı) Cavabdeh (bun dan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2017-ci il təvəllüdlü nəvəsi X6 ilə hər həftənin cümə günündən bazar ertəsinədək və eyni zamanda bayram günlərinin sayı ikidən artıq olduqda bir gün onunla birlikdə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, gəlini onu nəvəsi Sofiya ilə ünsiyyət qurmağına maneə törədərək, nəvəsi ilə görüşməyini məhdudlaşdırmışdır. Bununla bağlı cavabdehə dəfələrlə uşaqla görüşməyi ilə bağlı xahiş etsə də, hər hansı nəticə olmamışdır. Ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik komissiyasına müraciət edilmiş və həmin komssiyanın 17 avqust 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh tə rəfindən İddiaçı və X5 yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırılmasına, İddiaçı və X5 nəvəsi X6 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara alınmışdır. Əfsuslar olsun ki, bu günədək sözügedən qərar icrasız qalmışdır. Dəfələrlə həmin qərarın icrası ilə bağlı cavabdehə müraciət etsə də, nəvəsi ilə görüşməyi mümkün olmamışdır.
7. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş iddia ərizəsinə etiraz etməmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 noyabr 2023-cü il tarixli, e-2(007)- 2850/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı nəvəsi 21 avqust 2017-ci il təvəllüdlü X6 ilə hər həftəsini n bazar günü saat 11:00-dan saat 16:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 16:00-dək anası Cavabdeh iştirakı olmadan, uşağa uyğun məkanda ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X6 babası ilə ünsiyyətdə olmaq hüququna malikdir, baxmayaraq ki, 21.8.2017-ci il təvəllüdlü X1 valideynləri ayrı yaşayır, bu, uşağın həmin hüququna təsir etmir. O cümlədən Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba İddiaçı, nəvəsi X6 ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 62.2-ci maddəsinə əsasən hazırkı cavabdeh uşağın babası olan hazırkı iddiaçı ilə ünsiyyətinə etiraz etdiyi üçün Bakı şəhəri Binəqədi Ra yon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya cavabdehin bu ünsiyyətə mane olmamasını tələb etsə də, cavabdeh maneçiliyi davam etdirmişdir və həmin Komissiyanın qərarına tabe olmadığından, uşağın babası olan hazırkı iddiaçı Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ailə tək ata, ana və uşaqdan ibarət deyil. Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Ümumilikdə, tərbiyə prosesində iki nəslin iştirakı müsbət haldır və uşağın şəxsiyyətinin formalaşmasına yaxşı təsir göstərir. Ya şlı nəsillə yaxşı münasibətdə olan ailədə böyüyən uşaqlar qarşılıqlı anlaşma, hörmət və sevgi anlayışlarını mənimsəyirlər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının nəvəsi ilə görüşüb, ünsiyyətdə olmasına mane olacaq hal müəyyən edilməmişdir. Baxmayaraq ki, iddiaçı iddia tələbində belə tələb qoymamışlar, məhkəmə hesab edir ki, görüş, ünsiyyət yeri məhkəmə tərəfindən müəyyən edilməlidir, bu isə, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Mülki Prosessual Məcəllənin 218.3-cü maddənin tələbinin pozulması kimi qəbul edilməməlidir. Bundan başqa, uşağın bayram gününün birinci günü babası ilə görüşməsi, növbəti günlər isə ardıcıl olaraq anası ilə olması həm uşağın mənafeyi baxımından, həm də bayram günlərində anaları ilə ardıcıl o laraq vaxt keçirməsi baxımından daha məqsədəmüvafiq və əlverişli hesab edilir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 62.1, 62.2, 62.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-354/2023 saylı, 31 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən qızı Sofiyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənişi alınaraq ona ödənilməlidir. Lakin, hal - hazıradək cavabdeh qızının saxlanılması ilə bağlı aliment ödənişini həyata keçirməmişdir. İcra vərəqəsinin icrasına səssiz qalan keçmiş qayınatası, yəni iddiaçı nəvəsi Sofiyanın hansı xərclərlə və necə əziyyətlə saxlanılmasını düşünmədən onunla ünsiyyət qurmaq istəyir. Belə olan halda hesab edir ki, iddiaçı nəvəsi Sofiyaya münasibətdə əvvəlcə öz vəzifələrini yerinə yetirməli, daha sonra ünsiyyət hüququndan istifadə etməlidir. İşə baxan məhkəmə aidiyyat no rmaları pozulmaqla verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasının qərarı əsas götürməklə qeyri-obyektiv və qərəzli olaraq qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1221/2024 nömrəli mülki iş üzrə 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov - sədrlik edən və məruzəçi, F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, babanın nəvə ilə ünsiyyətdə olması, eyni zamanda uşağın yaxın qohumu olan baba ilə ünsiyyət hüququ ailə qanunvericiliyində birbaşa təsbit olunduğundan birinci instansiya məhkəməsi bu hüququ tanımaqda haqlı olmuşdur.
15. Cavabdehin apellyasiya şikayətində də qətnamənin ləğvinə əsas olacaq hər hansı xüsusi dəlil irəli sürülməmişdir.
16. Cavabdehin dəlili məhkəmənin aidiyyat normaları pozmaqla verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasının qərarını əsas götürməklə qeyri-obyektiv və qərəzli olaraq qətnamə qəbul etməsi ilə bağlıdır.
17. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 06 mart 2020-ci tarixli, 297 nömrəli Fərmanına əsasən AR Ailə Məcəlləsinin 62.2 maddəsində göstərilən müvafiq icra hakimiy yəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
18. Bundan başqa, iş materiallarında da göründüyü kimi baba və nənə X9 ünvan 1 ünvanında yaşadıqları üçün 19 iyul 2022-ci il tarixli M-177-099 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər.
19. Kollegiyası hesab etmişdir ki, bu dəlil də qətnamənin ləğvi üçün əsas ola bilməz.
20. Apellyasiya şikayətinin digər dəlili kimi ona istinad olunmuşdur ki, Sofiyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənilməli olsa da, ödənilməmiş, icra vərəqəsinin icrasına səssiz qalan keçmiş qayınatası, yəni, iddiaçı nəvəsinin hansı xərclərlə və necə əziyyətlə saxlanılmasını düşünmədən onunla ünsiyyət qurmaq istəyir.
21. Məhkə mə kollegiyası bu dəlili əsassız hesab etmiş və qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın atasının aliment öhdəliyini icra etməməsi digər qohumlar, o cümlədən baba ilə ünsiyyət hüququndan imtina edilməsi üçün əsas ola bilməz.
22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
27. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.
28. Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (o nlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.
29. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının nəvəsi ilə ünsiyyətdə olmaq tələbi qismən əsaslıdır, cavabdehin etirazında və şikayətində istinad etdiyi dəlillər bu iddianın rədd edilməsi üçün əsas deyil.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əs aslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normala rı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1221/2024 nömrəli 5 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.